Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Neon şeytanı

Orxan Adıgözəl Orxan Adıgözəl
., Kültür
15 Mart 2020
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
Maxresdefault (1)
Paylaş

“Gözəllik dahilikdən daha yüksəkdə durur. Çünki “gözəllik” başa düşülmək, izahat tələb etmir.”

Oscar Wilde

Danimarkalı rejissor Nicolas Winding Refnin çəkdiyi “The Neon Demon” filmi rəngləri sevən, əsas da qaranlıqda gözəlliyi ilə diqqət çəkən parıltılara baxmaqdan xoşhal olanlar üçün yaxşı seçim olacaq. Film gözəl bir qızdan bəhs edir. Ancaq “gözəllik” və “parıltı” sözləri sizi yanıltmasın. “Neon Şeytanı” filmi psixoloji triller, həm də “qorxu, dəhşət” janrlarının qarışığından ibarətdir. Əlbəttə bu, ənənəvi “horror” janrında olan ekran əsərlərindən fərqlənən filmlərindəndir. Bütün hallarda əgər filmlərdə “horror” elementinin minimum işlədilməsi belə sizin zövqünüzlə üst-üstə düşmürsə, onda nə filmə baxmağa dəyər, nə də bu yazını oxumağa.

Nicolas Refn 2008-ci ildə ekranlaşdırdığı “Bronson” kriminal-bioqrafik janrda olan filmində hiperrealizmi, 2011-ci ildə çəkdiyi nuar-filmlərdən hesab edilən “Drive”-da isə həyatın rəngarəngliyinin paradını nümayiş etdirir. Refn vizualist sayılan rejissorlardandır. Ümumiyyətlə Refni epatajlıq yarada bilən qeyri-adi rejissorlardan saymaq olar. Onun filmlərini izləyənlər adətən iki qütbə ayrılır: birincilər Refnin filmlərini çox bəyənirlər, ikincilər isə tamamilə onları izləməkdən vaz keçirlər. Qəribəsi də budur ki, bu məsələdə “orta yolu” seçənlər olduqca az tapılır.

Nicolas Refnin 2016-ci ildə Los-Ancelesdə çəkdiyi filmi ziddiyyətlərlə doludur. Onun öz “plyus”ları və “minus”ları var. Onu hansısa parıltılı fotoya bənzətmək olar, hansı ki, bu ya tamamilə unudula, ya da ömürlük yaddaşa həkk ola bilər.

Filmin süjeti sadədir. 16 yaşlı Cessi adlı qız model olmaq arzusu ilə Los-Ancelesə gəlir. (Cessinin rolunu gənc aktrisa Elle Fanning canlandırır). O, öz gözəlliyi hesabına ildırım sürəti ilə “gözəllik” dünyasında irəliləməyə başlayır. Ətrafdakı digər gənc qızlar, modellik iyerarxiyasında yüksəlmək istəyənlər, onun ardıcıl uğurlarını aşkar paxıllıq, həsəd və kəskin nifrətlə qarşılayırlar. Cessi ilk başda sadəlöhvlüyü ilə seçilir. O, mülayim, biclikdən uzaq bakirə bir əyalət qızıdır. Daha sonra kübar həyatın “sərt”liyi onun üzərinə soyuq bir şəlalə kimi axır və bu su özü ilə Cessinin bütün mülayimliyini və sadəlöhvlüyünü “yuyub” aparır. Daha sonra olacaqları özünüz təsəvvür edirsiniz.

Bütün bu sadə süjeti böyük rənglər və mənalar əhatələyib. Burada rəng deyəndə məhz elə filmin adındakı neon nəzərdə tutulur. Mendeleyevin kimyəvi elementlərinin dövri sistemində 10-cu element sayılan “Neon” bu gün əsasən rəngli reklam işıqlandırmalarında istifadə edilir. Bundan başqa neon qazından – yüksək gərginlikli göstəricilərində, Paratoner, dalğametr balonlarında və televizorların elektron şüa borularında da istifadə edirlər.

Filmdə də neon xəyali olaraq bir insanın psixologiyasının sakitlikdən necə çılğınlığa, yırtıcılığa doğru dəyişdiyini göstərir. Yox, rejissor Refn filmin qəhrəmanının ənənəvi şəkildə “karyera pilləkanı” ilə yüksəlişini göstərməyə çalışmır. Refn burda da öz sakrallığını qoruyur və çoxsaylı alleqorik hadisələr yaradır. O, incə şəkildə dəb sənayesini ifşa edir. Oranın “gözəllik” adı altında qadınların həyatını eybəcərləşdirdiyini nümayiş etdirir. Filmin süjeti izləyiciyə dəb dünyasına, model həyat tərzinin pərdə arxasına ekskursiya təşkil edir. İzləyici filmin qəhrəmanı Cessi ilə bir yerdə gözəllik dünyasının otaqlarını gəzir və həmin dünyanın əslində nə qədər təhlükəli olduğunu görür.

Həqiqətən də dəb və gözəllik sənayesindəki gözəllik qorxulu bir gücə malikdir. O güc ki, milyonların ağlını və qəlbini əsir edə bilmək iqtidarındadır. Gözəlliyin hakimiyyəti, içində gizlənən hikkəli və ambisiyalı enerji ilə qarşısına çıxan nə varsa silib-süpürür.

Rejissor Refn model qızların paxıllıqdan, hikkədən hansı hallara düşdüyünü, nələrə əl atdığını göstərməklə təkcə bu sənayenin dəhşətlərini göstərmir, həm də qadın psixologiyasının dərinliklərinə enir. Filmdə gənc qızların “gözəllik” üçün burun, dodaq, sinə, qulaq və s. yerlərinin çoxsaylı plastik əməliyyatları barədə söhbətlər səngimir.

Psixonalizin banisi Ziqmund Freyd uşaqlıq dövründə şəxsiyyətin inkişafı dövrünün nəzəriyyəsinə görə  fallik (Phallic) mərhələdə (3-6 yaş aralığı) insan ilk dəfə kişi ilə qadın arasında fərqi anlamağa başlayır. Qız uşaqları sanır ki, əvvəllər onların da penisi olub, amma sonra yoxa çıxıb. Freydin nəzəriyyəsinə görə qızların çoxu fallik mərhələni sağlam keçirmədiyinə görə gələcəkdə özlərinə qeyri-əmin olurlar. Bu bir növ qadınların penisə olan ömürlük həsrətinə çevirilir. Freydin nəzəriyyəsinə inansaq qadınların makiyajdan aşırı istifadəsi, bədənlərində müxtəlif plastik əməliyyatlar etdirməsi fallik dövrdən qalma şüuraltının təsiri ilə, penisə olan həsrətin qeyri-əmin xarakterizəsidir. Kişi cinsi orqanı həm də hakimiyyət və dominantlıq simvoludur.

Bir də “Neon Şeytanı” filmində o qədər də çox dialoqa yer ayırılmayıb. Əslində onlar qısa və yığcamdır. Nicolas Refn öz danimarkalı həmyerlisi rejissor Lars von Trierin filmlərindəki personajların söhbətlərində yer alan açıq fəlsəfi dialoqlardan istifadə etmir. Refn şəkilə, yəni hadisələrə işıq salır, nəinki dialoqlara. Ancaq öz işinin bilicisi kimi Refn anlayır ki, publika təkcə baxmağı yox, həm də dinləməyi sevir. Ona görə də Refn filmlərinə gözəl musiqi müşayiəti əlavə edib. Refn amerikalı bəstəkar Cliff Martinez ilə 5 illik əməkdaşlığı hesabına filmlərinə əntiqə soundtreklər yazdırır.

Beləliklə ağlasığmaz süjet xəttinin gözlənilməz tərəfə dönməsi ilə nəticələnən “böyüklər üçün nağıl” sayılan “The Neon Demon” filminə baxmaq istəyənlər – rəngarəng, gözəl, həm də qorxulu ekran əsəri ilə qarşılaşmağa hazır olsunlar…

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
Unnamed
Kültür

Ramina Saadatxan beynəlxalq VIMA 2026 sərgisində

AzLogos
01 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör