Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Lazımlı və lazımsız adamların azalması haqqında

Seymur Baycan Seymur Baycan
., Mövqe
11 İyul 2023
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
20221108 elderly people japan epa
Paylaş

Hər ay bir mövzunu götürüb özüm üçün xımır-xımır maraqlanıram. Üsyanlar, müharibələr, sirayətedici xəstəliklər, təriqətlər, musiqi qrupları, kəşflər, sərkərdələr, səyahətlər, xalqlar, ölkələr, müxtəlif dəblər, quşlar, heyvanlar…

Maraqlandığım mövzular haqqında çox nadir hallarda yazılar yazıram, amma yeri düşəndə yaddaşımda ilişib qalan məlumatlardan yazılarda istifadə edirəm. Gəlin bunun adın adi hobbi qoyaq işimiz yüngülləşsin.

Bəzən hansısa mövzuyla maraqlanmağım bir ay yox, aylarla davam edir. Hər şey mövzudan, mövzunun əhəmiyyətlilik dərəcəsindən, qarşıma çıxan mənbələrin obyektivliyindən, mənbələrin məlumatları necə təqdim etmələrindən asılıdır. Burda ovqat da öz rolunu oynayır.

Uzun müddət Rusiyada inqilab, Rusiyada vətəndaş müharibəsi, İkinci Dünya müharibəsi mövzularıyla maraqlanmışam. Birinci Dünya müharibəsinə nədənsə bir o qədər qanım qaynamayıb. Hərçənd Birinci Dünya müharibəsini əhatəli araşdırmayıb Rusiyada inqilabı, vətəndaş müharibəsini, İkinci Dünya müharibəsini başa düşməyin çətin olduğunu yaxşı dərk etmişəm. Bunu bilə-bilə yenə də Birinci Dünya müharibəsinə çox baş qoşmağa həvəsim olmayıb.

İndi, hal-hazırda, bu an, bu dəm yaponlarla, Yaponiyayla maraqlanmaqdayam.

Yaponiya başqa ölkə deyil, Yaponiya başqa planetdir. Gedib Yaponiyada yaşamaq, gedib başqa planetdə yaşamaq deməkdir. Yaponiya, yaponlar haqqında saysız-hesabsız təfərrüatlara girib özümü və oxucuları yormaq istəmirəm. İlahi, o ölkədə nə qədər mənalı və mənasız adət-ənənələr var. Onu etmək olar, bunu etmək olmaz… O hərəkətin mənası budu, bu hərəkətin mənası odu… O buna işarədir, bu ona işarədir… Bu sözü demək olar, o sözü demək olmaz… Yaponlar özlərini nə qədər yükləyiblər. O qədər yükə hər canlı davam gətirə, dözə bilməz. Yaponlar niyə o qədər işləyirlər? Dəlidirlər, xəstədilər, nədilər!

20221108-elderly-people-japan-epa

Məni daha çox yaponların qocalması, yaponların azalması faktı maraqlandırdı. Bunu bilmirdim. Yaponların qocalmasını və azalmasını təsəvvür etmək mənim üçün çətindir. Ağlım kəsəndən həmişə Yaponiyanı əhalinin çox sıx yaşadığı bir ölkə, yaponları isə çox sürətlə artan bir xalq kimi təsəvvür etmişəm. Bəlkə də, bu daşlaşmış təsəvvürlərə görə yaponların qocalması, azalması haqqında fakta rast gələndə, belə demək mümkünsə, xeyli karıxdım.  

Bəli, yaponlar qocalırlar, Yaponiyada əhali azalır. Yapon qadınları doğmaq istəmirlər. Bunun da öz növbəsində müxtəlif əsaslı və əsassız səbəbləri var. Əsassız səbəblər əsaslı səbəblərdən daha çoxdur. Nəticədə Yaponiyda əhali qocalır və azalır. Əslində isə Yaponiya və Yaponiya kimi ölkələrdə deyil, Çin, Hindistan, Pakistan, Banqladeş, İran, Türkiyə, Əfqanıstan, Yəmən, Misir kimi ölkələrdə əhali azalmalıdır. O cümlədən Azərbaycanda da. Azərbaycanda on milyon adam yaşayır. Su ehtiyatlarının surətlə azaldığı bir ölkədə on milyon adam nəyə və kimə lazımdır? Azərbaycanda dörd milyon, maksimum, ən uzağı beş milyon adam yaşamalıdır. Üstəlik, Yaponiyada əhalinin azalıb, Azərbaycan kimi ölkələrdə əhalinin artması böyük ədalətsizlikdir. Belə ədalətsiz hallar dünyaya, bəşəriyyətə yaxşı heç nə vəd etmir. Digər tərəfdən baxanda Yaponiyada əhalinin azalıb, Azərbaycan kimi ölkələrdə əhalinin artması həm də onu göstərir ki, deyəsən, təkamül prosesi ən qəddar, ən amansız mərhələyə qədəm qoyub.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör