Ermənilərlə daim qol-boyun olan, azərbaycanlı olmaqdan dərin xəcalət çəkən, bundan ötrü taleyini qınayan, bizə müstəsna nifrət edən bir qızın fotosudur. Şəhidlər üçün bir dəqiqəlik anım saatı olan, düz 12.00-da, bu qız öz düşüncəsinə, həyat prinsiplərinə uyğun olaraq şəkil çəkdirib, Instagrama yerləşdirib.
Bu, onun şəhidlərə, ölkəsinə, xalqına münasibətidir. Azərbaycanlılara nəsə demək istəyir? Çox üzr istəyirik, əziz oxucu, amma vallah da, billah da ədəb-ərkan vaxtı deyil. Keçib artıq.
Arzu Qeybulla – azərbaycanlı jurnalist, bloqçu və sosial media üzrə təlimçidir.
Heç bir fakt və sübut olmadan bu xanım, guya cəbhədə suriyalıların bizim tərəfimizdə vuruşması haqda uydurmaları tirajlamışdı. Özü də erməni həmkarları ilə bir məclisdə, canlı efirdən. O, həmçinin, İstanbul şəhərində nəşr edilən və bu ölkədə yaşayan ermənilərə məxsus olan “AGOS” qəzetində də uzun müddət çalışıb.
Böyük Britaniya institutlarının himayəsində olduğuna görə və Türkiyə Cümhuriyyəti ilə Azərbaycanın Böyük Britaniya ilə isti münasibətləri səbəbilə, xanım Qeybullayeva özünü İstanbulda çox rahat hiss edir.
“AGOS”un arxivi Arzu xanıma edilən hücumlar haqda məqalələr, xəbərlər, müsahibələrlə də zəngindir. “AGOS” vəhşi, qatil, mədəniyyətsiz azərbaycanlıların Arzu xanıma sırf erməni qəzetində yazdığı üçün hücumlar etdiyini, onu öldürmək istədiyini, təqib etdiyini xüsusi canfəşanlıqla qeyd edir. Qəribədir, deyilmi? Bəlkə doğrudan vəhşi, qatil, mədəniyyətsiz adamlarıq, axı niyə qəbul edə bilmirik ki, içimizdən biri erməni nəşrində yazılar yaza, bizə böhtanlar ata bilər? Nə üçün bununla barışmır, buna norma kimi yanaşmırıq? Belə, çox əcaib camaatıq.
***
NoWar-çıların əksəriyyəti pasifizm adı altında başqa hisslərini, düşüncələrini, amallarını gizlədən adamlardır. Azərbaycan NoWar-çılarının fəlsəfəsini “tərcümə” edəsi olsaq, hansı xəstə paradiqma ilə qarşılaşarıq?
Məlum olar ki, onların problemi müharibə, insanların qırılması deyil. Onların dərdi azərbaycanlılardır. Onlar azərbaycanlılara nifrət edir, çünki küsülüdürlər, yanıqlıdırlar onların əlindən. Bu xalqın heç bir hissinə həmrəy ola bilmirlər, bu xalqı, bu ölkəni daim əzik görmək istəyirlər. Öz gücləri çatmasa da, barı erməninin, Qərbin əli ilə buna nail olsunlar.
“Müharibə olmasın, övladlarımız ölməsin” devizinin də bir qəpiklik dəyəri yoxdur onlar üçün. Müharibə olmasın, çünki amanın günüdür, birdən qalib gələrsiniz və nifrət etdiyim siz – sevinərsiniz. Budur bunların dərdi.
NoWar-ın, daha doğrusu – bizdəki NoWar-ın əsas mahiyyətidir bu. Ermənilərin NoWar-çısı ən yaxşı halda deyir: “Bizimkilər ölməsin, elə azərbaycanlılar da yazıqdır.”
Bizimkilər isə deyir: “Bilim ki, ölən bizim bu gəda-güda olacaq – niyə də istəməyim müharibəni? Lakin kim bilir, birdən qalib gəldik… Amanın günüdür. Ona görə də NO WAR!”
***
Onların dost, həmkar çevrəsinə göz gəzdirmək kifayətdir ki, məram və məqsədləri haqda tam təsəvvür formalaşdıra bilək. Ozanian soyadlı bu xanım, bizim NoWar-çı qızımızın rəfiqəsidir. Prezident İlham Əliyev 10 noyabrı Qələbə günü kimi elan edəndə, madam Ozanian belə sevinmişdi, şadlığının həddi-hüdudu yox idi. Bəs necə, axı 10 noyabr Atatürkün vəfat günüdür, indi isə üfüqdə Türkiyə ilə münasibətlərin korlanması görünüb.
Əlbəttə, daha sonra Qələbə günü 8 noyabra təyin olunanda, madam Ozanian dərin kədərə qərq oldu. Güman ki, bu dərdin öhdəsindən azərbaycanlı rəfiqəsi ilə qucaqlaşaraq, birlikdə gəlməyə çalışıblar.
Lakin xanım qızımızın erməni yoldaş və fikirdaşlarının fəaliyyəti bununla da məhdudlaşmır. Onun bir başqa erməni dostu, jurnalist Vartan Sukiasyan AzLogos-un baş redaktoru Ələkbər Əliyev və jurnalist Xədicə İsmayılın ovuna çıxır, onların sosial şəbəkələrdəki yazılarını didik-didik araşdırır və Daşnaksutyunun ABŞ-dakı əsas mətbu orqanı olan Armenianweekly.com saytında yerləşdirir. Əlbəttə, öz “qiymətli” analizləri ilə süsləyərək. Cənab Sukiasyan təəccüb edir ki, əvvəllər demokrat, “sülhpərvər və humanist kimi tanınan” Əliyev və İsmayıl, müharibə başlayandan sonra dəyişdilər və birdən-birə vətənpərvər oldular(!). Üstəlik Sukiasyan Əliyevə böhtan atır, axırıncının 2016-cı ildə Yerevana getdiyini yazır.
Ə. Əliyevin “vətənpərvərləşməsinin” Sukiasyan sübutu və təəccübü:
X. Ismayılın “vətənpərvərləşməsinin” Sukiasyan sübutu və təəccübü:
Necə deyərlər, “dostlarını göstər, kimliyin haqda fikrim formalaşsın.”
P.S. Yazı platformada dərc edildikdən sonra, redaksiyaya Arzu Qeybullayevanın yaralı əsgərlər üçün pul toplanması kampaniyasında iştirak etməsi və vəsait köçürməsi haqda məlumat daxil oldu. AzLogos olaraq, xanım Qeybullayevaya bu epizoddan dolayı təşəkkür edirik, lakin bu, onun Ozanian və Co. ilə qol-boyun olması, şəhidlərin anım dəqiqələrində qılçalarını aralayıb nümayiş etdirməsi gerçəyini dəyişmir.
AzLogos
AzLogos-dan zəruri açıqlama. Qeybullayeva və havadarlarının nəzərinə