Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Qardaş olub Hayastan-Azərbaycan?

Ələkbər Əliyev Ələkbər Əliyev
., Vətən müharibəsi
04 Oktyabr 2020
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
Escalation sul fronte Armenia Azerbaijan
Paylaş

Pasifizm, sevgi və xalqların qardaşlığı haqqında kiçik esse

Pasifizm yaxşı şeydir, pasifistlərin sayı heç vaxt çox olmur, sülh şəraitində pasifist olmaq çox asandır, kritik vəziyyətlərdə isə bir qayda olaraq – hər zaman və hər yerdə – çoxluq özününkünü qorumaq, intiqam almaq kimi “aşağı” instinktlərlə hərəkət edir. Belə anlarda pasifistlər xüsusilə gözə batır, seçilir və qıcıq oyadırlar. Onlar sivilizasiyaya istinad edirlər, belə baxanda haqlı görünürlər, ona görə də adamı əsəbiləşdirirlər. Çünki elə anlar var ki, “aşağı” instinktlərlə hərəkət etməkdən başqa çarə qalmır.

Cavanların yadında olmaz, o vaxt Heydər Əliyevin “vəhhabilər” haqqında çox sevdiyim, tez-tez təkrarladığım bir reaksiyası olmuşdu: “Deyirlər Azərbaycanda vəhhabilər var. Qoy olsunlar. Amma mən sizə deyirəm ki, Azərbaycanda vəhhabilər yoxdur”. (Kişi koan qoyub gedib). İndi, ümummilli liderin sözü olmasın, pasifistlər də qoy olsunlar. Onlardan ziyan gəlməz, marginallıqlarında maraqlı, ekzotikdirlər, cəmiyyətdəki çoxsəsliliyə dəlalət edirlər. Özünə hörmət eləyən hər bir xalqın pasifisti olmalıdır. Tarixən belə olub. Pasifistlər sülhə çağırmalı, bəzən özününkülərə qarşı daha qəddar olmalıdırlar, nəinki düşmənə. Lap böyük, imperial miqyaslı pasifistlərin qələmindən tolstoyvari romanlar da çıxır. Bunu da unutmaq olmaz.

Bu gün mən sizə bir virtual erməni tanışım haqda danışmaq istəyirəm. Uzun illərdir sosial şəbəkə və mediada onu izləyirəm. Ermənistanın yeni nəsil, qərbyönümlü ziyalısı kimi öz xalqına qarşı tənqiddə amansızdır. Üslubu, yanaşması, dili xoşuma gəlir. Adı E.B.-dir, 15 ildir hər Allahın günü sərasər oxuduğum Lenta.ru saytında son bir neçə ildir Ermənistan üzrə müxbir kimi məqalələr yazır. Məqalələrində obyektivliyi maksimum saxlamağa çalışır, məsələn döyüşlər haqda yazanda açıq-aşkar “Ermənistan haqlıdır” primitivizminə varmır, heç Lenta.ru da buna izn verməz. Onun sosial şəbəkədə ermənilər haqda yazdıqlarını isə Axundov, Mirzə Cəlil, Sabir, Haqverdiyev, Üzeyir bəy oxusaydılar infarkt olardılar. Onların hamısını birləşdirsən, xalqa qarşı tökdükləri “zəhər”in cəmi E.B.-nin öz erməni xalqına ünvanladığı zəhərin yanında şərbət qalar.

O qədərini deyim ki, mən Azərbaycanda E.B. səviyyəsində, E.B. dərəcəsində öz xalqını təhqir edən bir ictimai fiqur, fikir lideri, yaxud və hətta sosial şəbəkə friki tanımıram. O, ermənilər haqqında elə şeylər yazırdı ki, mən ispan xəcaləti keçirirdim. Konkretləşdirmək istəmirəm, yəni siz soruşmayın, mən deməyim – profili qapalı olan bir adamın (5-10 nəfər azərbaycanlı dostu olsa da) yazdıqlarını ictimailəşdirmək doğru olmaz, ola bilsin Azərbaycan auditoriyası üçün paylaşmağımı istəmir.

Lakin, sizə paradoks kimi görünsə də, aşağıda onun bir statusunun screenshotunu paylaşacam. O statusun taleyindən danışacam. Bu screenshotun müəllifi mən deyiləm, sosial şəbəkənin erməni seqmentində dolaşırdı, mən də götürdüm. Səbəbi var.

İşin ciddiliyini tutmayanlar üçün xarakteristikanı bir az da genişləndirmək istəyirəm. E.B. Azərbaycana Sülh Platformasının qonağı kimi gələn, Bakıda gəzib, yeyib-içib gic-gic danışan avantürist Vahe Avetyan kimi «bütün erməni qadınları Rusiya trasslarında düzülmüş qəhbələrdir» yazmır əlbəttə. Çünki gicbəsər deyil, adekvat adamdır, deməli tənqidi də adekvatdır. Ermənilərin bizim bildiyimiz və bilmədiyimiz keyfiyyətlərini, azərbaycanlı friendlərinin olduğunu bilə-bilə divarında müzakirəyə çıxarır, erməniləri yıxıb-sürüyür. Azərbaycanlılarla hər zaman korrekt, mehriban, dostcanlı davranır. Öz xalqına qarşı isə çox amansızdır. Konteksti bilməsən, söhbətlərə tamam uzaq adam olsan, onun yazdıqlarını oxusan elə bilərsən ki, dünyada ermənidən padles millət yoxdur. Həmid Herisçi olsaydı deyərdi, bəlkə də doğrudan da belədir.

Nə başınızı ağrıdım, beləliklə, E.B. kimi meynstrimə zidd, pasifist adamın ilk büdrəməsi iyul döyüşlərində baş verdi – padlesliyin köpək dişinin ucu göründü. Dünən isə, döyüşlər başlayan kimi, (çox üzr istəyirəm) əməlli-başlı sıçdı-batırdı. Yazdıqlarının ruscasını özünüz oxuya biləcəksiniz, bizim dilə çevirməyə həvəs yoxdur. Xülasəsi belədir ki, onlar ali irq, biz isə naqis-insanıq, yəni Untermensch. Sizə nəyisə xatırladır?

MyCollages (1)

Bir daha deyirəm, üzrlü sayın, dünənə qədər mehriban, dostcanlı, öz xalqını söyən, pasifist bir ermənidən danışırıq. Bu gün isə o, üzümüzə qarşı deyir ki, “ermənilər ali irq, siz isə yarım insansınız”. Əlbəttə, facebook bu statusu çox tez sildi, E.B.-ni bloka saldı, E.B. hətta xəbərdarlığı da ictimailəşdirdi, dostları isə facebook-un acığına screenshotları paylaşmağa başladılar. Bəli, düz başa düşdünüz – bu status kompromat kimi, ya da müəllifi qınanılaraq paylaşılmır indi, əksinə, onunla həmrəy ermənilər sevdikləri E.B.-yə dəstək kimi yayırlar. Onlar razıdırlar hər cümləsi ilə E.B.-nin.

120292561_4732624836762585_8776600452178398097_n

İndi isə gəlin müqayisə üçün dünəndən hədəfə çevrilən bizim pasifistlər, xüsusilə də Nərmin Şahmarzadəni yada salaq. Nə deyir Nərmin Şahmarzadə? Osmanlı imperiyasının dirçəlişindən, ekspansiya siyasətindən narahatlığını dilə gətirir. Bunu etməyə haqqı yoxdurmu? Müharibə gedir deyə insanlara tarix və gələcək haqqında danışmağı qadağan etməliyik? Nərmin və pasifist dostları hərbi sirr paylaşmır, hökumət də Nərmin Şahmarzadə və ideya yoldaşlarının statuslarını oxuyub orduya “dur” əmri verən deyil. Bunlar sadə şeylərdir, bir az ciddiyyətdən ziyan gəlməz.

Böyük, ya da böyük olmağa iddialı xalqın, müharibə günlərində belə, tərəfləri sülhə çağıran pasifistləri olur, olmalıdır. Bu, müharibə teatrında, qanlı tabloda vacib epizodlardan, ştrixlərdən biridir. Əksinə, Nərmin Şahmarzadə və ideya yoldaşlarını qucaqlamaq lazımdır ki, erməni kolleqaları kimi situasiyaya uyğun mövqe, sima dəyişdirmirlər. Azərbaycanlılar gərək sevinsin ki, onların pasifistləri ideyalarında ardıcıl, ideyalarına sadiqdirlər. E.B. kimi qəhbəlik eləmirlər. Hər zaman, hər işdə mümkün qədər çox bucaqdan baxmağa çalışın məsələlərə.

Artıq mən arxayın ola bilərəm. Bir səhər oyanıb bizim pasifistlərdən hansınınsa “ermənilər untermenschdir” yazdığını görməyəcəm. Nasizm bizdən uzaqdır və uzaq olacaq.

Ona görə də sevməliyik bizim pasifistləri, Nərmin Şahmarzadəni və müharibə istəməyən, müharibəni lənətləyən digər sülhsevərləri. Hamısını özümüzünkü bilməliyik. Bizim gözəllər gözəli Nərmin Şahmarzadə istədiyi qədər Osmanlının işğalçı mahiyyətindən və imperiyaçılığın T.C.-də təcəssüm etməsindən danışa bilməli, hətta lazım olsa bu mövzuda ADA-da mühazirə də deməlidir. Suveren dövlətin vətəndaşı üçün müttəfiqlik, dostluq, qardaşlıq kimi (şübhəsiz vacib) məfhumlar şəxsi həyatı məhdudlaşdırıcı faktorlara çevrilməməlidir. 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör