Azlogos
  • Kimlər var
  • Bizi tanı

Biz sivilizasiyaya tüpürmüşük S. Baycan: "Azərbaycanlıların dərdi toydur". Ə. Novruzov: "Allah yarasa yeyənlərin bəlasını versin" Homoseksuallıq və homofobiya. Made in Europa İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir? Bakirə intiharlar Xocalı qətliamı haqqında hər şey
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Nasistlərin seks kuklaları və pank rok

Məryəm İsmayılova Məryəm İsmayılova
Kültür
19 Mart 2020

İkinci dünya müharibəsi zamanı nasistlərin vəhşilikləri; polyakların, yəhudilərin və digər millətlərin acınacaqlı vəziyyəti hamıya məlumdur. Qaz otaqlarında özünün belə xəbərin olmadan ölməkmi yaxşıdır, yoxsa hər dəfə zorlanacağını bilərək gəlincik evlərində yaşamağa çalışmaqmı? Mənim bu gəlincik evlərlə tanışlığım isə ingilis musiqi qrupu Joy Division-ı kəşf etməyimdən sonra baş verdi.

2007-ci ildə Holokostun ildönümündə almanlar İkinci dünya müharibəsindən 60 il sonra haqqında danışılmayan bir sirri açıqladılar- üç il müddətində yüzdən çox məhkum qadın alman əsgərləri üçün fahişə olaraq işlədilmişdi. İdeya müəllifi olan SS-Schutzstaffel, yəni mühafizə heyəti rəhbəri Heinrich Himmler 1942-ci ildə buna qərar verir və qadınlar bu ildən etibarən Auşvitz, Buxenvald and Daxau kimi müxtəlif yerlərdə qurulmuş 10 fahişəxanada işlədilməyə başlayırlar. Hitler fahişəxanaların əleyhinə olsa da, Himmler bunun homoseksuallığın yayılmasına qarşı yaxşı bir plan olacağını deyərək onu razı sala bilmişdi.

Burada çalışmağa məcbur edilən hər bir qızın yeni bir paltarı var idi, hər həftə təmiz alt paltarları verilirdi. Renya Zeidnerin dediyi kimi, “işçi bölmələri” ilə müqayisə edilərsə, bura bir cənnət idi. Hər gün saat ikidə Rusiya cəbhəsinə gedən və transit depolardan gələn alman əsgərləri əylənmək üçün öz yollarını burdan – “gəlincik evlərdən” salırdılar. Qızlar gələn qonaqları məmnun etməli idilər. Bunu bacarmadıqları halda qonaq əsgərlər gedərkən sadəcə bildiriş yerinə qızın döş nömrəsini bildirirdilər. Üç belə bildirişdən sonra qız bir alman əsgərinin şərəfinə kölgə saldığı üçün məhkum edilirdi.

Mənbə: http://colinville.blogspot.com/2014/12/house-of-dolls-chapter-13-joy-division.html

“House of Dolls”, yəni “gəlincik evləri” mənasını verən bu yerlərdən 1953-cü ildə yazılan bir romanda dərindən bəhs edilmişdir. Ka-tzetnik adlı konslager dustağı, yəhudi əsilli, Polşa doğumlu yazıçı Yehiel Feiner holokost zamanı sağ qalmağı bacaran şəxslərdən idi. Onun əsərlərinin mövzuları Auşvitz konslagerindəki hadisələrlə bağlıdır və belə əsərlərdən biri olan House of Dollsda o, II Dünya müharibəsi illərində konsentrasiya düşərgələrində yəhudi qadınlardan ibarət olan Joy division (Freudenabteilung) -“Həzz Bölmələri”dən bəhs edir. Bu bölmələr nasist əsgərlərinin seks ehtiyaclarını qarşılamaq üçün yəhudi qadınların saxlanıldığı yerlər idi.

70-lərin rok, qotik rok və pank rok havası iki gənci öz ağuşuna alaraq, çox uzun olmayan, amma yetərincə iz qoyan bir qrupu yaratmaları ilə nəticələnir. Bernard və Peter. 1976-cı il Stanfordda musiqisevərlər üçün tarixə yazılır. Onlar bir növ Sex Pistolsun davamçıları, sonradan adlarını ”Joy Division” olaraq dəyişdirmiş “Varşava” idi. Qrupun adının dəyişməsinə səbəb isə İngiltərədə o vaxt artıq Varşava Pakt adlı başqa bir qrupun mövcudluğu idi.

Qrup bu iki gənc tərəfindən qurulsa da, hər musiqi qrupunda olduğu kimi, Varşavada da baş rolda solist İan Körtis idi. Amma İanı məşhurlaşdıran təkcə yazdığı mətnlər deyil, eyni zamanda psixi pozğunluğunun olması və 23 yaşında intihar etməsidir. Əslində bioqrafiyasına baxdıqda, ziyalı ailədən gələn, məktəbi təqaüdlə oxumuş, fəlsəfə, ədəbiyyatla dərindən maraqlanan qabiliyyətli biri olduğunu görürük. Ancaq 70-lərin pank və pank rok havası İanı da içinə alır. Yazılarına dərinlik qatmaq üçün beynini yaxşı havaya soxmağa çalışır və yeniyetməlik yaşlarından narkotik əvəzi dərmanlar istifadə etməyə başlayır. Məktəb vaxtı o, sosial xidmət olaraq qocaları ziyarət edib onlara kömək göstərməyi seçmişdi və dərmanları öz dostu ilə ziyarət etdiyi qocalardan oğurlayırdı. Onların arasında Thorazine və Largactil adları altında satılan Chlorpromazine antipsikotik dərmanı da var idi və bu dərmanlar hərəkət, yuxu, düşünmə kimi problemlərə yol açaraq, hətta düzgün istifadə edilmədikdə insanı iflic vəziyyətə salır. Bir neçə il sonra elə səhnədəcə İanın yıxılması və epilepsiyasına səbəb yeniyetməlik illərində istifadə olunan bu dərmanların olduğu düşünülür. Ancaq onun ölümündə nə epilepsiyanın, nə də dərmanların təqsiri var deyən bir çox fanatları, günahkar olaraq onun həyat yoldaşı Debbini görürlər.

BAFTA, Kann, Çikaqo film festivalı, Britaniya azad film festivalı, Cinemanila beynəlxalq film festivalı və s. kimi 31 mükafatın həm 2007, həm də 2008-ci il üçün qalibi olan Control filmi bu möhtəşəm qrupdan bəhs edir. Daha çox da İanın həyatından. Belə ki, filmin baş qəhrəmanları Debbi ilə İan dostlarının köməyi ilə tanış olurlar və tez bir zamanda da evlənirlər. Bir müddət sonra dünyaya gələn uşaqları onların həyatını biraz daha qarışıq vəziyyətə salır. Musiqi ilə bərabər digər işlə də məşğul olmalı olan İan, bir müddətdən sonra bezir. Hər musiqiçinin həyatında bir neçə qadın olur misalından yola çıxaraq, İanın da məşuqəsinin adını təbii ki, çəkməmək olmaz. Ailəsindən, ətrafdakı hər şeydən bezən İan qrupdan müsahibə almağa gəlmiş reportyorla münasibətə başlayır. Ancaq ona daima dəstək olan, kariyerasında bir çox faydası olmuş, onu xoşbəxt edən, hər dəfə nə olursa olsun, hətta aldatdığını bilə-bilə onunla olan Debbini unuda bilmir və bir gün evə geri gələrək Debbiyə söz verir ki, bir daha onu aldatmayacaq. Artıq özünə başqa həyat quran Debbi bunun barəsində birazdan danışacaqlarını deyib mağazaya gedir, geri gələndə isə İanı evdə özünü asmış vəziyyətdə görür. O, yazdığı “Love will tear us apart” mahnısını da həyat yoldaşına həsr edib.

Mənbə: https://calendar.songfacts.com/june/15/17688

Musiqi ilə elm çox vaxt bir-birini izləyir. Elə Joy division qrupunun, “Unknown Pleasures”-“Bilinməyən Zövqlər” adlı albomlarındakı arxa qapaq kimi. Bu, Harold D. Kraftın 1970-ci ildə yazdığı “On iki pulsarın dalğa profillərinin radio müşahidələri və dispersiya ölçmələri adlı doktorantlıq dissertasiyasından götürülmüşdür. Şəkildə görünən hissədəki dalğalar Pulsar dediyimiz göy cisminin dalğa profilidir. Pulsarlar kütləsi günəşin kütləsindən 20 dəfə kiçik olan ulduzlardır. Bu neytron ulduzlar maddəni fasiləsiz yerə kosmosa atır, kosmosa atılan maddələr sürətlənmiş hərəkət yaradır və radio dalğaları, ultrabənövşəyi və infraqırmızı kimi elektromaqnit dalğaları meydana gətirir. Şəkildə göstərilən 12 pulsarın radiodalğalarının üst-üstə yığılmış versiyasıdır.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

172660_1fxvzwseap
Kültür

Sarabskinin döyülməklikləri

27 Fevral 2021
MyCollages (2)
Kültür

“Kitabi-Dədə Qorqud”un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər?

25 Fevral 2021
Bildschirmfoto 2021-02-24 um 19.39.55
Kültür

Peçat sözdən sonra qışqıranlar

24 Fevral 2021
MyCollages (2)
.

Sağır nun – fağır nun

23 Fevral 2021
serdcza_18-640x784-2-e1613900227992
.

Daş deyil, ürəkdir bu

21 Fevral 2021
seymur-baycan-1
.

“Quqark”ı necə yazmağım haqqında

21 Fevral 2021

Redaktorun seçimi

“Corona” şilləsi

Tolstoyun vida məktubu

İlqar Məmmədov Üzeyiri dəstəkləyə bilərmi?

Bizim “Kələntər”imiz kimdir?

Bəlkə də virus yerin altında yetkinləşir

Krışanızdan muğayat olun

Kasıb yazıçı

Ssenarilərimiz

Bütün dünyanın əməkçiləri birləşin!

Elçibəy KQB arxivlərini niyə açmadı?

Tütünçü

Erix Fromm. «Psixoanaliz və din» kitabından seçmələr.

Bir daha sovet təhsili haqda

Xudbin

Hacı Xanməmmədovun ecazkar səs palitrası

İsveçrədə də qadınları döyürlər

Brave New World, yoxsa planetar rəqəmsal konslager?

Vaksin diplomatiyası: Şərq – Qərb rəqabəti yeni müstəvidə

“Bir Təbəssüm, Bir Ümid”

Mənfidən sıfıra

Azlogos-da Çe Gevara davası. Günel Mövlud Ələkbər Əliyevə qarşı

Həqiqət, elm fəlsəfəsi və elmi təfəkkür üzərinə qeydlər

«Çölçü» filmi niyə narahatlıq hissi verir?

Milli iclaslarımız

Mərkəzi Bankın yeni binası

Repçi və Bandotdel

Polis çuşkalığı dövlətə təhdid kimi

Erməni və gürcülərin xristianlaşması

Yayı olmayan il

Varanasi – dəfn tonqallarının şəhəri

Nasistlərin seks kuklaları və pank rok

Məryəm İsmayılova Məryəm İsmayılova
Kültür
19 Mart 2020

İkinci dünya müharibəsi zamanı nasistlərin vəhşilikləri; polyakların, yəhudilərin və digər millətlərin acınacaqlı vəziyyəti hamıya məlumdur. Qaz otaqlarında özünün belə xəbərin olmadan ölməkmi yaxşıdır, yoxsa hər dəfə zorlanacağını bilərək gəlincik evlərində yaşamağa çalışmaqmı? Mənim bu gəlincik evlərlə tanışlığım isə ingilis musiqi qrupu Joy Division-ı kəşf etməyimdən sonra baş verdi.

2007-ci ildə Holokostun ildönümündə almanlar İkinci dünya müharibəsindən 60 il sonra haqqında danışılmayan bir sirri açıqladılar- üç il müddətində yüzdən çox məhkum qadın alman əsgərləri üçün fahişə olaraq işlədilmişdi. İdeya müəllifi olan SS-Schutzstaffel, yəni mühafizə heyəti rəhbəri Heinrich Himmler 1942-ci ildə buna qərar verir və qadınlar bu ildən etibarən Auşvitz, Buxenvald and Daxau kimi müxtəlif yerlərdə qurulmuş 10 fahişəxanada işlədilməyə başlayırlar. Hitler fahişəxanaların əleyhinə olsa da, Himmler bunun homoseksuallığın yayılmasına qarşı yaxşı bir plan olacağını deyərək onu razı sala bilmişdi.

Burada çalışmağa məcbur edilən hər bir qızın yeni bir paltarı var idi, hər həftə təmiz alt paltarları verilirdi. Renya Zeidnerin dediyi kimi, “işçi bölmələri” ilə müqayisə edilərsə, bura bir cənnət idi. Hər gün saat ikidə Rusiya cəbhəsinə gedən və transit depolardan gələn alman əsgərləri əylənmək üçün öz yollarını burdan – “gəlincik evlərdən” salırdılar. Qızlar gələn qonaqları məmnun etməli idilər. Bunu bacarmadıqları halda qonaq əsgərlər gedərkən sadəcə bildiriş yerinə qızın döş nömrəsini bildirirdilər. Üç belə bildirişdən sonra qız bir alman əsgərinin şərəfinə kölgə saldığı üçün məhkum edilirdi.

Mənbə: http://colinville.blogspot.com/2014/12/house-of-dolls-chapter-13-joy-division.html

“House of Dolls”, yəni “gəlincik evləri” mənasını verən bu yerlərdən 1953-cü ildə yazılan bir romanda dərindən bəhs edilmişdir. Ka-tzetnik adlı konslager dustağı, yəhudi əsilli, Polşa doğumlu yazıçı Yehiel Feiner holokost zamanı sağ qalmağı bacaran şəxslərdən idi. Onun əsərlərinin mövzuları Auşvitz konslagerindəki hadisələrlə bağlıdır və belə əsərlərdən biri olan House of Dollsda o, II Dünya müharibəsi illərində konsentrasiya düşərgələrində yəhudi qadınlardan ibarət olan Joy division (Freudenabteilung) -“Həzz Bölmələri”dən bəhs edir. Bu bölmələr nasist əsgərlərinin seks ehtiyaclarını qarşılamaq üçün yəhudi qadınların saxlanıldığı yerlər idi.

70-lərin rok, qotik rok və pank rok havası iki gənci öz ağuşuna alaraq, çox uzun olmayan, amma yetərincə iz qoyan bir qrupu yaratmaları ilə nəticələnir. Bernard və Peter. 1976-cı il Stanfordda musiqisevərlər üçün tarixə yazılır. Onlar bir növ Sex Pistolsun davamçıları, sonradan adlarını ”Joy Division” olaraq dəyişdirmiş “Varşava” idi. Qrupun adının dəyişməsinə səbəb isə İngiltərədə o vaxt artıq Varşava Pakt adlı başqa bir qrupun mövcudluğu idi.

Qrup bu iki gənc tərəfindən qurulsa da, hər musiqi qrupunda olduğu kimi, Varşavada da baş rolda solist İan Körtis idi. Amma İanı məşhurlaşdıran təkcə yazdığı mətnlər deyil, eyni zamanda psixi pozğunluğunun olması və 23 yaşında intihar etməsidir. Əslində bioqrafiyasına baxdıqda, ziyalı ailədən gələn, məktəbi təqaüdlə oxumuş, fəlsəfə, ədəbiyyatla dərindən maraqlanan qabiliyyətli biri olduğunu görürük. Ancaq 70-lərin pank və pank rok havası İanı da içinə alır. Yazılarına dərinlik qatmaq üçün beynini yaxşı havaya soxmağa çalışır və yeniyetməlik yaşlarından narkotik əvəzi dərmanlar istifadə etməyə başlayır. Məktəb vaxtı o, sosial xidmət olaraq qocaları ziyarət edib onlara kömək göstərməyi seçmişdi və dərmanları öz dostu ilə ziyarət etdiyi qocalardan oğurlayırdı. Onların arasında Thorazine və Largactil adları altında satılan Chlorpromazine antipsikotik dərmanı da var idi və bu dərmanlar hərəkət, yuxu, düşünmə kimi problemlərə yol açaraq, hətta düzgün istifadə edilmədikdə insanı iflic vəziyyətə salır. Bir neçə il sonra elə səhnədəcə İanın yıxılması və epilepsiyasına səbəb yeniyetməlik illərində istifadə olunan bu dərmanların olduğu düşünülür. Ancaq onun ölümündə nə epilepsiyanın, nə də dərmanların təqsiri var deyən bir çox fanatları, günahkar olaraq onun həyat yoldaşı Debbini görürlər.

BAFTA, Kann, Çikaqo film festivalı, Britaniya azad film festivalı, Cinemanila beynəlxalq film festivalı və s. kimi 31 mükafatın həm 2007, həm də 2008-ci il üçün qalibi olan Control filmi bu möhtəşəm qrupdan bəhs edir. Daha çox da İanın həyatından. Belə ki, filmin baş qəhrəmanları Debbi ilə İan dostlarının köməyi ilə tanış olurlar və tez bir zamanda da evlənirlər. Bir müddət sonra dünyaya gələn uşaqları onların həyatını biraz daha qarışıq vəziyyətə salır. Musiqi ilə bərabər digər işlə də məşğul olmalı olan İan, bir müddətdən sonra bezir. Hər musiqiçinin həyatında bir neçə qadın olur misalından yola çıxaraq, İanın da məşuqəsinin adını təbii ki, çəkməmək olmaz. Ailəsindən, ətrafdakı hər şeydən bezən İan qrupdan müsahibə almağa gəlmiş reportyorla münasibətə başlayır. Ancaq ona daima dəstək olan, kariyerasında bir çox faydası olmuş, onu xoşbəxt edən, hər dəfə nə olursa olsun, hətta aldatdığını bilə-bilə onunla olan Debbini unuda bilmir və bir gün evə geri gələrək Debbiyə söz verir ki, bir daha onu aldatmayacaq. Artıq özünə başqa həyat quran Debbi bunun barəsində birazdan danışacaqlarını deyib mağazaya gedir, geri gələndə isə İanı evdə özünü asmış vəziyyətdə görür. O, yazdığı “Love will tear us apart” mahnısını da həyat yoldaşına həsr edib.

Mənbə: https://calendar.songfacts.com/june/15/17688

Musiqi ilə elm çox vaxt bir-birini izləyir. Elə Joy division qrupunun, “Unknown Pleasures”-“Bilinməyən Zövqlər” adlı albomlarındakı arxa qapaq kimi. Bu, Harold D. Kraftın 1970-ci ildə yazdığı “On iki pulsarın dalğa profillərinin radio müşahidələri və dispersiya ölçmələri adlı doktorantlıq dissertasiyasından götürülmüşdür. Şəkildə görünən hissədəki dalğalar Pulsar dediyimiz göy cisminin dalğa profilidir. Pulsarlar kütləsi günəşin kütləsindən 20 dəfə kiçik olan ulduzlardır. Bu neytron ulduzlar maddəni fasiləsiz yerə kosmosa atır, kosmosa atılan maddələr sürətlənmiş hərəkət yaradır və radio dalğaları, ultrabənövşəyi və infraqırmızı kimi elektromaqnit dalğaları meydana gətirir. Şəkildə göstərilən 12 pulsarın radiodalğalarının üst-üstə yığılmış versiyasıdır.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

172660_1fxvzwseap
Kültür

Sarabskinin döyülməklikləri

27 Fevral 2021
MyCollages (2)
Kültür

“Kitabi-Dədə Qorqud”un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər?

25 Fevral 2021
Bildschirmfoto 2021-02-24 um 19.39.55
Kültür

Peçat sözdən sonra qışqıranlar

24 Fevral 2021
MyCollages (2)
.

Sağır nun – fağır nun

23 Fevral 2021
serdcza_18-640x784-2-e1613900227992
.

Daş deyil, ürəkdir bu

21 Fevral 2021
seymur-baycan-1
.

“Quqark”ı necə yazmağım haqqında

21 Fevral 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel