Azlogos
  • Kimlər var
  • Bizi tanı

Alkoqol - qədərində içmək bacarığı və genlər İntihar və azadlıq Xankəndinə niyə girmədik? XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq? Gələcəyin müharibələri nəyə bənzəyəcək?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Qatil niyə gec tapıldı?

Hacı Hacıyev Hacı Hacıyev
., Mövqe
11 Yanvar 2020

Ehtimal və iddialar nə qədər əsaslıdır?

Nərminin itkin düşməsi və sonrakı qətli cəmiyyətdə bəzi şeyləri üzə çıxardı. Xeyli iddialar səsləndi, tv-lər bu işdən öz xeyirlərinə istifadə etdilər, insanlarımızın ölüm hökmünə qarşı necə qarşısıalınmaz bir rəğbət bəslədiyi ortaya çıxdı və s.

Amma ortada bəzi ehtimal və iddialar var ki, onların bəzilərinə nəzər salmaqda fayda var.

Qatilin cahilliyi

Burada qatilin cahilliyi mövzu deyil. Əgər həqiqətən də cani tutulan adamdırsa, o ali təhsilli, dünya görüşlü adamdı. Bu məsələdə cəmiyyət özünü daha çox ifşa elədi. Deməli, ali təhsilli, dünyagörüşlü, 3 dil bilən insanlarımız belə, manyak, qatil ola bilir. Yeri gəlmişkən, ölüm hökmü istəyən kim, qatilə haqq qazandıran kim… bunlar da oldu. Bu, bizim cəmiyyət olaraq ifşamızdır.

Polisə yönələn iradlar

Mülahizələr belədir ki, kənddə o qatili və ya uşaq sağ olduğu müddətdə uşağı tapmaq su içimi kimi asan olmalı idi. İlk baxışdan axtarışların 45 gün sürməsi polisin qeyri-kafi fəaliyyəti kimi görünür, doğrudur. Amma manyakların tapılması kriminalistikada ən çətin məsələdir. Çünki cinayətin açılmasının əsas əlaməti olan motiv burada kömək eləmir.

Ümumiyyətlə cinayətlərin çoxu adətən qohum və tanış çevrəsi tərəfindən törədilir. Ona görə də asan ifşa olunur. Məsələn, qohumlar arasında ədavət, paxıllıq, pul, mal hərisliyi zəminində baş verən cinayəti açmaq asandı. Müəyyən eləyirsən ki, qurbanın kiminlə ədavəti olub və ya evinə kim tez-tez gəlib-gedib, çağırıb dindirirsən, görürsən dolaşıq izahatlar verir, bir az da qurdalayıb müəyyən eləyirsən cinayətkarı.

Cinayəti yaxın çevrədən kənar şəxs törətdikdə və ortada konkret mal-mülk motivi olmadıqda məsələ xeyli qəlizləşir. Şübhəli çevrəsi böyüyür. Axtarışlara çox vaxt və əmək sərf etmək lazım olur.

Məsələn, ən məşhur manyaklardan biri olan Andrey Çikatilo 12 il cəzasız şəkildə 53 şəxsi xüsusi amansızlıqla öldürüb. Bütün Sovet İttifaqının hüquq mühafizə sistemi onun axtarışına cəlb olunsa da, tuta bilməyib. Hətta bir dəfə tutub, buraxıblar yetərli sübut tapa bilmədikləri üçün.

1983-cü ildə isə Çikatilonun törətdiyi cinayətə görə başqa günahsız şəxsi, Aleksandr Kravçenkonu tutub güllələyiblər. Kravçenko günahını özü boynuna almışdı. Ölüm hökmünü tələb edənlərin menüsünə gəlsin. 1991-ci ildə o, ölümündən sonra bəraət alıb.

Dünya kriminalistikasında belə nümunələr çox olub. Qərb təcrübəsindən ən məşhur misal 19-cu əsrin sonunda ən azı 5 nəfəri qətlə yetirmiş şərti adı Yortan Cek (Jack the Ripper) olan manyakdır ki, onu tampaq heç mümkün olmayıb.

Yəni məhz Nərmin məsələsində bu hal polis üçün “yüngülləşdirici” sayıla bilər.

Dəhşətli qeyri-kompetentlik

Hansısa jurnalist öz üzərinə hüquq-mühafizə orqanlarının vəzifəsini götürüb və nəticədə faciəyə dolayı yolla təhrikçi rolunda çıxış edib. Xoşqədəm, Zaur, Elgiz kimi adamların öz səviyyəsinə, savadına uyğun təqdim etdikləri reytinq tələsi verilişlərin vurduğu ziyan bununla da məhdud deyil.

Nərmin cinayətində bu cür verilişlərin necə zərərli ola biləcəyi bir daha üzə çıxdı. Sözsüz, bu tip verilişlər hakimiyyətin xeyirduası ilə ərsəyə gəlir, yoxsa ən azı “yarım kub” söhbətindən sonra Xoşqədəm Baxşəliyeva bir daha veriliş apara bilməzdi. Hakimiyyət elə fikirləşir ki, belə verilişlərlə insanların başını qatır. Onları siyasətdən uzaq tutur. Əslində, taktiki baxımdan bu effekt həqiqətən yaransa da, uzaq perspektivdə belə verilişlər insanları ümumiyyətlə televiziyadan iyrəndirir. Kimi gedir qoşulur dinə, kimi də televizoru birdəfəlik zibilliyə atıb, keçir internetə. Yeri gəlmişkən, son vaxtlar televiziyalarda struktur dəyişiklərinin əsas səbəblərində biri də budur.

Bu təkcə bizdə deyil. Rusiyada məsələn ORT iflas olmaq üzrədir. İnsanlar Rusiyada televiziyaya baxmırlar. Reytinqlər kəskin aşağı düşüb.

Axı yaxşı nümunələr də var. Azər Aydəmir və Vüsalə Məmmədovanın təqdimatında “Sabaha saxlamayaq” və ya “Fatehin divanı” kimi verilişlər göstərir ki, istək olanda keyfiyyətli məhsul yaratmaq olur. Deməli, sadəcə doğru istiqamətdə işləmək, bu işi peşəkarlara, kompetent insanlara tapşırmaq lazımdır.

Hər bir halda, Nərmin məsələsi istər hakimiyyət, istər məktəblər, istər valideynlər üçün bir həyacan təbili olmalıdır. Azyaşlılara nəzarət gücləndirilməli, dövlət proqramları işə salınmalı, sosial reklamlar çəkilməli, valideynlərlə iş aparılmalı, məktəblərdə təhlükəsizlik sistemleri gücləndirilməli, valideynlər özləri isə uşaqlarına güclü nəzarət etməlidirlər.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
7196877808_0e5d10d0f6_h
.

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

11 Yanvar 2021
5edfc7a8d682d2e515a4761f_who-was-ayn-rand
.

Atlant çiyinlərini düzəltdi

11 Yanvar 2021

Redaktorun seçimi

Üzeyir Mehdizadə və eşşəklər

Dehidratasiyanın fəsadları haqda

Azərbaycan Demokratik Respublikası – 100

“Zibil etirazı” və polis

Homoseksuallığın ekran dili

Tanrının varlığı ilə yoxluğu arasında qalanlar

Ermənistan yaralarını necə sağalda bilər?

Bizim yaxşı sənədli kinomuz

Buyurun süfrəyə!

Türkiyə-Rusiya münasibətlərində Azərbaycanın yeri və rolu

Onun arabası var

Uşaq, fişəng və şair

Feministlər qoltuğunun altını qırxmır?

Yefremov – cəmiyyətin mənəvi çöküşünün detektoru

190 manatlıq xalq

Mükəmməllik axtarışında

Əsir və girov götürülmüşlər

Azərbaycanlı mühacirlər vətənə qayıtsınmı?

Xalqın Səsi Haqqın Səsidirmi?

Anderssonun “Sonsuzluq haqqında” yazdığı şeir

“Yaşıl Xətt”

Dəyərlər olmayanda

“Müdrik xalq” necə “məsuliyyətsiz” oldu?

Bakının graffiti üzü

Azərbaycan müəllimi müqəddəsdir?

Operativ Qərargahın rəqəmləri

Erməni anam-bacım

Süni həyata daha bir addım

ABŞ və Gürcüstan kibercinayətkarları cəzalandırdı

İntihar və azadlıq

Qatil niyə gec tapıldı?

Hacı Hacıyev Hacı Hacıyev
., Mövqe
11 Yanvar 2020

Ehtimal və iddialar nə qədər əsaslıdır?

Nərminin itkin düşməsi və sonrakı qətli cəmiyyətdə bəzi şeyləri üzə çıxardı. Xeyli iddialar səsləndi, tv-lər bu işdən öz xeyirlərinə istifadə etdilər, insanlarımızın ölüm hökmünə qarşı necə qarşısıalınmaz bir rəğbət bəslədiyi ortaya çıxdı və s.

Amma ortada bəzi ehtimal və iddialar var ki, onların bəzilərinə nəzər salmaqda fayda var.

Qatilin cahilliyi

Burada qatilin cahilliyi mövzu deyil. Əgər həqiqətən də cani tutulan adamdırsa, o ali təhsilli, dünya görüşlü adamdı. Bu məsələdə cəmiyyət özünü daha çox ifşa elədi. Deməli, ali təhsilli, dünyagörüşlü, 3 dil bilən insanlarımız belə, manyak, qatil ola bilir. Yeri gəlmişkən, ölüm hökmü istəyən kim, qatilə haqq qazandıran kim… bunlar da oldu. Bu, bizim cəmiyyət olaraq ifşamızdır.

Polisə yönələn iradlar

Mülahizələr belədir ki, kənddə o qatili və ya uşaq sağ olduğu müddətdə uşağı tapmaq su içimi kimi asan olmalı idi. İlk baxışdan axtarışların 45 gün sürməsi polisin qeyri-kafi fəaliyyəti kimi görünür, doğrudur. Amma manyakların tapılması kriminalistikada ən çətin məsələdir. Çünki cinayətin açılmasının əsas əlaməti olan motiv burada kömək eləmir.

Ümumiyyətlə cinayətlərin çoxu adətən qohum və tanış çevrəsi tərəfindən törədilir. Ona görə də asan ifşa olunur. Məsələn, qohumlar arasında ədavət, paxıllıq, pul, mal hərisliyi zəminində baş verən cinayəti açmaq asandı. Müəyyən eləyirsən ki, qurbanın kiminlə ədavəti olub və ya evinə kim tez-tez gəlib-gedib, çağırıb dindirirsən, görürsən dolaşıq izahatlar verir, bir az da qurdalayıb müəyyən eləyirsən cinayətkarı.

Cinayəti yaxın çevrədən kənar şəxs törətdikdə və ortada konkret mal-mülk motivi olmadıqda məsələ xeyli qəlizləşir. Şübhəli çevrəsi böyüyür. Axtarışlara çox vaxt və əmək sərf etmək lazım olur.

Məsələn, ən məşhur manyaklardan biri olan Andrey Çikatilo 12 il cəzasız şəkildə 53 şəxsi xüsusi amansızlıqla öldürüb. Bütün Sovet İttifaqının hüquq mühafizə sistemi onun axtarışına cəlb olunsa da, tuta bilməyib. Hətta bir dəfə tutub, buraxıblar yetərli sübut tapa bilmədikləri üçün.

1983-cü ildə isə Çikatilonun törətdiyi cinayətə görə başqa günahsız şəxsi, Aleksandr Kravçenkonu tutub güllələyiblər. Kravçenko günahını özü boynuna almışdı. Ölüm hökmünü tələb edənlərin menüsünə gəlsin. 1991-ci ildə o, ölümündən sonra bəraət alıb.

Dünya kriminalistikasında belə nümunələr çox olub. Qərb təcrübəsindən ən məşhur misal 19-cu əsrin sonunda ən azı 5 nəfəri qətlə yetirmiş şərti adı Yortan Cek (Jack the Ripper) olan manyakdır ki, onu tampaq heç mümkün olmayıb.

Yəni məhz Nərmin məsələsində bu hal polis üçün “yüngülləşdirici” sayıla bilər.

Dəhşətli qeyri-kompetentlik

Hansısa jurnalist öz üzərinə hüquq-mühafizə orqanlarının vəzifəsini götürüb və nəticədə faciəyə dolayı yolla təhrikçi rolunda çıxış edib. Xoşqədəm, Zaur, Elgiz kimi adamların öz səviyyəsinə, savadına uyğun təqdim etdikləri reytinq tələsi verilişlərin vurduğu ziyan bununla da məhdud deyil.

Nərmin cinayətində bu cür verilişlərin necə zərərli ola biləcəyi bir daha üzə çıxdı. Sözsüz, bu tip verilişlər hakimiyyətin xeyirduası ilə ərsəyə gəlir, yoxsa ən azı “yarım kub” söhbətindən sonra Xoşqədəm Baxşəliyeva bir daha veriliş apara bilməzdi. Hakimiyyət elə fikirləşir ki, belə verilişlərlə insanların başını qatır. Onları siyasətdən uzaq tutur. Əslində, taktiki baxımdan bu effekt həqiqətən yaransa da, uzaq perspektivdə belə verilişlər insanları ümumiyyətlə televiziyadan iyrəndirir. Kimi gedir qoşulur dinə, kimi də televizoru birdəfəlik zibilliyə atıb, keçir internetə. Yeri gəlmişkən, son vaxtlar televiziyalarda struktur dəyişiklərinin əsas səbəblərində biri də budur.

Bu təkcə bizdə deyil. Rusiyada məsələn ORT iflas olmaq üzrədir. İnsanlar Rusiyada televiziyaya baxmırlar. Reytinqlər kəskin aşağı düşüb.

Axı yaxşı nümunələr də var. Azər Aydəmir və Vüsalə Məmmədovanın təqdimatında “Sabaha saxlamayaq” və ya “Fatehin divanı” kimi verilişlər göstərir ki, istək olanda keyfiyyətli məhsul yaratmaq olur. Deməli, sadəcə doğru istiqamətdə işləmək, bu işi peşəkarlara, kompetent insanlara tapşırmaq lazımdır.

Hər bir halda, Nərmin məsələsi istər hakimiyyət, istər məktəblər, istər valideynlər üçün bir həyacan təbili olmalıdır. Azyaşlılara nəzarət gücləndirilməli, dövlət proqramları işə salınmalı, sosial reklamlar çəkilməli, valideynlərlə iş aparılmalı, məktəblərdə təhlükəsizlik sistemleri gücləndirilməli, valideynlər özləri isə uşaqlarına güclü nəzarət etməlidirlər.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
7196877808_0e5d10d0f6_h
.

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

11 Yanvar 2021
5edfc7a8d682d2e515a4761f_who-was-ayn-rand
.

Atlant çiyinlərini düzəltdi

11 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel