Azlogos
  • Kimlər var
  • Bizi tanı

Homolar niyə danışmağa başladılar? Vaksin diplomatiyası: Şərq - Qərb rəqabəti yeni müstəvidə Aygün Aslanlı: "Sevda Sultanova baş ifritədir" Mərkəzi Bankın yeni binası AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili Ara Papyan: "Azərbaycan xərcləri bizə yükləyəcək"
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Maqomayevi necə öldürdülər

AzLogos AzLogos
., Kültür
18 Mart 2020

Martın 9-da Rusiyanın Birinci kanalında “Maqomayev” adlı çoxseriyalı zibilin nümayişi başlayıb. Onu çoxseriyalı bədii film, ya da ən pis halda serial da adlandırmaq olardı, amma sözügedən məhsulun istehsalçılarının, bütün ölkənin sitayiş etdiyi bir artistin adından istifadə edərək tamaşaçılara təklif etdikləri şeyi heç bir şəkildə sənət adlandırmaq mümkün deyil. Hətta layihədə iştirak edən aktyorların vicdanla sərf etdikləri enerjilərinə, güclərinə və istedadlarına rəğmən…

Miloş Bikoviçə – onu gözlərini döyməyə, küt-küt gəzməyə məcbur edən qabiliyyətsiz rejissorun əlində faciəvi qurbana çevrilmiş istedadlı, son dərəcə dramatik aktyora baxanda adamın ürəyi qan ağlayır. Maqomayev rolunun ifaçısını müxtəlif illərə aid videomateriallarla təmin etmək, onun üçün vokal müəllimi tutmaq və şərqli, eyni zamanda da kübar kişinin daxili obrazı üzərində işləməsinə kömək etmək yerinə Prıqunov kobud yolla gedib və intellegent azərbaycanlı obrazını qədd-qamətli, alicənab serbin əyninə, demək olar ki, zorla “geyindirib”.

Maqomayevi necə öldürdülər

Miloş ona verilmiş tapşırıq çərçivəsində əlindən gələn hər şeyi edib, ssenaridəki, rejissor, operator işindəki bir yığın boşluqları öz qeyri-adi cazibəsi ilə doldurub. Ancaq kanal rəhbərliyi tərəfindən rolu səsləndirmək üçün seçilən səs, Bikoviçin hətta istedadsız rejissuraya rəğmən edə bildiyini də məhv eləyib. Fürsətdən istifadə edib Rusiyanın bütün rejissor və prodüserlərinə qəti çağırışla müraciət etmək istəyirəm: Bikoviçi, ona yaraşmayan axmaq səslərlə səsləndirməyə son qoyun!

Miloşun gözəl, şirin tembri və oynadığı rolların 99%-də obrazın ahəngini pozmayan çox yumşaq, eleqant şivəsi var. Rus kinosunda Miloş üçün doğru səs yalnız bir dəfə – Nikita Mixalkovun “Günəş vurması” filmində seçilib. Digər hallarda biz aktyor tərəfindən dəqiqliklə qurulmuş rolun qorxunc, infernal səsləndirmə ilə məhv edildiyinin şahidi oluruq. Və “Maqomayev” – bunun ən parlaq nümunəsidir.

O ki qaldı əhvalatın özünə… Adamda elə hiss yaranır ki, auditoryanı cəlb etməkdən ötrü Maqomayev haqqında “şirinçay” elementləri daxil edilmiş bayopik yazmaq tapşırığını eşidən ssenari müəllifləri dərhal Vikipediyanı açıblar və filmin ekspozisiyasını müğənninin tərcümeyi-halındakı iki “şübhəli” fakt üzərində qurublar – tv redaktoru olan qızla uzun illər çəkmiş nigahdankənar həyatı və “OBXSS”-in (sosialist əmlakının mənimsənimləsi ilə mübarizə şöbəsi) xəttiylə açılmış cinayət işində iştirakı.

Ola bilsin ki, bu hekayənin ortalarında yaradıcı iztirablara, repertuar, mahnıların yazılması ilə bağlı əhvalatlara da yer ayrılacaq, amma müğənninin həyatının peşəkar, yaradıcı aspektləri ilə maraqlanan tamaşaçı ilk iki seriyadan sonra qaçıb və bir daha geri qayıtmayacaq.

Niyə Müslüm Maqomayevin hələ sağlığında qürurla və çox tez-tez dilə gətirilən “La Skala”da təcrübə keçməyi faktı ssenaristlərin diqqətindən kənarda qalıb? Niyə kanalın redakturası “Vısotski”də olduğu kimi burda da elə birinci sətirlərdən dahi sənətkarın tərcümeyi-halındakı xoşagəlməz epizodlardan biri haqqında danışmaq istəyib?…

Maqomayevi necə öldürdülər

Bəsit dramaturgiyanı rahat buraxıb filmin dialoqlarında aşıb-daşan elementar qrammatik səhvlərə, danışıq dili və jarqonizmlərə diqqət yönəltmək istəyirəm.

Əsas qəhrəmanların ağzından rus dilinin qrammatik qaydalarını pozan cümlələr tökülür, halbuki onlar böyük bir ölkənin elitasının təmsilçiləridir. Əsas qəhrəmanın mövzusuna kontrapunkt olaraq, heç nədən şübhələnməyən müğənninin əliylə Furtsevanı devirməyə çalışan pis “keqebeçi” mövzusu çıxış edir. Əgər bu məqamda içinizdəki iyrənmək hissini boğub normal aktyor oyunundan həzz almağı bacarsanız, heç olmazsa, aktyorların xətrinə baxmaq mümkündür. Ki, hər şeyə rəğmən, filmdə bu var: Alyona İvçenko (Furtseva), Artyom Volobuyev (keqebeçi Sorokin), Aleksandr Sokolovskiy (Sinyavskayanın əri), İrina Antonenko (Tamara Sinyavskaya), Svetlana Ustinova (Maqomayevin vətəndaş nigahındakı arvadı). Lakin “Stilyaqalar” sayağı zövqsüz, bəsit musiqi nömrələri zövqlü tamaşaçının filmi izləməyə davam etməsi üçün heç bir şans qoymur. Və bu yaradıcı apokalipsisi Kaluqa stadionundakı konsert səhnəsində göstərilən ortabab, donuq kütlə tamamlayır: müəlliflər, ümumi planlarda bizə, iri planlarda gördüyümüz mahnı oxuyan, rəqs edən insanların doldurduqları tribunalar əvəzinə insanların şərti təsvirləri çəkilmiş statik, bəsit mənzərə təqdim edirlər. Hətta texniki baxımdan axsayan sovet kinoindustriyası da bu qədər açıq başdansovduluğa yol vermirdi.

Axı, niyə, üçüncü minilliyin üçüncü onilliyində biz böyük büdcələrə və texniki imkanlara sahib ola-ola hər dəfə tarixi materialın zay edilməsi problemi ilə üzləşirik? Daha bir parlaq bioqrafiya ucuz şəkildə xərcləndi. Növbəti yaradıcı şəxsiyyətin, öz dövrünün qəhrəmanının, milyonların kumirinin çətin, ancaq çox maraqlı taleyi bayağı eyş-işrət səviyyəsinə endirildi. Halbuki iki dahiyanə səsin, öz dövrünün iki dahi sənətkarının böyük sevgisi qətiyyən bayağı eyş-işrət deyildi.

“Maqomayev”in ilk iki seriyasını izləyəndən sonra təcili karmanı təmizləmək və dahi “Melodiya”nı dinləmək arzusu duydum. Hərçənd əgər bu qorxunc serialın məqsədi tamaşaçını Müslüm Maqomayevin köhnə səs yazılarını dinləməyə sövq etmək idisə, tək istifadəlik məhsulun müəllifləri bu tapşırığın öhdəsindən 100% gəliblər.

Mariya Bezruk

kino-teatr.ru

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

4bffe6a4796c9511a402fbca114b4c36
.

Homolar niyə danışmağa başladılar?

19 Yanvar 2021
Bildschirmfoto 2021-01-19 um 09.28.26
.

Vaksin diplomatiyası: Şərq – Qərb rəqabəti yeni müstəvidə

19 Yanvar 2021
MyCollages (1)
.

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

18 Yanvar 2021
72bf790de768
.

Mərkəzi Bankın yeni binası

18 Yanvar 2021
2a636268-88cf-4a6f-a877-1d503225bf6e_850
.

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili

17 Yanvar 2021
bff788fb822295cd80b2656d1b04af1d
.

Ara Papyan: “Azərbaycan xərcləri bizə yükləyəcək”

17 Yanvar 2021

Redaktorun seçimi

Ölüm çox yaxındır

Elmarın itkin qadını

“Bir mələyin xatirəsinə”

Müasir meymunlar da təkamül edir – Bir qrup meymun Daş dövrünə keçib (Video)

Proyeksiya (sonu)

“NoWar” – Qəhbəliyin bir başqa adı (yenilənir)

Çoxlu Faust

Ələkbər Vinterturda

İlqar Məmmədov: “Xilaskar axtarışı diktaturanın birinci addımıdır”

Həqiqi iman sahibi təhlükəsi

Qum dalğaları

Qarabağ filmləri barədə

Gürcüstan etirazları

“Zibil etirazı” və polis

Svetlana Aleksiyeviç: “Faşizm – bayağı operetta, kommunizm – qorxunc təhlükədir”

Biznesdə kitabların yazmadığı şeylər – III HİSSƏ

Gürcüstanda azərbaycanlılara qarşı diskriminasiya

Kərimlinin oynayan göz-qaşı və Qarabağ “dərdi”

“Ustad və Marqarita”nın bütün ekranlaşdırma cəhdləri

Apostrof – Qadın olmaq

Xəzərin “Həyat yolu” və yüzillik sinemateka

Havayi qalalar

Evdəki allah

Qaldığımız evlər

Yaradıcılıq, nağıl və simvollaşdırma

Rədd olun Çindən!

Elçibəy KQB arxivlərini niyə açmadı?

Biz niyə yazmalıyıq?!

Nənələrin müdrikliyi

Transmilli Şirkətlər və Post-Demokratiya

Maqomayevi necə öldürdülər

AzLogos AzLogos
., Kültür
18 Mart 2020

Martın 9-da Rusiyanın Birinci kanalında “Maqomayev” adlı çoxseriyalı zibilin nümayişi başlayıb. Onu çoxseriyalı bədii film, ya da ən pis halda serial da adlandırmaq olardı, amma sözügedən məhsulun istehsalçılarının, bütün ölkənin sitayiş etdiyi bir artistin adından istifadə edərək tamaşaçılara təklif etdikləri şeyi heç bir şəkildə sənət adlandırmaq mümkün deyil. Hətta layihədə iştirak edən aktyorların vicdanla sərf etdikləri enerjilərinə, güclərinə və istedadlarına rəğmən…

Miloş Bikoviçə – onu gözlərini döyməyə, küt-küt gəzməyə məcbur edən qabiliyyətsiz rejissorun əlində faciəvi qurbana çevrilmiş istedadlı, son dərəcə dramatik aktyora baxanda adamın ürəyi qan ağlayır. Maqomayev rolunun ifaçısını müxtəlif illərə aid videomateriallarla təmin etmək, onun üçün vokal müəllimi tutmaq və şərqli, eyni zamanda da kübar kişinin daxili obrazı üzərində işləməsinə kömək etmək yerinə Prıqunov kobud yolla gedib və intellegent azərbaycanlı obrazını qədd-qamətli, alicənab serbin əyninə, demək olar ki, zorla “geyindirib”.

Maqomayevi necə öldürdülər

Miloş ona verilmiş tapşırıq çərçivəsində əlindən gələn hər şeyi edib, ssenaridəki, rejissor, operator işindəki bir yığın boşluqları öz qeyri-adi cazibəsi ilə doldurub. Ancaq kanal rəhbərliyi tərəfindən rolu səsləndirmək üçün seçilən səs, Bikoviçin hətta istedadsız rejissuraya rəğmən edə bildiyini də məhv eləyib. Fürsətdən istifadə edib Rusiyanın bütün rejissor və prodüserlərinə qəti çağırışla müraciət etmək istəyirəm: Bikoviçi, ona yaraşmayan axmaq səslərlə səsləndirməyə son qoyun!

Miloşun gözəl, şirin tembri və oynadığı rolların 99%-də obrazın ahəngini pozmayan çox yumşaq, eleqant şivəsi var. Rus kinosunda Miloş üçün doğru səs yalnız bir dəfə – Nikita Mixalkovun “Günəş vurması” filmində seçilib. Digər hallarda biz aktyor tərəfindən dəqiqliklə qurulmuş rolun qorxunc, infernal səsləndirmə ilə məhv edildiyinin şahidi oluruq. Və “Maqomayev” – bunun ən parlaq nümunəsidir.

O ki qaldı əhvalatın özünə… Adamda elə hiss yaranır ki, auditoryanı cəlb etməkdən ötrü Maqomayev haqqında “şirinçay” elementləri daxil edilmiş bayopik yazmaq tapşırığını eşidən ssenari müəllifləri dərhal Vikipediyanı açıblar və filmin ekspozisiyasını müğənninin tərcümeyi-halındakı iki “şübhəli” fakt üzərində qurublar – tv redaktoru olan qızla uzun illər çəkmiş nigahdankənar həyatı və “OBXSS”-in (sosialist əmlakının mənimsənimləsi ilə mübarizə şöbəsi) xəttiylə açılmış cinayət işində iştirakı.

Ola bilsin ki, bu hekayənin ortalarında yaradıcı iztirablara, repertuar, mahnıların yazılması ilə bağlı əhvalatlara da yer ayrılacaq, amma müğənninin həyatının peşəkar, yaradıcı aspektləri ilə maraqlanan tamaşaçı ilk iki seriyadan sonra qaçıb və bir daha geri qayıtmayacaq.

Niyə Müslüm Maqomayevin hələ sağlığında qürurla və çox tez-tez dilə gətirilən “La Skala”da təcrübə keçməyi faktı ssenaristlərin diqqətindən kənarda qalıb? Niyə kanalın redakturası “Vısotski”də olduğu kimi burda da elə birinci sətirlərdən dahi sənətkarın tərcümeyi-halındakı xoşagəlməz epizodlardan biri haqqında danışmaq istəyib?…

Maqomayevi necə öldürdülər

Bəsit dramaturgiyanı rahat buraxıb filmin dialoqlarında aşıb-daşan elementar qrammatik səhvlərə, danışıq dili və jarqonizmlərə diqqət yönəltmək istəyirəm.

Əsas qəhrəmanların ağzından rus dilinin qrammatik qaydalarını pozan cümlələr tökülür, halbuki onlar böyük bir ölkənin elitasının təmsilçiləridir. Əsas qəhrəmanın mövzusuna kontrapunkt olaraq, heç nədən şübhələnməyən müğənninin əliylə Furtsevanı devirməyə çalışan pis “keqebeçi” mövzusu çıxış edir. Əgər bu məqamda içinizdəki iyrənmək hissini boğub normal aktyor oyunundan həzz almağı bacarsanız, heç olmazsa, aktyorların xətrinə baxmaq mümkündür. Ki, hər şeyə rəğmən, filmdə bu var: Alyona İvçenko (Furtseva), Artyom Volobuyev (keqebeçi Sorokin), Aleksandr Sokolovskiy (Sinyavskayanın əri), İrina Antonenko (Tamara Sinyavskaya), Svetlana Ustinova (Maqomayevin vətəndaş nigahındakı arvadı). Lakin “Stilyaqalar” sayağı zövqsüz, bəsit musiqi nömrələri zövqlü tamaşaçının filmi izləməyə davam etməsi üçün heç bir şans qoymur. Və bu yaradıcı apokalipsisi Kaluqa stadionundakı konsert səhnəsində göstərilən ortabab, donuq kütlə tamamlayır: müəlliflər, ümumi planlarda bizə, iri planlarda gördüyümüz mahnı oxuyan, rəqs edən insanların doldurduqları tribunalar əvəzinə insanların şərti təsvirləri çəkilmiş statik, bəsit mənzərə təqdim edirlər. Hətta texniki baxımdan axsayan sovet kinoindustriyası da bu qədər açıq başdansovduluğa yol vermirdi.

Axı, niyə, üçüncü minilliyin üçüncü onilliyində biz böyük büdcələrə və texniki imkanlara sahib ola-ola hər dəfə tarixi materialın zay edilməsi problemi ilə üzləşirik? Daha bir parlaq bioqrafiya ucuz şəkildə xərcləndi. Növbəti yaradıcı şəxsiyyətin, öz dövrünün qəhrəmanının, milyonların kumirinin çətin, ancaq çox maraqlı taleyi bayağı eyş-işrət səviyyəsinə endirildi. Halbuki iki dahiyanə səsin, öz dövrünün iki dahi sənətkarının böyük sevgisi qətiyyən bayağı eyş-işrət deyildi.

“Maqomayev”in ilk iki seriyasını izləyəndən sonra təcili karmanı təmizləmək və dahi “Melodiya”nı dinləmək arzusu duydum. Hərçənd əgər bu qorxunc serialın məqsədi tamaşaçını Müslüm Maqomayevin köhnə səs yazılarını dinləməyə sövq etmək idisə, tək istifadəlik məhsulun müəllifləri bu tapşırığın öhdəsindən 100% gəliblər.

Mariya Bezruk

kino-teatr.ru

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

4bffe6a4796c9511a402fbca114b4c36
.

Homolar niyə danışmağa başladılar?

19 Yanvar 2021
Bildschirmfoto 2021-01-19 um 09.28.26
.

Vaksin diplomatiyası: Şərq – Qərb rəqabəti yeni müstəvidə

19 Yanvar 2021
MyCollages (1)
.

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

18 Yanvar 2021
72bf790de768
.

Mərkəzi Bankın yeni binası

18 Yanvar 2021
2a636268-88cf-4a6f-a877-1d503225bf6e_850
.

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili

17 Yanvar 2021
bff788fb822295cd80b2656d1b04af1d
.

Ara Papyan: “Azərbaycan xərcləri bizə yükləyəcək”

17 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel