Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

“Marmara Forum” ticarət mərkəzində uşaq oyun meydançası

Sahil Qənbərli Sahil Qənbərli
., Dizayn
09 Dekabr 2020
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
Bildschirmfoto 2020 12 06 um 13.45.27
Paylaş

CARVE memarlıq şirkəti Türkiyədə yerləşən “Marmara Forum” ticarət mərkəzinin rekreasiyası üçün terasda uşaq oyun ərazisi inşa edib. 400 m2 ərazini əhatə edən bu layihə son dərəcə rəngarəng (estetik) və funksional bir konseptdir. Memarlıqda estetika və funksionallıq ən vacib şərtdir.

Bildschirmfoto 2020-12-06 um 13.45.27

Ticarət mərkəzlərində teras mərtəbələr adətən əyləncə və qidalanmaq üçün istifadə olunur. Marmara Forum-da yenilənən teras mərtəbə eyni zamanda bu ərazi üçün yeni cazibə mərkəzi tələb edirdi. Elgar Blitz (CARVE direktoru) açıq hava məkanını özünəməxsus səviyyədə həll etmiş kimi görünür.

Oyun mərkəzi müxtəlif yaş qrupları üçün müxtəlif məkanlar təklif edir. Adətən belə dizaynların estetika-funksionallıq balansı olduqca kəskin pozulur. (Hesab edirəm ki, bu, çox təbiidir). Əlbəttə bu, memarlığın fundamental prinsipinə də zidddir.

Konsept “yerdən yüksələrək buludlara toxunma təcrübəsi” adlanır. CARVE dizaynın forması ilə istifadəçilər (müxtəlif yaş qruplarına aid uşaqlar) arasında maraqlı bağlantı qurmağı hədəfləyir.

Bildschirmfoto 2020-12-06 um 13.45.31

Uşaq oyun məkanları adətən sərhədlənmiş, çərçivələnmiş olmalıdır. Bu, memarlıqda məkanın etibarlılığını artırır, müxtəlif diskomfortlardan azad edir, paradoksal olsa da istifadəçilərin özlərini daha azad hiss etməsini təmin edir.

Dizayn, içərisində sərbəst oyunu mümkün edən böyük həcmli kürələrdən ibarətdir.

Bildschirmfoto 2020-12-06 um 13.45.35

Layihə 4 müxtəlif yaş qrupları üçün ayrı məkan seçimləri ilə qarşımıza çıxır – kiçik uşaq ərazisi, dırmaşma qübbəsi, böyük kürələr məkanı, 8 metr yüksəkliyində daxili oyun mərkəzi.

Bildschirmfoto 2020-12-06 um 13.45.37 (1)

Bildschirmfoto 2020-12-06 um 13.45.40 (1)

Dəmir strukturdan ibarət “Bulud” adlandırılan kürələrin içi tamamilə oyun elementləri ilə əhatə olunmuşdur. Uşaqlar dırmaşır, sürüşür, asılmış hörümçək torlarında uzana bilir, rəngli çərçivələrdən şəhərin siluetini izləyə bilir. Oyun buludlarının içərisində yerləşən polarizer çərçivələrdən və ya dikroik pəncərələrdən şəhərə baxmaq olduqca möhtəşəmdir. Bu, bizə (yaşlı uşaqlara) sadəcə estetik görünsə də, uşaqlarda həqiqi dünya ilə xəyal dünyasını eyni anda yaşamağa kömək edir.

Bildschirmfoto 2020-12-06 um 13.45.43

Memarlıq ilə maraqlananlar üçün layihənin plan, kəsik, görünüş və s. texniki çizimlərini təqdim edirəm.

 

Bildschirmfoto 2020-12-06 um 13.45.46 Bildschirmfoto 2020-12-06 um 13.45.56 Bildschirmfoto 2020-12-06 um 13.45.51 Bildschirmfoto 2020-12-06 um 13.45.54

 

 

 

 

 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör