Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Polis haqqında hər şey

Ələkbər Əliyev Ələkbər Əliyev
., Mövqe
15 Fevral 2020
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
413719698
Paylaş

Bürokratik aparatla nə etməli?

Prinsipcə, hər şey kökündən dəyişməlidir. Köklü kadr islahatı odur ki, on minlərlə adamın dərhal, bu gün işinə son qoyulmalıdır. Büdcədən dolanan “lazımsız” adamlardan təmizlənmə olmadan, effektiv idarəetmədən danışmaq olmaz.

Müxalifət ixtisarların, işdən çıxarılmaların çoxluğunda, sıxlığında maraqlıdır çünki, hazır elektorat qazanır. İqtidarın uğurlu, yaxşı olmasını istəyən müxalifət nonsensdir. Yəni, fərqi yoxdur haranın iqtidarıdır, hansı ölkədir – bütün dünyada iqtidarlar bu və ya digər miqdarda, faydasız adam yemləməlidir. Narazı elektorat kütləsini şişirtmək, hökumətlərə baha başa gəlir.

Mənasız adamların, mənasız işlərdə oturduğu bir reallıq var. Görünən, hiss olunan da odur ki, hökumət bu işləri (özünün başa düşdüyü, təfsir etdiyi kimi) təkamül yolu ilə düzəltməyə, nizamlamağa çalışır. Onun fəaliyyətini bəyənmək olar, bəyənməmək olar – əsas fetişizmə yuvarlanmamaqdır.

«Polis – hər yerdə polisdir»

Polisin şiddətinə göstərilən etiraza «Polis hər yerdə polisdir, polis əmrə tabedir», yaxud «Avropada bundan betərini edirlər» kontraları ilə cavab vermək rişxənd, lağlağı doğurur, deyilən sözdə doğruluq payı olsa da, ciddiyə alınmır. Çünki, polisi həzin duyğularla sevən və müdafiə edənlərin, internet ictimaiyyəti nəzərində «reputasiya problemi» var. Reputasiya problemi olan adamların dilindən doğrular isə, adam dolamaq kimi səslənir. Səmimiyyət fetişi öz yerində, bizim adamlar həm də deyib-gülməyi çox xoşlayır. Hər şeyə gülürlər.

«Dünyanın hər yerində polis belədir, əmrə tabedir» prinsipcə doğru fikirdir. Hər kəsin dövləti rədd etmək, tanımamaq haqqı var. Rədd edirsənsə, özün bilərsən, o, sənin arzularınla hesablaşmadan mövcuddur. Dövlətin zorakılıq monopoliyası varmı? Var. Bəs zorakılığı necə həyata keçirməlidir? Deməli, insan resursuna ehtiyacı var.

Dövlətin zorakılıq həyata keçirən strukturlarında işləməyə razı olan adamlar varmı? Var. Axı, heç kəsi zorla polis eləmirlər.

Deməli, polisdə işləmək istəyənlərin, bunu arzulayanların mədəniyyəti, bacarığı sizi qane etmirsə, gərək sərin su içəsiniz. 

Dövlət heç kəsə, heç bir qanunda intellektual, aristokrat, nəzakətli centlemen polis vəd etməyib. Polisdə işləyənlər bu ölkənin vətəndaşlarıdır. Ölkədə başqası yoxdur. Elementar mədəniyyəti, qanacağı olan neçə adam tanıyırsınız ki, polis olmaq arzusundadır?

«Poqonlu qulyabanılar»

Ötən əsrin 70-80-ci illərində Moskvada, KGB ilə MVD arasında əməlli-başlı müharibə gedirdi. Milislərin cızığından çıxması, sözün əsl mənasında qudurması və bütün bunları bilən Brejnevin reaksiyasız qalması KGB sədri Y. Andropovu dəli etmişdi. Milislər adam oğurlayır, öldürür, quldurluq edirdi. KGB əməkdaşlarından aktyorlara qədər – bütün təbəqələrdən vətəndaşlar sovet milisinin qurbanı olurdu. Milis – dövlət içərisində mafiyaya çevrilmişdi.

Bu müharibə, MVD başçısı Şelokovun Andropova məğlubiyyətilə… yox yox, milis bir qram da məğlub olmadı, Hydra kimi yaşamağa davam etdi. Həm də axı, Andropovun davası çoxdan şəxsiləşmişdi (KGB əməkdaşları milisi adam yerinə qoymurdu). O, Şelokovun intiharına nail oldu, amma sistemdə heç nəyi dəyişdirə bilmədi.

Mənim şəxsən nə düşündüyüm, necə hiss etdiyim kimisə maraqlandırırsa, deyim ki, tək azərbaycan polisindən yox, heç bir polisdən xoşum gəlmir. Bu, nəsə çox məhrəm, individual, ziddiyyətli bir hissdir – polisin zəruriliyini qəbul həm də, daxilən inkar edirsən. Dövlətin zorakılıq monopoliyasını yerinə yetirməyə razı olan, bunu istəyən adam, bir daha deyim – cəmiyyət və dövlət üçün nə qədər zəruri olsa da – sevilmir ki, sevilmir.

Elədir, polisi dünyanın heç bir yerində sevmirlər. Hər ölkədə, hər dildə polis adının təhqir konnotasiyalı məhəlli bir alternativi var – müxtəlif heyvanlardan tutmuş, banal «zibil»ə qədər. Nə olsun? Polislər bununla çox rahat yaşayırlar – onlar yenə də var, mövcuddur və əbədi mövcud olacaqlar. Niyə? Çünki onların yeganə motivasiyası bizim təhülkəsizliyimizin keşiyində dayanmaqdır… desəm, oxucu qayıdacaq ki, «ha s…tir».

«Yaxşı polis» mümkündürmü?

Azərbaycanın yaxşı adamlarının uşaqları niyə polisdə işləmir? Maaşı da pis deyil. Övladınızın polis olmasını istəmirsiniz. Deməli, problem var.

Gördüyüm budur ki, Azərbaycanda zalım və məzlum yoxdur. Müxalifət-iqtidar dalaşını kimlərsə Kərbəla müsibətiyimiş kimi şişirtmək, dramatikləşdirmək, bundan ölüm-qalım məsələsi düzəltmək istəyə bilər, başa düşürəm. Əslində isə, hamınız zalım və birbirinizə qənimsiniz.

Azərbaycanda «yad» yoxdur, hər kəs doğmadır. Əslində, gözəl keyfiyyətdir xalq üçün. Azərbaycanlılar xeyir-şər, böyük-kiçik bilir, bazar bilir, bazarlıq bilir. Polis mədəniyyətsizdirsə, deməli azərbaycanlılar mədəniyyətsizdir. İlham Əliyev sizə Danimarkadan polis gətirməyəcək. 

Polis ifrat şiddət göstərirmiş. İşindən xüsusi zövq alırmış. Mitinqçilərə sərt davranmaq əmrini, icazəsini almayan polis, özündən təşəbbüs göstərməz. Polis «vur» əmrini alanda vurur (dövlətin zorakılıq monopoliyası).

«Niyə «vur» əmrini canla-başla yerinə yetirməyə hazır bu qədər polis var?» Niyə də olmasın? Bu nə axmaq sualdır? Dünyanın belədir əzəldən işi – əmr edənlər və tabe olanlar var.

Həm də, bəyəm azərbaycanlıların şiddətlə bir problemi var?

Fuad Qəhrəmanlı epizodundan yadınızda nə qaldı? Mənim yadımda o qaldı ki, Fuad Qəhrəmanlının xanımı və qızını kişilərdən çox, qadınlar lənətləyirdi. Öz həmcinslərini təhqir edirdilər ki, «evin sirrini bayıra çıxardınız, hökumətin əlinə oynadınız». İşgəncələrdən danışan qıza fahişə dedilər. İndi mənə deyin – obıvatelin şiddətlə, işgəncəylə bağlı nə problemi var?

Hər kəsdən mərhəmətli, qanacaqlı, mədəni olmağı, bəşər uğrunda ürəyini çıxarıb məşəl etməyi gözləməyin özündə nəsə bir cubbulu… saxtakarlıq var. Hələ bizim kimi – mərhəmətli, qanacaqlı, mədəni olması üçün heç bir tarixi, intellektual, siyasi ənənəyə, istinada malik olmayan xalq üçün, lap çətindir bu işlərdən baş çıxarmaq…

Polis – sizsiniz.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör