Azlogos
  • Qaydalar
  • Kimlər var

Yeni tarixi hekayə və yenidən özünüdərk Qoy işığı söndürüm Cəmil Həsənli ümumiləşdirilmiş obraz kimi Bakı Jazz şəhəridirmi? Əsl dinin kitabı olmur Ukraynalıların Polşada qaçqın həyatının başlanğıcı
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Penis və qəhrəman

Nərmin Şahmarzadə Nərmin Şahmarzadə
., Gender
31 Avqust 2020

Bu yazımda psixoanalitik bilgilərimdən toksik nifrət daşıyanlara qarşı ədalətsizcə istifadə edərək, qəhrəmanlıq mövzusunu qismən şərh edəcəm. Əvvəlcə, nəzərdə tutduğum ədalət anlayışını açmaq istəyirəm. Bir psixoloq (xüsusilə, psixoanalizdən keçib psixoanaliz əsaslı psixoterapiya ilə məşğul olan kəs) seanslar daxilində biliklərini ittiham etməyə yönləndirməməlidir. Psixoanaliz seansı ərzində psixoanalitikdə ittiham hissi və ya buna aid düşüncə aşkarlanarsa, bunu psixoanalitik terapiyanın özəyi olan transfer və kontor-transferin ayağına yazıb təhlil etmək olar. Fəqət bir psixoloq ittiham etmədən, sərhəd qoymadan, müdafiəyə keçmədən dinləyə bilən kimliyini sadəcə öz pasiyentlərinə bəxş etməlidir deyə düşünürəm. Əks variantın təbiiliyi isə onsuz da mümkün deyil, çünki bu qədər insanı (pasiyentimiz olmadığı halda) təmənnasız şəkildə, ittiham etmədən, müdafiə olunmadan dinləyə biləcəyimiz səbrimiz və enerjimiz yoxdur. Pasiyentlər isə səbrli, enerjili olmağımız və onları “insanlardan” fərqli olaraq heç bir halda ittiham etmədən, ədəb senzurası qoymadan dinləyib təhlil etməyimiz üçün bizə pul ödəyirlər. Qısası, pasiyentim olmayan şəxsi ittiham etməyim mümkündür.

Lakin incə bir məqam var. “Bilik gücdür” deyirlər. Psixoloqun, psixoanalitikin özündə olub, qarşı tərəfdə olmayan gücündən (psixoanalitik bilgilər) istifadə edib onunla mübarizə aparması ədalətli sayılmaz. Bu məqamda bildirmək istəyirəm ki, yazı psixoloji biliklərim (gücüm) əsasında olacağı üçün ədalətli olmaya bilər. Üstəlik, daha pis xəbər ondan ibarətdir ki, yazı başdan-başa cəfəng fikirlərlə dolu olacaq. İnsanların qəhrəman və Allah obrazlarında atalarını gördükləri fikrinə “Müharibə, Hakimiyyət və Xalq” yazımda toxunmuşdum.

Bu gün sırf qəhrəman obrazını məşhur “Mübariz İbrahimovu söyüb” konteksindən şərh edəcəm.

Froydun (Almancadan tələffüzü bu şəkildədir) çox zaman insanlar tərəfindən doğru-düzgün anlaşılmayan Edip kompleksi nəzəriyyəsi (əgər mütləq məntiqçi kəslərin xətrinə dəyəcəksə, fərziyyə deyək) var. Bu nəzəriyyə genişdir, tərkib hissəsi olan pozitiv edib kompleksi ondan ibarətdir ki, oğlan və qız uşaqları əks cins valideynlərini daha çox sevirlər və həmcins valideynlərini o sevginin qabağında əngəl kimi görürlər. Həmçinin Edip kompleksinin tərkibində kastrasiya (xədim edilmək) anlayışı da var. Kastrasiya qorxusu oğlanlara/kişilərə, kastrasiya kompleksi isə qızlara/qadınlara şamil edilir: qadınlar penislərini anadan gəlmə itirdikləri üçün onlarda kastrasiya kompleksi var, kişilər isə penislə doğulduqları üçün onu itirmək (kastrasiya edilmək) qorxusuna sahibdirlər.

Kastrasiya məsələsinə Freuddan sonra başqa psixoanalitiklər tərəfindən də müxtəlif yanaşmalar olmuşdur. Lakan (Lacan) kastrasiyanın sözlə mümkünlüyünü vurğulayıb. Bu mənada kastrasiya anlayışını hərəkət və ya arzuların qarşısını kəsən, əngəlləyən “şey” olaraq başa düşmək olar. Məsələn oğlan uşaqları üçün pozitiv edip kompleksində ata-ananı onun əlindən alaraq kastrasiya qorxusunu artıran obrazdır: yatmaq vaxtı çatanda, toya uşaqsız getmək lazım olanda, hətta ata üçün nələrsə edəndə və s. Ata tərəfindən kastrasiya edilməkdən qorxu olduqda ataya qarşı gizli nifrət də mövcud olur. Lakin bu nifrətin ifadəsi hər zaman birbaşa olmur. Edip kompleksi “Oedipus” (Edip) mifi ilə bağlıdır: Edip atası olmasından xəbərsiz olduğu kralla döyüşür və onu öldürərək onun arvadı (öz anası) ilə evlənir. Yəni fərqində olmadan atasını öldürüb anası ilə evlənir. Oğlan uşaqlarının atasını reallıqda öldürmək şansı adət-ənənə tərəfindən əngəllənib. İnsanın əngəlləri, qadağaları mümkün variantda həyata keçirmək üçün fantaziyaları, eqosu var və eqonun bu əngəli aradan qaldırmaq yollarından biri müdafiə mexanizmi yaratmaqdır. Kişilər öz dünyalarında atasından yaxşı, güclü kişi olduqda atası ilə daxili mübarizəsini onu “öldürdüyü” üçün dayandırırlar. O ki beynində atası ilə mübarizə davam edirsə, deməli, ata obrazını hələ də öldürə bilməyib. Ata obrazı ölmədikdə şəxsin ona sevgisilə yanaşı özünün belə bilmədiyi gizlədilmiş nifrəti də olur. Bu nifrəti yaxşı izah etməyim üçün öz təcrübəmdən istifadə edəcəm.

M.İbrahimovu qəhrəman hesab etməməyimlə bağlı mədəni şəkildə status yazmışdım. Lakin insanlar bunu “M.İbrahimovu söydü, təhqir etdi” formasında təqdim etdilər. Heç bir təqdimat təsadüfi və mənasız deyil. Bu təqdimat onların öz təhtəlşüurları ilə bağlıdır:

Qəhrəman obrazı ata obrazı ilə assosiasiya edilir. Yəqin ki, “mənim ilk qəhrəmanım atamdır” ifadəsini eşitmiş olarsınız. Oğlan uşaqlarının etməkdə çətinlik çəkdiyi və ya edə bilmədiyi şeyləri ataları edəndə onlar atalarını özlərinə qəhrəman seçirlər. Qəhrəmanlıq anlayışını bir az açım: məsələn A şəxsi B-nin arzulayıb edə bilmədiyini edirsə və bu B-yə həzz verə bilən şeydirsə, B-nin A-nı özünə qəhrəman seçməsi çox rastlanandır. Eyni zamanda da qəhrəmanlığın içərisində bir həsəd (qısqanclıq yox, məhz həsəd) hissi var: mənim edə bilmədiyimi etdi. Əgər A-nın etdiyi B-nin heç zaman edə bilməyəcəyi, lakin çox bəyəndiyi şeydirsə, A-nı qəhrəman hesab etsə də ona qarşı gizli nifrət hissi də olacaq. Lakin kastrasiya qorxusundan bunu heç zaman dilə gətirə bilməyəcək.

Yuxarıda çəkdiyim nümunəyə əsasən, mən bir adamı qəhrəman hesab etmirəmsə, deməli, onun etdiyini arzulamamışam. İnsanların aqressiyası “niyə sən də erməni öldürməyi arzulamırsan?”-dan daha çox necə bizim qəhrəmanımızı qəhrəman hesab etmirsənlə bağlıdır. Bunun kökündə iki səbəb dayanır:

– Mənim penisi olmayan varlıq – qadın olmağım.

– Onların edə bilmədiyi tənqidi etməyim.

Penis fallik simvol olaraq güc göstəricisidir. Gücü itirməkdən qorxu olduğu üçün kastrasiya qorxusu var. Lakin penissiz (gücü olmayan) bir adamın qorxmaması onlara təəccüblü gəlir. Təəccüblə yanaşı bir qəzəb də yaşayırlar: “sənin penisin olmaya-olmaya nə cəsarətlə penisi olanlara ilişirsən?” Həm də öz penislərini itirməkdən qorxub nifrətlərini açıq ifadə edə bilmədikləri üçün fikrini açıq ifadə edən penissiz varlıq onları qıcıqlandırır. Amma qıcıqlarını ifadə edərkən həm də öz könüllərindən keçənləri də ifadə edirlər: qəhrəmanımızı təhqir etdi/söydü.

Halbuki, mən nə təhqir etmişdim, nə də söyüş söymüşdüm. Hətta bunu dəfələrlə bildirsəm belə, bu iddialarından heç vaxt dönmədilər. Çünki onlar mənim üzərimdən vasitəli nitqlə (flankəs deyir ki, flan flan) öz təhtəlşüurundakıları ifadə edirdilər və rahatlayırdılar. Məsələn “flankəs dedi ki, sən pozğun, əxlaqsız, dəyərsiz adamsan” demək “mən sənə öz adımdan deyə bilmirəm, başqası adından deyirəm” deməkdir.

Oxucu düşünə bilər ki, bəs bu məsələ ilə bağlı səni qınayan nə qədər qadın var idi, bəs onlar?

Bax onlar penissizliyin ağrısını (kastrasiya kompleksi) yaşayıb, bu ağrıdan yaxa qurtarmaq üçün kişi penisi ilə rahatlıq tapanlardır və öz həmcinslərindən olan birinin penissiz halda necə onlardan fərqli olaraq bir penisi tənqid etdiyini anlamaqda çətinlik çəkirlər və bu, onları qıcıqlandırır.

Yaşasın, strapon!

 

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

1554904638_44444444444
.

Yeni tarixi hekayə və yenidən özünüdərk

16 Aprel 2022
Bildschirmfoto 2022-04-11 um 22.48.51
.

Qoy işığı söndürüm

12 Aprel 2022
MyCollages
.

Cəmil Həsənli ümumiləşdirilmiş obraz kimi

31 Mart 2022
vokal_241017_01
.

Bakı Jazz şəhəridirmi?

29 Mart 2022
1304830078
.

Əsl dinin kitabı olmur

28 Mart 2022
przemysl-poland-ukraine-refugee-ss-jt-220302_1646251859228_hpMain_16x9_1600
.

Ukraynalıların Polşada qaçqın həyatının başlanğıcı

23 Mart 2022

Redaktorun seçimi

İştah diş altındadı və ya “Yanvarı görmək”

Erotik zirzəmi

Həyat və yaradıcılığımın gözümdən düşməsi haqqında

ABŞ – Vüqar Bəhmənzadənin obyektivində

“Dəyərli bəy” erasının sonu

Ənənə ilə yeniliyin toqquşması

Seksual maariflənmə və abır-həya dalanı

Tütünçü

Xocalı qətliamı olduğu kimi

Dövlət yazıçıya niyə pul verməlidir?

Azərbaycan müəllimi müqəddəsdir?

İqtisadiyyat adətlərin dayağı kimi

Pianoçu Zakir Əsədov: “Hamının çaldığı havaya oynamalısan”

Prinsip məsələsi

Bio-kütlənin acığına – yola davam

Türkcə danışan düşük azərbaycanlılar haqqında

Tənqid trendi

Stalin: qısa bioqrafiya

Bizim ağsaqqallar

Bakının konstruktivizm dövrü memarlığı: XX əsrin 1920-1930-cu illəri

Feminizmin tarixi və inkişafı

Landşaft memarlığında bitkilər

“Qrupdan çıxmasaq, faciə olmayacaq”

Alzheimer – beyinin taleyi

«Səni deyirlər» – böhran kommunikasiyasına dair keyslər

Buyurun süfrəyə!

Erməniləri Azərbaycana buraxmaq

“Xristian həmrəyliyi” mövcuddurmu?

Sürixdə Zəfər günü

Naftalin qoxulu ritorika

Penis və qəhrəman

Nərmin Şahmarzadə Nərmin Şahmarzadə
., Gender
31 Avqust 2020

Bu yazımda psixoanalitik bilgilərimdən toksik nifrət daşıyanlara qarşı ədalətsizcə istifadə edərək, qəhrəmanlıq mövzusunu qismən şərh edəcəm. Əvvəlcə, nəzərdə tutduğum ədalət anlayışını açmaq istəyirəm. Bir psixoloq (xüsusilə, psixoanalizdən keçib psixoanaliz əsaslı psixoterapiya ilə məşğul olan kəs) seanslar daxilində biliklərini ittiham etməyə yönləndirməməlidir. Psixoanaliz seansı ərzində psixoanalitikdə ittiham hissi və ya buna aid düşüncə aşkarlanarsa, bunu psixoanalitik terapiyanın özəyi olan transfer və kontor-transferin ayağına yazıb təhlil etmək olar. Fəqət bir psixoloq ittiham etmədən, sərhəd qoymadan, müdafiəyə keçmədən dinləyə bilən kimliyini sadəcə öz pasiyentlərinə bəxş etməlidir deyə düşünürəm. Əks variantın təbiiliyi isə onsuz da mümkün deyil, çünki bu qədər insanı (pasiyentimiz olmadığı halda) təmənnasız şəkildə, ittiham etmədən, müdafiə olunmadan dinləyə biləcəyimiz səbrimiz və enerjimiz yoxdur. Pasiyentlər isə səbrli, enerjili olmağımız və onları “insanlardan” fərqli olaraq heç bir halda ittiham etmədən, ədəb senzurası qoymadan dinləyib təhlil etməyimiz üçün bizə pul ödəyirlər. Qısası, pasiyentim olmayan şəxsi ittiham etməyim mümkündür.

Lakin incə bir məqam var. “Bilik gücdür” deyirlər. Psixoloqun, psixoanalitikin özündə olub, qarşı tərəfdə olmayan gücündən (psixoanalitik bilgilər) istifadə edib onunla mübarizə aparması ədalətli sayılmaz. Bu məqamda bildirmək istəyirəm ki, yazı psixoloji biliklərim (gücüm) əsasında olacağı üçün ədalətli olmaya bilər. Üstəlik, daha pis xəbər ondan ibarətdir ki, yazı başdan-başa cəfəng fikirlərlə dolu olacaq. İnsanların qəhrəman və Allah obrazlarında atalarını gördükləri fikrinə “Müharibə, Hakimiyyət və Xalq” yazımda toxunmuşdum.

Bu gün sırf qəhrəman obrazını məşhur “Mübariz İbrahimovu söyüb” konteksindən şərh edəcəm.

Froydun (Almancadan tələffüzü bu şəkildədir) çox zaman insanlar tərəfindən doğru-düzgün anlaşılmayan Edip kompleksi nəzəriyyəsi (əgər mütləq məntiqçi kəslərin xətrinə dəyəcəksə, fərziyyə deyək) var. Bu nəzəriyyə genişdir, tərkib hissəsi olan pozitiv edib kompleksi ondan ibarətdir ki, oğlan və qız uşaqları əks cins valideynlərini daha çox sevirlər və həmcins valideynlərini o sevginin qabağında əngəl kimi görürlər. Həmçinin Edip kompleksinin tərkibində kastrasiya (xədim edilmək) anlayışı da var. Kastrasiya qorxusu oğlanlara/kişilərə, kastrasiya kompleksi isə qızlara/qadınlara şamil edilir: qadınlar penislərini anadan gəlmə itirdikləri üçün onlarda kastrasiya kompleksi var, kişilər isə penislə doğulduqları üçün onu itirmək (kastrasiya edilmək) qorxusuna sahibdirlər.

Kastrasiya məsələsinə Freuddan sonra başqa psixoanalitiklər tərəfindən də müxtəlif yanaşmalar olmuşdur. Lakan (Lacan) kastrasiyanın sözlə mümkünlüyünü vurğulayıb. Bu mənada kastrasiya anlayışını hərəkət və ya arzuların qarşısını kəsən, əngəlləyən “şey” olaraq başa düşmək olar. Məsələn oğlan uşaqları üçün pozitiv edip kompleksində ata-ananı onun əlindən alaraq kastrasiya qorxusunu artıran obrazdır: yatmaq vaxtı çatanda, toya uşaqsız getmək lazım olanda, hətta ata üçün nələrsə edəndə və s. Ata tərəfindən kastrasiya edilməkdən qorxu olduqda ataya qarşı gizli nifrət də mövcud olur. Lakin bu nifrətin ifadəsi hər zaman birbaşa olmur. Edip kompleksi “Oedipus” (Edip) mifi ilə bağlıdır: Edip atası olmasından xəbərsiz olduğu kralla döyüşür və onu öldürərək onun arvadı (öz anası) ilə evlənir. Yəni fərqində olmadan atasını öldürüb anası ilə evlənir. Oğlan uşaqlarının atasını reallıqda öldürmək şansı adət-ənənə tərəfindən əngəllənib. İnsanın əngəlləri, qadağaları mümkün variantda həyata keçirmək üçün fantaziyaları, eqosu var və eqonun bu əngəli aradan qaldırmaq yollarından biri müdafiə mexanizmi yaratmaqdır. Kişilər öz dünyalarında atasından yaxşı, güclü kişi olduqda atası ilə daxili mübarizəsini onu “öldürdüyü” üçün dayandırırlar. O ki beynində atası ilə mübarizə davam edirsə, deməli, ata obrazını hələ də öldürə bilməyib. Ata obrazı ölmədikdə şəxsin ona sevgisilə yanaşı özünün belə bilmədiyi gizlədilmiş nifrəti də olur. Bu nifrəti yaxşı izah etməyim üçün öz təcrübəmdən istifadə edəcəm.

M.İbrahimovu qəhrəman hesab etməməyimlə bağlı mədəni şəkildə status yazmışdım. Lakin insanlar bunu “M.İbrahimovu söydü, təhqir etdi” formasında təqdim etdilər. Heç bir təqdimat təsadüfi və mənasız deyil. Bu təqdimat onların öz təhtəlşüurları ilə bağlıdır:

Qəhrəman obrazı ata obrazı ilə assosiasiya edilir. Yəqin ki, “mənim ilk qəhrəmanım atamdır” ifadəsini eşitmiş olarsınız. Oğlan uşaqlarının etməkdə çətinlik çəkdiyi və ya edə bilmədiyi şeyləri ataları edəndə onlar atalarını özlərinə qəhrəman seçirlər. Qəhrəmanlıq anlayışını bir az açım: məsələn A şəxsi B-nin arzulayıb edə bilmədiyini edirsə və bu B-yə həzz verə bilən şeydirsə, B-nin A-nı özünə qəhrəman seçməsi çox rastlanandır. Eyni zamanda da qəhrəmanlığın içərisində bir həsəd (qısqanclıq yox, məhz həsəd) hissi var: mənim edə bilmədiyimi etdi. Əgər A-nın etdiyi B-nin heç zaman edə bilməyəcəyi, lakin çox bəyəndiyi şeydirsə, A-nı qəhrəman hesab etsə də ona qarşı gizli nifrət hissi də olacaq. Lakin kastrasiya qorxusundan bunu heç zaman dilə gətirə bilməyəcək.

Yuxarıda çəkdiyim nümunəyə əsasən, mən bir adamı qəhrəman hesab etmirəmsə, deməli, onun etdiyini arzulamamışam. İnsanların aqressiyası “niyə sən də erməni öldürməyi arzulamırsan?”-dan daha çox necə bizim qəhrəmanımızı qəhrəman hesab etmirsənlə bağlıdır. Bunun kökündə iki səbəb dayanır:

– Mənim penisi olmayan varlıq – qadın olmağım.

– Onların edə bilmədiyi tənqidi etməyim.

Penis fallik simvol olaraq güc göstəricisidir. Gücü itirməkdən qorxu olduğu üçün kastrasiya qorxusu var. Lakin penissiz (gücü olmayan) bir adamın qorxmaması onlara təəccüblü gəlir. Təəccüblə yanaşı bir qəzəb də yaşayırlar: “sənin penisin olmaya-olmaya nə cəsarətlə penisi olanlara ilişirsən?” Həm də öz penislərini itirməkdən qorxub nifrətlərini açıq ifadə edə bilmədikləri üçün fikrini açıq ifadə edən penissiz varlıq onları qıcıqlandırır. Amma qıcıqlarını ifadə edərkən həm də öz könüllərindən keçənləri də ifadə edirlər: qəhrəmanımızı təhqir etdi/söydü.

Halbuki, mən nə təhqir etmişdim, nə də söyüş söymüşdüm. Hətta bunu dəfələrlə bildirsəm belə, bu iddialarından heç vaxt dönmədilər. Çünki onlar mənim üzərimdən vasitəli nitqlə (flankəs deyir ki, flan flan) öz təhtəlşüurundakıları ifadə edirdilər və rahatlayırdılar. Məsələn “flankəs dedi ki, sən pozğun, əxlaqsız, dəyərsiz adamsan” demək “mən sənə öz adımdan deyə bilmirəm, başqası adından deyirəm” deməkdir.

Oxucu düşünə bilər ki, bəs bu məsələ ilə bağlı səni qınayan nə qədər qadın var idi, bəs onlar?

Bax onlar penissizliyin ağrısını (kastrasiya kompleksi) yaşayıb, bu ağrıdan yaxa qurtarmaq üçün kişi penisi ilə rahatlıq tapanlardır və öz həmcinslərindən olan birinin penissiz halda necə onlardan fərqli olaraq bir penisi tənqid etdiyini anlamaqda çətinlik çəkirlər və bu, onları qıcıqlandırır.

Yaşasın, strapon!

 

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

1554904638_44444444444
.

Yeni tarixi hekayə və yenidən özünüdərk

16 Aprel 2022
Bildschirmfoto 2022-04-11 um 22.48.51
.

Qoy işığı söndürüm

12 Aprel 2022
MyCollages
.

Cəmil Həsənli ümumiləşdirilmiş obraz kimi

31 Mart 2022
vokal_241017_01
.

Bakı Jazz şəhəridirmi?

29 Mart 2022
1304830078
.

Əsl dinin kitabı olmur

28 Mart 2022
przemysl-poland-ukraine-refugee-ss-jt-220302_1646251859228_hpMain_16x9_1600
.

Ukraynalıların Polşada qaçqın həyatının başlanğıcı

23 Mart 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel