Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Qəbristanlıq nə üçün lazımdır?

Seymur Baycan Seymur Baycan
., Sərbəst
30 Aprel 2021
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
Seymur Baycan yazıçı
Paylaş

“Yaxşılıq və ya yamanlıq etmək məsələsini hər kəs özü üçün həll edir. Daha gözləmir ki, bəşəriyyət nə vaxt tədrici inkişaf yolu ilə bu məsələni həll etməyə başlayacaqdır” – Çexov.

(Bazar moizəsi)

Əgər küçəyə çıxıb adamlara qəflətən “qəbristanlıq nə üçün lazımdır” sualı versək, sorğuda iştirak edənlərin böyük əksəriyyətindən belə cavab alarıq: “Qəbristanlıq ölən adamları basdırmaq üçün lazımdır. Qəbristanlıq müxtəlif səbəblərdən rəhmətə getmiş adamları basdırmaq üçün nəzərdə tutulmuş məkanın adıdır”.

Düzdür, “qəbristanlıq nə üçün lazımdır” sualına ekzotik cavablar verənlər də tapılacaq. Amma nə yedikləri, nə içdikləri bəlli olmayan ekzotik varlıqların ekzotik cavabları ilə işimiz yoxdur. Onlara vaxt sərf etsək azarıq. Özümüzü dolaşdırarıq. Mövzudan kənarlaşarıq. Yazıdan heç bir nəticə hasil olmaz. Ən yaxşısı ekzotik varlıqlara baş qoşmamaqdır.

Bəli, qəbristanlıq ölənləri basdırmaq üçün nəzərdə tutulmuş bir məkandır. Bu məkan haqqında həm şərq, həm də qərb ədəbiyyatında çoxlu əsərlər yazılıb. Biz bu məkanın və bu məkana aid atributların adına əsərlərdə tez-tez rast gəlirik. Bu məkanı filmlərdə tez-tez görürük. Əgər ədəbiyyatdan söhbət gedirsə, qəbir və qəbristanlıq dedikdə ilk yada düşən Şekspirin qəbirqazanlarıdır. Bəs bu filmlərdə, ədəbiyyat nümunələrində müəlliflər nə demək istəyirlər? Onlar demək istəyirlər ki, qəbristanlığın ölən adamları öz qoynuna alıb, çürüdüb, torpağa çevirməkdən savayı başqa bir missiyası da var. Qəbristanlıq dirilərin ölülərə baxıb ibrət dərsi götürməsi, həyatın faniliyi, hər şeyin gəldi-gedər olması haqqında düşüncələrə dalması üçün çox gözəl məkandır. Deməli, qəbristanlığın bir yox, iki vacib missiyası var. Təəssüflər olsun ki, dirilərin böyük əksəriyyəti yalnız bu missiyalardan birini dərk edirlər. Hər birimizin ildə heç olmasa bir dəfə müxtəlif səbəblərdən qəbristanlığa yolu düşür. Kiminsə dəfnində iştirak edirik. Ya da kiminsə qəbrinin üstünə gedirik. Qəbristanlığa yolumuz düşməsə də, harasa gedəndə qəbristanlığın yaxınlığından keçirik. Qəbristanlığı görməmək mümkün deyil. Bunu istəsən belə alınmaz. Elə isə daima gözümüzə görünən sadə həqiqəti qəbul etmək niyə bu qədər çətindir? Sadə həqiqət isə ondan ibarətdir ki, ölən adam bu dünyadan o dünyaya pul, var-dövlət, villa, maşın, şöhrət ordeni, əməkdar jurnalist, xalq artisti, qızıl qələm, deputat mandatı, katibə, yapışıb qaldığı kreslo, sürücü, aşpaz janrında heç nə apara bilmir. Çünki yuxarıda sadaladıqlarımız o dünyada ən azından lazım deyil.

Daha aydın dildə deyək. Süleymana qalmayan dünya heç kimə qalmır. İnsan bu dünyadan o dünyaya iki şey apara bilər. Bu iki şeydən birinin adı lənət, birinin də adı rəhmətdir. Əgər bu dünyadan o dünyaya var-dövlət, pul apara bilmirsə, nəyə görə insan daha çox pul və mal-dövlət qazanmaq üçün başqalarına bu qədər əziyyət verir? Yalan danışır, yaltaqlanır, ağa qara deyir, xəbərçilik edir. Bu sadə sualın qarşısında aciz qalmışam. Vəzifəyə, var-dövlətə qarşı intəhasız hərislik insanı nə qədər eybəcərləşdirir. Onu nə qədər çirkin əməllər törətməyə sövq edir. Burda əsla dərvişliyi, asketizmi, zahidliyi, guşənişinliyi təbliğ etmirəm. Söhbət ondan gedir ki, insan az pulla da zövqlə geyinə bilər. İnsan az pulla da səyahət edə bilər. İnsan az pulla da hörmət qazana bilər. Söhbət ondan gedir ki, insan öz imkanları ilə arzularının sərhədini müəyyən edə bilməyəndə, həyatın fani olduğunu yaddan çıxaranda, düşünmək qabiliyyətini itirəndə faciələr baş verir. Ən pisi də odur ki, bu faciələrdən tək özü yox, ətrafdakılar da əziyyət çəkir. Mal-dövlət hərisliyi, sərvətin ədalətsiz bölüşdürülməsi başqalarının da həyatının məhv olmasına səbəb olur. Adamlar var, əlli dəst paltarından birini öz doğma qardaşına vermir. Adamlar var, əlli cüt ayaqqabısından birini öz doğma bacısına bağışlamır. Üstəlik öz mənəvi boşluğunu doldurmaq üçün çox yalnış üsula və vasitəyə əl atır. Öz mənəvi boşluğunu bahalı restoranlara getməklə, bahalı paltarların birini soyunub birini geyinməklə doldurmaq istəyir. Yaxınlarda dərrakəsinə böyük hörmət etdiyim adamlardan birinin çıxışına qulaq asdım. O, çıxışında dedi ki, bu günün ali insanı sosial şəbəkələrdən, bahalı restoranlardan, bahalı geyimlərdən, brendlərdən, reklamlardan asılı olmayan adamdır.

Tolstoyun “Hərb və Sülh” əsərində ibrətamiz bir yer var. Knyajna Marya Pyer Bezuxovun böyük mirasa sahib olduğu xəbərini eşidir və xəbərə belə reaksiya verir:

– Yazıq Pyer, bu yükü necə çəkəcək?!

Gerçəkdən də böyük miqdarda pul, böyük miqdarda var-dövlət ağır yükdür. Ağır imtahandır. Bu yükü necə daşıyacağı, bu imtahandan necə çıxacağı insanın mənəvi zənginliyindən, daxili dünyasından, maraqlarının istiqamətindən asılıdır.

Mənəvi cəhətdən zəngin olmaq, rahat yaşamaq, başqalarına da rahatlıq bəxş etmək üçün insan ali dəyərlərə söykənməlidir. Bu ali dəyərlərdən biri də xeyriyyəçiliklə məşğul olmaq, özündən zəiflərə əl uzatmaq, təmənnasız yaxşılıq etməkdir. Biz bir kilo düyü verib bunu ön kamerayla çəkib külli aləmə göstərənlərdən, görüntü, reklam naminə edilən saxta xeyriyyəçilikdən danışmırıq. Biz “sağ əlin verdiyini sol əl bilməməlidir” prinsipinə söykənən xeyriyyəçilikdən və bu təmannasız xeyriyyəçilikdən alınan ali həzzdən danışırıq.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör