Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Propaqandanızı yesinlər

Mirzə Mirzə
Mövqe
07 İyun 2020
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
1523184456
Paylaş

Propaqanda hər bir dövlətin olmazsa olmaz sütunlarındandır. Sözün özü mənfi çalarlı olsa da, fakt faktlığında qalır – dövlət özünün vacibliyini, lazımlılığını əsasən propaqanda alətləri ilə kütlələrə çatdırır… Çünki dövlət kosmetikasız, həqiqi siması ilə çox qorxuncdur. Madam ki, propaqanda bir dövlət üçün bu qədər ciddi məsələdir, hər halda gözləniləndir ki, onu ciddi, peşəkar mütəxəssislərə etibar edərlər, təbliğat işini keyfiyyətli və səviyyəli qurarlar. Amma sən saydığını say…

Gəlin ABŞ-dan başlayaq. Bu ölkənin hətta adi cizgi filmlərində belə özlərinin necə azad olmasına, bunun uğrunda aparılan şanlı mübarizəyə toxunulur. Təbii ki, analitik və tənqidi düşüncəyə malik adamlar üçün bu azadlıq nisbi ola bilər, mübahisələndirə bilərlər filan, amma burada əsas vurğu dövlətin ayaqda qalması üçün gördüyü işlərin səmərəliliyinədir, faydalı iş əmsalınadır.

Məsələn, qonşu Türkiyədə AKP iqtidara gəldikdən sonra vətən-millət təranələri ilə zəngin seriallar, Osmanlı tarixi haqqında sənədli filmlər çəkildi, bu haqda kitablar yazıldı. Yenə deyirəm, dərin zəkalı skeptiklər bu işlərə gülə bilərlər, amma gülməsinlər, hər zaman çoxluğu nəzərə alsınlar. Çoxluq isə bu alətlərin təsiri ilə “vətən fədaisi”nə çevrildi, milliyətçilik fontan vurdu Türkiyədə. Ümumiyyətlə çoxluq hər zaman qalibdir və superzəkalı skeptiklərin fəryadı heç zaman kütlənin qulağına çatmayacaq. Məsələ dövlətin bu kütləni tərbiyə etməkdə iradəli, maraqlı olub-olmamasıdır. 

Bəs Azərbaycanda propaqanda necə qurulub? Bu sualı özümə verdim və xəyalən uşaqlığıma yollandım – Lider TV-nin “Kuklalar”ı yadıma düşdü. Demək olar ki, müxalif liderlərin ucuz yumorla təhqir edildiyi “Kuklalar”. Lider TV-də Vüsal Məmmədovun səsi ilə müxalifət liderləri ələ salınır, 92-93-cü illər dərin kədərlə yad edilir və indiki günə şükür edilirdi. Hərdən mənfur düşmənlərdən, ermənilərin ağır iqtisadi durumundan da söhbət açılırdı.

Dedim bəlkə “Kuklalar”ın üstündən keçən bunca ildən sonra islah olunublar, heç olmasa “yeni nəsil” yeni təfəkkür sahibi olub, amma yox, sosial şəbəkədə YAP Gənclər Birliyinin səhifəsinə baxmaq kifayətdir ki, köhnə hamamda köhnə tas gözünə sataşsın. Orda hətta bir tip var, aktual mövzuları tez-tez müzakirəyə çıxarır. Onun bir çıxışına əvvəldən sona kimi baxmaq adamdan ciddi cəsarət, dözümlülük, iradə, səbr, səbat, nə bilim daha nələr-nələr tələb edir. Homofobiya, seksizm, faşizm, konsprilogiya – hərəsinin biri 1 qəpik. Adam düşünmək funksiyası ilə yerli-dibli tanış olmadan nəsə danışır. Nəsə dediyim də açıq-aşkar nifrət dilidir.

Azərbaycanın rəsmi propaqandası qəribə bir vücudda da təcəssüm edib, bu vücudun adı – istədiyi ölkəyə səfər edən, səfər etdiyi ölkədə istədiyini edən, gah mülki polis, gah diplomat, gah da jurnalist olan Überazeri Ata Abdullayevdir. Bu vücudun simasında biz, dövlət propaqandasının kimlərə əmanət, etibar edildiyini görürük.

26 fevralda istirahət məkanlarına moroncasına hücum etmək, adamları “homoseksual” adlandırmaq, iyrənc nifrət nitqləri səsləndirmək, Paşinyanın önündə çuşkalıq etməkdirmi dövlət propaqandası? Kurtlar vadisi universitetinin lotu məzunu müxalifətçiləri ölümlə hədələyəndə, dövlət üçün hər şey qaydasındamı olur? Uymusunuz siz?

Əvvəl iradə, sonra islahat.

İradə olmayanda da ataabdullayevlər səni təmsil edir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör