bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Millətimin gic-gici gülüşü

Sevda Sultanova Sevda Sultanova
., Kültür
08 Fevral 2020
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
1555173702 255727
Paylaş

Seymur Baycanın “Ha-ha-ha virusu” yazısı çoxdan yazmaq istədiyim bir mövzunu yada saldı…

Ölkədə keyfiyyətsiz yumorun, mırtlaşmanın yayılmasının əsasən Türkiyə ilə bağlı olması fikri ilə razılaşmıram. Yumor keyfiyyətsizliyinin və ya Seymurun diliylə desək, “ha-ha-ha virusu”nun kökünü sovet dönəminin qurulması illərində axtarmaq lazımdır.

Seymur yazıda yumora daha çox ictimai-sosial qatda baxır. Mən isə mövzunu ədəbiyyat, xüsusən də, kinematoqrafiya çərçivəsində konkretləşdirmək istəyirəm. Çünki sənətdə yumorun necə ifadə olunması, onun vasitəsilə nəyə gülməyimiz, nələri gülüşün prioritetlərinə çevirməyimiz xalqımızın ümumi yumor səviyyəsini təyin edir. Və yumor anlayışında satiranı, sarkazmı, ironiyanı, qara yumoru, komediyanı və s. ümumiləşdirirəm.

Yazılı ədəbiyyatımızda yumorun tarixi qədim deyil. Şerdə yumor əsasən Zakirin, Seyid Əzimin dövrün reallığını təsvir edən satirik şerləri, təmsilləri, nəsrdə isə Axundovdan başlayır. XIX əsrin sonu və XX əsrin əvvəli Sabir, Mirzə Cəlil, Haqverdiyevin yaradıcılığı yumorda yeni yanaşmalara yol açdı. Amma ən böyük hadisə şübhəsiz ki, “Molla Nəsrəddin” jurnalı idi. Çünki “Molla Nəsrəddin” həm də estetik inqilab idi. İlk dəfə ictimai, siyasi, sosial, dini mövzular, təkcə sözlə yox, həm də vizual ifadə (karikaturalar, illüstrasiyalar) olunurdu, üslub, janr baxımından jurnal universal idi, hər cürə yumor- satiranı, ironiyanı, qara yumoru, sarkazmı və s. əhatə edirdi. Cahilliyin, dini fanatizmin tüğyan etdiyi toplumda yayımlanan “Molla Nəsrəddin” sekulyar cəmiyyətdə fəaliyyət göstərən “Charlie Hebdo”dan qat-qat cəsarətli idi. Əbdürrəhimbəy Haqverdiyev xatirələrində yazırdı: “Jurnalın ilk nüsxəsi bomba kimi partladı… Mollalar deyirdi ki, jurnal heç bir müsəlmanın evinə girməməlidir. Girsə, onu maşa ilə götürün və tualetə atın”.

Sovet hakimiyyəti “Molla Nəsrəddin”in sovet ideologiyası prinsiplərinə uyğunlaşdırılmasını tələb edirdi. Tələblə barışmayan rəhbərlik jurnalın fəaliyyətini dayandırdı. Sovet hakimiyyəti dönəmində meydana çıxan sosrealizm estetikasında isə ideologiyanın tənqidinə, hakimiyyətin səhvlərinin xüsusən də satiranın, sarkazmın dili ilə tənqidinə yer ola bilməzdi. Beləcə, ədəbiyyatda və kinoda sosialist realizm metodunun tətbiqi, senzura yumorun sonrakı inkişafına sədd çəkdi…

İlk milli kinorejissor Abbas Mirzə Şərifzadənin “Bismillah” filmi (1925) dram olsa da, süjetdə “Molla Nəsrəddin” sayağı satiranın elementləri sezilir. Amma Şərifzadənin “Sevgi oyunu” (1935-ci ilə çəkilən film, yəqin ki, ilk komediya sayıla bilər) komediyasında, müəllifin “Bismillah”dakı entuziazmı, yaradıcılıq tapıntıları yoxdur və daxili senzurası duyulur. Həmin dönəmdə sovet hakimiyyəti möhkəmlənmişdi, repressiya maşını işə düşürdü, sənət sovet ideologiyasının tələblərindən kənara çıxmırdı. Və bu filmdən 3 il sonra Şərifzadə repressiyanın qurbanı olacaqdı. Süjetə görə zavodda işləyən Leylaya iki dost vurulur, onlardan biri tənbəl, digəri əməksevərdi. Leyla isə tənbəli sevir. Tərbiyəvi məqsəd daşıyan film “əmək olmadan sovet adamının həyatında xoşbəxtlik mümkün deyil” ideyasını təlqin edir. Banal əhvalat üzərində qurulan “Məhəbbət oyunu”nun ideya həlli sxematikdir, bayağı gülüş – “ha-ha-ha virusu” sarıdan boldur.

Kult filmlərimizdən biri “Arşın mal alan”ın (1945) 136 ölkədə nümayişi, onun komediya janrında ən yaxşı nümunə olması anlamına gəlmir və ya gəlməməlidir. Bir dəfə rejissor Tofiq İsmayılovla söhbətimizdə o, “Arşın mal alan”ı sənət filmi adlandıranda, soruşdum ki, dünya kinosunun “50 ən yaxşı filmi” siyahısına onu daxil edərdizmi? Cavab: “50-liyə girməz. Çünki doğrudan dünyada elə filmlər var ki, bu filmi “50 ən yaxşı film” siyahısına salmaq insafszılıq olar”. “Arşın mal alan” kinematoqrafik özəlliklərindən çox, musiqisinə, koloritinə, kostyumlarına və nağılvarı bir şərq əhvalatı olduğuna görə diqqəti çəkmişdi.

Sonrakı illərdə “Görüş”, “Əhməd haradadır”, “Ulduz” kimi – süjeti məhəbbət xətti ilə istehsalat prosesinin, əməyə münasibətin hibridindən yaranan, dramaturji zəif, birqatlı filmlər çəkildi. Bu filmlər “ha-ha-ha virusu”nun daşıyıcısıydı, komediya janrının dar çərçivəsindən kənara çıxmırdı, məna miqyası məhdud, sosial-fəlsəfi, tənqidi kontekstdən məhrum idi və geniş tamaşaçı kütləsinin asanlıqla qavradığı meynstrim idi.

Vaxtaşırı adamlar sovet dövrünün komediyalarını, yumorun peşəkarlığını, səviyyəsini vurğulayaraq dərin nostalji hisslərə qapılırlar. Youtube-də Bəşir Səfəroğlunun, Lütfəli Abdullayevin, Əlağa Ağayevin, Nəsibə Zeynalovanın 1960-cı illərdə oynadıqıları səhnəciklər yerləşdirilib. Həmin səhnəciklər yumoruna, mövzuya yanaşmasına görə məhəllidir, primitivdir, aktual deyil və qeyri-aktuallığına görə də gülməli deyil. Üstəlik, aktyor oyununda xüsusi bir sənətkarlıq yoxdur.

Yumorun keyfiyyətində işartılar 1970-ci illərdən başladı. Həmin dönəmdə “Azərbaycanfilm” kinostudiyasının nəzdində “Mozalan” satirik kinojurnalı yaradıldı. Jurnalın əksər buraxılışları tənqidi rakursuna, üslubuna görə bugün də aktuladır. Misalçün, “Vərdiş” süjetinin nəqletmə texnikası orjinallığı ilə seçilir, üstəlik, mövzu da köhnəlməyb.

Yumorun keyfiyyətinin qalxması sonrakı illərdə çəkilən “Ömrün səhifələri”, “Arvadım mənim, uşaqlarım mənim” kinoalmanxalarında, “Yaşa, qızıl balıq yaşa” filmində özünü göstərdi. Mentallığı tənqid, ekzistensial xiffət, necə yaşamalı sualı, toplumun bivecliyi burada yumor vasitəsilə önə çıxır. Yenilik kinoya gələn yeni rejissor nəslinin adıyla bağlıydı.

1988-ci ildən başlayan dəyişikliklər, senzuranın yumşalması kinoda yumoru yenilədi. “Molla Nəsrədddin” jurnalının konsepsiyasına xas siyasi-ictimai ironiya, sarkazm, qara yumor, qrotesklə, absurdla, sürreal yumorla, ekssentrizmlə – kinonun vizual məkanı dərinləşdi, ifadə vasitələri rəngarəngləşdi. Yeni kino dili – Vaqif Mustafayevin “Yaramaz”ı, Nizami Musayevin “Lətifə”si, Cahangir Mehdiyevin “Girişmə öldürər”i- tamaşaçıya alışmadığı diskomfort yaşadırdı. Sosializmdən kapitalizmə keçid dövrü yaşayan cəmiyyətin qeyri-müəyyən əhvalını, onların dəyişikliklərə reaksiyasını göstərən ekran işlərində dramatik, faciəvi məqamlar belə karikaturalaşdırılır, yumorla anladılırdı. Yeri düşmüşkən, “Lətifə”ni, “Yaramaz”ı nuar estetikasında çəkilmiş ilk komediyalar da saymaq olar.

Əslində yeni komediya tendensiyasının ilk elementləri Vaqif Mustafayevin “Musiqili xaş”(1984) Cahangir Mehdiyevin “Vah” (1980), “Diplom işi” (1979), Ramiz Əzizbəylinin “Pirverdinin xoruzu” (1987) filmlərində artıq vardı.

Sovet hakimiyyətinin dağılmasının ilk illəri komediya janrının müxtəlif istiqamətlərə, üslublara şaxələnməsinə, maraqlı interpretasiyalara fürsətlər verdi. Lakin sonrakı illərdə azad iqtisadi münasibətlər daraldıldı, kinonun alternativ mənbələrdən maliyyələşməsi məhdudlaşdırıldı, həmçinin daxili senzura, kinoya qoyulan vergi və digər problemlər nəticəsində yumorun inkişafı demək olar ki, dayandı.

2010-cu illərin əvvəllərindən kütləvi zövqə hesablanan, kommersiya komediyaları istehsal olunur. Əsas mövuzlar qəhrəmanların pul qazanmaq istəyi, maliyyə fırıldaqçılığıdır və onların əksəriyyəti beyin üçün saqqızdır. Qurşaqdan aşağı məzmunsuz zarafatlar, tualet yumorunun vulqar şəkildə ekrana daşınması, güldürmək naminə dəxlisiz vəziyyətlərin kontekstə soxuşdurulması “ha-ha-ha virusu”nun inkişafına səbəblər verir.

Sənətdəki bayağı gülüş və sosial-siyasi-ictimai mənada isə hər şeyi mırta tutmaq, intellektual təlxəklik ifadə azadlığının, özünüifadə məhdudluğunun, əksərin öz yerində olmamasının, şikəst təhsilin, cəmiyyətin psixozundan doğur. Amma sadaladıqlarım gözlə görünən səbəblərdir. Gözlə görünməyənlərin isə araşdırılmasına ehtiyac var.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör