Azlogos
  • Kimlər var
  • Bizi tanı

Qulağı cırmaqlamayan şeirlər Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir? Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi Suzan Sontaq. Nümunəvi əzabkeş Pavese Nəriman Nərimanov - 151 Türk Şurasının qeyri-rəsmi zirvəsinə sözardı
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Korrupsiyavirus

Cavid Ramazanov Cavid Ramazanov
., Mövqe
05 İyul 2020
enrico-bertuccioli-italy-3

İllüstrasiya: Enrico Bertuccioli.

Paylaş

Sovet sisteminin iyrənc cəhətlərindən biri odur ki, özündən sonra korrupsiyaya əsaslanan bərbad təhsil, səhiyyə, hüquq-mühafizə sistemi miras qoyub getdi. Və Sovetin dağılmasından 30 ilə yaxın vaxt keçsə də, biz hələ də onun çürük meyvələrindən yeməyə məcburuq.

Azərbaycanda müstəqillikdən əvvəl və sonra Sovetsayağı təhsil alan insanlar dünya xəritəsində İndoneziyanın yerini göstərə, Uruqvayın paytaxtının adını səsləndirə və hərf tanıya bildiklərinə görə, yaxşı təhsil aldıqlarını zənn edirlər. Xəritədə ölkə yeri göstərmək, paytaxt adı bilmək, hərf tanımaq isə təbii ki, hələ savadlı olmaq mənasına gəlmir. Bu, bizə bir balaca əyan olsaydı, bəlkə onda savadsızlıq girdabının necə dərin olduğunu anlamağımız bir qədər asan olardı.

Azərbaycanda Sovetdən miras qalan məktəb, universitet təhsilinin həqiqi təhsillə nə əlaqəsi var? Məktəb attestatı, universitet diplomu əldə etməklə sən nə əldə edirsən? Heç nə. Məktəb, universitet adı verilən yerlərdə biraz havanı dəyişirsən, vəssalam. Azərbaycanda təhsil almaq, azacıq havanı dəyişməkdən ibarətdir. Faktiki olaraq, ölkə universitet diplomluları ilə qaynaşır: bazarda kartof satandan tutmuş, taksi sürücüsünədək nə qədər desən, ali təhsilli var. Amma bu insanlar illərlə universitetdə oxusalar da, oxuduqları sahəylə bağlı ən elementar biliklərə belə yiyələnə bilməyiblər. Biri elə özüm, 4 il Bakı Dövlət Universitetinə ayaq döydüyümə görə, ömrüm boyu peşmançılıq çəkəcəm, bu dörd il sadəcə və sadəcə ömrümdən gedən dörd ildir, başqa heç nə. Elə məktəb illərim də eynilə itirilmiş illərdir.

Bizim ölkədə təhsil almaqdansa, almasan daha yaxşıdır. İdealı bu olardı. Onsuz da heç nə öyrənmirsən, müəllim(ə)lər dərs adıyla sənə yalan-palan sırıyırlar, üstəlik onların kobud və nalayiq davranışlarına görə, psixikan ömürlük zədələrə məruz qalır. (Bizim təhsil sistemimizin vəziyyətini elə “müəllim-müəllimə” anlayışları çox yaxşı izah edir. Dilimizin şəxs əvəzliyində cins anlayışı olmadığı halda, qadın müəllimlərə hələ də “müəllimə” deməyə məcburuq. Şəxs əvəzliyində səhv edən təhsil sistemindən başqa nə gözləyəsən? Bu yazıda isə mən “müəllim” deyərkən, həm kişi, həm də qadın müəllimləri nəzərdə tutacam.) Çünki müəllimlərin özləri də zədəlidirlər, bizim təhsil müəssisələrindəki müəllimlərin mütləq əksəriyyəti ağır travmalı adamlardan təşkil olunub. Son illərdə işəqəbulda test sisteminə keçildikdən sonra, müəllimlərin davranışlarında və təhsilin keyfiyyətində müəyyən qədər irəliləyiş olduğu iddia edilsə də, problemlər böyük miqyasda eynilə qalmaqdadır.

Gəlin Azərbaycan müəlliminin onilliklər ərzində keçdiyi yolu yada salaq. (Testlə işəqəbul kimi yenilik nəzərə alındığından bu misal keçmiş zamanda yazılacaq, amma məlumunuz, oxşar hadisələr bu gün də aktualdır, misaldakı tiplər yenə də iş başındadırlar, cəmiyyətin böyük qismini də onların mənəvi sallaqxanasından çıxma zədəlilər təşkil edir.)

Müəllimliyə adətən sinifdə xüsusi istedadıyla, dərrakəsiylə seçilməyənlər yönəlirdilər. Sən çox da yüksək bal tələb olunmayan imtahanları verib bir neçə il universitetə və ya texnikuma ayaq döyürdün. Sonda əgər kəndlisənsə, fərasətli valideynlərin danadan-düyədən satıb; şəhərlisənsə, yenə fərasətli valideynlərin kiminsə boğazından kəsib təhsil şöbəsinə, məktəb direktoruna rüşvət paylamaqla, səni məktəbə müəllim düzəldirdilər. Sən də başlayırdın öz məhdudluğunla, savadsızlığınla, zədələrinlə məktəbdəki uşaqları korlamağa. Hansısa korəfəhmin yazdığı dərslikdən özün heç nə qanmadığın halda, şagirdlərdən nəsə qanmağı tələb edirdin, onların bilik və bacarıqlarını öz məhdud qabına uyğun şəkildə qiymətləndirirdin, onları təhqir etməkdən, alçaltmaqdan, psixikalarında sağalmaz zədələr buraxmaqdan zövq alırdın. Ağlınla yox təbii ki, çünki o qədər də üstünzəkalı biri sayılmazsan, sırf heyvani instinktlərinlə onları günbəgün, aybaay, ilbəil korlayırdın, onları islaholunmaz kütlərə çevirirdin. Bu çevrilməni həqarət, alçaltma, ayrıseçkilik, fiziki zorakılıq kimi cəzalar tətbiq etməklə, yavaş-yavaş həyata keçirirdin. Cəzanın nə olduğunu sən çox yaxşı bilirsən, çünki ailədə, təhsil müəssisəsində, cəmiyyətdə gördüyün ancaq cəza olub, yetişdiyin mühitdə problem həlletmə mədəniyyəti olmadığına, ancaq cəzalandırma anlayışı olduğuna görə, sən də cəzalandırmanı çox yaxşı əxz etmisən. Problemlə üzləşən kimi məhdud ağlına ancaq cəza gəlib. Cəza verməklə, sən qarşındakını zorla öz iradənə tabe etməyə, onu zorla sürüyə qatmağa çalışmısan. Cəza alan nə qədər çox müqavimət göstərsə, cəzası da bir o qədər ağır olub. Başa düşməmisən, o qədər dərrakən yoxdur ki, cəza küt insan yaradır, beləcə də bu istehsal prosesinə çevrilir: küt insanlar küt insanlar istehsal edirdilər, nəticəsi: Kütlər Respublikası.

Şagirdləri yavaş-yavaş islaholunmaz kütlərə çevirmək üçün sənin qarşını alan bir qüvvə olmayıb. Şagirdlərin valideynləri böyük ehtimalla, səndən də pis tərbiyə almışdılar və övladlarıyla rəftarlarında səndən daha iyrənc idilər. Dövlət də səninlə ancaq gözə kül üfürmək üçün maraqlanıb, ona seçkini saxtalaşdırma işində istifadə edilmək üçün lazım olmusan (Son seçkilər göstərdi ki, bu sahədə dəyişiklik yoxdur). Sən və sənin kimi çoxsaylı müəllimlərin arasında təbii ki, təmiz, vicdanlı müəllimlər, yaxşı pedaqoqlar da olub. Amma siz çoxluqda olduğunuzdan, öz bakteriya mühitinizdə onları yavaş-yavaş çərlətmisiniz. Onlar sizin direktor qarşısındakı mütiliyinizi, şagirdlər qarşısındakı iyrəncliyinizi dəyişdirmək üçün əlacsız olublar, gücləri yalnız özlərini sizdən xilas etməyə çatıb, o da çatsa…

Bizim ölkəmizdə şagirdlər belə korlana-korlana böyüyüb, iyrənc mühitdə sağqalma metodlarını öyrəniblər. Onların çoxusu məktəbi bitirəndən sonra, cəngəllik qanunlarının hökm sürdüyü cəmiyyətdə öz bəsit mövcudluqlarını davam etdirməyə yollanıblar. Bəziləri isə daha iddialı olub, universitetə filan hazırlaşıb, təhsil, səhiyyə, hüquq-mühafizə işçisi və b. olmağı arzu ediblər. Məqsəd əksərən dövlət işinə girib bacardıqca çox istismar etmək, əzab-əziyyət vermək, çapıb talamaqdan ibarət olub.

Həkim olmaq istəyən şagird vaxtı çatanda, hansı proseslərdən keçib? Əgər Türkiyədə, Almaniyada oxuyub həqiqi mütəxəssis olmaq istəyən, buradan (rədd olub) çıxıb getməyi arzulayan zəhmətkeş biri deyilsənsə, əksəriyyətdən birisənsə, sən illərlə heç nə öyrənməmək üçün Tibb Universitetinə ayaq döymüsən. Mürgüləyə-mürgüləyə, iztirab çəkə-çəkə dərslərdə oturub, praktikalarda iştirak edib, köhnəlmiş Sovet dərsliklərini imtahandan imtahana əzbərləyib, rüşvətxor müəllimlərinə rüşvətdən verərək növbəti kurslara keçib lazımi savada və praktikaya yiyələnmədən birtəhər universiteti bitirmisən. Hansısa maxinasiya ilə dövlət xəstəxanasında işə düzələndən sonra da, vəssəlam, ağ xalatını geyinib, insanların qanını içməyə hazır olmusan. Qanı qüsursuz şəkildə içə biləsən deyə, xəstəxana rəhbərliyi sənə yaxından kömək edib, təlimatlar, istiqamətlər verib və verməkdədir.

Beləcə, sən həkim karyeranda irəliləməyə başlamısan: sən heç bir koqnitiv dissonans keçirmədən, cərrahi əməliyyata ehtiyacı olmayanları ağır əməliyyatlara yazıb, səhv diaqnozlar qoyaraq səhv müalicələr edib, apteklərlə sövdələşərək lüzumsuz dava-dərman yazıb, rüşvətlə arayış, sənəd vermisən. İşini asanlaşdırmaq üçün ətrafında hər zaman tibb bacılarından ibarət zərif qaniçənlər də olub. Bu zərif şeytancıqlar bir qayda olaraq, universitetə daxil olmaq üçün yetərincə bal toplamağa savadı çatmayanlardan, cəmiyyətin aşağı təbəqələrindən gəlmələrdən təşkil olunub. Onlar da dananın, düyənin satılmasıyla və ya kiminsə boğazından kəsilməklə, rüşvətlə “medsestra”olanlardır. Bu zərif şeytancıqların funksiyası sənin yan-yörəndə fırlanmaqdan, rüşvət yığımı, insanların qətli və şikəst olunması prosesinə öz töhvələrini verməkdən ibarət olub…

Bəs Azərbaycanda hüquq-mühafizə işçisi olmaq üçün adətən hansı proseslərdən keçilib? Uzatmağa nə hacət, hakim, prokuror, vəkil də eyni cür məktəblərdə, universitetlərdə eyni cür müəllimlərdən eyni cür təhsil-tərbiyə alıblar. Hakim olmaq istəyənlər daha böyük rüşvətlər verməklə, polis olmaq istəyənlər də yenə danadan-düyədən satmaqla, rüşvət prosedurlarından keçməklə, məslək həyatına başlayıblar. Bundan sonra bir qalıb ev yıxmaq, həbsə atmaq, qarət etmək, torba tikmək, adam döymək, işgəncə vermək, çapıb talamaq üçün əldən gələn və gəlməyən hər şeyi etmək.

Dövlətin bel sütununu təşkil edən təhsil, səhiyyə, hüquq-mühafizə sistemi bizim ölkəmizdə adətən göstərilən misallardakı kimi formalaşıb. Bunu bilməyən yoxdur. Məsələ sadəcə burasındadır ki, indi koronavirus pandemiyası bu eyibləri daha açıq şəkildə ortaya qoyur və nəticə etibarilə də itkilərin sayı daha çoxdur.

Təsəvvür edin, günlərlə qızdırmadan yataqda yatan, təngnəfəslikdən əziyyət çəkən, aşkarca koronavirus əlamətləri olan adamın üstünə çağırılan tibbi yardım briqadasının tibb bacısı xəstəni maskasız müayinə edir, “niyə maska taxmırsız” sualına isə, “nə virus, virus-mirus yoxdu, boş şeydi hamısı!” deyə cavab verir. Koronavirus əlamətləriylə xəstəxanalara gedən xəstələri aşkar əlamətlərə baxmayaraq, həkimlər “nə virus, virus-mirus yoxdu, boş şeydi hamısı!” deyib geri qaytarırlar. Gətirilən arqumentlərə isə, qımışaraq reaksiya verirlər. Məhkəmə hakimi siyasi opponentləri ruhi dispanserə (dəlixana) salmaq barədə qərar çıxarır, polis vətəndaşları övladlarının gözü qarşısında evlərindən çılpaq halda götürüb aparır, siyasətçilər bacarıqsızlıqlarından ancaq sərt cəzalar tətbiq edir, vətəndaşları qınayır, sosial şəbəkələrin məhdudlaşdırılması barədə çağırışlar səsləndirirlər. Məktəbdə, universitetdə bəlli müəllimlərdən dərs alan cahil bəndələr isə virusun mövcudluğunu inkar edir, 5G, çip taxmaq kimi axmaq konspirologiya nəzəriyyələrinə inanırlar.

Bu gün koronovirusa görə, Azərbaycanda sistemin çökməsini, xəstəliyin inkarını, sərt cəzaların tətbiqini, ümumən baş verməkdə olan acınacaqlı vəziyyəti yalnızca bir şeylə izah etmək olar: sovetdənqalma, korrupsiyaya bulaşmış çürük təhsil, səhiyyə və hüquq-mühafizə sistemində vaxtında həqiqi və lazımi islahatların aparılmamasıyla. Koronovirus üçün bundan ideal mühit ola bilməzdi. Ona görə də indi necə lazımdırsa, at oynadır. Bizə isə onun at oynatmaqdan yorulacağını gözləməkdən və buna ümid etməkdən başqa bir şey qalmır…

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

MyCollages
.

Qulağı cırmaqlamayan şeirlər

19 Aprel 2021
10ee2967-03a2-45c7-94b0-330ef5deef3b
.

Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir?

18 Aprel 2021
1598015699061
.

Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi

17 Aprel 2021
tumblr_o115q6Jb1T1tv8vcro1_1280
.

Suzan Sontaq. Nümunəvi əzabkeş Pavese

15 Aprel 2021
-bec26f4a158796932682391337210931357
.

Nəriman Nərimanov – 151

15 Aprel 2021
elmir-mirzeyev
.

Türk Şurasının qeyri-rəsmi zirvəsinə sözardı

15 Aprel 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel