Azlogos
  • Kimlər var
  • Bizi tanı

Çip qıtlığı: Texnologiya əsrinin nefti BMT Nizamnaməsinin 51-ci maddəsi və Dağlıq Qarabağ müharibəsi Orxan Ata: "Qərb özünüsenzuranın pikinə doğru sürətlə irəliləyir" Qacar irsi Berndə Varlıların kasıblara öyrətdikləri Seymur Baycan Tiflisdə - Üstadın doğum gününə
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

«Primakov söhbəti»nə sözardı

Elmir Mirzəyev Elmir Mirzəyev
., Mövqe
03 Noyabr 2019

Primakov haqqında çox danışıldı, çox yad edildi, cəmiyyətin aktiv təbəqəsində reaksiyaya səbəb oldu, tədbir təşkilatçıları axtarıldı, rektorun istefası tələb edildi və s. Amma maraqlıdır ki, Slavyan Universitetinin həmin o inşanı yazmaq əmrini quzu kimi yerinə yetirmiş tələbələrindən, heç danışan olmadı.

Gənclik hər zaman üsyankar olur, olmalıdır ən azından. Onlar gərək üsyan etsin, tənqid etsin, bəyənməsin – bunlar gəncliyə xasdır. Gərək biz eşidəydik ki, gənclər bu inşaları yazmaqdan imtina ediblər, rektorla, dekanla üz-göz olub onlara etiraz ediblər, mərəkə qopub, aləm dəyib bir-birinə. Bəs, niyə bunlar baş vermədi?

Söz sözü çəkər, bu Primakov məsələsi 30 il bundan öncə baş verənləri xatırlatdı. Əslində xatirimdən çıxmamışdı, illər boyunca arada xatırlayıb sadəlövhlüyümə, naivliyimə acı-acı gülürdüm. Doğrusu, indi də paylaşmaq fikrim yox idi, ictimai əhəmiyyəti olduğunu düşünmürəm, əbədi-əzəli insan xislətinin sıradan ibrət hekayəsidir. Qabusnamə yazmaq iddiasından uzağam, başağrısı olsa gərək bağışlayasınız.

Son günlər danışılan söhbətlərin fonunda həmin hadisələr kinolent kimi, 3D formatında ötüb keçdi gözlərimin önündən. O illərin müdhiş ümidsizliyi şəraitində, zirvəyə qalxmış eyforiya atmosferində keçən milyonluq mintinqlər, böyük ümidlərin qanadlarında coşan gənclik, dərin təhqir hissindən doğan müstəsna fədakarlıq, alçaq xəyanətlər, intriqalar – sanki, dahi rejissorun quruluşunda və görkəmli aktyorların ifasında icra edilirdi. Bu dəfə xüsusi boyalarla canlandı yaddaşımda o günlər.

1989-cu ilin müdhiş payızı. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının 1-ci kurs tələbəsiyəm, alma mater-ə daxil olan kimi xalq hərəkatına qoşulmuşam və rəhbərlik tərəfindən təhdidlərə məruz qalıram. Dövrün rektoru və dekanı anamın iş nömrəsini tapıb, qadını konservatoriyaya çağırmışdılar ki, «oğlunuzu qovacağıq, ondan bəstəkar-musiqişünas-filan olmaz» və s. Həmin ilin sentyabrın 2-də yaratdığımız Xalq Cəbhəsinin konservatoriyadakı dayaq dəstəsinin bütün üzvləri, oxşar təzyiqlərə məruz qalmışdı.

Hadisələrin necə sürətlə bir-birini əvəzlədiyini hamı yaxşı xatırlayır, – bir tufan idi, bizi, yəni bütün azərbaycanlıları gözləmədiyimiz yerdə haqlamış; hazırlıqsız, apolitik-aqrar camaatımızın boğazını sıxmışdı. Tamamilə müdafiəsiz qalmış sərhəd rayonları, artıq real işğal təhlükəsi qarşısında idi, – Qarabağda ermənilər çoxdan ağalıq edir, Bakıda rəhbərlik özünü turist kim aparır, Sovet sisteminin cinayətkar mahiyyətini isə biz, qalın “Novoye Vremya” ədəbi jurnalında dərc olunan, Soljenitsının ifşaedici “Arxipelaq QULAQ” əsərindən öyrənirdik.

Nə başınızı ağrıdım, deyir ozan dili yüyrək olar, dəhşətlərlə müşayiət olunan 89-un beləcə dekabrına gəlib çatdıq, indi keçirik 30-illiyini qeyd edəcəyimiz məşum yanvara.

Sessiya yaxınlaşırdı, SovİKP və elmi kommunizmdən dərs deyən, rüşvətxor bir X. xanım vardı, yeri gəlmiş, indi də orada dərs deməkdədir, yəqin indikilərə də milli tariximizdən, vətənpərvərlikdən dərs keçib rüşvətini almaqdadır – sözüm onda deyil. 20 yanvara bir neçə gün qalmışdı, hardasa 12, yaxud 14-ü olardı, şəhərin başı üzərində dayanmadan nağara çalınırdı. O günlərdə Bakıda baş verənləri ifadə etmək üçün, gərək azından Tolstoy, ya da Hemingway istedadında olasan. SovİKP və elmi kommunizm üzrə «zaçot»umuz o günə təyin edilmişdi. «Patokun» tələbələrini yığıb dedim ki, «bu «fənn» (elmə heç bir aidiyyatı olmadığı üçün, dırnaq içinə alıram) bizim üçün təhqirdi. Yığın «zaçotka»larınızı, mən onları aparım müəlliməyə, öz xoşu ilə hamıya «məqbul» yazsın, sülhlə yola verək».

Camaat ürəkləndi, gözlər parıldadı, – bir bölümü toylara gedən klarnetçi, nağaraçılar, «narodnik»lər, digər hissəsi də, yaxın perspektivdə ərə getməkdən başqa heç nə planlamayan gözəl, apatik qızlar – X. xanımdan çox çəkinirdilər. İlk dəfə idi ki, «nə qədər vermək lazımdır?» sualına ehtiyac qalmırdı, bu ağır məsələni pulsuz-parasız həll etmək şansı yaranmışdı. Mən isə… dahi rəhbər Lenin yoldaşın dediyi «полезный идиот» rolunu, ciddi-cəhdlə oynayırdım (bu dərin anlayışı tərcümə etməyəcəm, google-llayın və dahi rəhbərin dərinliyinə özünüz əmin olun).

Əslində, yazıqların təqsiri də yox idi – istər «Elmi kommunizm» olsun, istərsə də yoldaş Stalinin şəxsən tərtib etdiyi «Краткий курс истории ВКП(б)» (ÜKP tarixinin qısa kursu) feykinin əsasında yaradılmış «SovİKP tarixi» fərq etməz – belə bir cəfəngiyyatı yalnız başdanxarab adamlar oxuyub, əzbərləyə bilərdi. Bunları və Leninin başqa məşhur əsəri olan «Materializm və empiriokritisizm»ini konservatoriyadan çox əvvəl oxumağa cəhd etmiş… elə oxumağa cəhd edəndə, hər şeyi başa düşmüşdüm. Həmçinin qəti əminəm ki, praqmatik «el arvadı» X. xanımın özü də, bu kitabları oxumamışdı – axmaq deyildi ki?

Nə isə, «zaçotkaları» toplayıb kabinetə daxil oldum, X. xanıma qəti surətdə bildirdim ki, «imtahana girməyəcəyik, indiki şəraitdə bu fənnin bizə keçilməsi təhqirdir, odur ki, hamıya sakitcə məqbul yazın, məsələ bununla da bitsin».

Arvad cin atına mindi, dedi «sən nə danışırsan, nə danışırsan sən, danışırsan sən nə?! Heç birinizə qiymət zad yoxdur, gedib dekanata ərizə yazın, hamınız qeyri-məqbul alırsınız». Əlbəttə, daha nə deməli idi ki? «Siyasi demaqoqluq»umla bacının gül kimi isti aşına, soyuq su qatırdım. X. öz xəyalında «Çəkməli pişik» multfilmindəki kimi, pulları «Daniel-Daniel, Leman-Leman» deyə-deyə sayıb hazır eləmişdi (mümkün etsəniz baxın, 1969-cu ilin yapon anime filmidir, gözəl də çəkilib), indi də, semestr boyunca baş bəlası olmuş tələbə gəlib ki, «halalca qazancını əlindən alacam». O vaxtlar, bu xırdalıqları anlamaycaq qədər sadəlövh idim.

Cavabında ona dedim ki, bizə fərq eləməz, özü bilsin, yazmırsa tarix qarşısında peşman olacaq. Pafos – gəncliyin ayrılmaz hissəsidir, bizim də cəmi 19 yaşımız vardı, daha neynəyək, belə baxanda da, Elçibəylə Etibar Məmmədovun meydandakı pafosuna çatmazdı. X. dedi «vəssalam, söhbət bitdi, gedərsiniz dekanata». Mən də, pafosla «getməyəcəyik, vəssalam!» deyib çıxdım. Qadın mat qalmışdı.

Gözləyən yoldaşlar məni əhatə etdi: «Nooldu, dedin?!», «O nə dedi?!», «Yazdı?!», «Yazmadı?!!», «Necə yazmadı?!!». Mən danışdıqca pərişan olurdular. Onları sakitləşdirməyə çalışdım. Dedim ki, «biz sözümüzü çatdırdıq, indi nə edirlər etsinlər, biz bu ideologiyanı qəbul etmirik, sovet imperiyası cinayətkardır…» və bu qəbildən olan dövrün meydan ştampları. Açıldılar, nə açıldılar: «Ala yox e, sən bizi zibilə saldun ki!», «Uy da, indi necə verəcəyik zaçotu?!», «Valla gül kimin pulunu verib yazdırırdux da, neynədün sən?!», «İndi X-nın əlindən necə qurtaracuğ ala?!», «Dükanat nədü?!».

Toyxanaçılar kükrəyirdi, kefləri necə pozulmuşdusa «negimizə lazımidü ala bunnar» deyib özlərini döyürdülər. Gözəl qızların gözlərindəki pərişanlığı, məyusluğu görmək isə, adamın içini parçalayırdı. Gənc idik, saf idik, «xalq», «millət» havaları ilə havalanmışdıq… ona görə eşitdiklərim məndə soyuq duş effekti yaratmışdı. Burdan da X. xanım atdı özünü koridora, hamıya topdan ultimatum verdi, toyxanaçılarla gözəl qızlar təmiz şoka düşdülər.

Başa düşdüm ki, nəsə demək mənasızdır, ordan uzaqlaşdım. «Patok» camaatı (şəksiz, bir neçə istisna mütləq vardı) necə oldu məni linç etmədi, başa düşmürəm. Yenə mədəni adamlardı, yəqin konservatoriya oxuyurdular deyə…

Üstündən bir-neçə gün keçdi, rus əsgərləri Bakıya daxil olub qətliam törətdilər, günahsız insanların qanı küçələrə töküldü, bütün şəhər qapqara yasa büründü. Dekanat söhbəti də uçub getdi, X. xanım hamıya avtomatik «zaçot» yazdı, fevralda isə mənimlə ayrıca üzrxahlıq tonunda söhbət etdi, «belə olsun istəməzdim» dedi.

«İstəməzdim» söhbətini sonralar Xoşqədəm də elədi, bunu elə-belə yazdım, guya məzəlidir.

O gündən sonra həmin «patok» bir daha heç vaxt «siyasətə qarışmadı», quzu kimi para verə-verə, 19 yaşlı gənclərdən çevrilib oldular «məmuli azərbaycanlı» (ifadə Firudin Allahverdiyə məxsusdur). Aralarından bircəsi belə musiqiçi olmadı, ya da mənim xəbərim yoxdur. O vaxtdan əlaqəmi tamam kəsdim. Dekanat isə, məni və bir neçə «təhlükəli» tələbəni «nəzarətə» götürmüşdü.

Hadisələrin sonu hamıya məlumdur. Bütün gedişat da onu göstərirdi ki, fəlakətli məğlubiyyətə məhkumuq, bu tale bizdən yan keçməyəcək. Mərhum Elçibəyin sözüdür, indi deməsin: «Bu bizim taleyimiz idi».

İndi baxıram ki, 30 il sonra da vəziyyət heç dəyişməyib. Təəccüblənmirəm, bunun da cavabı Elçibəydədir, kişi sözünü deyib gedib: «Fransadan xalq gətirməyəcəyik ki…»

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Bildschirmfoto 2021-04-09 um 13.16.11
.

Çip qıtlığı: Texnologiya əsrinin nefti

09 Aprel 2021
67680
.

BMT Nizamnaməsinin 51-ci maddəsi və Dağlıq Qarabağ müharibəsi

08 Aprel 2021
IMAGE 2021-04-08 06:45:13
.

Orxan Ata: “Qərb özünüsenzuranın pikinə doğru sürətlə irəliləyir”

08 Aprel 2021
13-min
.

Qacar irsi Berndə

07 Aprel 2021
2bcb3bca-cc0f-44d6-a9fc-70c81b3291a7-Mexico City -Unequal Scenes - Web 72dpi-88
.

Varlıların kasıblara öyrətdikləri

07 Aprel 2021
daeaf17b-8686-4aa6-be3f-ce73a5b60122
.

Seymur Baycan Tiflisdə – Üstadın doğum gününə

06 Aprel 2021

Redaktorun seçimi

Putin adına saray: siyasi iqtisad və kütləvi qiyam etikası

Zaman-məkanın qırılması

Azərbaycanlı identifikasiyası: siyasi kimlik və milli ideya

Fuad İbrahimovun Varşava zəfəri

Pandemiya və minimalizm

Natamamlıq – milli xarakter kimi

2019-nCoV koronavirusu

Nobel – Şnobelin özüdür!

“Zibil etirazı” və polis

İkiüzlü Mi Mix Alpha

Varlıq və ölüm haqqında düşüncələr

Wi-Fi 6 rəsmi olaraq istifadəyə verildi

Siyasi xalq yoxsa bio-kütlə?

Dövlətə incəsənət lazımdırmı?

 Demokrat viruslar

Özünü öldürən skandinavlar haqda mif

“Korreksiya sinfi” filmi barədə

Əkrəm Əylislinin “Daş yuxular”ının yozumu

Kayfizm – azərbaycanlıların gerçək dini

Məşhur aktyorumuzun paltar oğurluğu və çətin seçimi…

Nənələrin müdrikliyi

“Adamazon” – Gündüz Ağayev təqdim edir (18+)

Statistika və təəssürat

Dağıstanda Azərbaycan dili

Baş ağrıları sahəsində 2018-ci ilin əsas nailiyyətləri

Aclıq – Firudin Allahverdi

Xəyanət barədə PSevdosöhbət

3D siyasət

Zaman nədir?

Firudin Allahverdinin Qars səfəri (I hissə)

«Primakov söhbəti»nə sözardı

Elmir Mirzəyev Elmir Mirzəyev
., Mövqe
03 Noyabr 2019

Primakov haqqında çox danışıldı, çox yad edildi, cəmiyyətin aktiv təbəqəsində reaksiyaya səbəb oldu, tədbir təşkilatçıları axtarıldı, rektorun istefası tələb edildi və s. Amma maraqlıdır ki, Slavyan Universitetinin həmin o inşanı yazmaq əmrini quzu kimi yerinə yetirmiş tələbələrindən, heç danışan olmadı.

Gənclik hər zaman üsyankar olur, olmalıdır ən azından. Onlar gərək üsyan etsin, tənqid etsin, bəyənməsin – bunlar gəncliyə xasdır. Gərək biz eşidəydik ki, gənclər bu inşaları yazmaqdan imtina ediblər, rektorla, dekanla üz-göz olub onlara etiraz ediblər, mərəkə qopub, aləm dəyib bir-birinə. Bəs, niyə bunlar baş vermədi?

Söz sözü çəkər, bu Primakov məsələsi 30 il bundan öncə baş verənləri xatırlatdı. Əslində xatirimdən çıxmamışdı, illər boyunca arada xatırlayıb sadəlövhlüyümə, naivliyimə acı-acı gülürdüm. Doğrusu, indi də paylaşmaq fikrim yox idi, ictimai əhəmiyyəti olduğunu düşünmürəm, əbədi-əzəli insan xislətinin sıradan ibrət hekayəsidir. Qabusnamə yazmaq iddiasından uzağam, başağrısı olsa gərək bağışlayasınız.

Son günlər danışılan söhbətlərin fonunda həmin hadisələr kinolent kimi, 3D formatında ötüb keçdi gözlərimin önündən. O illərin müdhiş ümidsizliyi şəraitində, zirvəyə qalxmış eyforiya atmosferində keçən milyonluq mintinqlər, böyük ümidlərin qanadlarında coşan gənclik, dərin təhqir hissindən doğan müstəsna fədakarlıq, alçaq xəyanətlər, intriqalar – sanki, dahi rejissorun quruluşunda və görkəmli aktyorların ifasında icra edilirdi. Bu dəfə xüsusi boyalarla canlandı yaddaşımda o günlər.

1989-cu ilin müdhiş payızı. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının 1-ci kurs tələbəsiyəm, alma mater-ə daxil olan kimi xalq hərəkatına qoşulmuşam və rəhbərlik tərəfindən təhdidlərə məruz qalıram. Dövrün rektoru və dekanı anamın iş nömrəsini tapıb, qadını konservatoriyaya çağırmışdılar ki, «oğlunuzu qovacağıq, ondan bəstəkar-musiqişünas-filan olmaz» və s. Həmin ilin sentyabrın 2-də yaratdığımız Xalq Cəbhəsinin konservatoriyadakı dayaq dəstəsinin bütün üzvləri, oxşar təzyiqlərə məruz qalmışdı.

Hadisələrin necə sürətlə bir-birini əvəzlədiyini hamı yaxşı xatırlayır, – bir tufan idi, bizi, yəni bütün azərbaycanlıları gözləmədiyimiz yerdə haqlamış; hazırlıqsız, apolitik-aqrar camaatımızın boğazını sıxmışdı. Tamamilə müdafiəsiz qalmış sərhəd rayonları, artıq real işğal təhlükəsi qarşısında idi, – Qarabağda ermənilər çoxdan ağalıq edir, Bakıda rəhbərlik özünü turist kim aparır, Sovet sisteminin cinayətkar mahiyyətini isə biz, qalın “Novoye Vremya” ədəbi jurnalında dərc olunan, Soljenitsının ifşaedici “Arxipelaq QULAQ” əsərindən öyrənirdik.

Nə başınızı ağrıdım, deyir ozan dili yüyrək olar, dəhşətlərlə müşayiət olunan 89-un beləcə dekabrına gəlib çatdıq, indi keçirik 30-illiyini qeyd edəcəyimiz məşum yanvara.

Sessiya yaxınlaşırdı, SovİKP və elmi kommunizmdən dərs deyən, rüşvətxor bir X. xanım vardı, yeri gəlmiş, indi də orada dərs deməkdədir, yəqin indikilərə də milli tariximizdən, vətənpərvərlikdən dərs keçib rüşvətini almaqdadır – sözüm onda deyil. 20 yanvara bir neçə gün qalmışdı, hardasa 12, yaxud 14-ü olardı, şəhərin başı üzərində dayanmadan nağara çalınırdı. O günlərdə Bakıda baş verənləri ifadə etmək üçün, gərək azından Tolstoy, ya da Hemingway istedadında olasan. SovİKP və elmi kommunizm üzrə «zaçot»umuz o günə təyin edilmişdi. «Patokun» tələbələrini yığıb dedim ki, «bu «fənn» (elmə heç bir aidiyyatı olmadığı üçün, dırnaq içinə alıram) bizim üçün təhqirdi. Yığın «zaçotka»larınızı, mən onları aparım müəlliməyə, öz xoşu ilə hamıya «məqbul» yazsın, sülhlə yola verək».

Camaat ürəkləndi, gözlər parıldadı, – bir bölümü toylara gedən klarnetçi, nağaraçılar, «narodnik»lər, digər hissəsi də, yaxın perspektivdə ərə getməkdən başqa heç nə planlamayan gözəl, apatik qızlar – X. xanımdan çox çəkinirdilər. İlk dəfə idi ki, «nə qədər vermək lazımdır?» sualına ehtiyac qalmırdı, bu ağır məsələni pulsuz-parasız həll etmək şansı yaranmışdı. Mən isə… dahi rəhbər Lenin yoldaşın dediyi «полезный идиот» rolunu, ciddi-cəhdlə oynayırdım (bu dərin anlayışı tərcümə etməyəcəm, google-llayın və dahi rəhbərin dərinliyinə özünüz əmin olun).

Əslində, yazıqların təqsiri də yox idi – istər «Elmi kommunizm» olsun, istərsə də yoldaş Stalinin şəxsən tərtib etdiyi «Краткий курс истории ВКП(б)» (ÜKP tarixinin qısa kursu) feykinin əsasında yaradılmış «SovİKP tarixi» fərq etməz – belə bir cəfəngiyyatı yalnız başdanxarab adamlar oxuyub, əzbərləyə bilərdi. Bunları və Leninin başqa məşhur əsəri olan «Materializm və empiriokritisizm»ini konservatoriyadan çox əvvəl oxumağa cəhd etmiş… elə oxumağa cəhd edəndə, hər şeyi başa düşmüşdüm. Həmçinin qəti əminəm ki, praqmatik «el arvadı» X. xanımın özü də, bu kitabları oxumamışdı – axmaq deyildi ki?

Nə isə, «zaçotkaları» toplayıb kabinetə daxil oldum, X. xanıma qəti surətdə bildirdim ki, «imtahana girməyəcəyik, indiki şəraitdə bu fənnin bizə keçilməsi təhqirdir, odur ki, hamıya sakitcə məqbul yazın, məsələ bununla da bitsin».

Arvad cin atına mindi, dedi «sən nə danışırsan, nə danışırsan sən, danışırsan sən nə?! Heç birinizə qiymət zad yoxdur, gedib dekanata ərizə yazın, hamınız qeyri-məqbul alırsınız». Əlbəttə, daha nə deməli idi ki? «Siyasi demaqoqluq»umla bacının gül kimi isti aşına, soyuq su qatırdım. X. öz xəyalında «Çəkməli pişik» multfilmindəki kimi, pulları «Daniel-Daniel, Leman-Leman» deyə-deyə sayıb hazır eləmişdi (mümkün etsəniz baxın, 1969-cu ilin yapon anime filmidir, gözəl də çəkilib), indi də, semestr boyunca baş bəlası olmuş tələbə gəlib ki, «halalca qazancını əlindən alacam». O vaxtlar, bu xırdalıqları anlamaycaq qədər sadəlövh idim.

Cavabında ona dedim ki, bizə fərq eləməz, özü bilsin, yazmırsa tarix qarşısında peşman olacaq. Pafos – gəncliyin ayrılmaz hissəsidir, bizim də cəmi 19 yaşımız vardı, daha neynəyək, belə baxanda da, Elçibəylə Etibar Məmmədovun meydandakı pafosuna çatmazdı. X. dedi «vəssalam, söhbət bitdi, gedərsiniz dekanata». Mən də, pafosla «getməyəcəyik, vəssalam!» deyib çıxdım. Qadın mat qalmışdı.

Gözləyən yoldaşlar məni əhatə etdi: «Nooldu, dedin?!», «O nə dedi?!», «Yazdı?!», «Yazmadı?!!», «Necə yazmadı?!!». Mən danışdıqca pərişan olurdular. Onları sakitləşdirməyə çalışdım. Dedim ki, «biz sözümüzü çatdırdıq, indi nə edirlər etsinlər, biz bu ideologiyanı qəbul etmirik, sovet imperiyası cinayətkardır…» və bu qəbildən olan dövrün meydan ştampları. Açıldılar, nə açıldılar: «Ala yox e, sən bizi zibilə saldun ki!», «Uy da, indi necə verəcəyik zaçotu?!», «Valla gül kimin pulunu verib yazdırırdux da, neynədün sən?!», «İndi X-nın əlindən necə qurtaracuğ ala?!», «Dükanat nədü?!».

Toyxanaçılar kükrəyirdi, kefləri necə pozulmuşdusa «negimizə lazımidü ala bunnar» deyib özlərini döyürdülər. Gözəl qızların gözlərindəki pərişanlığı, məyusluğu görmək isə, adamın içini parçalayırdı. Gənc idik, saf idik, «xalq», «millət» havaları ilə havalanmışdıq… ona görə eşitdiklərim məndə soyuq duş effekti yaratmışdı. Burdan da X. xanım atdı özünü koridora, hamıya topdan ultimatum verdi, toyxanaçılarla gözəl qızlar təmiz şoka düşdülər.

Başa düşdüm ki, nəsə demək mənasızdır, ordan uzaqlaşdım. «Patok» camaatı (şəksiz, bir neçə istisna mütləq vardı) necə oldu məni linç etmədi, başa düşmürəm. Yenə mədəni adamlardı, yəqin konservatoriya oxuyurdular deyə…

Üstündən bir-neçə gün keçdi, rus əsgərləri Bakıya daxil olub qətliam törətdilər, günahsız insanların qanı küçələrə töküldü, bütün şəhər qapqara yasa büründü. Dekanat söhbəti də uçub getdi, X. xanım hamıya avtomatik «zaçot» yazdı, fevralda isə mənimlə ayrıca üzrxahlıq tonunda söhbət etdi, «belə olsun istəməzdim» dedi.

«İstəməzdim» söhbətini sonralar Xoşqədəm də elədi, bunu elə-belə yazdım, guya məzəlidir.

O gündən sonra həmin «patok» bir daha heç vaxt «siyasətə qarışmadı», quzu kimi para verə-verə, 19 yaşlı gənclərdən çevrilib oldular «məmuli azərbaycanlı» (ifadə Firudin Allahverdiyə məxsusdur). Aralarından bircəsi belə musiqiçi olmadı, ya da mənim xəbərim yoxdur. O vaxtdan əlaqəmi tamam kəsdim. Dekanat isə, məni və bir neçə «təhlükəli» tələbəni «nəzarətə» götürmüşdü.

Hadisələrin sonu hamıya məlumdur. Bütün gedişat da onu göstərirdi ki, fəlakətli məğlubiyyətə məhkumuq, bu tale bizdən yan keçməyəcək. Mərhum Elçibəyin sözüdür, indi deməsin: «Bu bizim taleyimiz idi».

İndi baxıram ki, 30 il sonra da vəziyyət heç dəyişməyib. Təəccüblənmirəm, bunun da cavabı Elçibəydədir, kişi sözünü deyib gedib: «Fransadan xalq gətirməyəcəyik ki…»

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Bildschirmfoto 2021-04-09 um 13.16.11
.

Çip qıtlığı: Texnologiya əsrinin nefti

09 Aprel 2021
67680
.

BMT Nizamnaməsinin 51-ci maddəsi və Dağlıq Qarabağ müharibəsi

08 Aprel 2021
IMAGE 2021-04-08 06:45:13
.

Orxan Ata: “Qərb özünüsenzuranın pikinə doğru sürətlə irəliləyir”

08 Aprel 2021
13-min
.

Qacar irsi Berndə

07 Aprel 2021
2bcb3bca-cc0f-44d6-a9fc-70c81b3291a7-Mexico City -Unequal Scenes - Web 72dpi-88
.

Varlıların kasıblara öyrətdikləri

07 Aprel 2021
daeaf17b-8686-4aa6-be3f-ce73a5b60122
.

Seymur Baycan Tiflisdə – Üstadın doğum gününə

06 Aprel 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel