Azlogos
  • Kimlər var
  • Bizi tanı

Bakirə intiharlar Xocalı qətliamı haqqında hər şey Qaralar üçün İsrail "Kitabi-Dədə Qorqud"un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər? Rəqəmsal konslager Liberalların çirkin siması
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Nədən qorxur və niyə stoaçılar kimi yaşamaq istəyirik?

Gülnar ƏhmədGülnar Əhməd
., Sərbəst
25 Yanvar 2021

Yaşadığımız dövrdə stoaçı həyat tərzini seçənlərin sayı sürətli yüksəlişi ilə diqqət çəkir. Stoaçı həyat tərzini seçən insanlar, əsasən, onlardan asılı olmayan hadisələrə müdaxilə etmək imkanından məhrum olan, istehlak toplumunun yarışından yorulan, sabahı görə bilməyən, yaşadığı ömrü introvert olaraq davam etmək qərarına gələn ekstrovert insanlardır. Bu gün stoaçı həyat tərzini seçən on minlərlə insan müxtəlif virtual və real qruplarda birləşir. Bu insanlar, əsasən, məşhur stoaçı filosofların etik fikirlərini, stoa fəlsəfəsinin praktikada tətbiqinə adi pəhrizləri təbliğ edir və öz daxili aləmlərində xoşbəxtlik axtarışları ilə bağlı təcrübələrini paylaşırlar.

Hegel, “stoaçılıq demokratiyanın öldüyü şəraitdə bitir” deyirdi.

Müasir sosioloqlar stoaçılığın sürətlə yayılmasının səbəbini Ellinizm şəhər dövlətləri ilə XXI əsr dünyası arasındakı oxşarlıqlarla əlaqələndirirlər. Antik Yunan şəhər dövlətlərində fərdlər yox, hamı cəmiyyəti maraqlandıran məsələlər haqqında düşünə bilirdi. Filosoflar, fikilərini, əsasən, ideal cəmiyyət formalaşdırmaq üzərində cəmləşdirmişdilər. Şəhər dövlətlərində iyerarxiya sistemi olmasına baxmayaraq, insanlar fikirlərini demokratik formada söyləmək imkanına sahib idilər. Lakin Makedoniyalı İskəndər, Yunan şəhər dövlətlərini məhv edib yerinə imperiya qurandan sonra düşüncə dəyişdi. İnsanlar idarəetmədə söz demək haqlarını itirdilər. Sistemsizlik, qarışıqlıq mütəfəkkirləri daxili dünyalarına baxmağa məcbur elədi. Bir insan dediklərinin dəyərsiz olduğunu dərk edirsə, gələcəyi qeyri-müəyyən bir sistemdə yaşayırsa, can sağlığının təminatı yox kimidirsə, çarəni sosial yox, fərdi qurtuluşda axtarmağa başlayır. Belə dövrlərdə insanlar xilas olub həyatı davam etdirmək üçün “çöldə” baş verənlərə yox, öz “daxil”inə baxmaq məcburiyyətində qalırlar.

Stoaçılıq hərtərəfli şəkildə qəbul olunmasa da, məsələn, bu gün stoaçı fizika və teologiyanı qəbul etməyə ehtiyac yoxdur; etikası ilə həmişə diqqət çəkib. Keçən əsrin psixoterapevtləri koqnitiv davranış terapiyasında stoaçıların prinsiplərindən istifadə edirdilər.

ABŞ fəlsəfəçiləri arasında XXI əsrin təhsil sisteminə stoaçı etika təliminin inteqrasiyasının vacibliyini vurğulayan, stoaçı etika ilə tibb elmi arasında güclü əlaqənin olduğunu bildirən müasir professorlar var. “Təəssüratlarınızı yoxlayın, fərqli olmayan şeyləri mühakimə etməkdən uzaq durun, təbiəti seyr edin, əlinizdə olan şeylərə sahib olmağı arzulayın, özünüz haqqında doğru dəyərləndirmə formalaşdırın, səssizliyi sınayın, sahib olduğunuz güc, yaxud qabiliyyətlərdən istifadə edin, güclü təəssüratlardan uzaq durun, orijinal yaşayın, gələcək üçün hazırlaşın, düşüncələri saf- çürük edin, səbrli olun, hər gününüzü son gününüz kimi düşünün.” ABŞ fəlsəfəçilərinin fikrincə, bu pəhriz, yaradacağı xarakter sayəsində, stoaçı, sarsılamaz olacaq və ərdəmin təsiri altında öz varlığını daha rahat davam etdirəcək.

ABŞ fəlsəfəçilərinin yuxarıdakı siyahısında göstərilməyən, ancaq neostoaçıların qruplarda paylaşdıqları, bu gün geniş yayılmış, hər axşam özünə hesabat vermək, gün ərzində bol su içmək, proqramlı mütaliə eləmək kimi fərdin özünə yönəlmiş pəhrizləri də stoaçı həyat tərzinə əlavə eləmək olar.

Son illərdə azərbaycanlı gənclərin oxuduqları kitabların siyahısını sosial şəbəkələrdə paylaşmasını neostoaçı həyat tərzinin Azərbaycandakı izi kimi təqdim edə bilərik. Əlbəttə ki, bu introvert görünüşlü davranışın məqsədi ətrafdakıların diqqətini çəkmək deyilsə.

Stoa nədir?

Stoa, üstü bağlı piyada yoludur. Təxəyyülünüzdə canlandıra bilərsiz – Bakının “Tarqovı” deyilən Nizami küçəsində əvvəllər rəsm əsərlərinin satıldığı yerlər. Elə qədim yunan şəhərlərində də stoada çərçilər əllərində xırdavat satırdılar. Stoa məktəbinin qurucusu Zenon, Afinanın şimal stoasında xalqa açıq dərs verdiyinə görə yaratdığı məktəbin adı Stoa qalır.

Stoaçılıq epikürçülüyün əsas rəqibi idi, zaman keçdikcə Yunan-Roma dünyasının ən məşhur fəlsəfi axınına çevriləcəkdi.

Stoaçı düşüncə, insanları sosial statusuna görə birbirindən ayırmırdı. Aralarında həm imperator Marcus Aurelius, həm də kölə Epiktetos da var. Epiktetos sözünün mənası kölə deməkdir, xüsusi isim deyil, stoaçılığın əsas prinsiplərindən biri olan xarici fatalizmə və daxili azadlığa işarə edir.

Stoaçıların fəlsəfəsinə görə, insan ondan kənarda baş verən hadisələri dəyişdirə bilməz, belə bir gücü yoxdur. Fəqət insanın seçmək azadlığı var.

Stoaçılar ekstrovert olaraq determinist, introvert olaraq liberal idilər. Epiktetos “ayaqlarıma zəncir vura bilərsiniz, amma Zeus da mənim seçmək haqqımı əlimdən ala bilməz” deyirdi. Daxilən şərtlərə tabe olmadığını göstərirdi. Epictetosun təliminin əsasları belə idi: ““sənin narahatlığın başqaları ilə bağlı deyil, özünlə küsülü olduğun üçündür.” “Xoşbəxtliyə gedən bir yol var. İradəmizdən kənar şeylərin qayğısını çəkməməliyik.” “Əlimizdən gələnin ən yaxşısını eləməli, digər hər şeyi olduğu kimi qarşılamalıyıq. Təbiətə uyğun davranmalıyıq.” “İnsanlar hadisələrə görə yox, o hadisələr haqqındakı düşüncələrinə görə narahat olurlar.””

Stoaçılara görə müdriklik, baş verən hər şeyi qəlbən qəbul etməyi öyrənməkdir. Həzz və ehtiras qarşısında olduğu kimi, kədər və maneə duyğuları qarşısında da azad olmağı bacarmaqdır. İnsan, ağlına uyğun olmayan şeylər, ehtiraslar qarşısında azadlıq qazanmalıdır. Stoaçılar buna apatiya deyirdilər – hiss etmə qabiliyyətindən uzaqlaşma, müdrik insana xas olan sakitlik və xoşbəxtlik əldə etmə. İnsanı bədbəxt edən şeylər, dünya malına hədsiz tamah və bunu əldə edə bilmədikdə gələn hirs və qorxudur.

Diogen: (insan) xoşbəxt olmaq əlində olduğu halda, pərişan olmağı seçir…

Tez-tez alış-veriş eləməklə xoşbəxt ola bilirikmi?

Marcus Aureliusun düşüncəsinə görə, xoşbəxtlik insanın düşüncələrindən asılıdır. İnsanlar, boş vaxtlarını istədikləri, amma sahib olmadıqları şeyləri düşünərək keçirirlər. Biz sahib olduğumuz şeyləri düşünərək və əgər əlimizdəkilərə sahib olmasaydıq, onların ehtiyacını nə qədər hiss edərdik müqayisəsini aparsaydıq, daha çox xoşbəxt olardıq. Keçmişdə arzuladığımız və əldə elədiyimiz nə qədər əşyaya sahibik. Yenə, yenə istəməkdə heç bir maneə görmürük, sahib oluruq, təkrar istəyirik. Bunun müalicəsi istəməkdən imtina edib əlimizdə olana dəyər verməkdir. Çünki istəmək, əlində olandan sıxılmaq, bezmək, nöqsanlar axtarmaq rahatlıq qarşısında maneədir. Insan hansısa işi, evi, əşyanı arzulayır, kiminləsə evlənməyə çan atır. Amma qısa vaxt sonra bunları əldə edəndə nöqsanlar görür. Bu hedonik adaptasiyadan qurtulmadıqca insan xoşbəxt olmaq üçün dayanmadan yenisini istəyir.

Stoaçıların hadisələrə bir digər yanaşma tərzi də neqativ təsəvvürdür. Dəyər verdiyimiz şeyləri itirdiyimizi təsəvvür etməliyik. Məsələn: ərimiz, yaxud arvadımızın bizi tərk elədiyini, evimizin əlimizdən çıxdığını. Stoaçı, ola biləcək hadisələri əvvəlcədən düşünməlidir. Beyin hazırlıqlı olmalıdır. Seneca “Tale bizə kirayə verdiklərini bizdən icazə almadan geri ala bilər. Buna görə, dəyər verdiklərimizə sevgi verməliyik, amma onlara, dünya durduqca sahib ola bilməyəcəyimizi də həmişə yadımızda saxlamalıyıq” deyirdi. “Ananızı öpəndə bu öpüş, onu son öpüşünüz ola bilər” – mənim kimi. Insan ölümü özü heç vaxt ölməyəcəkmiş kimi uzaqlaşdırmamalıdır. “Öləndə buraya basdırın” demək əvəzinə, “ölsəm buraya basdırın” deyirik. Sanki ölüm çox uzaq ehtimaldır.

Stoaçılar fatalist, determinist, hətta təslimiyyətçi olsalar da, insanın özünün ağası olmasının vacibliyi haqqında da əhəmiyyətli fikirlər söyləmişdilər. Yaşadığımız dövr ellinizm dövründən çox da fərqlənmir, əgər sabah nə olacağını bilmiriksə, üstün insanların dizayn olunduğu dövrə giririksə və bunlara çarə tapmaq imkanımız yoxdursa, qayğı çəkməməliyik, eudaimonianı öz daxili aləmimizdə axtarmalıyıq. Ehtirasların əsiri olmadan, təbiətə uyğun, ədalətli, keçmişidəki xətaları düşünüb ömrümüzü peşmanlıqlarla keçirmədən, dünyanın nizamı ilə məşğul olmaqdansa, həyatımıza nəzarəti əlimizə alaraq… Bu, XXI əsrin əvvəllərinin insanı olmaq deməkdir.

 

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

_117157217_sevilatakiiyeva
.

Bakirə intiharlar

27 Fevral 2021
1308428334_993221_41
.

Xocalı qətliamı haqqında hər şey

26 Fevral 2021
Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
MyCollages (2)
.

“Kitabi-Dədə Qorqud”un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər?

25 Fevral 2021
t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021
Bildschirmfoto 2021-02-23 um 10.38.37
Sərbəst

Urbanizasiya və onun problemləri – 1

23 Fevral 2021

Redaktorun seçimi

Nemanzadənin od vurduğu pirin kəraməti

Venesiya – Abbas Atilay təqdim edir

The Beatles qeydləri – (II yazı)

Firudin Allahverdinin Qars səfəri (II hissə)

Qarabağ və ədalətsizlik

Yazıçı-feminen, passivləşmiş oxucu-maskulinə qarşı

Müasir meymunlar da təkamül edir – Bir qrup meymun Daş dövrünə keçib (Video)

Həyatın başlanğıcı və əcdadımız

“Gəlmə” və “yerli” xalqlar

Kütlənin əleyhinə getmək haqda kiçik bir esse

Çoxlu Faust

Radiasiya – çoxlarını qorxuya salan söz (info-animasiya)

İnsanın Yer üzündə qoyduğu ən böyük iz aşkarlanıb

Bəşəriyyəti marsa aparacaq gəmi

Post-müharibə dövrünün kinematoqrafı

Statistika və təəssürat

Qadınların qara paltarı – Milan Kunderanın etirafı, Ramiz Rövşənin arzusu

Bədii təfəkkür haqqında

Təkə-türkmən elində

Əsir və girov götürülmüşlər

Yol ayırıcında Azərbaycan

Nobel – Şnobelin özüdür!

İnsan təkamülünü “çürüdən” 12 mif

Məzardakı insanlar

Prinsip məsələsi

Nabat kimi olmayan “Nabat”

İqitdar-xalq-müxalifət – eşq üçbucağı

Vivianın kvadrat Nyu-Yorku

Topçubaşovun Aqaronyanla söhbətində bir qətlin anonsu

Transylvania: Built on Grass – Rəna Əfəndi təqdim edir

Nədən qorxur və niyə stoaçılar kimi yaşamaq istəyirik?

Gülnar ƏhmədGülnar Əhməd
., Sərbəst
25 Yanvar 2021

Yaşadığımız dövrdə stoaçı həyat tərzini seçənlərin sayı sürətli yüksəlişi ilə diqqət çəkir. Stoaçı həyat tərzini seçən insanlar, əsasən, onlardan asılı olmayan hadisələrə müdaxilə etmək imkanından məhrum olan, istehlak toplumunun yarışından yorulan, sabahı görə bilməyən, yaşadığı ömrü introvert olaraq davam etmək qərarına gələn ekstrovert insanlardır. Bu gün stoaçı həyat tərzini seçən on minlərlə insan müxtəlif virtual və real qruplarda birləşir. Bu insanlar, əsasən, məşhur stoaçı filosofların etik fikirlərini, stoa fəlsəfəsinin praktikada tətbiqinə adi pəhrizləri təbliğ edir və öz daxili aləmlərində xoşbəxtlik axtarışları ilə bağlı təcrübələrini paylaşırlar.

Hegel, “stoaçılıq demokratiyanın öldüyü şəraitdə bitir” deyirdi.

Müasir sosioloqlar stoaçılığın sürətlə yayılmasının səbəbini Ellinizm şəhər dövlətləri ilə XXI əsr dünyası arasındakı oxşarlıqlarla əlaqələndirirlər. Antik Yunan şəhər dövlətlərində fərdlər yox, hamı cəmiyyəti maraqlandıran məsələlər haqqında düşünə bilirdi. Filosoflar, fikilərini, əsasən, ideal cəmiyyət formalaşdırmaq üzərində cəmləşdirmişdilər. Şəhər dövlətlərində iyerarxiya sistemi olmasına baxmayaraq, insanlar fikirlərini demokratik formada söyləmək imkanına sahib idilər. Lakin Makedoniyalı İskəndər, Yunan şəhər dövlətlərini məhv edib yerinə imperiya qurandan sonra düşüncə dəyişdi. İnsanlar idarəetmədə söz demək haqlarını itirdilər. Sistemsizlik, qarışıqlıq mütəfəkkirləri daxili dünyalarına baxmağa məcbur elədi. Bir insan dediklərinin dəyərsiz olduğunu dərk edirsə, gələcəyi qeyri-müəyyən bir sistemdə yaşayırsa, can sağlığının təminatı yox kimidirsə, çarəni sosial yox, fərdi qurtuluşda axtarmağa başlayır. Belə dövrlərdə insanlar xilas olub həyatı davam etdirmək üçün “çöldə” baş verənlərə yox, öz “daxil”inə baxmaq məcburiyyətində qalırlar.

Stoaçılıq hərtərəfli şəkildə qəbul olunmasa da, məsələn, bu gün stoaçı fizika və teologiyanı qəbul etməyə ehtiyac yoxdur; etikası ilə həmişə diqqət çəkib. Keçən əsrin psixoterapevtləri koqnitiv davranış terapiyasında stoaçıların prinsiplərindən istifadə edirdilər.

ABŞ fəlsəfəçiləri arasında XXI əsrin təhsil sisteminə stoaçı etika təliminin inteqrasiyasının vacibliyini vurğulayan, stoaçı etika ilə tibb elmi arasında güclü əlaqənin olduğunu bildirən müasir professorlar var. “Təəssüratlarınızı yoxlayın, fərqli olmayan şeyləri mühakimə etməkdən uzaq durun, təbiəti seyr edin, əlinizdə olan şeylərə sahib olmağı arzulayın, özünüz haqqında doğru dəyərləndirmə formalaşdırın, səssizliyi sınayın, sahib olduğunuz güc, yaxud qabiliyyətlərdən istifadə edin, güclü təəssüratlardan uzaq durun, orijinal yaşayın, gələcək üçün hazırlaşın, düşüncələri saf- çürük edin, səbrli olun, hər gününüzü son gününüz kimi düşünün.” ABŞ fəlsəfəçilərinin fikrincə, bu pəhriz, yaradacağı xarakter sayəsində, stoaçı, sarsılamaz olacaq və ərdəmin təsiri altında öz varlığını daha rahat davam etdirəcək.

ABŞ fəlsəfəçilərinin yuxarıdakı siyahısında göstərilməyən, ancaq neostoaçıların qruplarda paylaşdıqları, bu gün geniş yayılmış, hər axşam özünə hesabat vermək, gün ərzində bol su içmək, proqramlı mütaliə eləmək kimi fərdin özünə yönəlmiş pəhrizləri də stoaçı həyat tərzinə əlavə eləmək olar.

Son illərdə azərbaycanlı gənclərin oxuduqları kitabların siyahısını sosial şəbəkələrdə paylaşmasını neostoaçı həyat tərzinin Azərbaycandakı izi kimi təqdim edə bilərik. Əlbəttə ki, bu introvert görünüşlü davranışın məqsədi ətrafdakıların diqqətini çəkmək deyilsə.

Stoa nədir?

Stoa, üstü bağlı piyada yoludur. Təxəyyülünüzdə canlandıra bilərsiz – Bakının “Tarqovı” deyilən Nizami küçəsində əvvəllər rəsm əsərlərinin satıldığı yerlər. Elə qədim yunan şəhərlərində də stoada çərçilər əllərində xırdavat satırdılar. Stoa məktəbinin qurucusu Zenon, Afinanın şimal stoasında xalqa açıq dərs verdiyinə görə yaratdığı məktəbin adı Stoa qalır.

Stoaçılıq epikürçülüyün əsas rəqibi idi, zaman keçdikcə Yunan-Roma dünyasının ən məşhur fəlsəfi axınına çevriləcəkdi.

Stoaçı düşüncə, insanları sosial statusuna görə birbirindən ayırmırdı. Aralarında həm imperator Marcus Aurelius, həm də kölə Epiktetos da var. Epiktetos sözünün mənası kölə deməkdir, xüsusi isim deyil, stoaçılığın əsas prinsiplərindən biri olan xarici fatalizmə və daxili azadlığa işarə edir.

Stoaçıların fəlsəfəsinə görə, insan ondan kənarda baş verən hadisələri dəyişdirə bilməz, belə bir gücü yoxdur. Fəqət insanın seçmək azadlığı var.

Stoaçılar ekstrovert olaraq determinist, introvert olaraq liberal idilər. Epiktetos “ayaqlarıma zəncir vura bilərsiniz, amma Zeus da mənim seçmək haqqımı əlimdən ala bilməz” deyirdi. Daxilən şərtlərə tabe olmadığını göstərirdi. Epictetosun təliminin əsasları belə idi: ““sənin narahatlığın başqaları ilə bağlı deyil, özünlə küsülü olduğun üçündür.” “Xoşbəxtliyə gedən bir yol var. İradəmizdən kənar şeylərin qayğısını çəkməməliyik.” “Əlimizdən gələnin ən yaxşısını eləməli, digər hər şeyi olduğu kimi qarşılamalıyıq. Təbiətə uyğun davranmalıyıq.” “İnsanlar hadisələrə görə yox, o hadisələr haqqındakı düşüncələrinə görə narahat olurlar.””

Stoaçılara görə müdriklik, baş verən hər şeyi qəlbən qəbul etməyi öyrənməkdir. Həzz və ehtiras qarşısında olduğu kimi, kədər və maneə duyğuları qarşısında da azad olmağı bacarmaqdır. İnsan, ağlına uyğun olmayan şeylər, ehtiraslar qarşısında azadlıq qazanmalıdır. Stoaçılar buna apatiya deyirdilər – hiss etmə qabiliyyətindən uzaqlaşma, müdrik insana xas olan sakitlik və xoşbəxtlik əldə etmə. İnsanı bədbəxt edən şeylər, dünya malına hədsiz tamah və bunu əldə edə bilmədikdə gələn hirs və qorxudur.

Diogen: (insan) xoşbəxt olmaq əlində olduğu halda, pərişan olmağı seçir…

Tez-tez alış-veriş eləməklə xoşbəxt ola bilirikmi?

Marcus Aureliusun düşüncəsinə görə, xoşbəxtlik insanın düşüncələrindən asılıdır. İnsanlar, boş vaxtlarını istədikləri, amma sahib olmadıqları şeyləri düşünərək keçirirlər. Biz sahib olduğumuz şeyləri düşünərək və əgər əlimizdəkilərə sahib olmasaydıq, onların ehtiyacını nə qədər hiss edərdik müqayisəsini aparsaydıq, daha çox xoşbəxt olardıq. Keçmişdə arzuladığımız və əldə elədiyimiz nə qədər əşyaya sahibik. Yenə, yenə istəməkdə heç bir maneə görmürük, sahib oluruq, təkrar istəyirik. Bunun müalicəsi istəməkdən imtina edib əlimizdə olana dəyər verməkdir. Çünki istəmək, əlində olandan sıxılmaq, bezmək, nöqsanlar axtarmaq rahatlıq qarşısında maneədir. Insan hansısa işi, evi, əşyanı arzulayır, kiminləsə evlənməyə çan atır. Amma qısa vaxt sonra bunları əldə edəndə nöqsanlar görür. Bu hedonik adaptasiyadan qurtulmadıqca insan xoşbəxt olmaq üçün dayanmadan yenisini istəyir.

Stoaçıların hadisələrə bir digər yanaşma tərzi də neqativ təsəvvürdür. Dəyər verdiyimiz şeyləri itirdiyimizi təsəvvür etməliyik. Məsələn: ərimiz, yaxud arvadımızın bizi tərk elədiyini, evimizin əlimizdən çıxdığını. Stoaçı, ola biləcək hadisələri əvvəlcədən düşünməlidir. Beyin hazırlıqlı olmalıdır. Seneca “Tale bizə kirayə verdiklərini bizdən icazə almadan geri ala bilər. Buna görə, dəyər verdiklərimizə sevgi verməliyik, amma onlara, dünya durduqca sahib ola bilməyəcəyimizi də həmişə yadımızda saxlamalıyıq” deyirdi. “Ananızı öpəndə bu öpüş, onu son öpüşünüz ola bilər” – mənim kimi. Insan ölümü özü heç vaxt ölməyəcəkmiş kimi uzaqlaşdırmamalıdır. “Öləndə buraya basdırın” demək əvəzinə, “ölsəm buraya basdırın” deyirik. Sanki ölüm çox uzaq ehtimaldır.

Stoaçılar fatalist, determinist, hətta təslimiyyətçi olsalar da, insanın özünün ağası olmasının vacibliyi haqqında da əhəmiyyətli fikirlər söyləmişdilər. Yaşadığımız dövr ellinizm dövründən çox da fərqlənmir, əgər sabah nə olacağını bilmiriksə, üstün insanların dizayn olunduğu dövrə giririksə və bunlara çarə tapmaq imkanımız yoxdursa, qayğı çəkməməliyik, eudaimonianı öz daxili aləmimizdə axtarmalıyıq. Ehtirasların əsiri olmadan, təbiətə uyğun, ədalətli, keçmişidəki xətaları düşünüb ömrümüzü peşmanlıqlarla keçirmədən, dünyanın nizamı ilə məşğul olmaqdansa, həyatımıza nəzarəti əlimizə alaraq… Bu, XXI əsrin əvvəllərinin insanı olmaq deməkdir.

 

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

_117157217_sevilatakiiyeva
.

Bakirə intiharlar

27 Fevral 2021
1308428334_993221_41
.

Xocalı qətliamı haqqında hər şey

26 Fevral 2021
Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
MyCollages (2)
.

“Kitabi-Dədə Qorqud”un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər?

25 Fevral 2021
t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021
Bildschirmfoto 2021-02-23 um 10.38.37
Sərbəst

Urbanizasiya və onun problemləri – 1

23 Fevral 2021
FacebookYoutubeInstagramTwitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

GöndərCancel