Azlogos
  • Kimlər var
  • Bizi tanı

Alkoqol - qədərində içmək bacarığı və genlər İntihar və azadlıq Xankəndinə niyə girmədik? XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq? Gələcəyin müharibələri nəyə bənzəyəcək?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Məsuliyyətsiz və tərbiyəsiz biz

Sevda Sultanova Sevda Sultanova
., Mövqe
15 Fevral 2020

Alman yazıçısı Bernhard Şlink müsahibələrindən birində “Qiraətçi” romanını öz nəslinin valideynlərinə münasibəti haqda olduğunu deyir: “Günlərin birində hansısa müəllimin, professorun, həkimin, hətta atanın, əminin keçmişi aşkarlanır və məlum olur ki, o, tamamilə ehtirama, sevgiyə layiq deyil. Mənim əla bir müəllimim vardı, sonralar hansısa dəhşətli ölümlərdə iştirak edən keçmiş SS-çi kimi əməllərinin üstü açıldı və ya çox şeyə görə minnətdar olduğum professorun qatı antisemit olduğu aşkarlandı”.

9 fevral parlament seçkilərində qanun pozuntularına yol vermiş onlarla müəllimin fotosu, videosu sosial şəbəkələrdə paylaşılanda, onlar haqda həqarət və tənqidi rəylər yazılanda Şlinkin fikirlərini xatırlayırdım. Kobud müqayisə olsa da. Çox güman ki, o müəllimlərin arasında insani keyfiyyətləri, lap elə pedaqoq kimi müsbət cəhətləri, peşəkarlığı yüksək olanlar yox deyil. Hətta videolardan birində bir neçə müəllim, onları saxtakarlıqda günahlandıran müşahidəçinin telefonunun obyektivindən yan qaçmağa, utandığından üzlərini gizləməyə çalışırdılar. Bəs niyə utanan müəllimlər (lap elə digərləri də) kütləvi saxtakarlıqda iştirak edir, onların üzünə həqiqəti çırpanlara qırmızı-qırmızı baxır, jurnalistə, müşahidəçiyə zor tətbiq edilməsinə göz yumurlar? Axı ola bilməz ki, müəllimlərin hamısında mənəvi mutantlaşma getsin. Hətta bu, belədirsə, hər şeyin mütləq bir səbəbi vardır. Yeri gəlmişkən, kim təminat verir ki, eyni hadisə, əgər seçki tibb məntəqələrində keçirilsəydi, həkimlərlə baş verməzdi.

Mənə elə gəlir ki, başlıca səbəblərindən biri sosial məsuliyyətsizlikdir. Sosial məsuliyyətsizlik mövcud rejimin illlərlə formalaşdırdığı, normallaşdırdığı prinsipdir. Yəni bir qism azərbaycanlı üçün sosial məsuliyyətsizlik var olmağın şərtidir, ailəsinin və şəxsi təhlükəsizliyinin, özünümüdafiənin təminatdır. Azərbaycanlı gələcəyinə ümidsizdir. Amma azərbaycanlı eyni zamanda praqmatikdir. Onun sahib olduğu yeganə şey indidir. Və o, indisini itirmək istəmir.

Evinə çox düşkün olan azərbaycanlı ondan kənarda baş verənlərə etinasız yanaşır. Sadə bir misal deyim. Azərbaycanlılar bir qayda olaraq evlərinin təmizliyinə diqqət yetirirlər. Lakin çox rahatlıqla balkondan küçəyə zibil atar, qonşunun qapısına tüpürər, ictimai tualetlərdə təbii ehtiyacını ödəyib sifonu çəkməz, hətta bu azmış kimi kabinənin qapısının dəstəyini sındırar, tum çırtlayıb parkı çirkləndirər və s. İctimai məsuliyətsizliyin və tərbiyəsizliyin siyasi sferaya proyeksiyası bu mənada qanunauyğunluqdur: işini itirmək, alışdığı şəxsi harmoniyanı pozmaq istəməyən, ailəsini, evini nəyin bahasına olursa-olsun qoruyanlar dəyərlərə asanlıqla tüpürürlər. 

Luis Bunuelin “Azadlıq kabusu” filmi buna bənzər hadisələrdən danışır. Ziyalı cütlük digərinin evinə təşrif buyurur. Ev sahibəsi qonaqları ətrafında unitazların, üstündə isə yalnız jurnalların düzüldüyü masaya dəvət edir. Unitazın qapaqlarını açan kişilər və qadınlar tumanlarını çəkərək yanlarını rahatlayıb, hər gün insanın nə qədər təbii tullantı istehsalı haqda söhbətləşirlər. Sonra kişilərdən biri üzr istəyib masa arxasından qalxır, yemək üçün tualetə gedir. İndi bizim yeməyi tualetdə yeyən, süfrə arxasında isə təbii ehtiyaclarını ödəyən o personajların düşüncəsinə uyğun həyat formulumuz var.

Digər səbəb mental mədəniyyətimizdəki dözümlülük, ən pis şəraitə belə uyğunlaşma meylinin mövcudluğudur. Və kütləvi dözümlülük, şərtlərlə barışıqda yaşamağımız məsəllərimizdə də təzahür edir: “Ağa deyir sür dərəyə, sür dərəyə”, “Palaza bürün, elnən sürün”, “Ellə gələn dərd toy bayramdır”.

Qayıdıram Şlinkə. Qəhrəmanı Hannaya insani münasibətinə görə tənqid edilən yazıçının mövqeyi beləydi: “Əgər cinayətkara humanist nəzər nöqtəsi yoxdusa, deməli, bizim onunla problemimiz də yoxdur. Və əgər cinayətkarların hamısı yalnız monstr olsadı, dünya daha sadə olardı. Onların isə hamısı belə deyil. Əvvəlcə onlarla insani yaxınılıq qurmaq lazımdır”.

Kütləvi saxtakarlıqda rolu olan müəllimlərə emosional yanaşmalıdır, qınamalıdır, linçləməlidir. Bu, onun təbiətidir. Ancaq bir intellektual elmi araşdırmasında, bir yaradıcı bədii məhsulunda- emosiyaları kənara qoyaraq, Şlinkin diliylə desəm, həmin müəllimlərlə insani yaxınlıq qurmalıdır ki, cəmiyyətin xəstəliyinin kökünü müəyyənləşdirsin.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
7196877808_0e5d10d0f6_h
.

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

11 Yanvar 2021
5edfc7a8d682d2e515a4761f_who-was-ayn-rand
.

Atlant çiyinlərini düzəltdi

11 Yanvar 2021

Redaktorun seçimi

İntellektual pafosun zərərləri haqqında

Prezidentin twitter siyasəti

Platforma

Berlin savaşı – tarixin təkərləri mövcuddurmu?

ReAL niyə reallaşa bilmir

Dünya ədəbiyyatı və Üçüncü Dünya ölkələri

Xankəndinə niyə girmədik?

Penis və qəhrəman

Azərbaycan oxucusu nə istəyir?

İnkişafımıza ciddi şəkildə mane olan xəstəlik

Təkə-türkmən elində

«Qanun»dan kənar tərcümələr

Onun arabası var

Ssenarilərimiz

İctimai sektanın mövsümi qanaxması

“De Rerum Natura”

Michael Reinhard Heß: “Elm adamı öz işi ilә cәmiyyәtә fayda vermәlidir”

Nikasın azərbaycanlı ürəyi

İndi biz kimə inanaq?

Bakı. Hökumət evi. Tarix və miras.

Millət və bəşəriyyət

Tural Həsənov – Airbus-da bir azərbaycanlı

Ayətullah Xomeyni: “Solçular heç vaxt bizimlə əməkdaşlıq etməyib”

Cin atına minmək

Hökumətin koronavirus sınağı

Qlobal panika, yoxsa zəruri tədbirlər?

Fərid Mansurovun AFFA-da nə işi var?

Mauser S2 E6 – ArtLogos, Əmici 5G, Ya Təbibi

Üzeyir bəyin qapatdığı “xalqın ikinci gözü”

AzLogos Frankfurt avto-sərgisində

Məsuliyyətsiz və tərbiyəsiz biz

Sevda Sultanova Sevda Sultanova
., Mövqe
15 Fevral 2020

Alman yazıçısı Bernhard Şlink müsahibələrindən birində “Qiraətçi” romanını öz nəslinin valideynlərinə münasibəti haqda olduğunu deyir: “Günlərin birində hansısa müəllimin, professorun, həkimin, hətta atanın, əminin keçmişi aşkarlanır və məlum olur ki, o, tamamilə ehtirama, sevgiyə layiq deyil. Mənim əla bir müəllimim vardı, sonralar hansısa dəhşətli ölümlərdə iştirak edən keçmiş SS-çi kimi əməllərinin üstü açıldı və ya çox şeyə görə minnətdar olduğum professorun qatı antisemit olduğu aşkarlandı”.

9 fevral parlament seçkilərində qanun pozuntularına yol vermiş onlarla müəllimin fotosu, videosu sosial şəbəkələrdə paylaşılanda, onlar haqda həqarət və tənqidi rəylər yazılanda Şlinkin fikirlərini xatırlayırdım. Kobud müqayisə olsa da. Çox güman ki, o müəllimlərin arasında insani keyfiyyətləri, lap elə pedaqoq kimi müsbət cəhətləri, peşəkarlığı yüksək olanlar yox deyil. Hətta videolardan birində bir neçə müəllim, onları saxtakarlıqda günahlandıran müşahidəçinin telefonunun obyektivindən yan qaçmağa, utandığından üzlərini gizləməyə çalışırdılar. Bəs niyə utanan müəllimlər (lap elə digərləri də) kütləvi saxtakarlıqda iştirak edir, onların üzünə həqiqəti çırpanlara qırmızı-qırmızı baxır, jurnalistə, müşahidəçiyə zor tətbiq edilməsinə göz yumurlar? Axı ola bilməz ki, müəllimlərin hamısında mənəvi mutantlaşma getsin. Hətta bu, belədirsə, hər şeyin mütləq bir səbəbi vardır. Yeri gəlmişkən, kim təminat verir ki, eyni hadisə, əgər seçki tibb məntəqələrində keçirilsəydi, həkimlərlə baş verməzdi.

Mənə elə gəlir ki, başlıca səbəblərindən biri sosial məsuliyyətsizlikdir. Sosial məsuliyyətsizlik mövcud rejimin illlərlə formalaşdırdığı, normallaşdırdığı prinsipdir. Yəni bir qism azərbaycanlı üçün sosial məsuliyyətsizlik var olmağın şərtidir, ailəsinin və şəxsi təhlükəsizliyinin, özünümüdafiənin təminatdır. Azərbaycanlı gələcəyinə ümidsizdir. Amma azərbaycanlı eyni zamanda praqmatikdir. Onun sahib olduğu yeganə şey indidir. Və o, indisini itirmək istəmir.

Evinə çox düşkün olan azərbaycanlı ondan kənarda baş verənlərə etinasız yanaşır. Sadə bir misal deyim. Azərbaycanlılar bir qayda olaraq evlərinin təmizliyinə diqqət yetirirlər. Lakin çox rahatlıqla balkondan küçəyə zibil atar, qonşunun qapısına tüpürər, ictimai tualetlərdə təbii ehtiyacını ödəyib sifonu çəkməz, hətta bu azmış kimi kabinənin qapısının dəstəyini sındırar, tum çırtlayıb parkı çirkləndirər və s. İctimai məsuliyətsizliyin və tərbiyəsizliyin siyasi sferaya proyeksiyası bu mənada qanunauyğunluqdur: işini itirmək, alışdığı şəxsi harmoniyanı pozmaq istəməyən, ailəsini, evini nəyin bahasına olursa-olsun qoruyanlar dəyərlərə asanlıqla tüpürürlər. 

Luis Bunuelin “Azadlıq kabusu” filmi buna bənzər hadisələrdən danışır. Ziyalı cütlük digərinin evinə təşrif buyurur. Ev sahibəsi qonaqları ətrafında unitazların, üstündə isə yalnız jurnalların düzüldüyü masaya dəvət edir. Unitazın qapaqlarını açan kişilər və qadınlar tumanlarını çəkərək yanlarını rahatlayıb, hər gün insanın nə qədər təbii tullantı istehsalı haqda söhbətləşirlər. Sonra kişilərdən biri üzr istəyib masa arxasından qalxır, yemək üçün tualetə gedir. İndi bizim yeməyi tualetdə yeyən, süfrə arxasında isə təbii ehtiyaclarını ödəyən o personajların düşüncəsinə uyğun həyat formulumuz var.

Digər səbəb mental mədəniyyətimizdəki dözümlülük, ən pis şəraitə belə uyğunlaşma meylinin mövcudluğudur. Və kütləvi dözümlülük, şərtlərlə barışıqda yaşamağımız məsəllərimizdə də təzahür edir: “Ağa deyir sür dərəyə, sür dərəyə”, “Palaza bürün, elnən sürün”, “Ellə gələn dərd toy bayramdır”.

Qayıdıram Şlinkə. Qəhrəmanı Hannaya insani münasibətinə görə tənqid edilən yazıçının mövqeyi beləydi: “Əgər cinayətkara humanist nəzər nöqtəsi yoxdusa, deməli, bizim onunla problemimiz də yoxdur. Və əgər cinayətkarların hamısı yalnız monstr olsadı, dünya daha sadə olardı. Onların isə hamısı belə deyil. Əvvəlcə onlarla insani yaxınılıq qurmaq lazımdır”.

Kütləvi saxtakarlıqda rolu olan müəllimlərə emosional yanaşmalıdır, qınamalıdır, linçləməlidir. Bu, onun təbiətidir. Ancaq bir intellektual elmi araşdırmasında, bir yaradıcı bədii məhsulunda- emosiyaları kənara qoyaraq, Şlinkin diliylə desəm, həmin müəllimlərlə insani yaxınlıq qurmalıdır ki, cəmiyyətin xəstəliyinin kökünü müəyyənləşdirsin.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
7196877808_0e5d10d0f6_h
.

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

11 Yanvar 2021
5edfc7a8d682d2e515a4761f_who-was-ayn-rand
.

Atlant çiyinlərini düzəltdi

11 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel