Azlogos
  • Kimlər var
  • Bizi tanı

Klassikin payızı Azərbaycan kinosunda Hummer debütü Qorxaqlığın adı akademizm qoyulanda Qulağı cırmaqlamayan şeirlər Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir? Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Memarlıqda yeni era

AzLogos AzLogos
., Foto-qrafika
18 May 2020

Damdakı atlar, oriqami buludlar və divardakı həblər – gələcəyin memarlığı necə olacaq?

Nəhəng “A’ Design Award & Competition” beynəlxalq müsabiqəsinin hədəfi istedadlı dizaynerləri üzə çıxartmaq və onların özlərini bəyan etmələrinə imkan yaratmaqdır. Müsabiqənin təkcə bir laureatına (hər kateqoriyada onların sayı əllidən çoxdur) orta hesabla üç min avro vəsait ayrılır. Qaliblər böyük şirkətlərlə eyni səviyyədə işləmək imkanı qazanır, faydalı əlaqələr qurur və təbii ki, öz yaradıcılaqlarını bütün dünyaya sərgiləyirlər. Və onlar bu şəkildə tanınmağa layiqdirlər – müsabiqə iştirakçıları gerçəkliyi fərqli bucaqdan təqdim edir və tamaşaçıların təəssüratlarını təzələyirlər.

Mükafatın nominasiyalarından biri – “Memarlıq, inşaat, binaların və tikililərin layihələşdirilməsi” adlanır. Bu nominasiyada ən yaxşı layihələr xüsusi “şərəf kitabına” salınır, sonra isə dünyanın aparıcı studiyalarına və memarlıq bürolarına yayılır. Qaliblərin seçimi zamanı innovativlik, unikallıq, cəmiyyətə təsir, ekolojilik, enerji baxımından effektivlik və sair kimi meyarlar əsas götürülür.

Hazırda müsabiqədə iştirak üçün yenidən qeydiyyat açılıb, həmçinin 2019-2020-ci illərin ən yaxşı işləri ilə tanış olmaq imkanı da var. Diqqətəlayiqdir ki, müsabiqənin finalistləri yalnız İnstagram fotosu üçün yararlı sayılacaq, memarların ambisiyalarını məmnun etmək xatirinə tikilmiş obyektlər yox, ilk növbədə insanlar üçün yaradılan, həqiqətən, funksional binalar olur. Lakonik formalar, təbiətə yaxınlıq və işıq oyunları hərdən ortaya heyrətamiz nəticələr çıxarır.

preview_ddc9135c03dfd759570d7f8758756dfdMemar: Huafang Vang, Foto: Song Ye və Xinqhao Liu

“Hill Wind Hotel & Resort” kurort-mehmanxana kompleksi 2019-cu ilin aprelində inşa edilib. O, Çinin, bambuk meşələri və çoxsaylı “yaşıl” binaları ilə məşhur olan Antszi rayonunda yerləşir.

Layihənin müəlliflər bu qeyri-adi otelin eyni zamanda həm kağız buludlara, həm yonulmamış daşlara, həm də yuvaya bənzəməsini istəyiblər. Əllə tikilmiş ağ çadırlar konstruksiyaya yüngüllük təəssüratı verir. Mehmanxana nömrələrinin pəncərələri meşəyə açılır və hüzurlu bir amtosfer yaradır.

preview_12b9f54d5b4ab1b3ac0e4eaabff91d10Memarlar: Lili Xie və Fan Huang; Foto: Yang Jun Ning

Fotoda Quançjouda yerləşən “Fengyuan” adlı çin restoranının interyeri təsvir olunub. Müəssisə 2018-ci ilin oktyabrında istifadəyə verilib.

Memarlar Lili Xsie və Fan Huang məkanı qurarkən bura gələn müşətirələrdə Lego oyunu təəssüratı yaratmağa çalışıblar.

Dizayner konsepsiyası restoranın özəl yeməyinə – kokos südündə hazırlanmış toyuq əti – istinad edir. Yaşıllaşdırılmış polad, palma yarpaqlarını imitasiya edir, “damcı” çıraqlar və “bahar” masaları isə “fantastik meşə” atmosferi yaradır.

preview_262d57965f54a6ce633e085516da2b8aMemar: Tetsuya Matsumoto, Foto: Stirling Elmendorf

Nigah mərasimləri üçün nəzərdə tutulmuş “Parıldayan bulud” (Cloud of Luster) məbədinin layihəsini tanınmış yapon memarı Tetsuya Matsumoto hazırlayıb. Məbəd 2019-cu ilin martında Ximedzi şəhərində istifadəyə verilib.

Matsumotonun fikrincə, toy mərasimlərinin əksəriyyəti eyni tərzdə keçirilir, dəbdəbəli dekorasiyalar, rənglərin çoxluğu diqqətləri əsas şeydən – yeni evlənənlərdən yayındırır. Məhz, buna görə də, məbəd bu qədər minimalist tərzdə dizayn edilib, məkan isə “qəlbləri işıqlandıra” bilməkdən ötrü açıqdır.

preview_b9518102a025cb1cbdbd67c063c1131aLayihə: K11 Musea, Foto: Edmond Leong

Onmərtəbəli “K11 Musea” ticarət mərkəzinin inşasına on il sərf olunub. O, Honqkonqun “Victoria Dockside” rayonunda – “mədəni” Çaxmaqdaşı vadisində yerləşir.
Layihənin müəllifləri- K11 qrupu bu işlərində incəsənətin və dizaynın yeni formaları ilə istehlakçıların adi həyatlarına rəng qatmaq istəyiblər.

Kompozisiyanın mərkəzində Opera teatrı adlandırılmış 35 metrlik atrium yerləşir. Xüsusi projektorlar vasitəsilə gerçəkləşdirilən işıqlandırma ticarət mərkəzini kiçik qalaktikaya çevirir və kosmik atmosfer yaradır.

preview_41eb3b1d6681c778bf128097324af76bLayihə: Arch-Hermit, Foto: “Arch-exist Photography”

“Ranwu” kempinqi Tibet dağlarında, təxminən, dörd min metr yüksəklikdə yerləşir. Otel 2010-cu ilin avqustunda Çinin G318 milli avtomagistralı boyunca inşa edilib. “Ranwu”nun zəlzələyə davamlılığına nail olmaq və ətraf mühitə ziyan vurmamaqdan ötrü Arch-Hermit şirkəti tikintidə yığma polad konstruksiyadan istifadə edib.

Formasına görə, kempinq Ranvu gölünün – mehmanxananın adı burdan götürülüb – sahilində qanadlarını açmış qartala bənzəyir. Ancaq memarlar yerli iqlimin pis olmasından və dağın qonşu ətəyindəki çirkli su borusundan şikayətlənirlər: “Düşərgənin turistləri cəlb etmək ehtimalı nisbətən azdır, ümumiyyətlə, onu burda tikib-tikməmək dilemma idi”, – layihənin müəllifləri deyirlər.

preview_c28d71f90b76c868d4b837b116abffc3

Layihə: Revano Satria, Foto: Fernando Gomulya

“Ən elementar memarlıq bilgilərini dizayna qeyri-standart yanaşma ilə birləşdirmək ideyası bizi həmişə cəlb edib”, – “Z Line House” adlı şəxsi evin necə yaradıldığı barədə danişan memar Revano Satriya deyir.

Ev 2019-cu ilin oktyabrında İndoneziyanın Semaranq şəhərində tikilib. Memarın sözlərinə görə, layihənin hazırlanması zamanı ən böyük çətinlik sifarişçinin tələbi ilə bağlı idi: o istəyirdi ki, ev eyni zamanda həm hər kəsi heyrətləndirsin, həm də yerli mədəniyyət ənənələrinə zidd olmasın. Nəticədə məkanın funksionallığını itirmədən həm birinci, həm də ikinci tələbi yerinə yetirmək mümkün olub.

preview_f59164e55e283e3540192f00165accdcLayihə: Shawn Cheung – GOA, Foto: SHIROMIO Studio, Three Wind, ZHOU Yijin

“Muh Shoou Xixi” mehmanxanası Çinin Hançjou şəhərində yerləşir. O, 2018-ci ildə ölkənin ən güclü komandalarından biri – Şon Çenqin rəhbərliyi altında GOA (Group of Architects) tərəfindən inşa edilib. Memmanxananın adı “sonuncu meyvə” kimi tərcümə olunur. Ənənəyə görə, fermerlər onu ağacda saxlayırlar ki, tanrılar növbəti ildə onların yaxşı məhsul yetişdirməsinə yardım etsin.

“Muh Shoou Xixi” mehmanxanası yerli landşafta harmonik şəkildə yerləşdirilib və buranın ziyarətçiləri bataqlıqların atmosferindən həzz ala bilirlər. Mehmanxananın ərazisində piyada və su gəzintiləri üçün marşrutlar, həmçinin nadir bitkilərin (ən qədimi, təxminən, 100 yaşındadır) yetişdirildiyi bağlar salınıb.

preview_23d5a4c262be3624a895b9a39300ad92

Layihə: Peter Kuczia, Foto: nomadd+

Alman memarı Peter Kuczia maşın yolunun üzərindən keçən eybəcər körpü-piyada keçidini maraqlı installyasiyaya çevirib. Memar, 2018-ci ildə günəş batareyaları ilə qidalanan “Solar Skywalks” işıqlandırma sistemini yaradıb. Körpü-keçiddə isə ona yeni bir “detal” – elektromobillər üçün enerji doldurucu əlavə edib.

Başlanğıcda bu cür işıqlandırma sistemi Pekin körpüləri üçün hazırlanmışdı. Ancaq sonralar analoji maketlər Şanxayda və Münhendə də quruldu və məlum oldu ki, “Solar Skywalks”u müxtəlif iqlim qurşaqlarında tətbiq etmək mümkündür. Hərçənd, hələlik bu layihə kağız üzərində qalır.

preview_d38fcbb83965e404fdb9fbb014df1b2e

Layihə: Shenzhen IN Lab Design and Consultancy, Foto: Lab Design and Consultancy

“Nine Court Mansion” ictimai məkanı Çinin Çunçin şəhərində 2019-cu ilin mayında salınıb. Məkanın interyer tərtibatı ilə landşaft dizayneri Tszyanyan Çjou məşğul olub. Layihənin hədəfi Çinin hazırkı inkişaf səviyyəsini əks etdirmək, eyni zamanda onun ənənəvi mədəniyyətini yada salmaqdır: tikililərdə qədim əjdahalı saraylara göndərmələr aydın görünür. Dizaynerin fikrincə, təbiətlə insanın vəhdəti daim şübhə altına alınır, bununla belə öz köklərini də unutmaq olmaz.

preview_3f3873b0bc74eb2d2d24e8c67f94d7c1

Layihə: Yoshiaki Tanaka, Foto: Hiroshi Tanigawa

“İsti açıqlıq” (“Warm Transparency”) tibbi klinikası Yaponiyanın Naqoya şəhərində yerləşir. Klinika, “TSC Architects” bürosunun mütəxəssisləri tərəfindən inşa edilib. Memarlar layihəni hazırlayarkən xəstələrin “ağacın istiliyini” hiss edərək sakitləşmələrinə nail olmağa çalışıblar. Tikili ağacdan hazırlansa da, xəstəxana ən müasir texnika ilə təchiz olunub. Hətta həkimi gözləyən xəstələrin, gün işığının miqdarını öz istəklərinə uyğun tənzimləmək imkanı da var – tavanı avtomatik qurğunun köməyilə açmaq mümkündür.

preview_6cfb69219491799f43606bc3fa614278

Layihə: Xiang Li, Foto: Shao Feng

“Park Zoo Hotel”, 2018-ci ilin payızında Çinin Xançjou şəhərində istifadəyə verilib. Layihənin hədəfi müştərilərin diqqətini nəsli kəsilməkdə olan heyvanlara yönəltmək və insanları öz davranışları barədə düşünməyə vadar etməkdir. Məsələn, divardakı rəngbərəng həblər laboratoriyalarda yeni dərmanların heyvanlar üzərində sınaqdan keçirilməsini yada salır. Heyvan fiqurları interyerə elə daxil edilib ki, dərhal gözə çarpmır. Dizayner Xiang Linin demək istədiyi də elə budur: insanlar tez-tez problemə yanlış bucaqdan baxırlar.

preview_5b8cec521034124d8b27fc7a4743123c

Layihə: Vicky Chan, Foto: Avoid Obvious Architects

“Sorec Horse Park” ippodrom kompleksi 2019-cu ilin martından inşa prosesindədir (Mərakeş, Rabat). Layihənin baş memarı Vicky Chanın sözlərinə görə, ekoloji izləri azaltmaq və təbiətə zərər vurmamaqdan ötrü (söhbət nəqliyyat çirkliliyindən gedir) inşaatda yalnız yerli materiallardan istifadə olunur.

Atlara hörmət ərəb mədəniyyətinin əsas elementlərindən biridir. Məkanın dizaynında da bunu əks etdirməyə çalışıblar. Chanın ideyasına əsasən, qoşaçatılı dam çapan atı xatırlatmalıdır.

«Sorec Horse Park” yaşıllıqlarla zəngindir, burda çoxlu xəlvət guşələr, əyləncə və oyunlar – ailənizlə birlikdə gəlməyiniz üçün hər şey var”, – memar deyir.

1 - 12
- +
preview_262d57965f54a6ce633e085516da2b8a
preview_b9518102a025cb1cbdbd67c063c1131a
preview_41eb3b1d6681c778bf128097324af76b

preview_f59164e55e283e3540192f00165accdc

preview_ddc9135c03dfd759570d7f8758756dfd
preview_12b9f54d5b4ab1b3ac0e4eaabff91d10

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

MyCollages
.

Klassikin payızı

21 Aprel 2021
hummer-h1-gty-ps-200117_hpMain_2_4x3_992
.

Azərbaycan kinosunda Hummer debütü

20 Aprel 2021
IMAGE 2021-04-20 15:41:17
.

Qorxaqlığın adı akademizm qoyulanda

20 Aprel 2021
MyCollages
.

Qulağı cırmaqlamayan şeirlər

19 Aprel 2021
10ee2967-03a2-45c7-94b0-330ef5deef3b
.

Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir?

18 Aprel 2021
1598015699061
.

Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi

17 Aprel 2021

Redaktorun seçimi

1939-da haradaydıq?

“Sənə, bəşəriyyət!”

600 ildə dəyişən interyer

Klassik musiqi və ümumiyyətlə Sənət musiqisi haqqında düşüncələr

Psixoloji müqavimət

Yad Azərbaycan

Zamanı bitmiş mantralar

İsa Qəmbər: “Hakimiyyət könüllü şəkildə heç bir islahata getməyəcək”

Ağdərə əməliyyatı

Xəyanət barədə PSevdosöhbət

Operativ Qərargahın rəqəmləri

Наша маленькая победа

Biomimetika – təbiətdən ilham almaq

Çağdaş filosoflar koronavirusu necə müzakirə edirlər?

Azad olunmuş ərazilər və bazar iqtisadiyyatına keçid

Proyeksiya (sonu)

Şort və universitet

Dövlətin sənəti qiymətləndirmə cədvəli

İtirilmiş cəhənnəm

Uduzduğumuz müharibə

Qara qızıldan yaşıl qızıla?

Abşeron Vadisi-Quo Vadis?

Toy generalları

AzLogos müsabiqənin nəticələrini açıqlayır

Utandıran “Düşərgə”

Teymur Daimi: “Arxasında ideya dayanmayan işlər mənasızdır”

“Netflix”iniz var?

Azərbaycan kinosunda Hummer debütü

333 il dəniz altında – Abbas Atilay təqdim edir

Ətağa Sertifikat

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel