Azlogos
  • Kimlər var
  • Bizi tanı

Klassikin payızı Azərbaycan kinosunda Hummer debütü Qorxaqlığın adı akademizm qoyulanda Qulağı cırmaqlamayan şeirlər Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir? Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

“Qasım Süleymanov” barometri

Elmir Mirzəyev Elmir Mirzəyev
., Mövqe
09 Yanvar 2020

“Qasım Süleymanov” epopeyası da belə bitdi. Cənab Trump impiçmentdən rahatca sivişdi, mollalar da cəmi ay yarım əvvəl küçələrə tökülüb “benzin üsyanı” edən camaatdan yaxasını qurtardı, bizimkilər qaldı yenə ortada. Bu günlərdə nə sifətlər gördük. Bütün bu həngamədə yeganə təəssüfdoğurucu hadisə Ukraynaya aid Boeing 737-nin müəmmalı qəzası və qurbanları oldu.

Dünya yekə bir şouya səhnəlik edir, adamlar da ciddi-ciddi, məsuliyyət hissi ilə bu şouda rol alır. “Qasım Süleymanov”un dəfnində bir xeyli camaat ayaq altında əzilib tələf oldu, eynən yoldaş Stalinin dəfnində olduğu kimi. Təəssüflənməmək olmur, bəlkə də zamanında amerikalı rejissor Barry Levinson tərəfindən uzaq 1997-ci ildə lentə alınmış “Wag the Dog” filmini izləsəydilər söhbəti tutardılar. Kütlənin necə idarə edildiyi haqda, satira dili ilə ifadə edilmiş möhtəşəm kino əsərdir, aktuallığını heç zaman itirməyəcək.

Epopeya günlərində yadıma düşən epizod 21 il öncə, 1999-un mart ayında Serbiyanın paytaxtı Belqradın bombalanması oldu. Bilənlər bilir, ondan bir il öncə Bill Clinton Monika Lewinskinin “kabinetdə oral seks” ittihamı ilə üzləşmişdi. Clinton əvvəl ittihamları rədd etdi, sonra məcbur oldu boynuna alsın ki, görübmüş bu işi. Clinton impiçmentdən çıxa bildi, amma o zamandan aydın idi ki, Belqradın (başqa real günah keçisi yox idi) bombalanması sırf zaman məsələsidir.

Doğrudan da, çox keçməmiş Amerika və NATO aviasiyası şəhəri bombalamağa başladı. Həmin zaman Vyanada bir konsertdə idim. Əsərin ifasından sonra pivə məclisində yerli dirijor Yuqoslaviyanın bombalanması müzakirəsində qısa və sərrast replika ilə söhbəti bağladı: “Clinton şalvarının zamokunu yaxşı bağlaya bilmir deyə, indi Belqradda camaatın başına bomba yağacaq.”  

Lakin o “geridə qalmış” dövrdə, “Wag the Dog” filminin də mövcudluğuna baxmayaraq, hələ indiki kimi inkişaf yox idi, belə söhbətlərə sona kimi inanmırdıq. Özümüz cəmi 10 il əvvəl Nemətin meydanında oturub-duran adamlar deyildikmi?

Nəsə, indi də “Trump vs mollalar” işi çıxmaza dirənirdi deyə “Qasım Süleymanovu” güdaza verdilər, belə görünür ki, alan da razı, satan da razıdır. Mollalar “xalqı sıx birləşdirdilər” öz ətraflarında, indi kimdi çıxan orada “benzin üsyanına”? Həmən deyəcəklər: “Ağa heç xəcalət nemikeşi? Əmrigeyi-səhtunista İrano mizənən, to həm nemayeş dərmiyari?!” Trump da işini gördü, “All is well!“ tviti atdı (bizim dildə “min bərəkət!”), doğrudan da başqa nə lazımdır ki? İstədiyim yar idi, yetirdi mollalar.

Azərbaycanda isə “Qasım Süleymanov” şousu həm də cəmiyyətin nə gündə olmasının barometri kimi çıxış etdi. Bir daha cəmiyyətin həqiqi simasını bizə lakmus tək açıq-aşkar göstərdiyi üçün bu hadisələrə hətta minnətdar olmalıyıq. O səbəbdən ki, kimsə böyük illüziyalara qapılmasın cəmiyyət haqda, xülyalar qurmasın. Emosiyaları kənar edib praqmatik yanaşsın məsələlərə, ən azından buna görə. Acı reallığı görmək üçün qısası.

Olaydan sonra özünə “lezva” vuranlar arasında kimləri görmədik, hansı əcaib-qəraib söhbətləri eşitmədik. Bizim insanlar necə bir cəhalət içində imiş; eybəcər, arxaik, çirkin molla rejiminin və onun quldurbaşısının təəssübünü çəkən nə qədər adam varmış məmləkətdə!? Neçə adam yazdı ki, “Amerikanı yer üzündən siləcəklər”, neçəsi “Qərbin sonudu” dedi, elə bil bunlar Spengler-zaddır.

Allahsızlar, Səddam müsibətini, gəncliyimi mənə dönə-dönə niyə xatırladırsınız? 29 il əvvəl, konservatoriyanın gənc tələbəsi və axmaq kimi bir dəstə “narodnik”lə mübahisə edirdim ki, “yox, İraq məğlub olacaq”. Bığlı, zırpı adamlara 2X2=4 başa salmağa çalışırdım, nə günahım, Sofia Coppola’nın “Lost in translation” (Tərcümənin mümkünsüzlüyü) filminin çəkilməsinə hələ 12 il qalırdı. Ən dəhşətlisi o idi ki, aralarında hətta “intellektuallar” da vardı, Vyetnam müharibəsini, Əfqanıstanı misal gətirib deyirdilər ki, “Səddam hökmən qələbə çalacaq, başqa cür mümkün deyil”. Bilməyənlərə deyim, dövrün ölkə mətbuatı bütövlükdə kor-koranə Səddam tərəfkeşliyi, “müsəlman” təəssübkeşliyi edirdi. Az qalmışdı desinlər “mərği-bər Amerika”. Bütün bunlar o zaman baş verirdi ki, SSRİ dağılma ərəfəsində idi, biz isə erməni təcavüzü ilə üz-üzə, müttəfiqsiz qalmışdıq. Təsəvvür edin, hücuma məruz qaldığımız dövrdə zehnimizi dünyanın hegemon qüvvəsi məşğul edirdi, dilsiz-ağızsız vaxtlarımızda supergücü söyür, Səddama tərəfkeşlik edirdik, o zaman doğulan neçə-neçə uşağa Səddamın adını qoydular…

Vəssalam. İndi yenə görürəm ki, 29 il əvvəlin adamları heç yerə getməyiblər, lap bu gün 20 yaşları olsa da.

Müstəqilliyin 28-ci ilində bu həddə necə gəldik ki, insanlarımız cənubdakı biabırçı dini-totalitar rejimə rəğbət bəsləyir?! Necə oldu ki, insanlarımızı arxaik ideyalar bu qədər cəlb etdi, orta çağlar təfəkkürünü üstün bildilər? Niyə bu üç onillikdə vətəndaşlardan ibarət cəmiyyətin heç c hərfi də yaradılmadı?

Dəhşətli suallardır bunlar. Ritorik və cavabsız.

Səbəbi isə budur ki… reallığın gözünün içinə baxsaq görəcəyik ki, hazırda Azərbaycan respublikası var, mövcuddur, hamı tərəfindən tanınıb, onun bayrağı, gerbi, himni, pasportu, ordusu, paytaxtı var. Klassiklərimiz də var – Axundov, Mirzə Cəlil, Üzeyir bəy, Rəsulzadə, Əhməd bəy Ağaoğlu kimi titanik fiqurlarımız. Gözəl və rəngarəng təbiəti olan ölkəmiz, onun şəhərləri, Bakıda opera teatrı, filarmoniya, Milli Kitabxana, muzeylər də var.

Lakin bu ölkənin milləti hələ də mövcud deyil. Onu yaratmaq lazım gələcək. Demək olar ki, bütün ölkələrin əvvəl millətləri yaranır, sonra özlərinə dövlət qururlar. Məsələn Bismark imperiyası belə qurulub, almanlar mərkəzi dövlət yaradacaq bir xalqa çevriləndə kiçik kurfürstlər birləşdirildi. Tarixə kiçik nəzər salmaq yetər ki, yüzlərlə belə misal görəsiniz.

Bizdə isə bəxtimizdən tam əksi baş verdi. Hər işimiz paradoks olandan sonra, başqa cür necə ola bilərdi ki? Bizdə əvvəl kültür, sonra isə dövlət qurulub, müstəqil olub, tanınıb, lakin indi bilinir ki, millət hələ də mövcud deyilmiş. Kültürdən sonrakı orta halqa itirilib, daha doğrusu heç yaranmayıb. Əlbəttə, çox gözəl insanlarımız – intellektuallar, şəxsiyyətlər, istedadlar, fenomenlər, kəndlilər, şəhərlilər, hətta middle class belə – var. Bəli, hamısı mövcuddur, amma onları birləşdirən ortaq dəyərlər (adicə qonşularımız ermənilərdə, gürcülərdə, yaxud Avropada olduğu kimi) mövcud deyil. Son hadisələr bunu çılpaqlığı ilə bəyan etdi.    

Bir sözlə, hazırda yalnız insan kütləmiz var və ondan millət düzəltmək lazım gələcək.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

MyCollages
.

Klassikin payızı

21 Aprel 2021
hummer-h1-gty-ps-200117_hpMain_2_4x3_992
.

Azərbaycan kinosunda Hummer debütü

20 Aprel 2021
IMAGE 2021-04-20 15:41:17
.

Qorxaqlığın adı akademizm qoyulanda

20 Aprel 2021
MyCollages
.

Qulağı cırmaqlamayan şeirlər

19 Aprel 2021
10ee2967-03a2-45c7-94b0-330ef5deef3b
.

Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir?

18 Aprel 2021
1598015699061
.

Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi

17 Aprel 2021

Redaktorun seçimi

Milli azlıq məsələsi

Alzheimer – beyinin taleyi

Qorxaqlığımız genetikdir?

Homoseksuallığın ekran dili

I Dünya Müharibəsi: səbəbləri və nəticələri

Azərbaycan vaksin gözləyərkən

Məhrumiyyətlər haqda gecə düşüncələri

İctimai sektor barədə

Fundamental dizaynın əsas prinsipləri

Mədəniyyət və İncəsənət sahəsində zəruri islahatlar barədə qeydlər

“Dəyərli bəy” erasının sonu

Toy generalları

Bakı minbərlərindən lənətlənən “İşıq”

Cerald Koen: Mən niyə kapitalizmin əleyhinəyəm?

Nikasın azərbaycanlı ürəyi

Ölü kənddə gəzinti

Biomimetika – təbiətdən ilham almaq

ABŞ-da ikipartiyalı siyasi sistem

Diasporanın gücü

Dağılmış, donmuş, bitmiş Rusiya

Vaksinasiya əleyhdarlarının axmaqlığı

Azərbaycanda memuar ədəbiyyatına dair

Azərbaycan universitetləri adlı tragediya

Natiq Cəfərlinin acizliyi

Koronavirus isteriyasına son verin. Azərbaycanı açın

Belarus və Azərbaycanı fərqləndirən cəhət təhsildir?

Topçubaşovun Aqaronyanla söhbətində bir qətlin anonsu

Tənqid

Nənələrin müdrikliyi

Qurtuluş, yoxsa faciə?

“Qasım Süleymanov” barometri

Elmir Mirzəyev Elmir Mirzəyev
., Mövqe
09 Yanvar 2020

“Qasım Süleymanov” epopeyası da belə bitdi. Cənab Trump impiçmentdən rahatca sivişdi, mollalar da cəmi ay yarım əvvəl küçələrə tökülüb “benzin üsyanı” edən camaatdan yaxasını qurtardı, bizimkilər qaldı yenə ortada. Bu günlərdə nə sifətlər gördük. Bütün bu həngamədə yeganə təəssüfdoğurucu hadisə Ukraynaya aid Boeing 737-nin müəmmalı qəzası və qurbanları oldu.

Dünya yekə bir şouya səhnəlik edir, adamlar da ciddi-ciddi, məsuliyyət hissi ilə bu şouda rol alır. “Qasım Süleymanov”un dəfnində bir xeyli camaat ayaq altında əzilib tələf oldu, eynən yoldaş Stalinin dəfnində olduğu kimi. Təəssüflənməmək olmur, bəlkə də zamanında amerikalı rejissor Barry Levinson tərəfindən uzaq 1997-ci ildə lentə alınmış “Wag the Dog” filmini izləsəydilər söhbəti tutardılar. Kütlənin necə idarə edildiyi haqda, satira dili ilə ifadə edilmiş möhtəşəm kino əsərdir, aktuallığını heç zaman itirməyəcək.

Epopeya günlərində yadıma düşən epizod 21 il öncə, 1999-un mart ayında Serbiyanın paytaxtı Belqradın bombalanması oldu. Bilənlər bilir, ondan bir il öncə Bill Clinton Monika Lewinskinin “kabinetdə oral seks” ittihamı ilə üzləşmişdi. Clinton əvvəl ittihamları rədd etdi, sonra məcbur oldu boynuna alsın ki, görübmüş bu işi. Clinton impiçmentdən çıxa bildi, amma o zamandan aydın idi ki, Belqradın (başqa real günah keçisi yox idi) bombalanması sırf zaman məsələsidir.

Doğrudan da, çox keçməmiş Amerika və NATO aviasiyası şəhəri bombalamağa başladı. Həmin zaman Vyanada bir konsertdə idim. Əsərin ifasından sonra pivə məclisində yerli dirijor Yuqoslaviyanın bombalanması müzakirəsində qısa və sərrast replika ilə söhbəti bağladı: “Clinton şalvarının zamokunu yaxşı bağlaya bilmir deyə, indi Belqradda camaatın başına bomba yağacaq.”  

Lakin o “geridə qalmış” dövrdə, “Wag the Dog” filminin də mövcudluğuna baxmayaraq, hələ indiki kimi inkişaf yox idi, belə söhbətlərə sona kimi inanmırdıq. Özümüz cəmi 10 il əvvəl Nemətin meydanında oturub-duran adamlar deyildikmi?

Nəsə, indi də “Trump vs mollalar” işi çıxmaza dirənirdi deyə “Qasım Süleymanovu” güdaza verdilər, belə görünür ki, alan da razı, satan da razıdır. Mollalar “xalqı sıx birləşdirdilər” öz ətraflarında, indi kimdi çıxan orada “benzin üsyanına”? Həmən deyəcəklər: “Ağa heç xəcalət nemikeşi? Əmrigeyi-səhtunista İrano mizənən, to həm nemayeş dərmiyari?!” Trump da işini gördü, “All is well!“ tviti atdı (bizim dildə “min bərəkət!”), doğrudan da başqa nə lazımdır ki? İstədiyim yar idi, yetirdi mollalar.

Azərbaycanda isə “Qasım Süleymanov” şousu həm də cəmiyyətin nə gündə olmasının barometri kimi çıxış etdi. Bir daha cəmiyyətin həqiqi simasını bizə lakmus tək açıq-aşkar göstərdiyi üçün bu hadisələrə hətta minnətdar olmalıyıq. O səbəbdən ki, kimsə böyük illüziyalara qapılmasın cəmiyyət haqda, xülyalar qurmasın. Emosiyaları kənar edib praqmatik yanaşsın məsələlərə, ən azından buna görə. Acı reallığı görmək üçün qısası.

Olaydan sonra özünə “lezva” vuranlar arasında kimləri görmədik, hansı əcaib-qəraib söhbətləri eşitmədik. Bizim insanlar necə bir cəhalət içində imiş; eybəcər, arxaik, çirkin molla rejiminin və onun quldurbaşısının təəssübünü çəkən nə qədər adam varmış məmləkətdə!? Neçə adam yazdı ki, “Amerikanı yer üzündən siləcəklər”, neçəsi “Qərbin sonudu” dedi, elə bil bunlar Spengler-zaddır.

Allahsızlar, Səddam müsibətini, gəncliyimi mənə dönə-dönə niyə xatırladırsınız? 29 il əvvəl, konservatoriyanın gənc tələbəsi və axmaq kimi bir dəstə “narodnik”lə mübahisə edirdim ki, “yox, İraq məğlub olacaq”. Bığlı, zırpı adamlara 2X2=4 başa salmağa çalışırdım, nə günahım, Sofia Coppola’nın “Lost in translation” (Tərcümənin mümkünsüzlüyü) filminin çəkilməsinə hələ 12 il qalırdı. Ən dəhşətlisi o idi ki, aralarında hətta “intellektuallar” da vardı, Vyetnam müharibəsini, Əfqanıstanı misal gətirib deyirdilər ki, “Səddam hökmən qələbə çalacaq, başqa cür mümkün deyil”. Bilməyənlərə deyim, dövrün ölkə mətbuatı bütövlükdə kor-koranə Səddam tərəfkeşliyi, “müsəlman” təəssübkeşliyi edirdi. Az qalmışdı desinlər “mərği-bər Amerika”. Bütün bunlar o zaman baş verirdi ki, SSRİ dağılma ərəfəsində idi, biz isə erməni təcavüzü ilə üz-üzə, müttəfiqsiz qalmışdıq. Təsəvvür edin, hücuma məruz qaldığımız dövrdə zehnimizi dünyanın hegemon qüvvəsi məşğul edirdi, dilsiz-ağızsız vaxtlarımızda supergücü söyür, Səddama tərəfkeşlik edirdik, o zaman doğulan neçə-neçə uşağa Səddamın adını qoydular…

Vəssalam. İndi yenə görürəm ki, 29 il əvvəlin adamları heç yerə getməyiblər, lap bu gün 20 yaşları olsa da.

Müstəqilliyin 28-ci ilində bu həddə necə gəldik ki, insanlarımız cənubdakı biabırçı dini-totalitar rejimə rəğbət bəsləyir?! Necə oldu ki, insanlarımızı arxaik ideyalar bu qədər cəlb etdi, orta çağlar təfəkkürünü üstün bildilər? Niyə bu üç onillikdə vətəndaşlardan ibarət cəmiyyətin heç c hərfi də yaradılmadı?

Dəhşətli suallardır bunlar. Ritorik və cavabsız.

Səbəbi isə budur ki… reallığın gözünün içinə baxsaq görəcəyik ki, hazırda Azərbaycan respublikası var, mövcuddur, hamı tərəfindən tanınıb, onun bayrağı, gerbi, himni, pasportu, ordusu, paytaxtı var. Klassiklərimiz də var – Axundov, Mirzə Cəlil, Üzeyir bəy, Rəsulzadə, Əhməd bəy Ağaoğlu kimi titanik fiqurlarımız. Gözəl və rəngarəng təbiəti olan ölkəmiz, onun şəhərləri, Bakıda opera teatrı, filarmoniya, Milli Kitabxana, muzeylər də var.

Lakin bu ölkənin milləti hələ də mövcud deyil. Onu yaratmaq lazım gələcək. Demək olar ki, bütün ölkələrin əvvəl millətləri yaranır, sonra özlərinə dövlət qururlar. Məsələn Bismark imperiyası belə qurulub, almanlar mərkəzi dövlət yaradacaq bir xalqa çevriləndə kiçik kurfürstlər birləşdirildi. Tarixə kiçik nəzər salmaq yetər ki, yüzlərlə belə misal görəsiniz.

Bizdə isə bəxtimizdən tam əksi baş verdi. Hər işimiz paradoks olandan sonra, başqa cür necə ola bilərdi ki? Bizdə əvvəl kültür, sonra isə dövlət qurulub, müstəqil olub, tanınıb, lakin indi bilinir ki, millət hələ də mövcud deyilmiş. Kültürdən sonrakı orta halqa itirilib, daha doğrusu heç yaranmayıb. Əlbəttə, çox gözəl insanlarımız – intellektuallar, şəxsiyyətlər, istedadlar, fenomenlər, kəndlilər, şəhərlilər, hətta middle class belə – var. Bəli, hamısı mövcuddur, amma onları birləşdirən ortaq dəyərlər (adicə qonşularımız ermənilərdə, gürcülərdə, yaxud Avropada olduğu kimi) mövcud deyil. Son hadisələr bunu çılpaqlığı ilə bəyan etdi.    

Bir sözlə, hazırda yalnız insan kütləmiz var və ondan millət düzəltmək lazım gələcək.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

MyCollages
.

Klassikin payızı

21 Aprel 2021
hummer-h1-gty-ps-200117_hpMain_2_4x3_992
.

Azərbaycan kinosunda Hummer debütü

20 Aprel 2021
IMAGE 2021-04-20 15:41:17
.

Qorxaqlığın adı akademizm qoyulanda

20 Aprel 2021
MyCollages
.

Qulağı cırmaqlamayan şeirlər

19 Aprel 2021
10ee2967-03a2-45c7-94b0-330ef5deef3b
.

Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir?

18 Aprel 2021
1598015699061
.

Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi

17 Aprel 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel