Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Norrköping – Abbas Atilaydan

Abbas Atilay Abbas Atilay
., Foto-qrafika
02 Mart 2020
Oxuma vaxtı:2 dəqiqəyə oxunur
IMG 2050a min
Paylaş

Norşöping (Norrköping) və ya İsveçin “Mançestri”. İsveçin şərqində yerləşən kiçik bir şəhərdir Norşöping. Ətrafındakı qəsəbələrlə birgə 130 minə yaxın əhalisi var. Amma şəhər yalnız İsveçdə deyil, bütün Skandinaviyada tanınır. Şəhəri məşhur edən Motala çayıdır. Şəhər çayın ətrafında salınıb, amma şəhəri özəl edən həm də odur ki, çayın qollarının istiqamətləri ondan sənayedə səmərəli istifadə etmək üçün dəyişdirilib.

Statistikaya görə XX əsrin ortalarında çay ətrafında 54 böyük fabrika işləyirmiş. Bu fabrikaların çoxu kağız və pambıq emalı ilə məşğul imiş. Şəhərin özünə məxsus xudmani tarixi keçmişi olsa da, onun çiçəklənməsi və adını ətrafa duyurması məhz Motala çayının ətrafında salınan fabrikləri və onun işçi ordusu ilə bağlıdır. Buna görə də bura İsveçin “Mançestri” adlanır…

İndi bu şəhərdə bir zamanlar fabrik olmuş ərazilər kinoteatr, Universitet, mədəniyyət mərkəzi, muzey və ya kafeteriyalar kimi istifadə edilir.

Motala çayının fəhlələr şəhərciyində fəhlələrdən qalma sənət muzeyi mövcuddur. Bu muzeydə fəhlələrin iş zamanı istifadə etdikləri əşyalar məzmun dəyişərək muzeyin maraqlı eksponatına çevrilib. Siz aşağıdakı fotosessiyada bu muzeydən eksponatlara baxa bilərsiniz.

Sağollaşmazdan əvvəl həmin şəhərcikdə gördüyüm ibrətamiz bir tarixi də diqqətinizə çatdırım: Şəhərcikdə indi dondurma satılan bir kiçik mağaza var. Hazırda dondurma satılır, amma əvvəllər aptek olub. Ondan daha əvvəl isə kiçik laboratoriya. Bunlar XVIII əsrdən qalma bu daxmanın divarındakı lövhədə yazılıb. Amma daxma qeyd olunmayan başqa məqsədlə də istifadə edilib: bir zamanlar bura pub, meyxana da olub. Edam olunacaq məhkumların edamından bir gün əvvəl bura gəlməsinə xüsusi icazə verilərmiş. Onlar da istədikləri kimi əylənər, həyatın son gününün dadını çıxararmışlar. Amma indi bu haqda daxmanın divarında heç nə yazılmır. Aydındır ki, utanırlar. Görün skandinavlar hansı mərhələyə çatıblar ki, bir zamanlar tətbiq etdikləri edam cəzasına görə indi utanırlar. Bunu dərk etmək başqa bir inkişaf mərhələsidir.

 

1 - 20
- +
IMG 2104a min
IMG 2100a min
IMG 2095a min
IMG 2086a min
IMG 2085a min
IMG 2082a min
IMG 2066a min
IMG 2064a min
IMG 2060a min
IMG 2046a min
IMG 2035a min
IMG 2033a min
IMG 2016a min
IMG 0670a min
IMG 0662a min
IMG 0657a min
Edam pub min
Aaa min
A3a min
A1a min

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör