Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Polis olmaq həvəsi

Hacı Hacıyev Hacı Hacıyev
., Mövqe
09 İyun 2020
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
1577539597
Paylaş

Və yaxud zibil niyə belə damara toxunur..

Son həftələrdə ABŞ-da baş verənləri diqqətlə izləyirəm. Qaradərili Corc Floydun polis tərəfindən küçədə boğulub öldürülməsindən sonra az qala bütün ölkədə başlayan etirazlar maraqlı bir vüsət aldı. Etirazçılara qoşulanların bir hissəsinin dərd-sərinin ayfon, bahalı brend dükanlarını qarət etmək olması bir yana, polisin özünün etirazçılara münasibəti də gözlənilməz dönüş aldı. M. Zadornov demişkən, dünya üçün demokratiya istehsal edən, dünyanın üçüncü dərəcəli bir ölkəsində bir aktivistə on beş sutka həbs veriləndə “narahat olan” ölkənin polisi bir neçə günün içində küçələrdə etirazçı və jurnalist dubinkalayan, etirazçını asfalta çırpıb başını yaran, dəbilqə-yaraqla xalqın üstünə yeriyən vəhşi, bədheybət varlıqlara çevrildi. Adam o kadrlara bir az da, məsələn, Putin, Lukaşenko, Ərdoğan gözü ilə baxıb, bu ölkə başçılarının əvəzinə kayf tutmaya bilmir. Məsələn, Ərdoğan belə yerdə: “Şimdi bunlar bir də banamı diktatör diyor, yahuuu?! Hahaha!” deyib, bir qəhqəhə atmamış deyil, çox güman. 

Dünyanın ən mədəni, ən solçu polisləri hesab etdiyimiz fransız polisini də cəmi bir neçə ay öncəki hadisələrdə gördük. 

Hindistan polisinin bircə ay əvvəl, ölkədəki karantin zamanı əllərində, qırmanc, şallaq, zoğal çubuğu kimi ibtidai işkəncə rekvizitləri ilə küçəyə çıxmağa cəsarət edənləri “budadığı” günlər də hələ bu günki kimi yadımızdadı. 

Gələk bizə. Dünən bir binadan başlarına zibil atılan azərbaycan polisi bu qeyri-gigiyenik, amma kifayət qədər sadə və gündəlik (siz allah, təsadüfi, müəmmalı bir balkon altından keçərkən, hansımızın başına zibil düşməyib?) aktdan dəhşətli dərəcədə sarsılaraq, həmin binaya alay yeridərək, ölkənin dinc vətəndaşlarını tumançaq halda bölməyə aparıblar.

Mənim bu məsələyə münaisbətim birmənalıdır, bu, biabırçılıqdır, başqa adı yoxdur. O başlarına atılan şey zibil olmasaydı, başqa şey olsaydı, bəlkə də bu qədər hirslənməzdilər, amma zibil məsələsi polisin bir ayrı damarına basır, ruslarda polisə “musora” deyilməyi ilə bu məsələ arasında bəsit bir paralel aparmamış, ciyərdağlayan bir nəticə çıxarmamış deyil polis. Dinc sakinlərə qarşı bu aqressiyanın, bu vəhşiliyin yoxsa başqa nə adı, nə mənası ola bilər axı?

Son bir ildə baş verənlər – Amerika, Fransa, Hindistan, Türkiyə, Azərbaycan olsun, fərqi yoxdur – göstərdi ki, dünyada Amerikan polisi, Fransız polisi, Hindistan polisi, ya Azərbaycan polisi deyə bir şey yoxdur. Polis var, vəssalam. Damarına bas, millətindən, ölkəsindən asılı olmayaraq, vəhşiləşsin, əsl üzünü göstərsin. 

Əsl polis, Hindistanda karantin zamanı binaya qapanıb qalmış adamlara indeyski mahnı oxuyan təşər, romantik hind polisi deyil, əsl polis yaşlı xalanın qolundan tutub yol keçirən türk polisi deyil, əsl polis tənha Bakı küçələrində göyərçin yemləyən polis deyil. Əsl polis budur – Amerikada küçədə baş yaran, Hindistanda küçələrdə insan şallaqlayan, Azərbaycanda zibil üstündə insanları tumançaq halda yatağından qaldırıb aparan polis. 

Məndən sizə məsləhət. Uşağınız gələcəkdə polis olmaq istədiyini desə, ehtiyatlı olun. Problemin hardan qaynaqlandığını axtarın. Çox nadir hallarda əxlaq sahibi insanlar başqalarına nəzarət etmək, qanunun keşiyini çəkmək ehtiyacı duyurlar. Əxlaq sahibi insan bilir ki, zorakılıq monopoliyasından sui-istifadə etməmək sadəcə olaraq mümkünsüzdür. 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör