Azlogos
  • Kimlər var
  • Bizi tanı

Alkoqol - qədərində içmək bacarığı və genlər İntihar və azadlıq Xankəndinə niyə girmədik? XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq? Gələcəyin müharibələri nəyə bənzəyəcək?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Olmayan iş otağı

Əli Novruzov Əli Novruzov
., Kültür
23 May 2020

Mən cəridəm dolmaq üçün mətləbi uzatmışam.

Ə. Sabir

Onun psixi sağlamlıq problemləri diqqət iqtisadiyyatı ilə faciəvi şəkildə toqquşdu.

Nyu York Taymsda bir nekroloqdan

Şikayət Azərbaycanın çağdaş ədəbi mühitində dəyişməz motivdir. Seymurun təbiri ilə desək, bizim yerli təyinatlı ədəbiyyatımızın azsaylı oxucuları daim yazıçılardan şikayət edir, yazıçılar isə oxuculardan.

Biri yaxşı yazmır, yazsa da Dostoyevski kimi yazmır. O birisi yaxşı oxumur, oxusa da məni başa düşmür.

Qarşılıqlı ittihamların bu qapalı çevrəsində bəzən təəssübdən, bəzən də həmrəylikdən hamımız tərəf tuturuq, amma daha dərində, özümüzlə baş-baş qalanda oxucunun da müəyyən qədər haqlı olduğunu etiraf etməli oluruq. Ən yeni Azərbaycan ədəbiyyatının oxucusu bir qayda olaraq həm də o biri ölkələrin bədii ədəbiyyatını oxuyur, buna görə öz fikirlərini hətta ən tərbiyəsiz formada ifadə etsə də, fəhmi ilə bəzi şeyləri duyduğunu qəbul etməliyik.

Görəsən bizim ən yeni ədəbiyyat, bəzi aşkar istisnalarla, niyə oxucunu düşündürə, çaşdıra, həyəcanlandıra, ruhlandıra bilmir? Niyə oxucu dəhşətə gəlmir, nə də depressiyaya düşmür?

Məntiqlə çoxdan püxtələşməli olan müəlliflər də yerində sayır, hətta geriləyir, tükənir və solur?

Sahilə Yayanın sonuncu romanı Şeyx haqqında tənqidində Cavid Ramazanov bu vəziyyəti yığcam şəkildə belə təsvir edir:

“Səmimi deyirəm, əgər mən “Şeyx”in müəllifin dördüncü kitabının olduğunu bilməsəydim, ümumiyyətlə, kitabın müəllifi barədə hissəni oxumasaydım, onu yazıçılıq romantikasına qapılan naiv bir məktəbli qızın qeyri-yetkin qələmindən çıxma bir mətn zənn edərdim.”

Cavidin Şeyx haqqında tənqidini nöqtə-vergülünə toxunmadan Cavidanın eyni dövrdə və eyni nəşriyyatda çapdan çıxmış Məhsəti romanına da aid etmək olar. Yəni nə Şeyx, nə də Məhsəti istina deyil, ədəbiyyatımızı içəridən yeyən xərçəngin simptomlarıdır.

Bəs azərbaycanlı gənc müəllifləri niyə zaman da yetişkinləşdirə bilmir?

Gənc müəllifin püxtələşərək zamanla böyük yazıçıya çevrilməsi üçün iki təməl şərt vacibdir:

Birincisi, gənc müəllif çörək pulunu yazıdan çıxarmalı, maddi şəraitini təmin etmək üçün ikinci iş axtarmamalı, yəni öz qiymətli vaxtını yaradıcı proseslə əlaqəsi olmayan məşğuliyyətlərə sərf etmək məcburiyyətində qalmamalıdır.

İkincisi, gənc müəllifin özünü reallaşdırmaq üçün üz tutduğu vasitə (medium) onun yazı texnikasını və yazı bacarıqlarını artan xətt üzrə inkişaf etdirməlidir. Yəni gənc müəllifin müraciət etdiyi janr onun yaradıcı potensialını körükləyəcək xüsusiyyətlər daşımalıdır.

Bizdən uzaq coğrafiya olsa da, fikrimi aydın izah etmək üçün ABŞ təcrübəsindən misal çəkmək istəyirəm.

XX əsrin ortalarına kimi ABŞ-da qısa hekayələr üçün böyük bazar mövcud idi. Dövri mətbuat mütəmadi olaraq qısa hekayələr dərc edir və müəlliflərə normal qonorar ödəyirdi. Sonradan amerikan ədəbiyyatının böyük simalarına çevriləcək bir çox yazıçılar gənc yaşlarından dövri mətbuat üçün qısa hekayələr yazır, bu hekayələr hesabına öz maddi şəraitlərini də təmin edə bilirdilər. Amma qısa hekayə həm də çətin janrdır və davamlı olaraq hekayə yazanların yazı texnikasını və bacarıqlarını inkişaf etdirir. Müəllif hekayə yazdıqca püxtələşir, qələmi itiləşir, sözlər daha asan kağıza köçür. Hekayə yazmaqla inkişaf edən bacarıqlar sonradan asanlıqla roman və digər janrlarda yazıçının uğurlu mətnlər yaratmasına vəsilə olur.

Bu praktika təkcə Amerika ilə məhdudlaşan hal deyildi. Dünyada ən böyük hekayəçilərdən hesab edilən Çexov da dövri mətbuata yazdığı qısa hekayələr hesabına özünü inkişaf etdirib.

Çexovun əsərlərinin seçilmiş və ya tam külliyatını oxuyanlar yaxşı bilir. İlk iki cildi oxumaq cəhənnəm əzabından bədtərdir. Oxuduqca bu şit, bayağı, səviyyəsiz və primitiv hekayələri Çexovun yazdığına şübhə edirsən. Üstəlik mətbuat bu biabırçılığı necə axı dərc edə bilərdi? Bir-iki parlaq nümunə səni çaşdıranda isə kritik aparat dərhal xəbərdarlıq edir: sonrakı nəşrlərdə Çexov bu hekayəni az qala yenidən işləyib. Bir sözlə, əgər Çexov 1880-ci illərin əvvəllərində bu biabırçılığı az qala konveyer üsulu ilə istehsal etməsəydi, sonradan nə 6 nömrəli palata, nə də Albalı bağı kimi şedevrlər ərsəyə gəlməyəcəkdi.

XX əsrin ortalarından başlayaraq ABŞ-da qısa hekayə bazarı sıradan çıxır. Daha doğrusu, hələ də qısa hekayə dərc edən nəşrlər var, amma bazarın miqyası yazıçı olmaq istəyən gənclərə adekvat maddi imkanlar təklif edə bilmir. Buna görə də keçən əsrin 60-cı, 70-ci illərindən gənc müəlliflər məcburiyyətdən jurnalistikaya gedirlər. Amma onlar özləri ilə həm də yazıçı texnikasını, ədəbi priyomları gətirirlər və Azərbaycan dilinə tərcüməsi çətin olan non-fiction feature story janrını yaradırlar. Bu dəyişikliyin təzahürlərindən biri kimi 1979-cu ildə Pulitzer mükafatları çərçivəsində həmin janr üçün ayrıca kateqoriya təsis olunur.

Non-fiction feature story janrı qısa hekayə kimi çətin janrdır, öz məxsusi strukturu və tələbləri var. Bu janrda yazanlar da zamanla püxtələşir, qələmləri itilənir və sözlər kağıza – indi kompyuter ekranına daha asan köçür. Müəlliflər öz yazılarına görə həm yaxşı qonorar alır, həm də inkişaf etdirdikləri yazı bacarıqlarını sonradan roman və sair janrlarda uğurla tətbiq edə bilirlər. Yekun vursaq, Amerikada mənzərə dəyişsə də, gənc müəllifin püxtələşərək zamanla böyük yazıçıya çevrilməsi üçün iki təməl şərt hələ də öz yerində qalır.

İndi bütün yuxarıda deyilənlərin fonunda müasir Azərbaycan ədəbi mühitinə nəzər salaq.

Azərbaycanda yazıçı olmaq istəyən şəxsin çörək pulu qazanmaq üçün müraciət edə biləcəyi bəlkə də yeganə vasitə türk mətbuatından idxal etdiyimiz köşə yazılarıdır. Köşə yazılarının isə iki təməl problemi var.

Birincisi, köşə yazıları bazarı böyük deyil, bir necə media orqanı və bir neçə parlaq imza istisna qonorarlar gülünc səviyyədədir. Azərbaycanda ancaq köşə yazmaqla tək-tük insan öz məişətini təmin edə bilər, o da müəyyən həddə qədər. İndi qonorarların məbləğindən xəbərim yoxdur, amma yeni yazmağa başlayan müəllif üçün bir köşə yazısının qiyməti bir-iki il əvvələ kimi standart olaraq 20-30 manat idi. 20-30 manat mənim üç-dörd günlük siqaret pulumdur.

İkincisi, köşə yazısı janrların bəlkə də ən məkrlisidir. Nə qədər gözəl yazsan da, üslubda balet göstərsən də, köşə yazısı sənin yazı texnikan və bacarıqlarını inkişaf etdirməyin üçün heç bir tələb qoymur, çünki köşə yazısının aydın strukturu, texniki çətinlikləri yox səviyyəsindədir. 20 il köşə yazıb eyni elementar səhvləri buraxmaq olar və köşə yazısı bu səhvləri düzəltmək üçün müəllifi tətikləyəcək heç bir xüsusiyyət daşımır. Köşə yazısı nəinki müəllifi inkişafdan saxlayır, hətta bəlkə kütləşdirir də.

Köşə tələsi azmış kimi, gənc yazar bir də Facebook tələsinə düşür. Köşənin caynaqlarından qurtulmağa imkan tapan az-maz istedadını Facebook-da status yazmağa xərcləyir. Gənc yazar diqqət iqtisadiyyatının əmtəəsinə çevrilir, həyat ritmini like düyməsi və like sayı idarə edir. Bu prosesi Cavid daha ətraflı təsvir edib, mənim təkrar yazmağıma ehtiyac qalmır.

Azərbaycanlı müəllifin fiziki mənada iş otağı ola bilər, amma metafiziki mənada iş otağı qayıbdır.

Bir yazıçı dostum danışır. Həyətdə özü üçün böyük çətinliklə iş otağı düzəldə bilib. Kitabxanası, yazı masası. Orada yazıb-pozurmuş. Bir müddət sonra köçüb başqa yerdə yaşamağa başlayır. Bir gün qayıdıb otağın qapısını açanda görür ki, evdəkilər yorğan-döşək sırımaq üçün aldıqları yunu gətirib onun iş otağına yığıblar. Otaq döşəmədən tavana kimi yunla doludur, içəri keçmək də mümkün deyil. Yəni bura artıq yazıçının iş otağı deyil, yun anbarıdır.

Bizim gənc müəlliflərin yazıları da bax beləcə yun anbarını xatırladır. Köşə yazısı yazmağa təhkim olunan müəllif özünü inkişaf etdirmək üçün bir yol aça bilmir, nəticədə cəridəsini doldurmaq üçün mətləbi uzadır. Sonra da Sabirin hələ də aktual olmasına heyrətlənib / təəssüflənib bu barədə Facebook-da emosional bir status paylaşır.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
maxresdefault
Kültür

Viktorian əxlaqlı Hooverciklərin Whatsapp qorxusu

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
cefer-cabbarli-549x370
Kültür

Cəfər Cabbarlının ölümü – 2

12 Yanvar 2021

Redaktorun seçimi

Koronavirus pandemiyasının dünyaya verdiyi mesajlar, dərslər, işarələr haqda

Bədbəxtlər üçün motivasiya kitabları

Post-müharibə dövrünün kinematoqrafı

“Qarabağ”la AFFA-nın nə fərqi var ki?

Dil resurs kimi

Biz – ermənilər, hamını bezdirmişik

Mənalı və mənasız söhbətlər

Qaranlıqdakı işıqlardan: Mirzə Muxtar

Supermen Rəşad

Yaza bilməməyin dözülməz yüngüllüyü

Azərbaycan kinosunun Oskar intriqaları

Dənizdə itmək

İtil, ey büt!

“Bir Təbəssüm, Bir Ümid”

Maarif Məmmədov: “Hər pornonu izləmək faydalı deyil”

Əli Rza: “Sadəcə yolumu azmışdım”

“Korreksiya sinfi” filmi barədə

InSight-ın ilk “selfiesi”

Maqomayevi necə öldürdülər

Çe Qevara: Fidelin sevimli cəlladı

Gənc publisistlər üçün məsləhətlər

Səhra evi – daşların harmoniyası

Azərbaycanda qadın peşələri

Niyə alimlərin əksəriyyəti kişidir?

Mircavad dünyası

Qarabağ və ədalətsizlik

Mandat Erkin Qədirlinin nəyinə lazım idi?

Sevda Sultanova təqdim edir

Azərbaycanda kitab oxunurmu?

Niyə bu gündəyik?

Olmayan iş otağı

Əli Novruzov Əli Novruzov
., Kültür
23 May 2020

Mən cəridəm dolmaq üçün mətləbi uzatmışam.

Ə. Sabir

Onun psixi sağlamlıq problemləri diqqət iqtisadiyyatı ilə faciəvi şəkildə toqquşdu.

Nyu York Taymsda bir nekroloqdan

Şikayət Azərbaycanın çağdaş ədəbi mühitində dəyişməz motivdir. Seymurun təbiri ilə desək, bizim yerli təyinatlı ədəbiyyatımızın azsaylı oxucuları daim yazıçılardan şikayət edir, yazıçılar isə oxuculardan.

Biri yaxşı yazmır, yazsa da Dostoyevski kimi yazmır. O birisi yaxşı oxumur, oxusa da məni başa düşmür.

Qarşılıqlı ittihamların bu qapalı çevrəsində bəzən təəssübdən, bəzən də həmrəylikdən hamımız tərəf tuturuq, amma daha dərində, özümüzlə baş-baş qalanda oxucunun da müəyyən qədər haqlı olduğunu etiraf etməli oluruq. Ən yeni Azərbaycan ədəbiyyatının oxucusu bir qayda olaraq həm də o biri ölkələrin bədii ədəbiyyatını oxuyur, buna görə öz fikirlərini hətta ən tərbiyəsiz formada ifadə etsə də, fəhmi ilə bəzi şeyləri duyduğunu qəbul etməliyik.

Görəsən bizim ən yeni ədəbiyyat, bəzi aşkar istisnalarla, niyə oxucunu düşündürə, çaşdıra, həyəcanlandıra, ruhlandıra bilmir? Niyə oxucu dəhşətə gəlmir, nə də depressiyaya düşmür?

Məntiqlə çoxdan püxtələşməli olan müəlliflər də yerində sayır, hətta geriləyir, tükənir və solur?

Sahilə Yayanın sonuncu romanı Şeyx haqqında tənqidində Cavid Ramazanov bu vəziyyəti yığcam şəkildə belə təsvir edir:

“Səmimi deyirəm, əgər mən “Şeyx”in müəllifin dördüncü kitabının olduğunu bilməsəydim, ümumiyyətlə, kitabın müəllifi barədə hissəni oxumasaydım, onu yazıçılıq romantikasına qapılan naiv bir məktəbli qızın qeyri-yetkin qələmindən çıxma bir mətn zənn edərdim.”

Cavidin Şeyx haqqında tənqidini nöqtə-vergülünə toxunmadan Cavidanın eyni dövrdə və eyni nəşriyyatda çapdan çıxmış Məhsəti romanına da aid etmək olar. Yəni nə Şeyx, nə də Məhsəti istina deyil, ədəbiyyatımızı içəridən yeyən xərçəngin simptomlarıdır.

Bəs azərbaycanlı gənc müəllifləri niyə zaman da yetişkinləşdirə bilmir?

Gənc müəllifin püxtələşərək zamanla böyük yazıçıya çevrilməsi üçün iki təməl şərt vacibdir:

Birincisi, gənc müəllif çörək pulunu yazıdan çıxarmalı, maddi şəraitini təmin etmək üçün ikinci iş axtarmamalı, yəni öz qiymətli vaxtını yaradıcı proseslə əlaqəsi olmayan məşğuliyyətlərə sərf etmək məcburiyyətində qalmamalıdır.

İkincisi, gənc müəllifin özünü reallaşdırmaq üçün üz tutduğu vasitə (medium) onun yazı texnikasını və yazı bacarıqlarını artan xətt üzrə inkişaf etdirməlidir. Yəni gənc müəllifin müraciət etdiyi janr onun yaradıcı potensialını körükləyəcək xüsusiyyətlər daşımalıdır.

Bizdən uzaq coğrafiya olsa da, fikrimi aydın izah etmək üçün ABŞ təcrübəsindən misal çəkmək istəyirəm.

XX əsrin ortalarına kimi ABŞ-da qısa hekayələr üçün böyük bazar mövcud idi. Dövri mətbuat mütəmadi olaraq qısa hekayələr dərc edir və müəlliflərə normal qonorar ödəyirdi. Sonradan amerikan ədəbiyyatının böyük simalarına çevriləcək bir çox yazıçılar gənc yaşlarından dövri mətbuat üçün qısa hekayələr yazır, bu hekayələr hesabına öz maddi şəraitlərini də təmin edə bilirdilər. Amma qısa hekayə həm də çətin janrdır və davamlı olaraq hekayə yazanların yazı texnikasını və bacarıqlarını inkişaf etdirir. Müəllif hekayə yazdıqca püxtələşir, qələmi itiləşir, sözlər daha asan kağıza köçür. Hekayə yazmaqla inkişaf edən bacarıqlar sonradan asanlıqla roman və digər janrlarda yazıçının uğurlu mətnlər yaratmasına vəsilə olur.

Bu praktika təkcə Amerika ilə məhdudlaşan hal deyildi. Dünyada ən böyük hekayəçilərdən hesab edilən Çexov da dövri mətbuata yazdığı qısa hekayələr hesabına özünü inkişaf etdirib.

Çexovun əsərlərinin seçilmiş və ya tam külliyatını oxuyanlar yaxşı bilir. İlk iki cildi oxumaq cəhənnəm əzabından bədtərdir. Oxuduqca bu şit, bayağı, səviyyəsiz və primitiv hekayələri Çexovun yazdığına şübhə edirsən. Üstəlik mətbuat bu biabırçılığı necə axı dərc edə bilərdi? Bir-iki parlaq nümunə səni çaşdıranda isə kritik aparat dərhal xəbərdarlıq edir: sonrakı nəşrlərdə Çexov bu hekayəni az qala yenidən işləyib. Bir sözlə, əgər Çexov 1880-ci illərin əvvəllərində bu biabırçılığı az qala konveyer üsulu ilə istehsal etməsəydi, sonradan nə 6 nömrəli palata, nə də Albalı bağı kimi şedevrlər ərsəyə gəlməyəcəkdi.

XX əsrin ortalarından başlayaraq ABŞ-da qısa hekayə bazarı sıradan çıxır. Daha doğrusu, hələ də qısa hekayə dərc edən nəşrlər var, amma bazarın miqyası yazıçı olmaq istəyən gənclərə adekvat maddi imkanlar təklif edə bilmir. Buna görə də keçən əsrin 60-cı, 70-ci illərindən gənc müəlliflər məcburiyyətdən jurnalistikaya gedirlər. Amma onlar özləri ilə həm də yazıçı texnikasını, ədəbi priyomları gətirirlər və Azərbaycan dilinə tərcüməsi çətin olan non-fiction feature story janrını yaradırlar. Bu dəyişikliyin təzahürlərindən biri kimi 1979-cu ildə Pulitzer mükafatları çərçivəsində həmin janr üçün ayrıca kateqoriya təsis olunur.

Non-fiction feature story janrı qısa hekayə kimi çətin janrdır, öz məxsusi strukturu və tələbləri var. Bu janrda yazanlar da zamanla püxtələşir, qələmləri itilənir və sözlər kağıza – indi kompyuter ekranına daha asan köçür. Müəlliflər öz yazılarına görə həm yaxşı qonorar alır, həm də inkişaf etdirdikləri yazı bacarıqlarını sonradan roman və sair janrlarda uğurla tətbiq edə bilirlər. Yekun vursaq, Amerikada mənzərə dəyişsə də, gənc müəllifin püxtələşərək zamanla böyük yazıçıya çevrilməsi üçün iki təməl şərt hələ də öz yerində qalır.

İndi bütün yuxarıda deyilənlərin fonunda müasir Azərbaycan ədəbi mühitinə nəzər salaq.

Azərbaycanda yazıçı olmaq istəyən şəxsin çörək pulu qazanmaq üçün müraciət edə biləcəyi bəlkə də yeganə vasitə türk mətbuatından idxal etdiyimiz köşə yazılarıdır. Köşə yazılarının isə iki təməl problemi var.

Birincisi, köşə yazıları bazarı böyük deyil, bir necə media orqanı və bir neçə parlaq imza istisna qonorarlar gülünc səviyyədədir. Azərbaycanda ancaq köşə yazmaqla tək-tük insan öz məişətini təmin edə bilər, o da müəyyən həddə qədər. İndi qonorarların məbləğindən xəbərim yoxdur, amma yeni yazmağa başlayan müəllif üçün bir köşə yazısının qiyməti bir-iki il əvvələ kimi standart olaraq 20-30 manat idi. 20-30 manat mənim üç-dörd günlük siqaret pulumdur.

İkincisi, köşə yazısı janrların bəlkə də ən məkrlisidir. Nə qədər gözəl yazsan da, üslubda balet göstərsən də, köşə yazısı sənin yazı texnikan və bacarıqlarını inkişaf etdirməyin üçün heç bir tələb qoymur, çünki köşə yazısının aydın strukturu, texniki çətinlikləri yox səviyyəsindədir. 20 il köşə yazıb eyni elementar səhvləri buraxmaq olar və köşə yazısı bu səhvləri düzəltmək üçün müəllifi tətikləyəcək heç bir xüsusiyyət daşımır. Köşə yazısı nəinki müəllifi inkişafdan saxlayır, hətta bəlkə kütləşdirir də.

Köşə tələsi azmış kimi, gənc yazar bir də Facebook tələsinə düşür. Köşənin caynaqlarından qurtulmağa imkan tapan az-maz istedadını Facebook-da status yazmağa xərcləyir. Gənc yazar diqqət iqtisadiyyatının əmtəəsinə çevrilir, həyat ritmini like düyməsi və like sayı idarə edir. Bu prosesi Cavid daha ətraflı təsvir edib, mənim təkrar yazmağıma ehtiyac qalmır.

Azərbaycanlı müəllifin fiziki mənada iş otağı ola bilər, amma metafiziki mənada iş otağı qayıbdır.

Bir yazıçı dostum danışır. Həyətdə özü üçün böyük çətinliklə iş otağı düzəldə bilib. Kitabxanası, yazı masası. Orada yazıb-pozurmuş. Bir müddət sonra köçüb başqa yerdə yaşamağa başlayır. Bir gün qayıdıb otağın qapısını açanda görür ki, evdəkilər yorğan-döşək sırımaq üçün aldıqları yunu gətirib onun iş otağına yığıblar. Otaq döşəmədən tavana kimi yunla doludur, içəri keçmək də mümkün deyil. Yəni bura artıq yazıçının iş otağı deyil, yun anbarıdır.

Bizim gənc müəlliflərin yazıları da bax beləcə yun anbarını xatırladır. Köşə yazısı yazmağa təhkim olunan müəllif özünü inkişaf etdirmək üçün bir yol aça bilmir, nəticədə cəridəsini doldurmaq üçün mətləbi uzadır. Sonra da Sabirin hələ də aktual olmasına heyrətlənib / təəssüflənib bu barədə Facebook-da emosional bir status paylaşır.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
maxresdefault
Kültür

Viktorian əxlaqlı Hooverciklərin Whatsapp qorxusu

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
cefer-cabbarli-549x370
Kültür

Cəfər Cabbarlının ölümü – 2

12 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel