Azlogos
  • Qaydalar
  • Kimlər var

1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik 4bpq10e42793ce16c5n 800c450 Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Bahis keyfini doyasıya yaşamak isteyenlerin tercihi Bettilt olmalıdır.

Türkiye’de oyuncuların önemli kısmı düşük miktarlı bahislerle başlar, Bahsegel deneme bonusu düşük limitleri destekler.

Bahis dünyasında gelecek yılın yeniliklerini sunacak olan Bahsegel şimdiden konuşulmaya başlandı.

Bahis platformlarının %72’si artık kripto para desteği sunmaktadır; Bettilt 2025 bu yeniliği güvenli şekilde entegre etmiştir.

Futbol ve basketbol kuponları yapmak için Bettilt kategorisi tercih ediliyor.

2025 yılında yepyeni özellikler sunacak olan bahsegel sabırsızlıkla bekleniyor.

Online platformda hızlı işlem garantisi sunan bahsegel giriş kullanıcılarına zaman kazandırır.

Yüksek kazanç oranlarıyla her zaman dikkat çeken bahsegel türkiye bahis dünyasında liderdir.

Kullanıcılar sisteme hızlı giriş yapmak için paribahis linkini kullanıyor.

Online dünyada daha çok eğlence isteyenler casino kategorisine yöneliyor.

Yatırım yapanlar için özel olarak hazırlanan paribahis güncel giriş kampanyaları büyük ilgi görüyor.

Global casino oyunları pazarının yıllık büyüme oranı %10 olarak hesaplanmıştır; bu, paribahis güncel link’in yatırım yaptığı bir alandır.

Slot makineleri ve rulet heyecanı yaşayan kullanıcılar paribahis giriş sayfasına yöneliyor.

Bahis dünyasında kazancın adresi haline gelen bettilt güvenilirliğiyle öne çıkar.

Global pazarda da kendini kanıtlayan bettilt platformu Türk oyunculara da hitap ediyor.

VIP rulet masaları yüksek bahis yapmak isteyenler için özel olarak hazırlanmıştır, bettilt indir apk bu ayrıcalığı sunar.

Canlı bahislerde yüksek oran ve hızlı işlem avantajı sunan bahsegel giriş güncel, profesyonel bir bahis deneyimi yaşatır.

Kullanıcılarına özel ödül ve geri ödeme programlarıyla Paribahis kazanç sağlar.

Curacao Gaming Authority’ye göre 2024 itibarıyla 2.100’den fazla aktif lisans geçerlidir; bu lisanslardan biri bettilt bonus’e aittir.

Polisin sərhədsiz imtiyazı

Bilal Əşrəfov Bilal Əşrəfov
., Sərbəst
09 İyun 2020
Oxuma vaxtı:10 dəqiqəyə oxunur
Qara polis
Paylaş

Bir neçə gün əvvəl Minneapolis şəhərində silahsız qaradərili George Floydun öldürülməsi səbəbilə başlayan etiraz dalğası tez müddətdə bütün ABŞ-ı cənginə aldı. Etirazların kulminasiyası başlanğıc nöqtəsi olan Minneapolis şəhərindəki müvafiq polis məntəqəsinin alova verilməsi oldu.

Protests Continue Over Death Of George Floyd, Killed In Police Custody In Minneapolis
Etirazçılar polis məntəqəsinin alova verilməsini qeyd edir (28 may 2020 — Minneapolis, Minnesota | © Stephen Maturen / Getty Images)

Etiraza səbəb olan əsas motiv sistematik irqçiliyin struktural polis zorakılığında misilsiz rol oynamasıdır. Böyük ehtimal buradan yola çıxaraq, Amerika xalqının yarısından çoxu Minneapolis şəhər polis məntəqəsinin yandırılmasını haqlı hesab edir, çünki vətəndaşların nəzərində struktural hal almış polis zorakılığı özündə sadəcə müəyyən hallarda zorakılıq ehtiva edən etirazlardan daha təhlükəlidir. Ümumilikdə nümayişlərə ölkə boyunca çox böyük dəstək var:

“Müasir səsvermə tarixində amerikalılar heç vaxt irqi ayrıseçkiliyin polisdə  –  və ümumən cəmiyyətdə – oynadığı rol barədə bu qədər yekdil olmamışdı.”

Etiraz nümayişlərindən görüntülər mətbuatda geniş yer tapır. Amerikanın ən nüfuzlu mətbuat orqanlarından New York Times qəzetinin redaksiya heyəti, Amerikada etirazın vətənpərvər bir hərəkət olduğunu qeyd edərək etirazçılara birbaşa dəstəyini ifadə edir. İctimaiyyətin və medianın diqqətlə nəzərdə saxlamasına baxmayaraq, nümayişlər əsnasında dinc etirazçılara qarşı yenə də polis zorakılığı müşahidə olunur (bu cür görüntülər sosial mediada da sürətlə yayılır və hətta bu görüntülərdən elektron tablo belə hazırlanıb).

Bəzi bölgələrdəki qiyam görüntüləri ilə bütün nümayişin gözdən salınması cəhdlərinə cavab isə, yenə də polis zorakılığı üzərindən verilir:

“Qiyam edən etirazçılardan danışacağıqsa, qiyam edən polisdən də danışmalıyıq. Xeyr, onlar mülk dağıtmırlar, lakin yayılan saysız-hesabsız videolardan da aydın olur ki, bir çox polis məmuru insanları –  o cümlədən küçədəki nümayişçilərin dinc əksəriyyəti, hətta jurnalistləri fərqləndirmədən tez-tez zor tətbiq edir.”

polislər etirazçılar həbs
Chicago polis məmurları etirazçıları həbs edir (30 may 2020 | © Jim Vondruska, NurPhoto / Getty Images)

Həmçinin, polis zorakılığına qarşı “yaxşı polislər də var” arqumenti getdikcə etibarlılığını tamamilə itirir. New York ştatında yaşlı bir nümayişçinin polislər tərəfindən itələnməsi və yerə yıxılaraq başından xəsarət alması səbəbilə 2 polis əməkdaşının işdən ödənişsiz kənarlaşdırılması barədə qərara fövqəladə dəstənin digər polis əməkdaşlarının dəstək vermək əvəzinə etiraz etməsi, polislərə rəğbətin əsassız olduğunu bir daha xatırladır. (Yeri gəlmişkən, hadisə anına dair görüntülər yayılmamışdan əvvəl polis rəsmiləri ilk başda öz həmkarlarına bəraət qazandırmağa çalışması, bu qənaəti daha da gücləndirir). Adam Serwer bu məsələ barədə Atlantic üçün yazdığı məqaləsini, haqlı olaraq “sistem elə bir haldadır ki, sırf yaxşı niyyətlə öhdəsindən gəlmək olmayacaq” sözləri ilə sonlandırır.

polis akademiyası
© Julie Jacobson / AP

Bütün bu məsələlərin ən ironik yanı odur ki, polis zorakılığına qarşı olan etiraz nümayişlərinə polis daha çox zor tətbiq etməklə cavab verir. Bəs, müxaliflərin hətta nümayişlərdə aksiyaçılarla həmrəylik göstərən polislərə,  bu fərdi aktlara qarşı tərəddüdünü şərtləndirən struktural polis zorakılığı nədir, mexanizm necə işləyir və əvəzində təklif edilən həll yolu nədir? Ekspertlər müxtəlif həll yolları təklif edir, lakin hakim olan dəqiq bir ortaq qənaət var: islahata ehtiyacı olan sadəcə müəyyən polis idarələri deyil, ölkə üzrə bütün polis xidmətidir.

Struktural polis zorakılığının əsas səbəbkarlarından biri polis sindikatlarıdır. Belə ki, qanuna əsasən polis sindikatları (həmkarlar ittifaqı) bütün üzvlərini qorumaq öhdəliyi daşıyır (bu arada, sindikat üzvlərinin sayına görə polis ilk pillələrdə olan peşələrdəndir). Bu qanuni əsas da öz növbəsində polislərin nalayiq davranışlarında belə arxalarında sindikatın gücünü hiss etmələrini şərtləndirir və beləliklə polis sistemində zorakılıq kültürünün güclənməsinə təkan verir. Digər yandan, polis sindikatlarının bəlkə də ən zərərverici yanı, cinayət ədliyyəsi strukturunda islahatların qarşısını alan güclü bir dərnək kimi çıxış etməsidir. Kim Kelly, New Republic jurnalındakı tənqidi məqaləsində məhz bu səbəblə struktural polis zorakılığına qarşı mübarizədə başlanğıc nöqtəsi olaraq polis sindikatların ləğvinin zəruriliyini yazır.

Polisləri gücləndirən hüquqi əsaslar da mövcuddur. Bunun başında “açıq hüquqi suallar barədə ağlabatan, lakin səhv qərarlar verən” polis məmurlarını qorumaq məqsədilə qəbul edilmiş ‘ixtisaslı toxunulmazlıq’ (qualified immunity) qanuni doktrinasıdır. Sözü gedən doktrina, tənqidçilər tərəfindən vətəndaşların polis məmurlarını nalayiq davranış səbəbilə məhkəməyə vermə prosedurunu çətinləşdirdiyi üçün polis cavabdehliyinin azalması ilə nəticələndiyini və bu halın da polis zorakılığına təkan verdiyini qeyd edir (ABŞ Nümayəndələr Palatasının üzvü Justin Amash tərəfindən həmin doktrinanın sonlandırılması barədə Konqresə təklif irəli sürməsi gözlənilir).

Polis zorakılığında payı olan daha 2 məsələ var ki, sindikatlar kimi onlar da bütün sivil cəmiyyətlərin diqqətində olmalıdır: polisin yüksək səviyyədə maliyyələşdirilməsi və hərbiləşdirilməsi.

Ryan Cooper, New Week üçün olan yazısında bu proseslər nəticəsində ictimaiyyətin düşdüyü aciz halı belə şərh edir:

“2020-ci ilin Amerikası budur: xalqın pulundan böyük bir pay, ən vacib işini görməkdən heyrətamiz dərəcədə aciz olan, insanlara adətən çətinliklər törədən və onları vaxtaşırı öldürən, hansısa bir nümayişdə zorakılıq göstərən polislərə verilir.”

Polis xidmətinin maliyyələşdirilməsi üçün büdcədən ayrılan vəsaitin azaldılması etirazçıların əsas tələblərindən biridir. Statistikaya nəzər yetirdikdə, bu tələbdə haqlılıq payının olduğunu görmək olar. Belə ki, Amerikada son bir neçə onillikdə cinayətlərin azalmasına baxmayaraq, polis üçün ayrılan büdcədə artış olub, habelə polis üçün ayrılan büdcənin əksər sosial proqramlardan daha çox olduğu nəzər çarpır. Polisin həmin bölgələrdə cinayəti azaltmadığını iddia edən etirazçıların tələbi odur ki, polis xidmətinə ayrılan büdcə mümkün qədər çox ixtisar edilsin, əvəzində insanları cinayətdən uzaq tutmağa kömək edəcək sosial proqramlar maliyyələşdirilsin, həmçinin polisi əvəz edəcək başqa sahələr inkişaf etdirilsin. (Nordik modeli nümunə gətirərək, kiçik polis idarələrinin mövcudluğunun həmin bölgədə cinayət artışına səbəb olmadığını yazanlar da var).

“Qaradərili Həyatlar üçün Hərəkat”ın strateqinin New York Times üçün yazdığı məqalədə insanların təhlükəsizliyini təmin etmək üçün polisə alternativ modellərin inkişaf etdirilməsi, büdcədən maliyyənin o sahəyə ayrılması təklif olunur. Etirazlar bu mənada öz bəhrəsini verməyə başlayıb: hadisənin yaşandığı Minneapolis Şəhər Məclisi polis idarəsinin ləğv edilərək icma əsaslı ictimai təhlükəsizlik proqramı ilə əvəzlənməsinə və bu sahəyə investisiya yatırılmasına qərarı verdi. Əlavə olaraq Los Angeles və New York kimi şəhərlərdə şəhər merləri və şəhər məclisləri mərhələli kəsinti barədə qərarlar verməyə və müzakirələr aparmağa başlayıb.

Polis qüvvələrinin hərbiləşməsinin polis zorakılığında misilsiz rolunun olması başda Cato İnstitut olmaqla məsələ ilə maraqlanan bir çox vətəndaş cəmiyyəti təşkilatlarının illərdir xəbərdarlığını etdiyi bir məsələdir. Cato İnstitutun əməkdaşı olan Radley Balko, hələ 2006-cı ildə yazdığı “Overkill: The Rise of Paramilitary Police Raids in America” əsərində polis zorakılığı ilə hərbiləşmə arasındakı əlaqəyə diqqət çəkirdi. Hərbiləşmə – polis əməkdaşlarının cavabdehlikdən yayınmasına səbəb olan köməkçi bir hal kimi qarşımıza çıxır. Polisin hərbiləşməsi öz növbəsində polis qüvvələrinin hərbi avadanlıqlarla təmin olunması, adətən müharibə şəraitində istifadə olunması məsləhət görülən hərbi taktikaların və ya fəndlərin (məs., boyun kilidinə salmaq və yerdə boyun üzərində dizlə tutub saxlamaq. Bəziləri artıq qadağan edilməyə başlanıb) tətbiqinə icazə verilməsi və bu kimi hərbi çalara malik fəaliyyətləri əhatə edir. Digər yandan araşdırmalar göstərir ki, hərbiləşmə cinayətkarlığı azaltmaqda effektiv olmamaqla birlikdə, müəyyən səbəblərdən cəmiyyət daxilində polisin reputasiyasının azalmasına gətirib çıxarır.

Polis məmurları üçün yaradılan bu şərait atəş açıb adam öldürən polisin demək olar ki, heç vaxt cinayət məsuliyyətinə cəlb edilməməsini, yaxud işindən azad olunsa belə sindikatlar vasitəsilə bir müddət sonra yenidən işinə bərpa olunmasını təmin edən bir sistem formalaşdırıb. Vəziyyətin struktural hal alması sistemin əlinə oynayaraq onu gücləndirir, bu isə öz növbəsində zəruri islahatların həyata keçirilməsi üçün sistemlə mübarizəyə qalxan etirazçı qüvvələr arasında pessimizmin yayılmasına səbəb olur (buna, vəziyyəti daha da mürəkkəbləşdirən siyasi qütbləşməni də əlavə edə bilərik).

polis statistikası

ABŞ polis tərəfindən öldürülən vətəndaş sayına görə Qərb ölkələrini qabaqlayır (mənbə: Prison Policy Initiative)

Göründüyü kimi, polis zorakılığının struktural hal alması müxtəlif faktorların nəticəsidir. İctimai asayişi təmin etmək, polisin işini asanlaşdırmaq adına polis qüvvələrinə verilən imtiyazlar sui-istifadə ehtimalını artırdığı üçün sosil təhlükə törədə bilər. Ona görə də (“polisdə yaxşı maaş var” ritorikasından da sezildiyi kimi) polis büdcəsində artış, müəyyən dövrlər ərzində səlahiyyətlərin genişləndirilməsi, hərbiləşməyə doğru gedən proses və bu kimi məqamlar azad və açıq cəmiyyətin mümkün qədər diqqətində, nəzarətində qalmalıdır. Çünki belə tendensiyalar cəmiyyətin geri dönüşü güman ki, olduqca uzun və ağrılı olacaq bir yola üz tutmasından xəbər verir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Mesud
.

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim – Məsud Aşina

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör