Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Millidən iki imtina: Yorğunluq, ya küskünlük?

Zaur Xudiyev Zaur Xudiyev
., Yaşıl meydan
24 Oktyabr 2019
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
MyCollages
Paylaş

Teymur Rəcəbovun ardınca Nicat Abbasov da şahmat üzrə milli komandanın heyətində Avropa çempionatında çıxış etməkdən imtina edib.

Hər iki qrossmeyster bunu yorğunluqla əlaqələndirib.

Milliyə dəvət almaması müzakirələrə səbəb olan Abbasovun imtinası birmənalı qarşılanmayıb.

Çünki Avropa Çempionatı üçün heyət açıqlanarkən Nicatdan daha yaşlı olan, üstəlik Azərbaycanla heç bir bağlılığı olmayan milliləşdirilmiş Arkadi Naydiçin siyahıda yer alması, Abbasovun isə kənarda qalması geniş rezonans doğurdu.

Son vaxtlar yaxşı formada olan, millidə oynamağa haqqı çatan qrossmeysterin hansı süni əngəllər vasitəsilə kənarda saxlanması müzakirə edildi.

Mümkündür ki, Teymur Rəcəbovun imtinasından sonra çarəsiz qaldıqları üçün dəvət olunmaq Nicatın xoşuna gəlməsin.

Amma bu, sadəcə fərziyyədir.

Məsələnin digər tərəfindən baxsaq, gənc şahmat ustasının İsveçrədə çox güc itirdiyi bəllidir.

Abbasovun “Gran Swiss Tournament 2019″da 11 oyundan sonra 6.5 xal toplaması və 154 iştirakçı arasında 15-ci yeri tutması uğurlu nəticə hesab edilə bilər.

Nəzərə alsaq ki, onu “ilk onluq”dan cəmi 0.5, liderdən isə 1.5 xal ayırır, deməli, turnir kifayət qədər gərgin və maraqlı keçib.

Nicat iki gün öncə başa çatan turnirdən sonra bir az istirahətə ehtiyac duymuş da ola bilər.

Yığmamızın heyəti aşağıdakı kimi olacaq:

Şəhriyar Məmmədyarov, Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli.

Eltac əvvəlcə kapitan kimi elan olunsa da, heyətdəki itkilərin fonunda oynamağa məcburdu.

Düzdü, Şəhriyar Məmmədyarov öz sosial şəbəkə statusunda onu oynayan kapitan kimi təqdim etsə də, kapitan böyük ehtimalla, qadınlardan ibarət milli komandamızda olduğu kimi, Fikrət Sideyifzadə olacaq.

Ümumilikdə isə düşünürəm ki, bu, bəlkə də izləyəcəyim ən zəif AÇ-lərdən biri ola bilər.

Çünki qitə birinciliyində dünya şahmatının liderləri hesab edilən Maqnus Karlsen (Norveç), Sergey Karyakin (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Levon Aronyan (Ermənistan) kimi ustalar müxtəlif səbəblərdən öz ölkələrinin şərəfini qorumayacaqlar.

Ancaq bunun turnirin ümumi gedişatına nə dərəcədə təsir edəcəyi qarşıdakı günlərdə bəlli olacaq.

Yığmamız ilk oyununa bu gün çıxacaq. Saat 15:00-da start götürəcək oyunda rəqibimiz Serbiya millisi olacaq.

Birinci masada Şəhriyar Məmmədyarov, sonrakı yerlərdə isə uyğun olaraq Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynov mübarizə aparacaqlar.

Şəhriyar və Rauf qara Naydiç və Qədir isə ağ fiqurlarla oynayacaqlar.

Yarışın ümumi gedişi və olarsa, maraqlı hadisələr barəsində növbəti günlərdə məlumat veriləcək.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör