Azlogos
  • Qaydalar
  • Kimlər var

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti (1991-1993) illərində - (2-ci hissə) Məni tənqid et, Sevda  Eros və Tanatos Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti illərində (1-ci hissə) Halqa əməliyyatı (Ermənistanın kapitulyasiyası ) ON 1K2 - (esse)
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Müasir meymunlar da təkamül edir – Bir qrup meymun Daş dövrünə keçib (Video)

AzLogos AzLogos
Elm
12 Mart 2019

Alimlər müşahidə ediblər ki, Panama meşələrində yaşayan bir qrup ağüzlü kapuçin öz əqli inkişafında Daş dövrünə qədəm qoyub. Onlar topladıqları qoz-fındıq və xitinli dəniz heyvanlarını sındırmaq üçün, daş alətlərdən istifadə edirlər. Eyni şeyi qədim əcdadlarımız da insan təkamülünün ilkin mərhələlərində edirdilər.

New Sceintist xəbər verir ki, bu populyasiya Panamanın Coiba milli parkının bir hissəsi olan Jicarón adasında yaşayır. Bu milli park 3 adadan ibarətdir və hər üçündə ağüzlü kapuçinlər yaşayır. Amma daş alətləri istifadə etməyi yalnız Jicarónad adasında yaşayan meymunlar öyrəniblər. Özü də yalnız erkək fərdlər. Bu tədqiqatla bağlı elmi istinadlarla buradan tanış ola bilərsiniz.

Max Planck İnstitutunun Ornitologiya kafedrasından olan Bredan Barrett bildirir ki, qəribə orasıdır ki, bu cür davranışlar çoğrafi olaraq çox məhdud bir ərazidə yayılıb.

Jicarón kapuçinlərinin yeni davranışları barədə ilk dəfə bu araşdırmanın həmmüəllifi olan Alicia Ibáñez hələ 2004-cü ildə məlumat vermişdi. 2017-ci ildə isə bu hadisəni əyani müşahidə etmək üçün milli parkın müxtəlif yerlərində kameralar quraşdırıldı.

Kamera görüntüləri həqiqətən də erkək meymunların bəzilərinin daş alətlərlə kokos qozu, xərçəng və ilbiz sındırıb yediklərini təstiqlədilər. Amma hələ də müəmmalı qalan məsələ, bu vərdişlərin niyə digər qruplar arasında yayılmamasıdır. Çünki bu cür bacarıqları olan meymunlar başqa qrupdan olan kapuçinlərlə də ünsiyyətdə olurlar və məntiqlə bu vərdişlər digər qruplara da ötürülməli idilər.

Tədqiqat qrupu ehtimal edir ki, Daş dövrünə keçid, primatlar üçün ilk mərhələdə gözlənilən öyrənmə hadisəsindən daha çox təsadüfi davranış variasiyası kimi meydana gəlib. Ola bilər daha ağıllı fərdlərdə meydana çıxan bu vərdişləri sonradan digər qrup üzvləri təkrarlamağa başlayıblar. Məhdud qida şərtləri, məhz bu bacarığı olan populyasiyanın sağ qalmasını təmin edib.

Alimlər ümid edirlər ki, gələcək müşahidələr primatların təkamülünü daha yaxşı anlamaq üçün ətraflı məlumat toplamağa imkan yaradacaq.

Panamanın ağ üzlü kapuçinləri, Amerika qitəsində Daş dövrünə keçən ikinci meymun qrupudu. Cənubi Amerikada oxşar vərdişlərə malik daha bir kapuçin qrupu da mövcuddur. Onlar son 700 ildə daş alətlərdən aktiv istifadə edirlər. 

Bundan başqa Tailandda bir qrup makaka və Qərbi Afrikada bir dəstə şimpanzenin də Daş dövründə yaşadığı təsbit olunub.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Akademi Ödülü Kazananlar TR
.

Prof. Məsud Aşina Türkiyənin nüfuzlu mükafatına layiq görüldü

02 Dekabr 2021
Neuralink
.

Super süni zəka nəyimizə lazımdır?

13 Avqust 2021
ca_1214NID_Brain_Bank_online-1140x570
.

Miqren tədqiqatlarında qlobal tendensiyalar – Prof. Məsud Aşina siyahıda üçüncüdür

28 İyun 2021
getty_177226897_2000133320009280339_229756
.

Həyat mübarizəsi – uğur, şans və səs-küy

14 İyun 2021
SCIENCE-IS-A-COMMUNAL-SUBPOENA
.

Elm nədir və nə deyil? Elm konsepsiyası ilə preliminar tanışlıq

18 May 2021
Bildschirmfoto 2021-04-09 um 13.16.11
.

Çip qıtlığı: Texnologiya əsrinin nefti

09 Aprel 2021

Redaktorun seçimi

İnsanı kiborqa çevirəcək texnologiya

“Qarabağ boyda dərdimiz” travması

Rus dili – miras, yoxsa anoxronizm?

Klanlararası savaşda yeni mərhələ

Üzr istədən oğlanlar

Hardasan, ay Zorro?

Total “Düşərgə”. Weltschmerz

Anderssonun “Sonsuzluq haqqında” yazdığı şeir

XXI əsrdə solun yeni üzü: Akselerasionizm

Müştəri təmsilçisi kimdir?

Mətbuat gününün pSevdointellektual söhbəti

Dedi-qodu

İnsan ölməmişdən qabaq onun xatirələri ölür

Mükəmməllik axtarışında

Arıqlama barədə pSEVDOintellektual söhbət

Azərbaycanda ilk respublika: Car-Balakən camaatlığı

Şərin banallığı

100 ilik işğal. Mif. Şarikov kompleksi

Dil çıxaran qoca kişi

Rüstəm İbrahimbəyov – Uğurlu məğlubiyyət (İkinci hissə)

“Kurtlar Vadisi” modern mifə necə çevrildi?

Söyüş

Osmanlıları, Fransız inqilabını və “Starbucks”ı birləşdirən…

Süni Zəka ürək çatışmazlığı diaqnozu qoya bilir

Rəşadət Axundov: “Özümü məğlub sayıram”

“Bakirə intiharlar” və identiklik sorağında

“Quqark” romanı Polşada nəşr edildi

“Tarix və Tale” haqqında

Tarixi nöqteyi-nəzər haqqında

Mercedes-Benz – tarix və bu gün

Müasir meymunlar da təkamül edir – Bir qrup meymun Daş dövrünə keçib (Video)

AzLogos AzLogos
Elm
12 Mart 2019

Alimlər müşahidə ediblər ki, Panama meşələrində yaşayan bir qrup ağüzlü kapuçin öz əqli inkişafında Daş dövrünə qədəm qoyub. Onlar topladıqları qoz-fındıq və xitinli dəniz heyvanlarını sındırmaq üçün, daş alətlərdən istifadə edirlər. Eyni şeyi qədim əcdadlarımız da insan təkamülünün ilkin mərhələlərində edirdilər.

New Sceintist xəbər verir ki, bu populyasiya Panamanın Coiba milli parkının bir hissəsi olan Jicarón adasında yaşayır. Bu milli park 3 adadan ibarətdir və hər üçündə ağüzlü kapuçinlər yaşayır. Amma daş alətləri istifadə etməyi yalnız Jicarónad adasında yaşayan meymunlar öyrəniblər. Özü də yalnız erkək fərdlər. Bu tədqiqatla bağlı elmi istinadlarla buradan tanış ola bilərsiniz.

Max Planck İnstitutunun Ornitologiya kafedrasından olan Bredan Barrett bildirir ki, qəribə orasıdır ki, bu cür davranışlar çoğrafi olaraq çox məhdud bir ərazidə yayılıb.

Jicarón kapuçinlərinin yeni davranışları barədə ilk dəfə bu araşdırmanın həmmüəllifi olan Alicia Ibáñez hələ 2004-cü ildə məlumat vermişdi. 2017-ci ildə isə bu hadisəni əyani müşahidə etmək üçün milli parkın müxtəlif yerlərində kameralar quraşdırıldı.

Kamera görüntüləri həqiqətən də erkək meymunların bəzilərinin daş alətlərlə kokos qozu, xərçəng və ilbiz sındırıb yediklərini təstiqlədilər. Amma hələ də müəmmalı qalan məsələ, bu vərdişlərin niyə digər qruplar arasında yayılmamasıdır. Çünki bu cür bacarıqları olan meymunlar başqa qrupdan olan kapuçinlərlə də ünsiyyətdə olurlar və məntiqlə bu vərdişlər digər qruplara da ötürülməli idilər.

Tədqiqat qrupu ehtimal edir ki, Daş dövrünə keçid, primatlar üçün ilk mərhələdə gözlənilən öyrənmə hadisəsindən daha çox təsadüfi davranış variasiyası kimi meydana gəlib. Ola bilər daha ağıllı fərdlərdə meydana çıxan bu vərdişləri sonradan digər qrup üzvləri təkrarlamağa başlayıblar. Məhdud qida şərtləri, məhz bu bacarığı olan populyasiyanın sağ qalmasını təmin edib.

Alimlər ümid edirlər ki, gələcək müşahidələr primatların təkamülünü daha yaxşı anlamaq üçün ətraflı məlumat toplamağa imkan yaradacaq.

Panamanın ağ üzlü kapuçinləri, Amerika qitəsində Daş dövrünə keçən ikinci meymun qrupudu. Cənubi Amerikada oxşar vərdişlərə malik daha bir kapuçin qrupu da mövcuddur. Onlar son 700 ildə daş alətlərdən aktiv istifadə edirlər. 

Bundan başqa Tailandda bir qrup makaka və Qərbi Afrikada bir dəstə şimpanzenin də Daş dövründə yaşadığı təsbit olunub.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Akademi Ödülü Kazananlar TR
.

Prof. Məsud Aşina Türkiyənin nüfuzlu mükafatına layiq görüldü

02 Dekabr 2021
Neuralink
.

Super süni zəka nəyimizə lazımdır?

13 Avqust 2021
ca_1214NID_Brain_Bank_online-1140x570
.

Miqren tədqiqatlarında qlobal tendensiyalar – Prof. Məsud Aşina siyahıda üçüncüdür

28 İyun 2021
getty_177226897_2000133320009280339_229756
.

Həyat mübarizəsi – uğur, şans və səs-küy

14 İyun 2021
SCIENCE-IS-A-COMMUNAL-SUBPOENA
.

Elm nədir və nə deyil? Elm konsepsiyası ilə preliminar tanışlıq

18 May 2021
Bildschirmfoto 2021-04-09 um 13.16.11
.

Çip qıtlığı: Texnologiya əsrinin nefti

09 Aprel 2021
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel