Azlogos
  • Kimlər var
  • Bizi tanı

Qulağı cırmaqlamayan şeirlər Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir? Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi Suzan Sontaq. Nümunəvi əzabkeş Pavese Nəriman Nərimanov - 151 Türk Şurasının qeyri-rəsmi zirvəsinə sözardı
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Mixeil Saakaşvili. Adamın adamının adamı.

Elmir Mirzəyev Elmir Mirzəyev
., Mövqe
01 İyul 2020

Keçən həftə sosial şəbəkələrdə Gürcüstanın eks-prezidenti, hazırda Ukrayna Milli İslahatlar Şurası İcraiyyə Komitəsinin rəhbəri, məşhur siyasətçi Mixeil Saakaşvili ilə ukraynalı jurnalist Dmitri Qordonun müsahibəsi yayıldı, geniş müzakirə olundu.

maxresdefault

Müsahibədə müstəsna maraqlı epizodlar olsa da, bizdə yayılan əsasən emosional hissələr oldu, məsələn, MDB sammitlərində Türkmənbaşının (Türkmənistanın keçmiş prezidenti Saparmurad Niyazov) nazirlərini başqa prezidentlərin qarşısında it kimi hürdürərək iməklədib onlara konfet verdiyi, həmçinin nazirlər üçün xüsusi alçaq tavanlı və döşəməsinə turşu çilənmiş həbsxanalarının, prezident nömrəsində isə qızıla bürünmüş unitazının olduğu, yaxud Saakaşvilinin prezidentliyi dövründə Gürcüstan DİN rəhbəri olmuş Vano Merabişvilinin 2013-cü ildə 7 il həbsə atılaraq ondan eks-prezidentə qarşı ifadə alınmasına cəhd edildiyi və onun bundan qəti imtina etdiyi haqda olan hissələr.

Hazırkı zamanda əminliklə Qafqazın və hətta bütün MDB məkanının reformatoru adlandıra biləcəyimiz bu insan Beriya haqda suala “Onun super-təşkilatçı olduğunu danmaq olmaz, Gürcüstanın rəhbəri olan zaman Tiflisin önəmli hissəsini o, necə bir əziyyətlə olsa da tikib-qurub, mərkəzə ərizələr yazıb 2 kilo mismar istəyirdi, bundan başqa o, sovetlərə atom bombası bəxş etdi, bunu da unutmaq olmaz” — kimi cavablar verib.

Bu kimi detallar müstəsna maraqlıdır, lakin müsahibədə toxunulan bir sıra ciddi siyasi məqamlar da ölkəmizin taleyi baxımından əhəmiyyət kəsb etdiyinə görə, xüsusi şərh tələb edir.

Ukrayna məsələsi

Saakaşvili müsahibəsində: “Ukraynada reformaları cəmi 100 günə həyata keçirmək olar, burada çətin heç bir şey yoxdur. Ukraynanın Milli İslahatlar Şurası İcraiyyə Komitəsinin rəhbəri kimi bunları köhnə patefon tək təkrarlaya bilmirəm artıq, çox asan işdir, edilməsi gərəkənləri sözlə yox, barmaq işarəsi ilə izah etmək olar.”

Maraqlı iddiadır, çox da mübhəm təəssürat yaradır, elə bil yerin altını da, üstünü də bilən bu adam Ukraynanın necə bir ölkə olmasından bilmərrə xəbərsizdir. Ukrayna MDB məkanında yeganə dövlətdir ki, orada 10 il ərzində 2 dəfə (!), eyni şəxsi (!!) hakimiyyətdən endirmək üçün Maydan İnqilabı baş verib. Hazırda sonuncu “Ləyaqət inqilabından” 7-ci il keçməkdədir və bu illər ərzində ölkədə çox pozitiv hansısa prosesin baş verdiyini iddia edə bilmərik.

D475BCC4-61AF-48AA-A914-6C1EE59026C7_cx0_cy10_cw0_w1200_r1

Kiçik haşiyə: Ukraynanı yaxından tanıyan biri kimi əminliklə vurğulaya bilərəm — ərazisində tarixən dövlət qurulmamış bu ölkədə indi də dövlətin mövcud olduğunu iddia edə bilmərik. Əlbəttə, orada qüdrətli qonşuları Rusiya və Polşada (daha doğrusu, Rzeczpospolita) olduğu kimi mütləqiyyət — çar və kral hakimiyyəti olmayıb, hər zaman azad camaatlıqlar, yəni kazakların təhkimçilikdən uzaq, müxtəlif atamanların rəhbərliyi altında azad українська вольниця şəklində yaşayış tərzi mövcud olub, lakin bunu hər hansı bir formada dövlət adlandırmaq çox çətindir. 

Çağdaş zamanda Ukrayna — müxtəlif olaqarxat maraq qruplarının təmsil olunduğu və bu maraqlar uğrunda mübarizə apardığı ərazidir, hazırda oranı yalnız belə xarakterizə etmək olar. İki dəfə Maydan inqilabının (2004, 2014) baş verməsinə rəğmən burada hətta sosial həyatın ən aşağı səviyyələrində belə korrupsiya saxlanılmaqdadır və sonu-bucağı əsla görünmür. Ukrayna ilə müqayisədə Azərbaycan sözün bütün anlamlarında çox ciddi bir dövlətdir. Zatən bir çox ekspertlər Ukrayna haqda danışanda fail state ifadəsini boş yerə işlətmirlər.

Şəxsi xatirəm üçün üzr istəyirəm, 2007-ci ildə Bakıda “Zamanla üz-üzə” müasir musiqi layihəsinə başlamışdıq, Kiyevdən ilk növbədə çox yaxın dostum, gözəl musiqiçi, dirijor və bəstəkar Volodimir Runçak bizim Qara Qarayev adına Dövlət Kamera Orkestri ilə çalışmalara dəvət edilmişdi. Onunla musiqidən kənar, hər ikimizi dərindən ilgiləndirən aktual mövzularda (Qarabağ problemi, Qafqazda və ümumiyyətlə postsovet məkanında vəziyyət, Ukraynadakı Maydan inqilabı və s.) söhbətlərimiz zamanı “Kreml hökmən Ukraynaya hücum edəcək, Elmir, görəcəksən”, – demişdi. Doğrusu o zaman mat qalmışdım, 2007-ci ilin sentyabrı idi, hələ heç Gürcüstandakı “Beşgünlük müharibə” olmamışdı, etnik cəhətdən çox yaxın iki slavyan xalqının müharibə edəcəyi kimsənin ağlına belə gələ bilməzdi. O zaman mən ona etiraz etdim, dedim ki, bu fantastikadır, ola bilməz, çünki heç zaman ola bilməz. Dostum qəmgin tərzdə gülümsünüb, sadəcə: “Özün şahidi olacaqsan” – dedi. Sual edəndə ki, bəs bu fərziyyə yalnız onun özünündür, yoxsa Ukraynada ümumi bir fikirdir, cavabladı ki: “Bizdə bunu hər kəs bilir, dövlət də, xalq da, bu sadəcə zaman məsələsidir”.

Sonradan öyrəndim ki, Ukraynanın 2-ci Prezidenti Leonid Kuçmanın “Ukrayna Rusiya deyil” (“Україна — не Росія”) kitabı da bu mövzuya həsr edilib, orada gələcəkdə mövcud ola biləcək problemlərə açıq olmasa da eyhamlar vurulub və bu əsər hələ 2003-cü ildə nəşr olunubmuş.

Demək belə çıxır ki, ölkəyə təcavüz olacağını bu ölkənin ən azından elitası, ziyalıları, dövlət məmurları (Prezidentə kimi!), hərbçiləri və təbii ki, xüsusi xidmətləri lap öncədən bilirmiş və buna rəğmən bütün bu illər ərzində işğalı ertələyəcək heç bir hazırlıq görülməyib? Yəqin hamının xatirindədir ki, Krımın işğalı zamanı Ukrayna hərbçiləri ümumiyyətlə heç bir müqavimət göstərməyib işğalla razılaşdılar, bəs, bunu necə adlandırmaq olar? Axı müharibəyə heç bir anlamda hazır olmayan, 1991-ci ildə müttəfiqsiz olan, tamamilə təklənmiş Azərbaycan belə işğalçıya var gücü ilə müqavimət göstərmişdi.

Kiçik haşiyə: Krımın zəbt edilməsi və Rusiyaya “anschlüss”ündən sonra ölkənin şərqinin işğalı başladı, məlum oldu ki, 40 milyonluq nüfusu olan, hərbi mütəxəssislər üzrə bitib-tükənməz kadr potensialına malik bu ölkənin (bizim 1991-ci ildəki vəziyyətimizdən tamamilə fərqli) ümumiyyətlə hər hansı bir akta qadir ordusu mövcud deyil. Ölkənin müdafiəsi üçün 2014-ci ilin martında faktiki sıfırdan ordu yaradılmağa başlandı, o zaman nələr baş verirdi, necə bir korrupsiya və yeyintilərlə müşayiət edilirdi – bu ayrıca bir araşdırmanın mövzusudur. Nəticəsi bəlli – Putin bir bəyanatında demişdi ki, istəsəydi, tankları bircə günün içində Kiyevdə olardı və bu, həqiqətdən çox da uzaq deyildi.  

Demək olar ki, separatizmdən əziyyət çəkən Azərbaycan vətəndaşlarının hamısı oxşar problemlə üzləşən, parçalanan Ukraynanın yanında oldu, sözsüz ki, belədir, lakin həmdərd olmaq elementar həqiqətləri görməyə maneə deyil. Problemlərin həlli reallığı görməkdən keçir.

Saakaşvili kimi məlumatlı, Ukraynanı gözəl tanıyan (Taras Şevçenko adına Kiyev Universitetində təhsil alıb, 2015-ci ildə Odessa Regional Dövlət Administrasiyasının sədri olub, eyni zamanda Ukraynanın dövlət müəssisələrinin islahatına nəzarət şurasının rəhbəri olub, həmin dövrdə Ukrayna prezidenti Poroşenkonun qərarı ilə Saakaşviliyə Ukrayna vətəndaşlığı da verilmişdi) bir siyasətçinin elementar faktorları nəzərə almadan cəmi 100 günə hər şeyi həll etməyin mümkünlüyü haqda danışması çox təəccüblü görünür. Əgər 2004-cü ilin Narıncı İnqilabından bəri, yəni 15 ildən çox bir zaman ərzində demək olar ki, heç bir nəticə hasil edilməyibsə (meydandakılar bütün tələblərinə çatmış, seçildiyi elan olunan V.Yanukoviç rədd edilmiş, V.Yuşenko prezident, Y.Timoşenko baş nazir təyin edilmişdi), sonuncu inqilabın isə üstündən 7-ci il keçirsə, Saakaşvili bunu hansı əsasla deyir? Bu kimi populist iddialar müsahibəni dinləyən sadə insanlarda müəyyən illüziyalar yarada bilər, amma reallıq tamam başqadır. 

1440x810_cmsv2_2692420f-11a6-5106-9eb8-f9118d1e55fc-3256046
08.08.08 savaşının qurbanlarından biri.

Mayor Petrov və Sarkozinin qalstuku

Saakaşvili Qordon ilə söhbətində Putini bir zamanlar əsgərlikdə onu kəşfiyyata cəlb etmək istəyən ГРУ (Baş Kəşfiyyat İdarəsi) mayoru Petrova oxşadıb.

“Putin səninlə siyasətçi, başqa bir ölkənin prezidenti kimi danışmır, kəşfiyyata cəlb (вербовать) edir, bir dəfə söhbətimizdə məni ayrıca otağa apardı, pencəyini çıxarıb stulun başına asdı, konyak, çay gətirdi. Bütün söhbətimiz mayor Petrovla olan danışığımıza bənzəyirdi.”

Lakin bu verbovka heç nəyə gətirməyib, Saakaşvilinin ipə-sapa yatmayacağını görən Putin bundan çox bərk qəzəblənib.

Kiçik haşiyə: Əslində, Putinin hansısa mənada qəzəblənməyə haqqı da vardı, çünki Gürcüstandakı Qızılgül inqilabından sonra Saakaşvilinin hakimiyyətinin möhkəmlənməsi üçün Moskva kifayət qədər cəhd göstərmişdi. Rusiyanın o zamankı Xarici İşlər Naziri İ.İvanov hadisələrin başlaması ilə, 2003-ün noyabrında təcili Tiflisə yollanmış, hətta kütlə önündə çıxış edib onları dəstəklədiyini söyləmişdi. Sonra isə 2004-ün aprelində Acarıstan böhranı zamanı, dövrün Moskva meri, MDB məkanında müstəsna nüfuza malik Y.Lujkov Batuma gələrək oranın başçısı A.Abaşidze ilə danışıqlar aparmış, hakimiyyəti müqavimətsiz Saakaşviliyə təhvil verməsinə nail olmuşdu. Bunun əksi olacağı halda (yəni Moskvanın Abaşidzeyə dəstək verməsi ilə) Gürcüstanda 3-cü separatçı qurumun yaranması an məsələsi idi. Bütün bunların qarşılığında Saakaşvilinin Moskvaya qarşı qeyri-loyal münasibəti Putinin fikrincə nankorluq idi.

“Bir dəfə Gürcüstan ərazisində diversiya və partlayış törətmiş ГРУ şpionlarını yaxaladıq. MDB görüşlərinin birində Putin məni otaqlardan birinə gətirib qəzəbli-qəzəbli danışanda dırnaqlarını da dizlərimə sancdı. Bəli-bəli, o məhz belə etdi.”   

Bu hadisələr 2008-ci ilin “Beşgünlük müharibə”sinə kimi artan tonlarla davam edib. “Beşgünlük müharibə” zamanı atəşkəs üçün Moskvada Putinlə danışıqlar aparan Sarkozi Tiflisə, Saakaşvilinin yanına çox qorxmuş və pərişan halda gəlib, ona “Putin çox qorxuludur, zombidir” deyibmiş.

“Moskvada Putin Sarkozinin qalstukundan tutub və qışqırıb: Gedib ona (yəni Saakaşviliyə) deyərsən ki, onu xayalarından asacam. Bəli, Sarkozi beləcə də dedi və 6 maddəlik sazişi stolun üstünə qoydu. Orada son bənddə Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması tələbi qoyulmuşdu. Mən dedim ki, bu plana heç bir halda qol çəkmərəm. Mən sizin üçün Çexoslovakiyanın 1938-ci ildəki prezidenti deyiləm ki, “Münhen razılaşmasına” qol çəkim. Cavabında Sarkozi bildirdi ki, əks halda günü sabah rus tankları burada (Tiflisdə) olacaq, səni də öldürəcəklər. Sənin dostun Bush (George W. Bush) da kömək etməyəcək, mənim isə sənin müdafiən üçün heç bir imkanım, ordum yoxdur. Cavab verdim ki, eybi yoxdur.”

Kiçik haşiyə:  “Beşgünlük” müharibə 12 avqust 2008-ci ildə Avropa Birliyi və şəxsən o zamankı Fransa Prezidenti Nikolya Sarkozinin vasitəçiliyi ilə dayandırıldı. Sarkozi o zaman Rusiya Prezidenti Dmitri Medvedev (əslində formal Baş Nazir olan Putin) ilə birlikdə 6 maddəlik sülh planı hazırlamışdı. Bu sazişin 6-cı bəndi Gürcüstanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması tələbi idi. Bunun yerinə Gürcüstan prezidenti hər iki separatçı qurumun gələcək statusu ilə bağlı beynəlxalq müzakirəyə başlamağı təklif etmişdi.

“Bu söhbətdən sonra dərhal Bush ilə telefonlaşdım, onunla çox ağır söhbətimiz oldu. Bush tərəddüd keçirirdi, axırda hətta ona səsimi qaldırmalı da oldum. Nəhayət Bush dedi ki, onunla (yəni Putinlə) kəskin danışacaq ki, əgər Tiflis üzərinə gəlsə, rus uçaqları vuralacaq, ABŞ-ın 6-cı donanmasını da yollayacaq, yalnız buna görə müharibəni dayandıra bildik.”

Hərbi əməliyyatların bitməsindən demək olar ki, dərhal sonra, 25 avqust 2008-ci ildə Kreml Cənubi Osetiya və Abxaziyanın dövlət müstəqilliyini tanıdığını elan etdi. Bu addım Moskvanın Cənubi Osetiya və Abxaziyada hərbi bazalar yaratmaqla bölgədəki hərbi-siyasi hegemonluğunu gücləndirməsinə böyük imkanlar açdı.

Maraqlıdır ki, Azərbaycan və paralel olaraq Ermənistan prezidentləri “Beşgünlük müharibə” zamanı Pekin Olimpiadasına səfər edib bir neçə gün orada oturmağı üstün tutdular. Görünür, o zaman bu, ən doğru addım idi.

1403occupationline
Separatçı “Cənubi Osetiya” marionet qurumunun Gürcüstan ilə sərhədləri hazırda belədir.

Meqa-mütaliəli Bush və ABŞ elitası  

Müsahibənin ardı daha da maraqlı epizodlarla səciyyələnib. Jurnalistin vizavisinə ABŞ elitasındakı əlaqələri haqqındakı suallarını Saakaşvili, “hamısı dostumdur” kimi cavablayıb. Bunca rəngarəng “kolleksiyadan” istənilən kəsin gözləri qamaşardı, buyurun: ata Bush (41-ci Prezident), oğul Bush (43-cü Prezident), John McCain (Arizonanın senatoru, 2008 seçkilərində prezidentliyə namizəd), Joe Biden (47-ci vitse-prezident), Hillari Clinton (2016 seçkilərində prezidentliyə namizəd), sonuncu ABŞ prezidentləri Obama və Trump – çox zaman bir-birinin siyasi anlamda əksi olan bunların hər biri Gürcüstanın eks-prezidentinin dostu imiş. Doğrusu, bu iddia əsla boşboğazlıq, yaxud lovğalığa bənzəmir. Görünür, Saakaşvili həqiqətən bu adamlarla çox yaxın dost təmaslarında olubmuş.

“Bush haqda deyə bilərəm ki, meqa-mütaliəli, ziyalı, çox incə yumor hissi olan adamdır, onunla dostluğumuz çox sıx idi. Dünyada cəmi bir neçə adama o, ləqəb vermişdi, mənə də “Saak” deyirdi, tez-tez telefonlaşırdıq, deyirdi ki, “Saak, how are you?”

Kiçik haşiyə: Georges W.Bush’un prezident olduğu dövrdə ABŞ-da 43-cü Prezidentin paradoksal və məntiqsiz ifadələrini ehtiva edən “Bushisms” adında neçə kitab nəşr edilmiş və rişxənd obyektinə çevrilmişdi, hətta görkəmli italyan yazıçı-medievisti, filosofu və dilçisi Umberto Eco da bu ifadələrin kolleksioneri kimi xüsusi bir site da yaratmış, o zaman bu barədə nüfuzlu ispandilli “El Mundo” qəzetində məqalə də yazmışdı.

Gürcüstanın eks-prezidenti onu da deyib ki, ildə bir dəfə ABŞ-a rəsmi səfərə gedirmiş, şəxsi səfərləri də ildə bir neçə dəfə olurmuş, hər dəfə də gedib Bush ilə görüşürmüş.

Bundan başqa Saakaşvili Bush’un Tiflisə ziyarətini də çox yağlı boyalarla nəql edib. 2005-ci ilin mayın 9-da Moskvada Qələbənin 60-illiyinə həsr edilmiş hərbi paradda iştirakdan dərhal sonra Gürcüstana gələn ABŞ prezidenti və onun həyat yoldaşı üçün öncədən yemək süfrəsi hazırlanmadığına görə, onlara tələm-tələsik Tiflis avtovağzalında yerləşən “pis gündə” bir kafedən xingal alınıb gətirilir. Daha sonra Tiflisdə iki prezidentin iştirakı ilə keçirilən mitinqdə erməni terrorçu tərəfindən onlara əl qumbarası atılması epizodları da maraqlı idi.  

Misha-Saakashvili-with-W-Bush

Kiçik haşiyə: 10 may 2005-ci il, ABŞ prezidenti Bush’un Tiflisdəki Azadlıq Meydanında (Tavisuplebis Moedani) çıxışı zamanı naməlum bir şəxs tərəfindən hər iki prezidentin durduğu tribunaya qumbara atılmışdı. Tribunadan 30 metr aralıda düşən RGD-5 qumbarası o zaman partlamamışdı. Artıq iyulun 20-də terror aktına cəhddə şübhəli bilinən Gürcüstan vətəndaşı Vladimir Arutyunyan həbs edilir və Azadlıq Meydanında etdiyi cinayəti etiraf edir. 2006-cı il yanvarın 11-də Tiflis şəhər məhkəməsi terrorçunu Gürcüstan Cinayət Məcəlləsinin 8 maddəsi ilə  ömürlük həbsə məhkum etdi.

Siz kimsiniz, doktor Abel?

Müsahibədə toxunulmuş məsələlər çox böyük suallar doğurur, maraqlıdır, görəsən daha hansı MDB prezidentinin ABŞ-ın ali elitası ilə belə sıx əlaqələri vardı ki, ona hətta ləqəblə müraciət edilsin və ildə neçə dəfə bu supergüc dövlətə səfər edə bilsin? 

Kiçik haşiyə: Uşaqlıqda kəşfiyyatçılar haqda romanları çox sevərdim, bunlardan biri də adı çox maraqlı gələn “Siz kimsiniz, doktor Abel?” kitabı idi. Oxumağa başladığım, lakin bitirmədiyim bu roman 1948-ci ildən ABŞ-da fəaliyyət göstərən sovet kəşfiyyatçısı, 1957-ci ildə həbs olunmuş polkovnik Rudolf Abel barədə idi. Uşaq təxəyyülü üçün həddən artıq qarmaqarışıq anlarla dolu olan bu romanı bitirməsəm də, adını unutmadım.

Çox maraqlıdır, cəmi 4 milyonluq bir nüfusa sahib olan, ölkəsində də həmin o xingaldan (lap avtovağzaldan gəlməsə də) və şərabdan başqa bir şeyi olmayan ölkənin prezidenti dünyanın supergüc rəhbərinə səsini necə qaldırır, istədiyini ondan belə yolla necə tələb edib alır? Bəlkə bizə də bunun yolunu öyrətsin? Deyəcəksiniz ki, Gürcüstanda demokratik yolla seçilmiş prezident bla-bla-bla və s., və ilaxır? Yaxşı, o zaman həmin o demokratik Ukrayna necə belə dəstək almadı, neçə-neçə “narıncı inqilab” keçirən demokratik Qırğızıstan niyə məcbur ОДКБ (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, faktiki Rusiyanın “NATO”-su) və ЕврАзЭС (Avrasiya İqtisadi Birliyi) ümidində qaldı? Maraqlıdır, görəsən Qırğızıstanda 2010-cu il İnqilabı nəticəsində referendum yolu ilə hakimiyyətə gəlmiş, il yarımdan sonra 2011-in dekabrında yeni prezident seçildikdən sonra səlahiyyətlərini könüllü olaraq təhvil verərək dinc yolla hakimiyyətdən getməyin əsasını qoymuş, MDB məkanında ilk qadın-prezident Roza Otunbayevanın da ABŞ elitası elə belə əlaqələri mövcuddur, yoxsa necə?

Bəlkə 4 milyonluq Gürcüstan həqiqətən seçilmiş dövlətdir, xəbərimiz yox?

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

MyCollages
.

Qulağı cırmaqlamayan şeirlər

19 Aprel 2021
10ee2967-03a2-45c7-94b0-330ef5deef3b
.

Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir?

18 Aprel 2021
1598015699061
.

Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi

17 Aprel 2021
tumblr_o115q6Jb1T1tv8vcro1_1280
.

Suzan Sontaq. Nümunəvi əzabkeş Pavese

15 Aprel 2021
-bec26f4a158796932682391337210931357
.

Nəriman Nərimanov – 151

15 Aprel 2021
elmir-mirzeyev
.

Türk Şurasının qeyri-rəsmi zirvəsinə sözardı

15 Aprel 2021

Redaktorun seçimi

Bir maşın kubik və xalqın partiyası

Strasburq l’Inclusive-də bir azərbaycanlı

“Dəyərli bəy” erasının sonu

Mühacir alveri

3D siyasət

Rüstəm Hüseynov – Bakı etüdləri

AzLogos müsabiqə elan edir

Ulduz falı

Bu xarabadan çıxıb getmək…

Nifrətin sevgi dili. Müharibəyə sözardı

Qum dalğaları

Berlin savaşı – tarixin təkərləri mövcuddurmu?

Mətbəx qadınının söz söhbətləri

Təkamül tozu daha təhlükəli edir

Kişi alimlərin özünüreklam məharəti

Sartrın ata barədə “Sözlər”indən bir parça

Mışkinin monoloqu

Koronavirus pandemiyasının dünyaya verdiyi mesajlar, dərslər, işarələr haqda

İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir?

Feministlərin ciddi səhvləri

Azərbaycanlı arzuları

Mənasızlıqda məna yaratmaq

Masturbasiya və evlilik – ailə dəyərləri sistemində

Tuta bilmədiyim iki adam

Əl Cahizin “Təkamül” ideyeası

Sənət nə üçün lazımdır?

«Çölçü» filmi niyə narahatlıq hissi verir?

Quş bazarı

SSRİ-ni “öldürən”, ABŞ-ı yaşadan səbəb

“Ustad və Marqarita”nın bütün ekranlaşdırma cəhdləri

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel