bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

[vc_row vc_row_background=""][vc_column width="1/2"]

“Oğurlanan” Qərbin qaytarılması

AzLogos AzLogos
., Mövqe
22 Fevral 2021
[/vc_column][vc_column width="1/2"]
“Oğurlanan” Qərbin qaytarılması

Foto: Jörg Carstensen / picture alliance via Getty Images

[/vc_column][/vc_row][vc_row][vc_column]
Paylaş

Əsla mübahisəyə girişmək istəmirəm. Çünki mübahisədə hər kəs öz mövqeyini müdafiə etmək və qarşı tərəfi fikrindən döndərmək üçün çalışır. Konstantin Boqomolova qarşı mənim belə bir məqsədim yoxdur. Amma yenə də, onun məqaləsini diqqətlə (özü onu manifest adlandırır) oxuyandan sonra, bəzi şərhlər vermək istədim.

Birincisi, nə Avropa, nə də ABŞ-da yaşayan Kosntantin Boqomolovun, oralarda baş verən prosesləri elə də yaxşı təsəvvür etmədiyi aydın olur. Bu da təəccüblü deyil. Mən bilən, Boqomolovun Avropada iş təcrübəsi elə də böyük deyil. Hətta bir neçə teatr tamaşası qoymaq və “qərb dünyasını” turist kimi gəzməklə, yəqin ki, cəmiyyət və mədəniyyətin vəziyyətini olduğu kimi görmək çətindir. Ona görə də, Boqomolovun təsvir etdiyi müasir qərb dünyası modeli, yumşaq desək, çox düz və birtərəflidir. Həm də məqaləsində vur-tut iki misal gətirir ki, onlar da səhvdir.

Mən özüm 12 ildir Polşada yaşayıram və yalnız bir neçə il əvvəl avropa sivilizasiyası adlanan məkanın necə bir cəmiyyət modeli qurmağa çalışdığını dərk etməyə başlamışam. ABŞ haqqında danışmayacam, çünki ora hərdən gedib-gəlsəm, hətta bir az işləsəm də, orada hansı proseslərin getdiyini sona qədər anladığımı deyə bilmərəm, ola bilsin iki məsələ istisna olmaqla. Birincisi – irqçiliklə mübarizə. İkincisi – Trampla mübarizə. Mənə elə gəlir ki, bu proseslərin mahiyyətini təsvir də edə bilərdim və bu təsvir Boqomolovun yazdığından fərqli olacaqdı, lakin ABŞ-da yaşamadığıma görə, yaxşısı budur heç bu ölkəyə toxunmayım.

Avropaya gəldikdə isə, bura mənim çox işlədiyim, yaşadığım, vergi ödədiyim, Avropa Birliyinin daimi oturum icazəsinə malik olduğum, öz prodüser şirkətimin, həmçinin məktəbli qızımın olduğu bir məkandır. Yəni mən Avropa Birliyinin tamhüquqlu iştirakçısıyam, düzdür təkcə seçki hüququm yoxdur, çünki oturum icazəm səs verməyə imkan tanımır. Amma xanımım seçkilərdə iştirak edir, mən də nələrin baş verdiyini, avropa cəmiyyətinin bu vacib tərkib hissəsinin necə işlədiyini görürəm. Qalan işlərdə isə, avropa sisteminin aktiv iştirakçısı kimi, mənə elə gəlir ki, Avropada yaşadıqdan 10 il sonra (12 ilin 10 ili) qərb dünyasının necə bir proses olduğunu həqiqi mənada anlamağa başladım. Onun ideyası nədir, hər şey hara doğru gedir, təsvir etməyə çalışacam.

Beləliklə, avropa cəmiyyətinin əsas fəlsəfəsi və həyat ideyası – insan təkamülünə olan inamdır.

İntibah dövrü, sonradan isə XX əsrin elmi nailiyyətləri avropalı insanın beyninə əbədi olaraq inkişaf ideyasını həkk etdilər. İntibahın və XX əsrin əsas ideyası məhz inkişafdır. İnsan daim inkişaf edir – budur qərb cəmiyyətinin əsas ideyası. Nədən nəyə və kimdən kimə inkişaf? İnsan malik olduğu, daha doğrusu var olduğu şüurun açılma prosesində inkişaf edir. Çünki insan – şüurdur. Bu şüur da aşağıdan yuxarı doğru, təkamül spiralı ilə inkişaf edir. Onun inkişafının əsas göstəricisi isə, inkişafın müxətlif dövlərində yiyələndiyi həyat dəyərləridir.  

Əvvəl ibtidai insanın dəyərləri seks, qida və primitiv instinktlər idi. Sonra bunun yerini eqo aldı. “Mən” üzə çıxdı. Başqalarından ayrı olan, fərdi Mən. Bununla da şəxsiyyət ideyası yarandı. Bir az sonra isə, yeni səviyyədə, mənim qəbiləm, mənim ailəm, mənim klanım kimi ideyalar ortaya çıxdı. Biz ideyası yarandı. Deməli, Onlar ideyası da. Biz və Onlar.

Bunlara paralel olaraq ruhlar və təbiət hadisələri ilə zəngin olan kainat haqqında mifik təsəvvürlər də inkişaf edir və bu təsəvvürlər zamanla Vahid Tanrı konturları qazanır. Şəxsiyyət, daha sonra qəbilə (sonra isə xalq) olan insanın Ali mərtəbəsi – Tanrı, beləcə üzə çıxır. Bu inkişaf səviyyəsi ilə də Avropa XIX əsrə qədəm qoyur.

Burada isə, texniki proqresin böyük rol oynadığı növbəti təkamül mərhələsi – elm ortaya çıxır. Öz zamanının lideri olan elm. Daha sonra elm, üstəgəl texnoloji inkişaf avropalı insanı təkamülün yeni bir mərhələsinə daşıyır – rasionallığa. Bu mərhələdə isə Avropa elm sahəsində nəhəng ixtiralara imza atır (yeri gəlmişkən, Rusiya, ən azından onun qərbi hissəsi də Avropanın bir parçası olduğuna görə, Rusiyanın elmi kəşfləri də Avropanın kəşfləridir). Beləcə, həyata rasional yanaşma tədricən iqtisad və siyasətdə də dominant olmağa başlayır, necə ki, faşizmin özü də rasionallıqdan başqa bir şey deyil. Nasist Almaniyası – Rasio ideyasına söykənən ölüm maşını idi. Bütün pis genlər məhv edilməli və dünyanı idarə edəcək yaxşı genlər saxlanılmalıdır. Yalnız 70-ci illərin əvvəllərində, Avropada yeni təkamül mərhələsi aktiv fazasına girir – plüralist və liberal mərhələ.

Daily Life In Dublin During COVID-19 Lockdown
Foto: Artur Widak / NurPhoto via Getty Images

Konstantin Boqomolov Avropaya xristianlıq modeli nöqteyi-nəzərindən baxır, amma bu yanaşma mənə olduqca dar gəlir, çünki xristianlığın özü də, cəmiyyətin digər modelləri kimi, özünü bu və ya digər təkamül inkişaf mərhələlərində biruzə verir. Nümunə: səkkiz yaşlı xristian oğlan, 18 və 40 yaşındakı xristianlardan fərqlidir, baxmayaraq ki, eyni cür xaç vururlar. Hərbi xristianlar, irqçi xristianlar da olub və var. Xristianlıq da, hər hansı başqa bir din, kommunizm, siyasi cərəyanlar kimi, cəmiyyətin inkişafı üçün səbəb yox, sözügedən inkişafın müəyyən bir mərhələsinin nəticəsidir – təkamül inkişafının səviyyəsi və onun təzahürüdür. Yeri gəlmişkən, Boqomolovun təkamül nəzəriyyəsindən anlayışının olmaması, yaxud ona çox səthi bələd olması da mənim üçün aydındır, əks təqdirdə “özünü nasizmdən azad edən Qərb, mürəkkəb insanı ləğv edərək özünü “atom qəzasından” sığortalamaq qərarına gəldi” səfsətəsinə yol verməzdi, çünki “Qərb” hansısa bir insanı yetişdirən, qəbul və ya rədd edən müstəqil bir qurum deyil.

İnsan və Qərb iki ayrı anlayışlar deyil. Bu, insanların yaratdığı bütün cəmiyyətlərdə özünü göstərən, təkamülün inkişaf mərhələlərindən keçən həmin Şüurdur. İspan inkvizisiyası, alman nasizmi, sol ekoloji liberalizm – hamısı bir mərhələdən digərinə keçən Şüurdur. Çox qədimlərdə, Mərkəzi Avropanın ərazisində bəzi insan qəbilələri başqa insanları yeyirdilər və ola bilsin ki, bu, Avropa İnsan Haqları Məhkəməsinin binasının yerləşdiyi ərazidə baş verirdi.

Avropanın ideyası budur ki, insan hər hansı bir konstitusiya, qanun, din, hətta əxlaq normalarından üstün olan və bir neçə universal hüquqa birdən sahib olan, bənzərsiz canlıdır. Bunlar yaşamaq, bilik əldə etmək, cinsi oriyentasiyanı seçmək və fikir azadlığı hüquqlarıdır. Və bu dörd universal hüquq, Avropada yaşayan insanın təkamülündə yeni bir mərhələdir.

Boqomolovun səhvi, Avropa cəmiyyətinin həyatı haqqında dolğun təsəvvürə malik olmamasıdır. O, təkamül səviyyələrindəki keçidlər zamanı ortaya çıxan problemləri səhvən humanist ideyanın böhranı kimi qələmə verir və bunu “mürəkkəb insanın” qətli adlandırır. Boqomolova görə mürəkkəb bir insan, bir az əxlaqsız, bir az cinayətkar olsa da, cazibədar günahkardır, amma canlıdır, fövqəladədir, özünə aşiqdir, eyni zamanda çox istedadlı və bu səbəbdən qəribədir – bir sözlə, eynilə Konstantinin özü kimi. Ona görə də məqaləsi (daha doğrusu manifesti) əslində iki sadə şeyin bəhanəsidir. Birincisi narsisizmin. İkincisi isə, hakimiyyətə xidmət etmək naminə kəskin siyasi dönüşün.

İndi isə nümunələr: Avropada politkorrektlik qarşısında duyulan qorxu (zəncilər və ya geylərlə zarafat etmək, onları zarafatyana məzəmmət etmək olmaz) irqçilik, homofobiya, qadınların alçaldılması və məişət zorakılığından keçmiş bir cəmiyyətin bu gün yaşadığı və nə zamansa aktuallığını itirəcək olan keçid dövründən başqa bir şey deyil. Ancaq bu keçid üçün də vaxt lazımdır. Bəli, bəzən Avropada yumor çatışmır. Razıyam, yumor yaxşı köməkçidir. Ancaq Auschwitz düşərgəsi ilə bağlı zarafatlar da, faciənin üstündən heç olmasa 30-40 il keçməsəydi, Polşada mümkün ola bilməzdi. Hazırda Avropa özünü ksenofobiyadan, həyasız kapitalizmdən, quduz kommunizmdən, seksizmdən və s. təmizləyir. Üstəlik, unutmaq lazım deyil ki, bu gün Afrika və Yaxın Şərqdən milyonlarla qaçqın Avropaya pənah gətirib. Buna görə də, indi vəziyyət heç də sadə deyil. Ancaq buna baxmayaraq, yumor hələ də var. Qara yumor ehtiva edən stendaplar və filmlər buna sübutdur. Bəli – həddindən artıq politkorrekt yumor. Bəli, qaradərililəri filmlərdə və tamaşalarda oynatmaq şərti ilə. Bunlar da çox haqlı tələblərdir, çünki irqi diskriminasiya olub və var. Bəli, bossun öz katibəsini yoldan çıxarması haqqında zarafatlar da bu gün trenddə deyil, çünki seksual qısnama bir zamanlar olmuş, bu gün isə aradan qaldırılmış fenomendir (yaxşı ki, Rusiyada belə bir fenomenin mövcudluğu sadəcə olaraq inkar edilir, ona görə də onu aradan qaldırmaq haqda danışmağa dəyməz). Digər tərəfdən, bu gün Avropa teatrları və ümumilikdə Avropa sənəti ölkələr, cinslər, fikirlər, dinlər və s. arasındakı sərhədləri silmək haqqında sənətdir.

Çünki bu, təkamülün yeni bir mərhələsidir, bu isə bir insanın yalnız bir insan, Boqomolova görə “mürəkkəb” insan yox, həm də ümumbəşəri bir Şüur olmasına görədir.

Bütün canlılarda özünü göstərən enerji budur. İnsan artıq Raskolnikov, hətta Mışkin də deyil, insan Böyük Həyatdır. Bərabərlər arasında bərabər olan həyat axınıdır. İnsan planetin və kosmosun sakinidir. İnsan bir planetdir. Bu da, yeri gəlmişkən, böyük mistik təlimlərin min illər əvvəl də bildiyi, müasir bir elmi həqiqətdir. Onu da qeyd etməliyəm ki, bu gün ilk dəfə – Avropa və ABŞ-da (məsələn, Kaliforniya əyalətində) – bütün inkişaf səviyyələrinin ümumi üzvi və gözəl bir platformada birləşdiyi insan sivilizasiyasının inteqral modeli ortaya çıxmaqdadır. Bu mərhələ, inteqral mərhələ adlanır. Düzdür, bu proses hələ öz başlanğıcındadır – insanın bu keçidə vaxtı qalacaqmı, yoxsa yaxınlaşmaqda olan ekoloji fəlakət bizi ondan əvvəl məhv edəcək, bunu demək çətindir. Təəssüf ki, alimlərin proqnozları çox bədbindir. Ancaq təkamülü dayandırmaq yenə də mümkün deyil və proses mütləq davam edəcək. Təkamülün son hədəfi yoxdur, hədəf – davamlı inkişafdır. İnsan, bax, beləcə inkişaf edir. Bu inkişafın da zaman-zaman keçid dövrləri olur, odur ki, Kostyanın rusiyalı təbliğatçılar Solovyov, Simonyan və bənzərləri ilə birlikdə bizə Avropanın böhranı kimi sırımağa çalışdıqları (ilahi, Konstantin Boqomolovun yalnız öz yaradıcılığına bağlılığı və rahatlıq arzusuna görə bu düşərgəyə qoşulacağını təsəvvür etməzdim!) qorxular və dəhşətlər, əslində sadəcə keçid dövrünün elementləridir.

Bəli, indi Oscar mükafatına namizəd olmaq üçün afroamerikalı aktyoru filmə çəkmək lazımdır, nə olsun ki? Bu insanlar 200 il köləlikdə saxlanılıb, indi isə hesab ödəməyin vaxtıdır.

Lakin Avropada olduğu kimi ABŞ-da da ən güclü analitik və sosial fəlsəfə institutları fəaliyyət göstərir, planetin ən yaxşı universitetləri isə gerçək inteqral cəmiyyətin yaranması proqramları üçün böyük vəsaitlər ayırır. Bəli, indi həmkarının qara dərisi ilə bağlı ehtiyatsız zarafat edən şəxsə qarşı balanssız, ifrat (özü də həddən artıq) ictimai təzyiq var. ABŞ-dakı bir çox dostum kimi, mən də bundan xoşlanmıram. Amma! Növbəti nəsil sadəcə olaraq bu cür zarafatlarla tanış olmayacaq, onların zamanında tamamilə fərqli yumor anlayışı olacaq.

Yumor heç hara yox olan deyil. Mürəkkəb insan da yox olmayacaq, daha inkişaf etmiş insana çevriləcək.

Mürəkkəblik və anlaşılmazlıq 20-ci əsrin sonlarının postmodernist rejissoru üçün bir naxış idi, yeni sənət isə sadə və başadüşülən, aydın sənətidir. Müdir və katibə, eləcə də “zəncilər” haqqında lətifələr artıq yoxa çıxır. Lakin bu, bir mədəniyyətin çöküşü yox, yeni bir təkamül mərhələsidir.

Konstantin Boqomolov bizi öz Rusiyamızın Yeni Avropasını qurmağa çağırır, mən isə heç kəsə bu layihəyə qoşulmağı məsləhət görmürəm, çünki Konstantinin istəklərindən asılı olmayaraq təkamül altdan yuxarıya doğru, spiral şəklində inkişaf edir (əlbəttə ki, alt və yuxarı şərtidir) və hər halda, gec-tez Rusiya da, Boqomolovun həlak olan Avropasının keçdiklərini keçməli və ümumi təkamül spiralının növbəti mərhələsinə inteqrasiya etməli olacaq. Çox mümkündür ki, bugünkü Rusiya hökumətinin tərəfində durmaq faydalı olsun, ancaq kosmik təkamül çərçivəsində bu fayda çox müvəqqətidir, bəlkə də 15-20 il ömrü var, amma “mürəkkəb” insan bütün hallarda köhnə və səthi-seksist zarafatlar mərhələsini bağlayaraq, yeni inteqral dünyaya adlamağın sancılı prosesindən gec-tez keçməli olacaq.

İvan Vırıpayev

Новая Газета

Avropanın oğurlanması 2.0

[/vc_column][/vc_row][vc_row][vc_column]
[vc_column_text]

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

[/vc_column_text][vc_separator color="peacoc" border_width="2"][vc_column_text]

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun. [mc4wp_form id="5451"]

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column]

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

19 Sentyabr 2024
[/vc_column][/vc_row]
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör