Rusiyanın Əməkdar Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının akademiki, rəssam Nikas Safronovun (1956, Ulyanovsk) Bakıda ilk sərgisi 1998-ci ildə keçirilib.
Rəssam özü həmin hadisəni belə nəql edirdi: “Mənim Bakıda ilk sərgim 1998-ci ildə keçirilib. Onun açılışını Heydər Əliyev edib. Biz onunla mədəniyyət və həyat barədə uzun-uzadı söhbət etdik. O, dövlətçilik təfəkkürünə malik insan idi. Heydər Əliyev mənə ölkəni göstərdi. Mən ona dedim ki, yəqin ki, bundan əvvəlki həyatımda mən azərbaycanlı olmuşam və özümü azərbaycanlı kimi hiss edirəm. Heydər Əliyev dedi: “Mənim və ailəmin timsalında Azərbaycanda sənin dostların var”. Mən həmişə bu səviyyəni gözləməyə çalışıram. Uşaqlarım da Azərbaycanda olublar. Birisi Böyük Britaniyadan, digəri isə Avstraliyadan gəlmişdi. Mən onları Azərbaycana apardım. Onlar bu gözəl xalq və ölkəyə heyran oldular. Mən Rusiya-Azərbaycan münasibətləri ilə bağlı bütün təşəbbüsləri dəstəkləyirəm. Polad Bülbüloğlu ilə dostluğumu əziz tuturam”.
Sərgidən sonra rəssamın Azərbaycanda bir albomu dərc edildi, həmin albomdan bəzi əsərləri diqqətinizə çatdırırıq.