bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Polis çuşkalığı dövlətə təhdid kimi

Elmir Mirzəyev Elmir Mirzəyev
., Mövqe
08 Fevral 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Azərbaycan polisi
Paylaş

“Qərib cinlər diyarında” başlıqlı, nostaljiyə köklənmiş kiçik bir yazı yazmışdım, di gəl bircə gün imkan vermədilər, Puşkin demişkən “işıqlı kədər”imizi yaşayaq. Həmin gün şanlı polisimizin növbəti biabırçılığından bəhs edən „Serjant Pərviz Hüseynovun bəyanatı” məqaləsi peyda oldu. Hadisənin təfərrüatına varmıram, məsələnin ikrah hissi doğuran detalları ilə maraqlananlar keçidə tıqlaya bilər. Yığcam ifadəsi belədir ki, yeni heç nə yoxdur bu əhvalatda, Azərbaycan polisinin vətəndaşla artıq əsrin dörddə biri qədər zaman ərzində, az qala hər gün eşitdiyimiz biabırçı rəftarının növbəti iyrənc nümunəsidir.

Maraqlıdır, bu həyasızlıq, hüquqsuzluq daha nə qədər davam edəcək? Bunun bir sonu olmalıdır, ya yox? Polis vətəndaşla hansı haqla aşağılayıcı tonda danışır, pis rəftar edir, aşağılayır, hədə-qorxu gəlir? Bu nə təhrikdir belə, bu adamlar ümumiyyətlə nə işlə məşğul olduqlarının, hansı formanı daşıdıqlarının fərqindədirmi?

Artıq bir ildən çoxdur ki, hakimiyyətin ən yuxarı eşalonunda dayanmadan islahatlardan danışılır, dövlət idarəçiliyinin kökündən dəyişəcəyindən, başqa prinsiplərlə yenidən qurulacağından bəhs edilir, qismən keçən il ərzində nələrsə gördük də, hər halda 25 illik “köhnə qvardiya”nın (bircə 82 yaşlı akademik və onun əlaltısı, bizim bığlı “Goebbels” nəyə desən dəyərdi) kökündən təmizlənməsinin şahidiyik. Amma 25 illik nazir Usubov postundan istefaya göndərilsə də, bu dəyişikliklər polis orqanlarına deyəsən təsir etməyib. Görünür polis aparatı, bütün heyətilə istefaya göndərilməli, yerinə tamam yeni kadrlar təyin edilməlidir ki, dövlətin onlara əmanət etdiyi formanın, dövlət atributlarını gəzdirməyin, qanunun, vətəndaşla rəftarın nə demək olduğunu layiqincə qiymətləndirsinlər.

Sadəcə maraqlıdır, bu adamlar – yəni indiki polis aparatının əksər hissəsi – öz biabırçı hərəkətləri ilə dövləti, onun rəhbərini, mənsub olduqları nazirliyi, eləcə də bütün yuxarı eşalonun hamısını topdan kompromat etdiklərini anlayırlarmı? Formanı geydikdən sonra özlərini müəyyən standartlar çərçivəsində saxlamağa məcbur olduqlarını, çünki dövləti təmsil etdiklərini ümumiyyətlə qanırlar?

25 ildir yalnız bunu eşidirik ki, polis elə etdi, polis belə etdi və bu əcaib-qəraib hekayətlər bitmir, qurtarmır. İndi də memar Elçin Əliyevlə seçkilərin lap astanasında belə bir rəftar. Deyilənə görə ondan artıq üzr istənilib, nazir Vilayət Eyvazov məsələni şəxsi nəzarətinə götürüb, bəs yaxşı bir insan memar deyil, Azərbaycan Memarlar İttifaqının sədr müavini də deyil, sıravi vətəndaşdırsa, yaxud ölkəyə gəlmiş xaricidirsə necə olacaq? İnsan hökmən hansısa statusa malik olmalıdır ki, bu məmləkətdə güvəndə olsun, polis özbaşınalığından, şərindən sığortalansın?!

Polis özünü quldurbaşı, lotubaşı, oğrubaşı kimi aparmamalıdır, bunlara nəzakət, vətəndaşla rəftar, ən azından geydiyi formaya hörmət dərsi keçilməlidir, bu biabırçılığı bitirmək gərəkdir, bəsdir, yetər artıq. Açığı polis çuşkalığı dövlətə təhdiddir, bunu hamı bilməlidir. İslahat da elə məhz buradan başlamalıdır, vətəndaşa münasibətdən.

P.S. Xarici dedim, xatirimə çağdaş ingilis bəstəkarı James Clarke düşdü. Təxminən 2000-lərdə Azərbaycana tez-tez gələrdi, SoNoR ansamblı ilə onun bir neçə əsərini ifa etmişdik, bizim üçün xüsusi olaraq neçə əsər yazmışdı da. Qısası onunla bərk dostlaşmışdıq, musiqiçilərin şəhərin mərkəzində “podvodnı lodka” dedikləri ucuz undeground məkanda dünya musiqisindəki meylləri müzakirə edə-edə vodka istehlak edirdik. Rəhmətlik klarnetçi dostumuz Nizami də ona Azərbaycan dilini öyrədirdi. İlk öncə “Mən İngilitərədənəm!” ifadəsini öyrətmişdi. Çox zaman başımız qarışır, gecəyarısına kimi otururduq. Bir gün, belə “forumlardan” birindən sonra gecənin bir aləmi küçə ilə gedən James polislərimizlə qarşılaşır, onlar da lül-qəmbər adamı görüb üstünə şığıyırlar: “Ə, sən içifsən, ə!?”, “Ə, sən harda qalırsan, ə?!”, “Ə, sən kimsən, ə, sənədin varmı ə?” – qısası bildiyiniz həmin ə hərfi ilə başlayıb, ə hərfi ilə bitən sualların çeşidi. James də xumar gözləri ilə bir xeyli bunları süzüb, sonda şəhadət barmağını qaldırıb Azərbaycanca bildiyi yeganə frazanı deyib: “Mən İngiltərədənəm!”, söhbət də bunula (“burax getsin ə”) bağlanıb.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör