Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Qovluğa girməyən adam

Mirzə Mirzə
., Mövqe
07 İyun 2020
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
Marginal
Paylaş

Xalqımız ictimai şüurunda, daha dəqiq olsaq beyninin siyasi yarımkürəsində bir sıra qovluqlar yaradıb. Bir ictimai fiqur danışanda, azərbaycanlılar onun ötürdüyü informasiyaları toplayır, nadir hallarda analiz edir, amma mütləq qovluqlardan birinə yerləşdirirlər. Yaşı-başı ötmüş bir mühacirin sosial-şəbəkədə hökumətə etdiyi təhqirlərlə məşhurlaşması, fame olması rasional azərbaycanlılara qeyri-adi görsənir, onlar başa düşmürlər ki, insanlar bu adamın nəyinə baxırlar? Necə olur ki, sistemlə təhqiramiz ifadələrlə vuruşan, intellektdən uzaq, «nəyin uğruna?» sualına aydın cavab vermədən xalqı inqilaba səsləyən başıpozuq bir adam, belə tez və rahat məşhur olur?

Əslində kifayət qədər sadə izahı var – azərbaycanlılar arasında nüfuz qazanmaq, hörmətə minmək üçün onların beynindəki qovluqlara müraciət etməlisən.

İş o yerə çatıb ki, bəzi ictimai fiqurlar öz gerçək «mən»lərindən, ideyalarından uzaqlaşıb, azərbaycanlıların görmək istədiyi obraza bürünürlər. Bu adamlar beyinlərdəki qovluqlardan yaxşı xəbərdardırlar. Bu, onlara auditoriyanı genişləndirmək, gündəmdə qalmaq üçün sərhədsiz imkanlar verir. Necə deyərlər: azərbaycanlılar uzaqgörən, ziyalısına qiymət verən xalqdır təki, ziyalı individ olmasın, xalqın eşitmək istədiklərini desin, onu narahat etməsin, komfort zonasına girməsin. 

Məsələn, götürək xalqın əsl ziyalısı – Rəşid Mahmudov adlı hərşeyşünas selebriti-ni. Ailə-məişət, sosium, şou-biznes – adam hər mövzuda danışır və xalq onu maraqlı hesab edir. Onun çox möhkəm «düz danışan adam» reputasiyası var.

Rəşid Mahmudovun adı gələndə, həmişə universitetdəki bir müəlimim yadıma düşür. Bu müəllim nə vaxt baxsan fahişəlikdən ümumilli bir dərd, bəla kimi dramatik tonlarda danışır, «sistemi» öz regionunun ləhçəsi ilə tənqid edir, məsələn jek müdirlərinin rüşvətxorluğundan giləylənirdi. Onunla bağlı tənqidi fikirlərimi eşidən fanatikləri çoxmənalı və müdrik sifət alıb, bir ağızdan deyirdilər:

«O, həqiqətləri danışır…»

Xalq özü qərar verir – nə həqiqətdir, nə deyildir. Aydınlar, ictimai rəy liderləri yeni bir şey təklif etməli, danışmalı deyillər. Onların funksiyası tutuquşuluqdur. Xalq hər şeyə artıq qərar verib, ziyalının vəzifəsi isə xalqın bütün ülvi gözləntilərini üç öpüb bir dişləmək, xalqın sifariş verdiyi şirin nəğməni çalmaqdır. Bəs ziyalı cızığını aşsa nə olacaq?

Azərbaycan cəmiyyəti çılpaq həqiqəti onun üzünə çırpan ziyalısına nifrət bəsləyir, ona qarşı ümummilli cihad elan edir. Beyinlərindəki qovluğa yerləşdirə bilmədikləri adama, onun danışdıqlarına nifrət birinci və ən mümkün opsiyadır. Reallığın intellektualın dilindən səsləndirilməsinə dözə bilmirlər, isterika dilinə keçirlər, azərbaycansayağı təhqirlərin, yarlıqların, ştampların biri bir qəpik. Rafiq Tağını ölümə aparan da bu oldu – qovluqlara sığmırdı.

Nə vaxta qədər belə davam edəcək? Yəqin ki, biz gənclər ayılmayınca. Elə görünür ki, beyinlərdə kök salmış, kif atmış bu qovluqların, şərtiliklərin məhv edilməsi, bizim əsas və ən çətin işimiz olacaq. Kosmogen qüvvə köməyimiz olsun.

Mirzə, qovluqsuz fərd

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör