Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Oxudu, oxudu oldu… başdanxarab

Gülnar Əhməd Gülnar Əhməd
Mövqe
07 İyun 2020
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
70418855 2692923187407003 23277588872953856 n
Paylaş

Şəhərlinin qaydası hər gün yeni insan, müxtəlif adət görmək, yenilənməyə və dəyişməyə vərdiş etməkdir. Biz isə şəhərli ola bilməmişik.

Mövzu dövlətin təyin etdiyi qayda-qanunlar deyil. Onlar bizdə onsuz da “pozulmaq üçündür”. Bizim əsas qaydalarımız, öz qoyduğumuz qaydalardır – 86,6 min kvadrat metrlik xəyali sərhədlər daxilində qoruduğumuz, uğrunda adam öldürməyə qədər gedib çıxdığımız qaydalar.

Məsələn, dövlətin qaydalarına görə “rüşvət almaq” olmaz. Amma bizim qaydalarımıza görə rüşvət almamaq, Dostoyevski demişkən, oyunpozanlıqdır. Dövlət, onun qaydasını pozanı uzağı həbs edir. Biz isə qaydalarımızı pozanı ən aşağısı sosial şəbəkələrdə kütləvi söyüş hədəfi edir, ölümlə hədələyirik.

Bu qaydalar bizi bir-birimizə oxşadıb, böyük bir kəndin kəndlilərinə döndərib. Kim harada nə edə bilər, hamıya məlumdur. Ona görə biz kəndlilər, bir-birimizə bənzəyəndən yox, bənzəməyəndən qorxuruq.

Bir kəndlinin əcnəbi ölkədə oxuyan oğlu saçını uzadıb kəndə qayıdanda bu, olur böyük bir faciə. Uzun saçlı gənc, qısa saçlı kənd kişilərinin qaydasını pozur, onlara bənzəmir, qısa saçlı kişilərin mövcudluğu üçün təhlükə yaradır. Hamı başa düşür ki, külək biraz da belə əssə, kənddə qısa saçlı kişi qalmayacaq. Amma, heç kim fikirləşə bilmir ki, yüz il əvvəl babaları saçlarını onlar kimi kəstirmirdi, onlar kimi geyinmirdi. Yaxud, 80-ci illərdə saçını-saqqalını uzadan, trapez şalvar geyinən əmilər-dayılar özləri idi.

Rus, ukraynalı, yaxud avropalı qızın cinsi azadlığı bizi narahat eləmir. Çünki bu qızlar öz ölkələrinin qaydasını pozmur, “bu onların adətidir”, onlar öz qaydalarına sadiqdir. Deməli, qayda pozmaq həm də təhlükə yaradır. Azərbaycanlı kişilər bu qadınlardan qorxmur, hətta onlarla evlənir. Amma vətəndaş nikahında yaşadıqları azərbaycanlı qadından qorxurlar. Çünki vətəndaş nikahında yaşayan azərbaycanlı qadın yerli qaydaları pozub, o, artıq digər qadınlara bənzəmir. Cəmiyyətə “sabah başqa qaydaları da poza bilərəm” siqnalı verir, deməli təhlükəlidir.

İllər əvvəl Rafael Dadaşov TV-lərdən birində xanımı ilə münasibəti haqqında ona sual verən aparıcıya belə cavab vermişdi. “Həmişə biz aldadırıq, onlar nə yaxşı bizi bağışlayır!?” O zaman studiyadakı bütün qonaqlar onu namus məsələsində tənqid eləmişdi. Rafael Dadaşovun cavabının əxlaqlı olub-olmaması dəyişkən məsələdir, çünki əxlaq özü dəyişkən məfhumdur. Məşhur filosoflardan birinin dediyi kimi, çayın bu tərəfində əxlaqlı sayılan davranış, o biri tərəfində əxlaqsız sayıla bilər. Lakin Dadaşovun cavab bəşəri idi. Bəşərilik isə bütün insanlar üçün başa düşüləndir.

Yaxud Nərmini öldürməkdə ittiham olunan adam, bizim görmək istədiyimiz adam deyilsə və qətl hadisəsi bizim təsəvvür etdiyimiz ssenari üzrə baş verməyibsə, ittiham olunan adamın qatil olduğunu qəbul edə bilməyəcəyik. Mütləq şəkildə qatil bizim planladığımız bayağı bir plan üzrə hərəkət etməli imiş. Qatilin də bizim kimi düşünməsini, hərəkət etməsini istəyirik.

İllah ki, oturacaq şablona. Oturdacağıq.

Kütləvi surətdə imtina etdiyimiz, heç cür özümüzə yaxın buraxmadığımız vərdiş isə sıx mütaliədir. Oxumaq, bizə yad vərdişlərdən bəlkə də ən dərinidir. Çox oxuyandan o qədər qorxuruq ki, “çox oxuma, başın xarab olar” deyirik. Nəzərdə tutulan psixoloji naxoşluqdursa, çox oxumaqdan başın xarab olduğuna dair bircə elmi sübut yoxdur. Uzaqbaşı çox oxuyan alim olacaq. Oxumağın faydaları haqda eşitməyən qalıb məyər? Mütaliə ilə dünyagörüşünün formalaşması, hadisələrə yanaşmanın dəyişməsi arasında üzvi bağlılığın olduğunu bilməyən var? Bəs oxuyan insanın məişət problemlərinin qaynadığı mühitdən uzaqlaşdığını eşitməyən? Sonra bir an gəlir ki,  qaydalar pozulmalıdır. Ola bilsin şüurlu yox, sadəcə hiss edirik ki, lazımdır. Qarşıda isə öz qaydalarını qorumaqdan ötrü oxumağın da həddini müəyyən eləmiş çoxluq var. Ondandır ki, oxuyub bizim qaydalarımıza tabe olmayana, bizə bənzəməyənə dəli deyirik.

Özünə bənzəməyəndən qaçmaq, qorxmaq bir toplum üçün ciddi problemdir. Qorxanların cəmiyyətində insanlar yeniliklərlə necə davranacağını, yenini necə idarə edəcəyini bilmir. Qınına çəkilib əlindəkini qorumaqla məşğul olur. Halbuki bir az əziyyət çəkib yeniliyin nə gətirəcəyini analiz etmək, yaxud yenilikdən danışanın nə istədiyini başa düşməyə çalışmaq kimi bir variant da var. Yeniliyə meylin gəncliyin təbiətində olduğunu, çox oxuyan adamların təşkil etdiyi cəmiyyətin daha güvənli olduğunu xatırlatmağa doğrudanmı ehtiyac var? Hələ də.

Qaydaları qorumaq adına, oxuyan insana dəli damğası vurmaqla mövcudiyyətimizi davam etdirə bilmərik. Yazı onsuz da, bəs deyincə didaktik alındı, qoy bunu da deyim – oxumaq məsələsində geridə qalan toplum, gec-tez oxuyanların köləsinə çevriləcək. Sadə şeyləri təhlil etmək, düşünüb nəticə çıxarmaq səbr və həvəs defisitimizə görə bizdə alınmır. Ona görə biz, yalnız bizə bənzəyənlə danışanda xoşbəxt oluruq.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör