bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Klassik musiqi və ümumiyyətlə Sənət musiqisi haqqında düşüncələr

Firudin Allahverdi Firudin Allahverdi
Kültür
02 May 2019
Oxuma vaxtı:10 dəqiqəyə oxunur
Firudin allahverdi
Paylaş

Son aylarda dost-tanışla söhbət zamanı ən azı iki dəfə “klassik musiqi nəyə deyilir?“ və ümumiyyətlə “klassik”lik nədir mövzularına toxunmuşuq. Özü də qəribədir ki, ölkədə iqtisadi vəziyyət daha yaxşı olan vaxtlarda adamlar bu mövzunun narahatlığını heç bu qədər çəkmirdilər. Halbuki belə söhbətləri adətən varlı ölkələrin, imkanlı adamları edir.

Elə o söhbətlər zamanı, bu mövzularda düşündüklərimi həm özüm, həm də başqaları üçün yazılı şəklə salımağı qərara aldım. Çünki biri var adam söhbət edir – o zaman ola bilər nəinki sistematik danışmayasan, hətta özün sistematik düşünə bilməyəsən; biri də var yazırsan – bu zaman məsələyə münasibət daha ardıcıl alınır.

“Klassik musiqi” deyiləndə nəzərdə tutulan məfhum əsasən XVII-XIX əsrlərdə Avropada təşəkkül tapmış, yəni avropalı musiqiçi və nəzəriyyəçilərin gəldiyi nəticələrə görə yazılmış və(/ya) onların alimlərinin inkişaf etdirdikləri alətlərdə ifa olunan musiqidir.

Onu başqa janrlardan fərqləndirən xüsusiyyətlər kimi bunları sadalaya bilərik: əvvəla klassik musiqi dəqiq yazılmış not yazısına malik olmalıdır. Yəni eyni əsərin iki müxtəlif şəxs, ya qrup tərəfindən ifası öz aralarında notlar baxımından heç bir halda fərqlənməməlidir. İfaçıları qiymətləndirmə prinsipi də bu müstəviyə görə müəyyən olunur: yəni səslənən notlar eynidi, amma görək kim necə çalacaq? Bu arada klassik musiqi ifaçılığı üçün həm də uzun illər sürən musiqi təhsili almaq gərəkdir. Beləliklə, klassik musiqidə professionallıq şərtdir.

Bunlardan başqa, “klassik musiqi” mütləq şəkildə müəyyən musiqi prinsipləri və mürəkkəb qaydaları rəhbər tutaraq yazılmış olur. Adətən əsas prinsiplərdən biri kimi “musiqi fikrinin inkişafı” götürülür. Mahnı janrı ilə müqayisə etsək, əgər mahnı janrına aid nümunə bəstələmək üçün bir, ya bir neçə bəsit melodiya, ya musiqi frazası yazmaq kifayət edirsə, klassik janra aid nümunədə istənilən musiqi fikri (melodiyası, frazası, akkordu və s.) əsər boyu inkişaf etdirilməli, beləliklə əsər müəyyən musiqi süjetinə malik olmalıdır. Məsələn, ədəbiyyatla müqayisə etsək roman və simfoniya formaları arasında oxşarlıqlar tapa bilərik.

Sözün özü isə latın sözü `classicus`dan törəmiş, “nümunəvi” deməkdir.

Bax bu məsələ əvvəllər məni yaman narahat edirdi. Qoca Şərqin bütün təəssübkeş yeniyetmə və gənc nümayəndələri kimi, o vaxtlar narahat olurdum ki, niyə məhz avropalıların musiqisi “klassik” adlanmalı, başqaları üçün nümunə göstərilməlidir?

Amma yaş və biliklər artdıqca başa düşdüm ki, tarix bu məsələdə o qədər də ədalətsiz qərar verməyib. Doğrudan da o dövr Avropasındakı musiqi çalışmaları başqa coğrafiyalarla müqayisədə inanılmaz dərəcədə irəlidəydi. Bir neçə misal deyim: götürək bizim Qanun (Kanon) alətini. Buna yaxın konstruksiyalı alətlər qədim zamanlardan bəri nəinki şərqdə və qərbdə, hətta cənub və şimalda da mövcud idi. Amma İntibah dövründən başlayaraq məhz Avropada bu alətə müəyyən mexanizmlər (klaviş, çəkiccik və s.) tətbiq edə-edə, formasını dəyişə-dəyişə təkmilləşdirərək XVIII əsrdə indi bizim Piano kimi tanıdığımız alətə çevirə bildilər. Yəni təsəvvür etmək nə qədər çətin olsa da, Piano – Qanunun təkmilləşdirilmiş versiyasıdı. Bu, Avropada o dövrlər idi ki, hərə öz sahəsində nəyəsə müəyyən mexanizmlər tətbiq edərək öz işini təkmilləşdirməyə başlamışdı: dülgər qapı cəftəsinə, arabaçı təkərə, dərzi iynə-sapına… Eləcə də musiqiçilər və musiqi alimləri sadə tütəkləri, balabanları, zurnaları mürəkkəb konstruksiyalı fleytalara, klarnetlərə, hoboylara çevirirdilər.

Başqa bir nümunə musiqi əsərinin yazılış və ifa prosesinin nə qədər mürəkkəbləşməsi barədədir. Bildiyimiz kimi demək olar bütün dinlərin rituallarında musiqidən istifadə olunur. Amma XVIII əsrin birinci yarısında alman kilsələrində həftəlik, aylıq, illik rituallarda səslənən musiqi artıq o qədər mürəkkəb struktura malik idi ki, o zaman kiçik bir şəhərdə bu işlə məşğul olanlardan birini – J.S.Bach-ı biz indi gəlmiş-getmiş bəstəkarların arasında bədii və ifa texnikalarının həlli sahəsində ən əlçatmazlardan biri hesab edirik.

Məsələn bu əsər Bach-ın 1727-ci ildə Leipzig şəhərinin əsas kilsəsindəki illik ritual üçün bəstələdiyi 2 saata yaxın davam edən iri həcmli əsərindən kiçik bir parçadır; o dövrdə Qərbi Avropanın demək olar bütün şəhərlərinin kilsə rituallarında bu tipli mürəkkəb struktura malik musiqi icra olunurdu:

Burada mühüm bir məsələni də aydınlaşdırmağa ehtiyac yaranır. Həmin dövr Qərbi Avropasında səslənən, yazılan istənilən musiqi nümunəsi hələ “klassik musiqi” demək deyil. Bizim indi adını “klassik musiqi” qoyub, bir janr kimi baxdığımız musiqi o dövrlərdə əsasən yuxarı təbəqənin, aristokratiyanın və monarxların ehtiyacı üçün yaradılan, bir qism də o dövrün şəhər kilsələrində səslənən nümunələrdir.

Sinfi təəssübkeş insanlarda haqlı bir sual yarana bilər: Aşağıların musiqisi ilə yuxarıların musiqisi arasında nə fərq var idi? Niyə kütlələrin deyil, aristokratiyanın dinlədiyi musiqiyə sonralar “klassik” ünvanı verildi?

Məsələ burasındadır ki, yuxarı təbəqəyə aid şəxslər uşaqlıqdan bütün sahələrdə: riyaziyyat, latın dili, hüquq, at çapma, silahla davranma, həndəsə, rəsm, musiqi və digərlərində ən yaxşı müəllimlərdən dərs aldıqlarından artıq yetkin yaşa çatanda bu sahələrin bəzilərində yüksək professionala çevrilirdilər. Onlardan kimlərsə (hətta krallar – misal üçün müasir Almaniyanın bünövrəsini qoymuş sayılan Böyük II Friedrich, – onun fleyta və orkestr üçün bəstələri indiyədək tədris proqramında keçilir) ömrünün axırına qədər professional səviyyədə musiqi ilə məşğul olur, bəziləri isə istedad və bacarıqları olsa da təvazökarlıqlarından, ya da musiqiçi kimi tanınmalarını istəmədiklərindən əsərlərini təxəllüslə yazırdılar (misal üçün Venesiya aristokratı A.Marcello və b).

O zaman Mozart konsert zamanı orkestrlə öz əsərini ifa edəndə zaldakı dinləyicilərin demək olar hamısı səslənən musiqidə hansı proseslər baş verdiyindən zərgər dəqiqliyi ilə xəbərdar adamlardan ibarət olurdu. Bu arada zal dediyimiz məkan faktiki olaraq zadəganın mülkünün salonlarından biri, dinləyicilər adlandırdığımız isə zadəganın qonaqları idi. Səslənən musiqidə isə heç də sadə proseslər baş vermirdi. Aristokratların daim incələn zövqü, genişlənən bilikləri bəstəkarlardan yeni yaradıcı üsullar, əvvəllər eşidilməyən gözəlliklər yaratmaq tələb edirdi. Qiymətləndirmə isə yalnız quru sözlə, ya da alqışlarla olmurdu, sistem elə idi ki, yuxarıların maddi imkanları zövq və bilikləri ilə düz mütənasiblik təşkil edirdi: əslində hər iş düz gedən cəmiyyətlərdə həmişə belə olub, indi də belədir.

Bu baxımdan aşağıların və yuxarıların musiqisi həm bədii-estetik, həm də musiqinin quruluş mürəkkəbliyi baxımından müqayisə edilməz dərəcədə fərqlənirdi. Əgər aşağılar kafe və publarda tərkibi 2-3 musiqiçidən ibarət qrupların bəsit musiqi frazalarından ibarət olan mahnılarına qulaq asıb rəqs edirdisə, yuxarılar konsert salonlarında 50-60 nəfərlik musiqiçidən ibarət orkestr – hər bir musiqiçinin qarşısında sırf özünə məxsus not partiyası, – dərin mahiyyətə və mürəkkəb formaya malik musiqi əsərlərindən zövq alırdı. Günü bu gün də memarlıqdan, ya rəssamlıqdan təsəvvürü olanlar o dövrün dahi memarlq abidəsinin, ya rəsm əsərinin qarşısında durarkən, onlarda eyni zamanda mövcud olan əzəmət və incə işə, həmçinin dərin mənalara necə heyran qalırsa, musiqi bilikləri kifayət qədər olanlar da klassik musiqidəki dahiyanə əsərlərdən analoji estetik həzzi yaşayır.

Avropa klassik musiqisinin bir çox əhəmiyyətli meyarlara görə xeyli irəlidə olmasına baxmayaraq, qloballaşan dünyada mədəniyyətlərin bir-biri ilə təması başqa coğrafiyalarda da musiqiylə elmi-professional yanaşmağa cəhdlərin mövcudluğunu aşkara çıxarırdı. Həmçinin XX əsrdə elə qərbin özündə möhkəmlənmiş etik və əxlaqı dəyərlər Avropanın özünü yeganə və mütləq nümunə kimi təqdim etməyə icazə vermirdi. Bu baş verənlərə görə XX əsrdən başlayaraq get-gedə daha çox “klassik musiqi” deyil, “Avropa (və ya Qərb) klassik musiqisi” terminindən istifadə edilməyə başlanıldı. Başqa coğrafiyaların klassik musiqisi kimi isə məsələn Hindistanın raqa, ərəblərin makam ifaçılığı, Azərbaycan və İranda muğam və ya dəstgah kimi tanınan musiqi növü, eləcə də Türk Sanat Musıkisi və bu qəbildən olan digərləri qəbul olunur. Bu janrlar da Avropa klassik musiqisi kimi öz coğrafiyalarında geniş kütlələrin deyil, xiridarların, bilicilərin əyləncəsi funksiyasını daşıyıb; onların da ifa vərdişlərinə yiyələnmək üçün uzun illərin məşqi lazımdır; onların da qiymətləndirmə kriteriyaları çoxsaylı qayda-qanunlara əsaslanır və s.

Son zamanlar musiqişünaslıqda klassik janrlar barədə başqa bir, “Sənət musiqisi” (inigiliscə Art music) termini də geniş istifadə olunur ki, elə mən özüm də o cür standartlaşmanın tərəfdarıyam. Sənət musiqisində əsas meyar – ideyanın auditoriyaya çatdırılması zamanı başlıca vasitə olaraq musiqinin seçilməsi götürülür. Yəni bu musiqi başqa sənət vasitəsinə, məsələn kinoya, tamaşaya, rəqsə, hətta bir çox hallarda mətnə tabe edilmək üçün yazılmamalıdır. Süjeti də, qəhrəmanı da, dramaturgiyası da musiqi sənətindən istifadə etməklə yaradılmalı, yəni musiqi yalnız musiqidən ibarət olmalıdır. Hətta başqa vasitələrdən istifadə olunsa da, bütün bunlar musiqinin dramaturgiyasına xidmət etməlidir. Bu baxımdan avropalıların da, başqa bir çox mədəniyyətlərin də “klassik” sayılan musiqisi bu anlayışlara cavab verir.

Amma “nümunəvi” mənasını verən “klassik” ünvanı bəzən haqlı olaraq özlərindən sonraya böyük təsir buraxmış, dünya mədəniyyətində böyük iz qoymuş kinomusiqi, pop, jazz və rock nümunələrinə də aid olunur. Yəni E.Morricone də, The Beatles də Beethoven kimi klassik sayılır. Amma Beethovenin yaradıcılığının əksər nümunələri sənət musiqisi kriteriyalarına cavab verirsə, Morricone və The Beatles`də musiqi yaradıcılığının böyük qismi sırf musiqi hadisəsi yaratmaq deyil, başqa vasitələrə tətbiq səciyyəsi daşıyıb: birində kinomatoqrafa, o birində mətnə və hansısa mənada rəqsə.

Bu arada, sənət musiqisinin dinlənməsi və qiymətləndirilməsi prosesi də elə yazılması və ifası qədər çətindir. İlkin çətinlik elə musiqinin mahiyyətindən – başqa incəsənət vasitələrindən fərqli olaraq material şəklə malik olmamasından doğur. Bildiyimiz kimi musiqi gözlə görünmür, ona toxunmaq olmur, mətn kimi də oxunmur; əsas ölçü vasitəsilərindən biri isə zamandır. Bu zaman daxilində isə – xüsusilə də sənət musiqisi – dinləyicidən özünə qarşı maksimal konsentrasiya, obrazlı şəkildə dərk olunması üçün inkişaf etmiş təxəyyül, bütövlükdə qiymətləndirilməsi üçün isə geniş intellektual baza tələb edir. Məhz bu səbəbdən başqa qiymətli nəsnələr kimi, sənət musiqisinin də auditoriyası bütün dövrlərdə kəmiyyət etibarı ilə azlıqdan ibarət olub.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Tenha insan
.

Tənha insanın monoloqu

Sevda Sultanova
21 Avqust 2024
Music art
.

Musiqi strategiyamıza dair

Firudin Allahverdi
13 Avqust 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör