Azlogos
  • Qaydalar
  • Kimlər var

1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik 4bpq10e42793ce16c5n 800c450 Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Bahis keyfini doyasıya yaşamak isteyenlerin tercihi Bettilt olmalıdır.

Türkiye’de oyuncuların önemli kısmı düşük miktarlı bahislerle başlar, Bahsegel deneme bonusu düşük limitleri destekler.

Bahis dünyasında gelecek yılın yeniliklerini sunacak olan Bahsegel şimdiden konuşulmaya başlandı.

Bahis platformlarının %72’si artık kripto para desteği sunmaktadır; Bettilt 2025 bu yeniliği güvenli şekilde entegre etmiştir.

Futbol ve basketbol kuponları yapmak için Bettilt kategorisi tercih ediliyor.

2025 yılında yepyeni özellikler sunacak olan bahsegel sabırsızlıkla bekleniyor.

Online platformda hızlı işlem garantisi sunan bahsegel giriş kullanıcılarına zaman kazandırır.

Yüksek kazanç oranlarıyla her zaman dikkat çeken bahsegel türkiye bahis dünyasında liderdir.

Kullanıcılar sisteme hızlı giriş yapmak için paribahis linkini kullanıyor.

Online dünyada daha çok eğlence isteyenler casino kategorisine yöneliyor.

Yatırım yapanlar için özel olarak hazırlanan paribahis güncel giriş kampanyaları büyük ilgi görüyor.

Global casino oyunları pazarının yıllık büyüme oranı %10 olarak hesaplanmıştır; bu, paribahis güncel link’in yatırım yaptığı bir alandır.

Slot makineleri ve rulet heyecanı yaşayan kullanıcılar paribahis giriş sayfasına yöneliyor.

Bahis dünyasında kazancın adresi haline gelen bettilt güvenilirliğiyle öne çıkar.

Global pazarda da kendini kanıtlayan bettilt platformu Türk oyunculara da hitap ediyor.

VIP rulet masaları yüksek bahis yapmak isteyenler için özel olarak hazırlanmıştır, bettilt indir apk bu ayrıcalığı sunar.

Canlı bahislerde yüksek oran ve hızlı işlem avantajı sunan bahsegel giriş güncel, profesyonel bir bahis deneyimi yaşatır.

Kullanıcılarına özel ödül ve geri ödeme programlarıyla Paribahis kazanç sağlar.

Curacao Gaming Authority’ye göre 2024 itibarıyla 2.100’den fazla aktif lisans geçerlidir; bu lisanslardan biri bettilt bonus’e aittir.

Qərib “cinlər” diyarında

Elmir Mirzəyev Elmir Mirzəyev
., Mövqe
08 Fevral 2020
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
39195.width
Paylaş

son dövrün qısa müşahidələri

Sonuncu eşitdiyim ən əjdaha söhbət “dostum, qardaşım” (©) Firudin Allahverdidən gəldi. Deyir bir yaxın, səmimi və sadəlövh kolleqa ilə söhbət edirmiş, musiqidən sonra təbii ki, mövzu gəlib seçkilərə-filana. “Narodnik” kolleqamız üzünü tutub Firudinə və çox səmimi tonla soruşub ki, “bəy, yəqin bizdə də bu “dərin dövlət” var da, necə düşünürsən?” Firudin gözünə döndüyüm də eləməyib tənbəllik, dərhal cavabında deyib ki, “əşşi bizdə dövlətin özü var ki, hələ “dərin”i də olsun?!”

İnsan ölkəsindən uzun müddət xaricdə yaşayandan bir müddət sonra istər-istəməz nostalji hisslərə qapılır (təbii ki, əgər tam materialistik-gönüqalın, sırf məişət məxluqu deyilsə), zamanla “daxili kompüter” yaddaşdakı mənfi təcrübəni pozmaqla məşğul olur, onların yerini (kimdə ağır formada, kimdəsə əksinə işıqlı) nisgil əvəz edir. Bunlara şübhəsiz ki, mühacirətin ağrı-acıları, bəzən hətta əzabları əlavə edilir.

Bu mövzuda, 100 il əvvəl baş vermiş hadisələrdən, general Vrangelin 1920-ci ilin payızında Krımdan bolşeviklər tərəfindən qovulmuş ağqvradiyaçılarının İstanbulda keçirdiyi əzablı yollardan bəhs edən “Qaçış” («Бег») filmi düz yarım əsr bundan öncə, 1970-ci ildə görkəmli sovet rejissorları Alov və Naumov tərəfindən, dahi rus yazıçısı Mixail Bulqakovun əsərlərinin motivləri əsasında çəkilmişdi. Oradakı baş qəhrəmanlar hər gün İstanbulun buxtasına gələrək, Rusiyaya gedən gəmiləri seyr edə-edə, ölüm bahasına da olsa vətənə dönmək haqda düşünürdülər. Sonradan zaman-zaman seyr etdiyim, tarixi dəhşətləri və çox dərin bir insan faciəsini özündə əks etdirən bu möhtəşəm əsəri ilk dəfə kiçik yaşımda görsəm də, mənə çox dərin təsir etmişdi. Hələ o zaman mühacirətin necə müdhiş bir nəsnə olduğunu düşünmüşdüm.

70-ci illərin sonunda bizdə də təxmini bu mövzuya (vətən həsrəti və dönüş) yaxın bir kino çəkildi – Hikmət Ziyanın povestinin motivləri əsasında rejissor Əlisəttar Atakişiyev “Qərib cinlər diyarında” filmini lentə aldı. Bu filmi də yəqin çoxları seyr edib – cinlər ölkəsinə varlanmaq istəyi ilə getmiş baş qəhrəman Qərib, sonradan vətənə dönmək üçün bütün əzablara sinə gərir, sonda geri dönür. Əlbəttə “Qaçış” filmi ilə müqayisədə bu film daha çox məzhəkə xarakteri dayışır, zatən janrın özü də komediya kimi göstərilmişdi. Əslində bizim faciə hesab etdiyimiz çox məsələ sonradan (tragi-)komediya kimi hiss edilib, bəlkə bu da bizim bir növ milli xüsusiyyətimizdir?  

Hazırda bu nostaljini səmimi keçirmək də mümkün deyil əslində. Kiçicik nostalji hissi yaranan kimi məmləkət videolarını açıb azcana baxmaq kifayətdir ki, vəssalam, sanki ən yeni, effektiv dərmanın təsirilə bu hiss həmin an yox olsun. Görürsən ki, yox canım, hər şey yerindədir, “cinlər diyarı”ndan qaçmağa, geri dönməyə elə bir ehtiyac da yoxdu, sənsiz də söhbəti necə lazımdı qurublar. İnternet əsri məsafələri qısaldıb, planeti kiçikləşdirib, bizə də informasiya əsrini dəyərləndirmək qalır.

Berlin əslində Azərbaycandan çox da uzaq olan məkan deyil, həmyerlilərimiz burada kifayət qədər tez-tez olur, bu yaxınlarda konservatoriyada (Musiqi Akademiyası) çalışan bir kolleqa ilə görüşdük. Açığını deyim ki, biz (şərti olaraq bu “cinlər” diyarında yaşayanlar) əsasən Azərbaycanın geosiyasi durumunu, ölkənin təhlükəsizliyi ilə bağlı problematikanı müzakirə edirdik. Amma həmkarım suallarımla başlayan söhbətin lap başlanğıcında hər şeyin üzərindən qara xətt çəkdi: “Bilirsiniz, anlayıram bunları. Amma təsəvvür edin ki, mənim maaşım cəmi 237 AZN-dir və mən hesab etmirəm ki, cəmiyyətin sonuncu sosial layındayam, başa düşürsünüz?” Əlbəttə, bundan sonra ölkə üçün (həqiqətən də reallıqda) mövcud olan xarici və daxili təhlükələrdən danışmaq əbəs və yersiz idi. “Cinlər diyarı” ndan olan qərib kimi susmalı oldum.

Əslində yeni bir şey yox idi mənim üçün, ölkədəki sosial durum müstəsna ağır qalmaqda davam edir, bütün bunları tam çılpaqlığı ilə görürəm. Lakin 5 ilə yaxındır ki, ölkədə olmasam da, hətta uzaqlardan oradakı atmosferin yavaş-yavaş dəyişdiyini hiss etməkdəyəm – bilmirəm, bəlkə bunu çox arzu edirəm, o səbəbdəndir? Təxminlərimə görə bu ya 2005-ci ilin (“rəngli inqilablar” dövrü idi) “yalançı startı” kimi olacaq, yaxud həqiqətən dəyişiklərin astanasını, bir növ “Rubikon çayını” keçmişik.

Ümid edirəm ki, indiki halda ikinci versiyadır, çünki aylardır hakimiyyətin olimpində baş verən “yuxarıdan keçirilən” dəyişikliklərə seçki prosesindəki canlılıq da qatıldı, ən azından cəmiyyətin geniş təbəqələri bu haqda danışmaq, müzakirə etmək imkanı tapdı, kifayət qədər insan da prosesə qoşularaq iştirak etdi. Ən xoşagələn halsa bu idi ki, bütün proses boyu başlıca olaraq ölkədaxili durum, bölgələrdəki vəziyyət, insanların sosial problemləri müzakirə edilirdi. Namizədlərin qızğın atışmaları-mübahisələri, “öpülən nənələr” və “namizəd qovan babaların” gülməli videoları, əməlli-başlı sərgi təşkil etməyə yetəcək qədər əcaib-qəraib seçki plakatları xatirimizə yazıld, yerlərdə baş verənlərsə canlılığı ilə hətta 90-cı illəri xatırlatdı. Bütün bunlar son nəticədə şübhəsiz ki, söz azadlığına da təsir edəcəkdir – əgər üzdə olan ən parlaqlar parlamentə sıza bilsələr.

Nəhayət, proses bu bazar günü bitməkdədir, bəzən faciə kimi interpretasiya edilə biləcək gülməli hadisələr doğrudan da çox oldu, davamı da gəlməkdədir, bu da bizim üslubumuzdur görünür, yuxarıda qeyd etdiyim kimi.

Sonda hamıya bir daha seçkidə iştirak etməyi, sonra da “Qərib cinlər diyarında” filmini izləməyi tövsiyə edərdim. Ən azından maraqlı bir macəra kimi iştirak edin, sonra müzakirə etmək üçün mövzu olsun, özünüzü də ictimai prosesin iştirakçısı hiss edin, nə bilək, bəlkə həqiqətən də böyük dəyişikliklər bizi gözləyir. Sonda yəqin ki, məqalənin əvvəlindəki qəhrəmanımızın sual etdiyi “dərin dövlət” də yaranar. “Gülün cənablar, gülün!” (“Baron Münhausen” filmindən baş qəhrəmanın replikası).

https://www.youtube.com/watch?v=Iuqpy-2FCnc

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Mesud
.

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim – Məsud Aşina

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör