bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

“Propaqandon”

Ələkbər Əliyev Ələkbər Əliyev
Mövqe
30 Aprel 2019
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
Daa
Paylaş

İstər məhsul olsun, istər xidmət, ya da siyasi iradə – təbliğatın açıqlıq, zəhlətökənlik və savadsızlıq səviyyəsi cəmiyyətin mədəni səviyyəsinə proporsionaldır. Ola bilsin, kimsə təbliğat və təşviqata daha az uyur, kimsə daha çox, ancaq mahiyyət dəyişməz qalır – cəmiyyət və elə hakimiyyətin özü də hələ uzun bir maariflənmə yolu keçməlidir.

Rusiyada təbliğat, heç olmazsa, Lenta.ru səviyyəsində aparılır – sivil, incə şəkildə. Təkcə başlıqlar nəyə desən, dəyər. Və ya Slon.ru. Açıq-aşkar Putin əleyhinə olan, bəzən fitnəkar layihədir. Ancaq necə zəngin və dəqiqdir?! Bunları saytları təbliğ etmək üçün demirəm, hərçənd niyə də nümunə götürməyək? (Azsaylı illüstrasiyaları çıxmaq şərtilə, Rusiya öz təbliğatının yöndəmsizliyi ilə bizdən elə də fərqlənmir.)

İstənilən izahlı lüğət, təbliğatı “yalanla həqiqəti birləşdirən, bu və ya digər qrupların davranışına və müəyyən baxışların yetişdirilməsinə təsir edən informasiyaların çatdırılma üsulu” kimi izah edir.

Bunu ona görə deyirəm ki, azərbaycanlılar müdrik xaldır və öz müdrikliyində yalqız deyil. Dünya belə qurulub – dövlət, hakimiyyətin timsalında iyrənc bir sürpriz hazırlayanda özünü “vətən” adlandırmağa başlayır. Hamının borclu olduğu vətən. Əslində, vətənsiz də hamı borcludur, anadangəlmə. Amma vətən calaqlı borc, məsuliyyət daha anlamlı olur. Hamı da bunu yaxşı başa düşür, o cümlədən, azərbaycanlılar da.

Hər halda Azərbaycan şübhənin qadağan olunduğu Oruellin «84»-ü deyil. Konform davranış kifayətdir. Salamat qalmaqdan ötrü başqalarından fərqlənməmək, buna görə də yalan danışmaq lazımdır. Daha sənin ürəyində nələr baş berir, səmimi-qəlbdən inanırsan, yoxsa özünü axmaqlığa vurmusan – onuncu dərəcəli məsələdir. Hakimiyyətin səmimi sevgiyə ehtiyacı yoxdur. O, sadəcə «aləti» kökləyir, xorla təkrarlamalı olduğumuz qəlibləri sırıyır. Ancaq bu, o demək deyil ki, təbliğat və təşviqat qeyri-peşəkar, sırtıq olmalıdır.

Təbliğat texnologiyası Birinci Dünya Müharibəsi zamanında da istifadə olunub, o vaxt ki, Göbbels məktəbi yenicə bitirirdi. Britaniya almanlara qarşı təbliğatı, demək olar ki, konveyerə bağlamışdı. Bura filmlər də daxil idi, xəbərlər də, agentliklər də və təbii ki, qəzetlər, plakatlar, radio da – o dövr üçün ən müasir vasitələr işə salınmışdı. Yəni təbliğat və təşviqatın əlifbası düz yüz il əvvəl yazılıb.

İkinci Dünya Müharibəsi təbliğat mədəniyyətinə xeyli yeniliklər gətirdi, onu inkişaf etdirdi və imkanlarını genişləndirdi. Göbbelsin rəqibi, öz təşviqat metodunu tətbiq etmək istəyən Rozenberq peyda olanda Göbbels haqlı olaraq Hitlerə ondan şikayət eləmişdi: “Onu rədd eləyin, mənə mane olur. Hər kəs təbliğatla məşğul olmaq istəyir. Özü də bu işdən nə qədər az anlayırsa, o qədər çox istəyir.”

Bütünlüklə nəzarət altında olan KİV anlayışı bizim prezident aparatının yox, məhz, Göbbelsin tapıntısıdır. O, «Reyx» adlı qəzeti nəşr eləməyə başlamışdı, lakin iki nömrədən sonra qəzet bağlandı – onu oxuyan yox idi. Ağıllı insan olan Göbbels «Reyx»-in iki nömrəsindən sonra başa düşdü ki, sırf təbliğat məqsədli qəzet-vərəqə heç kimə maraqlı deyil.

Yeri gəlmişkən, «Reyx»-in uğursuzluğundan sonra Göbbels kürü diplomatiyasına başlamışdı. Diplomatiyanın bu növünü də o fikirləşib tapıb. Göbbels, Berlində akkreditasiyadan keçmiş əcnəbi jurnalistləri, demək olar ki, «saxlayırdı». Bütün dünyaya nasizmin insani simaya malik olduğunu göstərməkdən ötrü o, jurnalistlər üçün ziyafətlər təşkil edir, onlara avtomobillər, mənzillər, içində əskinaslar olan qalın zərflər bəxşiş verirdi. Ancaq əbəs yerə! Heç nəyin faydası yox idi. Dünya mətbuatı fürer və onun haqqında «pis şeylər» yazmağa davam edirdi.

Göbbels səhvlərindən dərs çıxarmağı bacarır, daim öz texnologiyalarını təkmilləşdirirdi. Hərçənd, onların elə bir xeyri olmadı, amma Göbbels, ən azından, çalışırdı.

Bəli, elə görünə bilər ki, bütün bu illər ərzində təbliğat texnologiyaları o qədər də dəyişməyib. Bu, doğrudur. Ancaq ən əsas şey dəyişib – zaman və sürət. Müasir dünyamızda gülüş hədəfi olmaq, memə çevrilmək çox asandır.

Bizim hökumətin faciəsi, təbliğat sahəsindəki məğlubiyyətləri təkcə kooperasiya və vahid strategiyanın yoxluğundan irəli gəlmir. Səbəb, hökumətin dialoq imkanlarını kökündən kəsib atan monoloji mahiyyətindədir.

Dialoqun yoxluğu öz səhvlərini görməyə və onlardan dərs almağa mane olur. Təbliğ-təşviqin sifarişçiləri öz yalanlarına inanmağa başlayanda vəziyyətə nəzarəti itirirlər. Beyin yuyulması qarşılıqlı prosesdir. Baş piyləyənə elə gələ bilər ki, o, təkcə piyləməklə məşğuldur və kütlədən asılı deyil, əksinə, kütlə ona tabedi. Bu aldanış çoxları üçün sonun başlanğıcı olub.

Bir misal: Bir qrup tələbə-psixoloq, davranışın dəyişmə texnikasını avtoritar professorun üzərində sınamaq qərarına gəlirlər. Professor monoton və sərt səsi ilə auditoriyanın sol tərəfində levitansayağı mühazirəsini oxuyanda tələbələr gülümsəyirlər, professor sağ tərəfə keçəndə isə özlərini darıxırmış kimi göstərib əsnəməyə başlayırlar. Bir müddətdən sonra professor auditoriyanın sol tərəfində daha çox ləngiyir, sonra isə məşğələlərdə həmişə sol divara söykənməyə başlayır.

Tələbələr, professora öz sirlərini açanda o, əvvəlcə hirslənir, onlarla mübahisə eləyir ki, belə bir şey olmayıb, divara söykənmək onun tərzidir, tələbələr tərəfindən hər hansı təsir qeyri-mümkündür və onlar həyasızcasına yalan danışırlar.

Professorun izzəti-nəfsi ciddi zədə alır.

Bu hekayədən çıxan ibrət dərsi budur ki, bir var sənə məqsədyönlü şəkildə psixoloji təzyiq göstərsinlər, bir də var, özünün qula çevrilməyində iştirak eləməyindən öz xəbərin olmur. Odur ki, sadəcə hakimiyyət cəmiyyəti formalaşdırmır, həmçinin cəmiyyət də hakimiyyəti formalaşdırır, avtoritar hakimiyyəti də, o cümlədən.

Bizim hökumətə elə gəlir ki, avtoritarizm və açıq dialoqu uzlaşdırmaq mümkün deyil.

Xalq hökumətdən sadəcə problemlər və xoşagəlməz şeylər gözləyəndə (azərbaycanlıların təcrübəsi buna əsas verir) xalqın dəstəyini qazanmaq səyləri arzuolunan nəticəni verməyəcək və “satqınların”, “xalq düşmənlərinin”, “erməni agentlərinin” sayını daha da artıracaq. Bu qarışıqlıq isə qətiyyən hakimiyyətin xeyrinə deyil. Mənə elə gəlir ki, həm avtoritar qalmaq, həm də xalqla hakimiyyət arasında qarşıdurmaya yol açmayan siyasi sistem qurmaq mümkün olardı.

İstəkdən asılıdır.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
MyCollages (1)
Mövqe

Ölüvay gənclik haqqında

Seymur Baycan
13 Avqust 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör