Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Qonaqlar hamısı gəldi, məclisimiz düzəldi?

Sevda Sultanova Sevda Sultanova
Mövqe
26 Yanvar 2021
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
3992d16e67a7
Paylaş

İki il əvvəl atam öləndə, milli yas mərasimlərimizin əsasında dayanan xeyli adətlərin gərəksizliyinin bir daha şahidi olmuşdum. Mövzuyla bağlı məqalə də yazmışdım və tanışların vatsapla, telefon zəngi ilə başsağlığı verməsinin yetərli olduğunu qeyd etmişdim. Çox sağ olsunlar ki, həmin yazıdan sonra xeyli tanışım anlayış göstərərək, sadəcə, vatsap üzərindən başsağlığı verməklə kifayətləndi.

Məsələ belədir ki, kimsə dünyasını dəyişəndə dəfn günü gələnlər, mütləq mərhumun bütün cümə axşamlarına – xüsusən, çox yaxın qohumluq əlaqəsi olmayanlar- gəlməyi də özlərinə borc bilirlər. Əslində isə yas sahiblərinin zəhləsini tökdüklərinin, mənasız söhbətləri və mənfi enerjiləri ilə narahat etdiklərinin, üstəlik, onlara görə süfrəyə əlavə xərc çəkildiyinin fərqində deyillər. Nəticədə bəzi qohumlarımızı mədəni, anlamayanları isə sərt şəkildə qandırıb ümumiyyətlə, ayaqlarını evimizdən kəsmişəm ki, bu bioloji ünsürlərlə daha üz-üzə gəlməyək.

Əslində çox ümud edirdim ki, pandemiya səbəbindən yas mərasimlərinin qadağan olunması bizim insanları necəsə tərbiyələndirəcək, onların ən azı virusa yoluxmamaq üçün müvəqqəti də olsa yas mərasimlərinə bağlılıqlarını, nəfs və həvəslərini cilovlayacaq. Həm də uydurduqları saysız yas mərasimi detallarının gərəksizliyini anlayacaqlar. Lakin bu, gözləntim doğrulmadı.

Çox təəssüf ki, əlimizdə korona daşıyıcısı olan xəstələrin virusa necə, hansı şəraitdə yoluxmaları haqda statistik məlumatlar yoxdur. Belə bir statistik araşdırılma aparılsa, çox güman ki, məhz yas mərasimlərində virusa yoluxanların sayı üstünlük təşkil edər. Çünki tanıdığım adamların yaxınlarının çoxu yas mərasimlərində yoluxublar. Yaxın dostlarımdan birinin xalası virusa yasda yoluxub, daha başqa bir neçə tanışımın da doğmaları həmçinin. Onu da nəzərə alaq ki, yasa toplaşanların əksəri 60 dan yuxarı, immuniteti zəif olan şəxslərdir. Bir neçə ay əvvəl isə qonşumuzda orta yaşlı bir kişi koronvirusdan dünyasını dəyişdi. Dəfn günü, üçü, cümə günləri də daxil olmaqla bütün yas mərasimlərinin şərtlərinə əməl olundu. Qohum-əqrəba töklüşüb gəldi, ağı deyən kim, yemək bişirən kim, bir-birinə sarılıb ağlaşan kim.

Baxmayarq ki, hökumət tərəfindən hər hansı mərasimin keçirilməsi qadağan olunub və baxmayaraq ki, insanlar yasda virusa yoluxma təcrübəsini yaşayırlar, amma yenə də mümkün olduğu qədər yasdan qalmırlar. Azərbaycanlıların yasa düşkünlüyü nəsə fərqli bir sosial fenomendir. Elə bir fenomen ki, heç bir qadağa, cəza, cərimə, mutasiya olmuş virus, həbs hədəsi işə yaramır.

Əlbəttə, başa düşürəm ki, yas mərasimləri kişilər, xüsusən, əyləncəsi məhdud olan qadınlardan ötrü kollektiv orgiyadır, informasya mübadiləsidir, dedi-qodu mənbəyidir, çoxdan görüşməyən qohumların görüş yeridir. Yəni əslində mahiyyətcə yasa getmək mənəvi borc anlamından çıxaraq, çoxtərəfli niyyətə çevrilir.

Üstəlik, yasın ədəb-ərkanla keçirilməsini milli-mənəvi dəyər kimi qavrayanlar mərasimə gəlməyənləri psixoloji basqıya məruz qoyur: onlara baş çəkməyən qohumlarına ultimatum göndərir, hörmətsizlik etdiklərini və bunu unutmayacaqlarını deyirlər və s. Anlada bilmirsən ki, filankəs yaşlı adamdır, riskli yaş qrupuna daxildir, asanlıqla yoluxa bilər, min cür xəstəliyi var və s.

Bütün hallarda ortada yas mərsimini sadələşdirən, müəyyən qadağalar tətbiq eləyən Naxçıvan təcrübəsi var. Ölkə üzrə yasla bağlı sərt islahatlar lazımdır: mərsiyə deməyi, mollaların moizələrini yasaqlamaq, cümə axşamlarını ləğv eləmək, dəbdəbəli ehsan süfrələrini yığışdırmaq, sadə çay süfrəsi ilə kifayətlənmək və s. Mental mədəniyyətimizdə yas elə bir qüdrətə malikdir ki, onun mənasız ənənələrini insanlara könüllü, maariflənmə yolu ilə tərgitmək mümkünsüz görünür, burda mütləq güc göstərmək lazımdır.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör