Azlogos
  • Kimlər var
  • Bizi tanı

Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri Gürcü ədəbiyyatında azərbaycanlılar Şərqdən Qərbə. Söz və göz mədəniyyəti Allaha ən sadə və ən səmimi yalvarış məkanı Çağdaş kinematoqrafiyada əsas trendlər Etibar qazanmağın vacibliyi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Maksim və Cavidin Fatih Terim olması

Zaur Xudiyev Zaur Xudiyev
., Yaşıl meydan
10 Sentyabr 2019

İl 2017. Türkiyə Futbol Federasiyası AÇ-2016-dakı uğursuz çıxışdan sonra onsuz da kreslosu laxlayan milli komandanın baş məşqçisi Fatih Terimi İzmirdə bir restoranda qarışdığı qalmaqal səbəbilə vəzifəsindən uzaqlaşdırdı. 2013-cü ildə TFF ilə 5+2 illik müqavilə imzalamış Terim isə öz növbəsində işinə erkən son verildiyi üçün təzminat tələb etdi. Həm də nə az, nə çox, düz 3.5 milyon avro.

Əlbəttə, hüquqi cəhətdən Terim haqlı idi və təzminatı ödəmək istəməyən TFF-ni məhkəməyə verdi. Məhkəmə isə işə son verilmə səbəblərini və şikayətçinin işlədiyi müddəti nəzərə alaraq federasiyanın 5.2 milyon TL ödəməsi haqqında qərar çıxardı. Amma hər şey qanunauyğun şəkildə getsə də, bu hadisə Türkiyədə böyük səs-küy, ajiotaj oyatdı. Hər nə qədər Terim hüquqi cəhətdən haqlı olsa da, şərq ölkələrində, xüsusilə də Türkiyə kimi patriotizmin fontan vurduğu bir yerdə “Vətən, Millət, Sakarya!” şüarını özünə deviz seçmiş birinin dövlətdən, dolayısı ilə insanların vergisindən təzminat istəməsi xalq tərəfindən xoş qarşılanmadı.

Onsuz da millidəki uğursuzluqdan sonra nüfuzu zədələnən Terim bir az da qınaqlara, tənələrə məruz qaldı. Amma illərin təcrübəsi burda da öz sözünü dedi. Pulgirlikdə, tamahkarlıqda ittiham olunan təcrübəli məşqçi açıqlama verərək TFF-dən alacağı təzminatı son qəpiyinə qədər “Türkiye Çocuk Esirgeme Kurumu”na köçürəcəyini bildirdi və dediyini də etdi. İnsanların gözündə tamahkar kimi görünən adam bir anda qəhrəmana, xeyirxah, mesenat bir şəxsə çevrildi.

Bu köçürmə həmçinin Türkiyənin tarixinə ən böyük “bağış” olaraq keçdi.

İl 2019. AÇ-2020-nin seçmə mərhələsində qrupda keçirdiyi ilk 4 oyunun hamısında məğlub olan Azərbaycan millisi beşinci qarşılaşmada evdə dünya ikincisi Xorvatiyanı qəbul edir. Qarşılaşma gözlənilməz şəkildə 1:1 hesablı bərabərliklə başa çatır və yığmamız tsikldə ilk xalını qazanır. Azarkeşlər, futbol ictimaiyyəti yenicə uğurlu nəticənin verdiyi həzzi duyub, gərginləşmiş əsəblərini sakitləşdirmək istəyirdilər ki, matçdan sonra millimizin iki oyunçusunun verdiyi ehtiyatsız açıqlamalar gündəmi dəyişdi.

Belə ki, milli komandamızın üzvləri Maksim Medvedev və Cavid Hüseynov qarşılaşmadan sonra jurnalistlərin qurduğu “tələ”yə düşərək uğurlu nəticəyə görə AFFA rəhbərliyindən mükafat gözlədiklərini bildirdilər. AFFA-nın bu işlərdə nə qədər səxavətli olduğu, hətta bəzən uduzulmuş oyunlardan sonra belə futbolçulara mükafat verdiyi ən azından futbolun içində olanlara bəllidir.

O da aydın məsələdir ki, vitse-dünya çempionu ilə oyundakı heç-heçə heç bir halda hədiyyəsiz qalmayacaqdı. Amma görünür, uzun müddətli uğursuzluğun fonunda qazanılmış kiçicik uğur futbolçularımızda sayıqlığın itirilməsinə yol açdı və ortaya belə bir lüzumsuz açıqlamalar çıxdı.

Lakin keçənə güzəşt deyərlər. Söz ki ağızdan çıxdı, artıq sənin deyil. Hazırda futbol ictimaiyyəti sözügedən oyundakı bərabərlikdən çox futbolçuların mükafat məsələsini müzakirə edir.

Yaxşı, işini bilən bir PR menecer ola, bu durumu 180 dərəcə futbolçuların xeyrinə dəyişə. Elə yuxarıda bəhs etdiyimiz Fatih Terim örnəyində olduğu kimi. Hər iki oyunçu açıqlama verələr ki, biz sırf Xorvatiya ilə oyun üçün ayrılacaq mükafatı, məsələn, uşaqlar evinə bağışlayacağıq. Sonra da sənədi ilə, sübutu ilə aparıb verələr hansısa bir uşaq evinə. Bax, bu olar əla PR. Həm hansısa ehtiyacı olan qurum qazanar, həm futbolçuların imici düzələr, həm də nəinki futbol, ümumiyyətlə, ölkə ictimaiyyəti razı qalar. Bu, həm də ilk 4 oyundakı məğlubiyyətlərin də kəffarəsi olar.

Amma, ancaq və lakin…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri
.

06 Mart 2021
borchalo1_d6e17ac8
.

Gürcü ədəbiyyatında azərbaycanlılar

05 Mart 2021
5e7d964a7152d82d90327cd8
.

Şərqdən Qərbə. Söz və göz mədəniyyəti

05 Mart 2021
Bildschirmfoto 2021-03-05 um 12.14.22
.

Allaha ən sadə və ən səmimi yalvarış məkanı

05 Mart 2021
39902
.

Çağdaş kinematoqrafiyada əsas trendlər

05 Mart 2021
Seymur
.

Etibar qazanmağın vacibliyi haqqında

04 Mart 2021

Redaktorun seçimi

Testosteron – kişilərin dünyası

Bertran Rassel – “Asudə vaxtın mədhi”

Aydınlanma tariximizin sui-qəsdləri – 2

Yüzbəyovun mesajları

Cümə serialının yeni qonağı barədə bir neçə söz

İsa Qəmbər: “Hakimiyyət könüllü şəkildə heç bir islahata getməyəcək”

Çağdaş Azərbaycan tarixinin iki qızıl deyimi

Seçim: monarxiya, yoxsa xalqın seçimi?

Sartrın ata barədə “Sözlər”indən bir parça

Nənələrin müdrikliyi

Aydınlanma tariximizin sui-qəsdləri

Kimdir dəli?

“The best Messi”: Narazılığa əsas varmı?

“Tərbiyəsiz” Dekameron

Qalibiyyətə şübhə edən biçarələr

Süni intellekt: Aktyor necə robota çevrildi

Allaha ən sadə və ən səmimi yalvarış məkanı

90-ların “korona”sız uşaqlığı

Həsən bəy Zərdabinin Əlimərdan bəy Topçubaşovdan başlıq istəməsi

Azərbaycan istehlakçısının arzuları

Zərdabi ilə Nəriman Nərimanov niyə “qırğına çıxmışdılar”?

Qırmızı xəttlərlərsiz toplumun qırmızı xəttli adamları

Güclü atanın zəif oğlu

Mədəniyyət naziri barədə pSevdointellektual söhbət

31 il öncəki Kəlbəcər faciəsi

Xocalı qətliamı olduğu kimi

AFFA-dakı “məxməri inqilab” və ya Elxan Məmmədovun gizli mesajı

Koronavirus isteriyasına son verin. Azərbaycanı açın

Bizim “Kələntər”imiz kimdir?

Ermənilər və biz

Maksim və Cavidin Fatih Terim olması

Zaur Xudiyev Zaur Xudiyev
., Yaşıl meydan
10 Sentyabr 2019

İl 2017. Türkiyə Futbol Federasiyası AÇ-2016-dakı uğursuz çıxışdan sonra onsuz da kreslosu laxlayan milli komandanın baş məşqçisi Fatih Terimi İzmirdə bir restoranda qarışdığı qalmaqal səbəbilə vəzifəsindən uzaqlaşdırdı. 2013-cü ildə TFF ilə 5+2 illik müqavilə imzalamış Terim isə öz növbəsində işinə erkən son verildiyi üçün təzminat tələb etdi. Həm də nə az, nə çox, düz 3.5 milyon avro.

Əlbəttə, hüquqi cəhətdən Terim haqlı idi və təzminatı ödəmək istəməyən TFF-ni məhkəməyə verdi. Məhkəmə isə işə son verilmə səbəblərini və şikayətçinin işlədiyi müddəti nəzərə alaraq federasiyanın 5.2 milyon TL ödəməsi haqqında qərar çıxardı. Amma hər şey qanunauyğun şəkildə getsə də, bu hadisə Türkiyədə böyük səs-küy, ajiotaj oyatdı. Hər nə qədər Terim hüquqi cəhətdən haqlı olsa da, şərq ölkələrində, xüsusilə də Türkiyə kimi patriotizmin fontan vurduğu bir yerdə “Vətən, Millət, Sakarya!” şüarını özünə deviz seçmiş birinin dövlətdən, dolayısı ilə insanların vergisindən təzminat istəməsi xalq tərəfindən xoş qarşılanmadı.

Onsuz da millidəki uğursuzluqdan sonra nüfuzu zədələnən Terim bir az da qınaqlara, tənələrə məruz qaldı. Amma illərin təcrübəsi burda da öz sözünü dedi. Pulgirlikdə, tamahkarlıqda ittiham olunan təcrübəli məşqçi açıqlama verərək TFF-dən alacağı təzminatı son qəpiyinə qədər “Türkiye Çocuk Esirgeme Kurumu”na köçürəcəyini bildirdi və dediyini də etdi. İnsanların gözündə tamahkar kimi görünən adam bir anda qəhrəmana, xeyirxah, mesenat bir şəxsə çevrildi.

Bu köçürmə həmçinin Türkiyənin tarixinə ən böyük “bağış” olaraq keçdi.

İl 2019. AÇ-2020-nin seçmə mərhələsində qrupda keçirdiyi ilk 4 oyunun hamısında məğlub olan Azərbaycan millisi beşinci qarşılaşmada evdə dünya ikincisi Xorvatiyanı qəbul edir. Qarşılaşma gözlənilməz şəkildə 1:1 hesablı bərabərliklə başa çatır və yığmamız tsikldə ilk xalını qazanır. Azarkeşlər, futbol ictimaiyyəti yenicə uğurlu nəticənin verdiyi həzzi duyub, gərginləşmiş əsəblərini sakitləşdirmək istəyirdilər ki, matçdan sonra millimizin iki oyunçusunun verdiyi ehtiyatsız açıqlamalar gündəmi dəyişdi.

Belə ki, milli komandamızın üzvləri Maksim Medvedev və Cavid Hüseynov qarşılaşmadan sonra jurnalistlərin qurduğu “tələ”yə düşərək uğurlu nəticəyə görə AFFA rəhbərliyindən mükafat gözlədiklərini bildirdilər. AFFA-nın bu işlərdə nə qədər səxavətli olduğu, hətta bəzən uduzulmuş oyunlardan sonra belə futbolçulara mükafat verdiyi ən azından futbolun içində olanlara bəllidir.

O da aydın məsələdir ki, vitse-dünya çempionu ilə oyundakı heç-heçə heç bir halda hədiyyəsiz qalmayacaqdı. Amma görünür, uzun müddətli uğursuzluğun fonunda qazanılmış kiçicik uğur futbolçularımızda sayıqlığın itirilməsinə yol açdı və ortaya belə bir lüzumsuz açıqlamalar çıxdı.

Lakin keçənə güzəşt deyərlər. Söz ki ağızdan çıxdı, artıq sənin deyil. Hazırda futbol ictimaiyyəti sözügedən oyundakı bərabərlikdən çox futbolçuların mükafat məsələsini müzakirə edir.

Yaxşı, işini bilən bir PR menecer ola, bu durumu 180 dərəcə futbolçuların xeyrinə dəyişə. Elə yuxarıda bəhs etdiyimiz Fatih Terim örnəyində olduğu kimi. Hər iki oyunçu açıqlama verələr ki, biz sırf Xorvatiya ilə oyun üçün ayrılacaq mükafatı, məsələn, uşaqlar evinə bağışlayacağıq. Sonra da sənədi ilə, sübutu ilə aparıb verələr hansısa bir uşaq evinə. Bax, bu olar əla PR. Həm hansısa ehtiyacı olan qurum qazanar, həm futbolçuların imici düzələr, həm də nəinki futbol, ümumiyyətlə, ölkə ictimaiyyəti razı qalar. Bu, həm də ilk 4 oyundakı məğlubiyyətlərin də kəffarəsi olar.

Amma, ancaq və lakin…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri
.

Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri

06 Mart 2021
borchalo1_d6e17ac8
.

Gürcü ədəbiyyatında azərbaycanlılar

05 Mart 2021
5e7d964a7152d82d90327cd8
.

Şərqdən Qərbə. Söz və göz mədəniyyəti

05 Mart 2021
Bildschirmfoto 2021-03-05 um 12.14.22
.

Allaha ən sadə və ən səmimi yalvarış məkanı

05 Mart 2021
39902
.

Çağdaş kinematoqrafiyada əsas trendlər

05 Mart 2021
Seymur
.

Etibar qazanmağın vacibliyi haqqında

04 Mart 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel