Azlogos
  • Kimlər var
  • Bizi tanı

Xocalı qətliamı haqqında hər şey Qaralar üçün İsrail "Kitabi-Dədə Qorqud"un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər? Rəqəmsal konslager Liberalların çirkin siması Dünya Bankının dörd il əvvəlki təklifi niyə göydə qalıb?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Robert Kapa və Gerda Taro – müharibənin içindən fotoqraflar

Abbas AtilayAbbas Atilay
Foto-qrafika
21 Dekabr 2018

Robert Kapa və Gerda Taro – İspaniyada, vətəndaş müharibəsindən çəkdikləri fotolarla müasir “Müharibə Fotoqrafiyası”-nın əsasını qoydular. Onlar öz kameraları ilə, döyüşlərin ən yaxınına getdilər və bununla da, müharibə jurnalistikası və müharibə reportyorluğu anlayışlarını tamamilə dəyişdilər.

 

 

1 - 5
-+
2MhaeUmUPSd8lnwd1K
itDt4HspiKku02pqJK
LMqw8icAcre78xCpml
yCKXzteEsqkkl0i09a
FgstF9gfve2pxkoT9K


Onların hər ikisi gənc idi, yəhudi əsilli olduqları üçün nasistlərin əlindən, öz ölkələrini tərk edib qaçmışdılar. Həmin ərəfədə – 1936-cı ilin 17 iyulunda İspaniyada, Fransisko Frankonun faşist rejiminə qarşı Respublikaçıların mübarizəsi başlamışdı. Buna görə həm Kapa, həm də Taro insanları müharibə haqda məlumatlandırmaq üçün, İspaniyaya yollanmaq ve reportajlar hazırlamaq qərarına gəldilər.

Gerda Taro alman əsilli idi, Kapa isə macar. Onlar 1934-cü ildə, hər ikisi Parisdə sürgündə olarkən tanış olmuş və bir-birilərini sevmişdilər. Onlar çox uğurlu cütlük oldular və bir-birlərini tamamladılar: Kapa sevgilisinə fotoqrafiyanın texnika ve məzmununu öyrətdi, Taro isə fotoqrafiyanın marketing işlərini öz üzərinə götürdü. Əslində onların adları, bütün dünyanın bildiyi kimi “Robert Kapa” və “Gerda Taro” deyildi, Kapanın doğum şəhadətnaməsində “Andre Friedman” yazılmışdı, Taronun əsl adı isə “Gerta Pohorylle” idi. Hər ikisi, öz təxəllüslərini sənətə birgə başlarkən götümüşdülər.

Əvvəl “İspan vətəndaş müharibəsi”, sonra “D-DAY”

Robert Kapa və Gerda Taro 1936-cı ildə İspaniyaya “İspan Vətəndaş Müharibəsi”-ni (17 iyul, 1936 – 1 aprel, 1939) görüntüləmək ücün yola düşərkən, əllərində yalnız kiçik fotoapparatlar var idi. Onlar bu apparatla Respublikaçıların sırasında, ön cəbhənin “0” nöqtəsinə qədər irəliləmişdilər. Episentrdə olmaq və risklə üzləşmək – bunlar, müharibə reportyorluğunda yenilik idi. Buna görə də, onların yaratdıqları “Müharibə Fotoqrafiyası” indiyədək öz aktuallığını itirməyib.

İkinci Dünya Müharibəsi zamanında da Robert Kapa öz işini davam etdirdi: O, artıq ABS vətəndaşı olaraq fotoreportyor kimi müttəfiq əsgərləri ilə birgə, “D-Day”-də (1944-cü ilin 6 iyununda ikinci cəbhə olaraq bilinən Normandiya sahillərinə müttəfiq qoşunlarının çıxarılması “D-Day” kimi də adlandırılır – A.A) iştirak edir. Daha sonra, ABŞ paraşutçuları ilə birgə, Fransa torpaqlarına atılır.

Robert Kapa öz işləri ilə, dillər əzbəri olan “əgər fotoların kifayət qədər yaxşı alınmayıbsa, deməli hadisənin episentrinə kifayət qədər yaxın olmamısan” şüarını yaratmış fotoqrafdır. O, XX əsrin ən parlaq müharibə fotoqarfıdır. Robert Kapa həmcinin Henri Cartier-Bresson, David Seymour və George Rodger ilə birgə məşhur “Magnum” fotoagentliyinin qurucusudur.

Kapanın ən məşhur əsəri: “Respublikaçı əsgərin ölümü”

Kapa və Taro İspaniyada olarkən, öz işləri ilə faşist general Frankonun qarşısında, Respublikaçıların isə yanında olduqlarını göstərmişdilər. Kapa müharibənin gedişatında bir foto çəkdi – “Respublikaçı əsgərin ölümü”. Bu foto, ümumiyyətlə fotoqrafiya tarixinin ən məşhur əsərlərindən biri hesab olunur.

Bu fotoda, Respublikaçıların sırasında vuruşan bir əsgərin ölüm anı əbədiləşdirilib. 1936-cı ilin əvvəlində, Cordoba cəbhəsində tam dəqiqliyi ilə nə baş verirdi? Bu suala indiyədək tam aydın cavab verilməyib. Robert Kapanın ölümündən illər sonra, bu mövzu yenidən müzakirə edilməyə başlandı. Hətta müəllif Amanda Vaill, İspan Vətəndaş Müharibəsi ilə bağlı araşdırma kitabı “Hotel Florida”-da, bu məsələyə xüsusi yer ayırıb.

Kapa və Taro, bir qrup Respublikaçı döyüşçü ilə birgə, hücum və döyüş səhnələrinin imitasiyasını çəkməyə çalışırdılar. Hər iki fotograf, baş verənləri saniyə-saniyə çəkirdi. Bu anda, əsgərlərdən biri yerə yıxıldı və həmin anı, Kapa fotolentə köçürə bildi: “Həmin əsgər kamera qarşısında döyüş səhnəsini, necə vuruşduqlarını təsvir etdiyi anda, real olaraq güllə ilə vuruldu. Ola bilsin bu güllə, faşist cəbhəsindən snayper və ya bu bölgədə aktiv olan yerli üsyançılar (Guardia-Civil-Rebellen) tərəfindən atılmışdı. Güllə döyüşcünün ürəyinə dəymişdi”, Vaill öz kitabında yazır.

Onillər sonra yenidən tapıntı: Meksika çemodanı

İspaniyada müharibə zamanı çəkilmiş və sonra itdiyi ehtimal olunan Taro, Kapa və Seymourun minlərlə fotolentləri, 2007-ci ildə “Meksika Çemodanı”-nda tapıldı. Amma onların icindən “Vurulan əsgər”-in neqativi çıxmadı.

1 Avqust, 1910-cu ildə anadan olan Taro nəinki ilk qadın müharibə fotoqrafı, hətta ilk müharibə fotoqrafı idi ki, iş başında, müharibədə həlak oldu: 25 iyul, 1937-ci ildə Taro geriyə çəkilməkdə olan Respublikaçı dəstənin yanında ikən, bir tank qəzasında ağır yaralandı. (Nəzarətdən çıxan tank, Taronun olduğu hərbi Jeep-ə dəyərək maşını və içindəkiləri əzdi – A.A). Növbəti gün, Taro 26 yaşında vəfat etdi.

“İspan Vətəndaş Müharibəsi”-nin ardından, İkinci Dünya Müharibəsi media sahəsində yaşanmış bütün hadisələrin demək olar ki, üstünü örtdü və Taronun fotoları unudulmağa üz tutdu. Bu unudulma bir xeyli davam etdi, ta ki müəllif İrme Schaber, 1994-cü ildə Gerda Taronun həyatını qələmə alana qədər. Taro haqqında bu bioqrafik əsərdən sonra, fotoqraf yenidən yada düşdü və adı Kapa ilə bir yerdə çəkilməyə başlandı.

Kapa da (13 Oktyabr, 1913) fotoqraf kimi, işinin başında həlak oldu: Hindiçin müharibəsi zamanı 25 may 1954-cü ildə minaya basaraq vəfat etdi. Yəqin ki, həmin vaxt o, fotoaparatını iki əlləri ilə bərk-bərk tuturmuş.

Müəllif: Klaudia Prevezanos

DW-dən tərcümə və təqdimat: Abbas Atilay

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

loshadi_01-1024x1536
Foto-qrafika

At gücü

20 Fevral 2021
Bildschirmfoto 2021-02-07 um 13.01.07
.

Rəna Əfəndi təqdim edir – “Heç bilmirəm evim hələ də dururmu…”

07 Fevral 2021
CB-70sFH0wY-png__880
.

Dünyanın uşaqları

21 Yanvar 2021
IMG-7604
Foto-qrafika

Gündüz Ağayev. Postmüharibə

01 Yanvar 2021
IMG_3183a
Foto-qrafika

Təbiətin bəkarəti

16 Dekabr 2020
Pandemic-situation-inspired-me-to-create-minimalistic-architecture-photography-5f59f36c3230b__880
.

Pandemiya və minimalizm

18 Sentyabr 2020

Redaktorun seçimi

Azərbaycanda pasifizm

Homoseksuallıq təkamül aləti kimi

Herbert Wells: İbtidai düşüncə (sonu)

“Mən özüm üçün narkotik tapdım”

Qum dalğaları

Dəyməz

İsanı Qolqofaya aparanlar

Bir ovuc qlamur, bir yığın səfil…

Nəzarətsiz aqressiya və ya qadın əmtəə kimi

“Zibil etirazı” və polis

Vəhşilərin tərbiyəsi

Canavarlar və Dovşanlar: Çində ideal əməkdaş tərbiyəsi

Azərbaycanlıların müdrik “Rəhbər”i…

“Mamblkor: kino köklərinə qayıdır?”

Kasıb yazıçı

Amputant gözəllik – utancdan imtina

Müqayisəli kütlə haqda kiçik esse

“Şeyx”in tənqidi

“İkinci pərdə”: Günahkarlar, yoxsa qurbanlar?

Ziddiyyətlər ölkəsi

İnsanın insanı istismar etməsi barədə bədii-fəlsəfi esse

Pandemiyanın qazananı…

Ələkbər Vinterturda

ONA.az, DİN və seqreqasiyaya dair

Fuad İbrahimov La Folle Journée festivalında

Ölü evdən qeydlər

Kərimlinin oynayan göz-qaşı və Qarabağ “dərdi”

Gürcüstanın mədəniliyi

Bütləşmənin mexanizmi

Cəfər Cabbarlının ölümü – 1

Robert Kapa və Gerda Taro – müharibənin içindən fotoqraflar

Abbas AtilayAbbas Atilay
Foto-qrafika
21 Dekabr 2018

Robert Kapa və Gerda Taro – İspaniyada, vətəndaş müharibəsindən çəkdikləri fotolarla müasir “Müharibə Fotoqrafiyası”-nın əsasını qoydular. Onlar öz kameraları ilə, döyüşlərin ən yaxınına getdilər və bununla da, müharibə jurnalistikası və müharibə reportyorluğu anlayışlarını tamamilə dəyişdilər.

 

 

1 - 5
-+
2MhaeUmUPSd8lnwd1K
itDt4HspiKku02pqJK
LMqw8icAcre78xCpml
yCKXzteEsqkkl0i09a
FgstF9gfve2pxkoT9K


Onların hər ikisi gənc idi, yəhudi əsilli olduqları üçün nasistlərin əlindən, öz ölkələrini tərk edib qaçmışdılar. Həmin ərəfədə – 1936-cı ilin 17 iyulunda İspaniyada, Fransisko Frankonun faşist rejiminə qarşı Respublikaçıların mübarizəsi başlamışdı. Buna görə həm Kapa, həm də Taro insanları müharibə haqda məlumatlandırmaq üçün, İspaniyaya yollanmaq ve reportajlar hazırlamaq qərarına gəldilər.

Gerda Taro alman əsilli idi, Kapa isə macar. Onlar 1934-cü ildə, hər ikisi Parisdə sürgündə olarkən tanış olmuş və bir-birilərini sevmişdilər. Onlar çox uğurlu cütlük oldular və bir-birlərini tamamladılar: Kapa sevgilisinə fotoqrafiyanın texnika ve məzmununu öyrətdi, Taro isə fotoqrafiyanın marketing işlərini öz üzərinə götürdü. Əslində onların adları, bütün dünyanın bildiyi kimi “Robert Kapa” və “Gerda Taro” deyildi, Kapanın doğum şəhadətnaməsində “Andre Friedman” yazılmışdı, Taronun əsl adı isə “Gerta Pohorylle” idi. Hər ikisi, öz təxəllüslərini sənətə birgə başlarkən götümüşdülər.

Əvvəl “İspan vətəndaş müharibəsi”, sonra “D-DAY”

Robert Kapa və Gerda Taro 1936-cı ildə İspaniyaya “İspan Vətəndaş Müharibəsi”-ni (17 iyul, 1936 – 1 aprel, 1939) görüntüləmək ücün yola düşərkən, əllərində yalnız kiçik fotoapparatlar var idi. Onlar bu apparatla Respublikaçıların sırasında, ön cəbhənin “0” nöqtəsinə qədər irəliləmişdilər. Episentrdə olmaq və risklə üzləşmək – bunlar, müharibə reportyorluğunda yenilik idi. Buna görə də, onların yaratdıqları “Müharibə Fotoqrafiyası” indiyədək öz aktuallığını itirməyib.

İkinci Dünya Müharibəsi zamanında da Robert Kapa öz işini davam etdirdi: O, artıq ABS vətəndaşı olaraq fotoreportyor kimi müttəfiq əsgərləri ilə birgə, “D-Day”-də (1944-cü ilin 6 iyununda ikinci cəbhə olaraq bilinən Normandiya sahillərinə müttəfiq qoşunlarının çıxarılması “D-Day” kimi də adlandırılır – A.A) iştirak edir. Daha sonra, ABŞ paraşutçuları ilə birgə, Fransa torpaqlarına atılır.

Robert Kapa öz işləri ilə, dillər əzbəri olan “əgər fotoların kifayət qədər yaxşı alınmayıbsa, deməli hadisənin episentrinə kifayət qədər yaxın olmamısan” şüarını yaratmış fotoqrafdır. O, XX əsrin ən parlaq müharibə fotoqarfıdır. Robert Kapa həmcinin Henri Cartier-Bresson, David Seymour və George Rodger ilə birgə məşhur “Magnum” fotoagentliyinin qurucusudur.

Kapanın ən məşhur əsəri: “Respublikaçı əsgərin ölümü”

Kapa və Taro İspaniyada olarkən, öz işləri ilə faşist general Frankonun qarşısında, Respublikaçıların isə yanında olduqlarını göstərmişdilər. Kapa müharibənin gedişatında bir foto çəkdi – “Respublikaçı əsgərin ölümü”. Bu foto, ümumiyyətlə fotoqrafiya tarixinin ən məşhur əsərlərindən biri hesab olunur.

Bu fotoda, Respublikaçıların sırasında vuruşan bir əsgərin ölüm anı əbədiləşdirilib. 1936-cı ilin əvvəlində, Cordoba cəbhəsində tam dəqiqliyi ilə nə baş verirdi? Bu suala indiyədək tam aydın cavab verilməyib. Robert Kapanın ölümündən illər sonra, bu mövzu yenidən müzakirə edilməyə başlandı. Hətta müəllif Amanda Vaill, İspan Vətəndaş Müharibəsi ilə bağlı araşdırma kitabı “Hotel Florida”-da, bu məsələyə xüsusi yer ayırıb.

Kapa və Taro, bir qrup Respublikaçı döyüşçü ilə birgə, hücum və döyüş səhnələrinin imitasiyasını çəkməyə çalışırdılar. Hər iki fotograf, baş verənləri saniyə-saniyə çəkirdi. Bu anda, əsgərlərdən biri yerə yıxıldı və həmin anı, Kapa fotolentə köçürə bildi: “Həmin əsgər kamera qarşısında döyüş səhnəsini, necə vuruşduqlarını təsvir etdiyi anda, real olaraq güllə ilə vuruldu. Ola bilsin bu güllə, faşist cəbhəsindən snayper və ya bu bölgədə aktiv olan yerli üsyançılar (Guardia-Civil-Rebellen) tərəfindən atılmışdı. Güllə döyüşcünün ürəyinə dəymişdi”, Vaill öz kitabında yazır.

Onillər sonra yenidən tapıntı: Meksika çemodanı

İspaniyada müharibə zamanı çəkilmiş və sonra itdiyi ehtimal olunan Taro, Kapa və Seymourun minlərlə fotolentləri, 2007-ci ildə “Meksika Çemodanı”-nda tapıldı. Amma onların icindən “Vurulan əsgər”-in neqativi çıxmadı.

1 Avqust, 1910-cu ildə anadan olan Taro nəinki ilk qadın müharibə fotoqrafı, hətta ilk müharibə fotoqrafı idi ki, iş başında, müharibədə həlak oldu: 25 iyul, 1937-ci ildə Taro geriyə çəkilməkdə olan Respublikaçı dəstənin yanında ikən, bir tank qəzasında ağır yaralandı. (Nəzarətdən çıxan tank, Taronun olduğu hərbi Jeep-ə dəyərək maşını və içindəkiləri əzdi – A.A). Növbəti gün, Taro 26 yaşında vəfat etdi.

“İspan Vətəndaş Müharibəsi”-nin ardından, İkinci Dünya Müharibəsi media sahəsində yaşanmış bütün hadisələrin demək olar ki, üstünü örtdü və Taronun fotoları unudulmağa üz tutdu. Bu unudulma bir xeyli davam etdi, ta ki müəllif İrme Schaber, 1994-cü ildə Gerda Taronun həyatını qələmə alana qədər. Taro haqqında bu bioqrafik əsərdən sonra, fotoqraf yenidən yada düşdü və adı Kapa ilə bir yerdə çəkilməyə başlandı.

Kapa da (13 Oktyabr, 1913) fotoqraf kimi, işinin başında həlak oldu: Hindiçin müharibəsi zamanı 25 may 1954-cü ildə minaya basaraq vəfat etdi. Yəqin ki, həmin vaxt o, fotoaparatını iki əlləri ilə bərk-bərk tuturmuş.

Müəllif: Klaudia Prevezanos

DW-dən tərcümə və təqdimat: Abbas Atilay

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

loshadi_01-1024x1536
Foto-qrafika

At gücü

20 Fevral 2021
Bildschirmfoto 2021-02-07 um 13.01.07
.

Rəna Əfəndi təqdim edir – “Heç bilmirəm evim hələ də dururmu…”

07 Fevral 2021
CB-70sFH0wY-png__880
.

Dünyanın uşaqları

21 Yanvar 2021
IMG-7604
Foto-qrafika

Gündüz Ağayev. Postmüharibə

01 Yanvar 2021
IMG_3183a
Foto-qrafika

Təbiətin bəkarəti

16 Dekabr 2020
Pandemic-situation-inspired-me-to-create-minimalistic-architecture-photography-5f59f36c3230b__880
.

Pandemiya və minimalizm

18 Sentyabr 2020
FacebookYoutubeInstagramTwitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

GöndərCancel