NASA-nın “Yeni üfüqlər” (New Horizons) peyki, Yerdən ən uzaq obyektin – Dünyanın axırı (Ultima Thule) kimi tanınan (486958) 2014 MU69 asteroidinin şəklini çəkib. Dünyanın axırı, Günəş sisteminin ən uzaq sərhəddində – Kuiper həlqəsi adlanan buz asteroidlər zolağında yerləşir.

12 il bundan əvvəl uzaq səfərə çıxan New Horizons, Kuiper həlqəsindən keçərkən 7 Gb-lıq yaddaş kartını bu bölgədən topladığı məlumatlarla tam doldurub. İndi qarşıda duran ən çətin vəzifə, bu məlumatları 6,5 milyard km. uzaqlıqda yerləşən Yerə göndərməkdir.


Kuiper həlqəsi – Günəş sisteminin üçüncü, ən kənar təbəqəsidir. O, daxili planetlər və xarici qaz nəhəngləri həlqəsindən sonra gəlir və orbitləri Günəşdən maksimal uzaqlıqda yerləşən müxtəlif buzlaşmış obyektlərdən ibarətdir. Ehtimal olunur ki, Kuiper həlqəsində Ultima Thule kimi obyektlərdən minlərlə mövcuddur.
“Yeni üfüqlərin” göndərəcəyi məlumatlar bu məsələni də aydınlaşdırmağa kömək edəcək. Amma ən əsası alimlər ümid edirlər ki, Kuiper həlqəsinin daha ətraflı öyrənilməsi, bizə Günəş sisteminin 4,6 milyard bundan əvvəl necə formalaşdığı barədə bilgilər verəcək.






