Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Kimdir cinsi obyekt?

Nərmin Şahmarzadə Nərmin Şahmarzadə
., Gender
14 Mart 2020
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
22338968 531422573911827 3809101145418358397 o
Paylaş

Son günlər sosial şəbəkələrdə “8 MARŞ” aksiyası ilə bağlı çox tənqidi fikirlər yazıldı, təkcə sosial şəbəkələrdə də yox, canlı ünsiyyət əsnasında da kəskin tənqidi suallarla üzləşdim. Bu yazıda, gördüyüm, eşitdiyim, birbaşa mənə verilən suallar, tənqidlər arasından ən populyarı olan “Qadını cinsi obyekt kimi təqdim etmisiniz” fikrini təhlil etmək istəyirəm.

Bizim bundan əvvəl iki aksiyamız olmuşdu: “8 MARŞ” (2019-cu il) və “Dözmə, Yürüş Et” (20 oktyabr, 2019-cu il). Lakin heç biri bu qədər kəskin tənqid edilməmiş, hətta aksiyaları xeyli dəstəkləyənlər də olmuşdu. Bu ilki aksiyanın tənqidi isə konkret iki plakatla bağlıdır:

1) Vəfa Nağının “Məmələrə Azaqdlıq, Seçkilərə Ədalət”,

2) Aysel Ələkbərzadənin “Qız mənimdir (üstündən xətt), vagina mənimdir, kimə istəsəm verərəm.”

Hətta deyərdim ki, 1-ci plakat 2-ci plakatın kölgəsində qaldı, bütün diqqətlər 2-ciyə yönəldi. Yəni, bir plakat bütün aksiyanın hədəfə alınmasına səbəb oldu. Sual yaranır, niyə?

Cavab bildiyiniz kimi, çox sadədir – qadın cinsiyyət orqanları. Hətta vagina məmədən daha çox qıcıqlandırıcı təsirə malikdir. Bizim cəmiyyət hiddətlənir ki, siz belə plakatı qaldıracaq cəsarəti haradan əldə etdiniz, sizə bu azadlığı kim verdi?!

İradlardan biri isə belədir: “Siz, qadın cinsi obyekt deyil deyirsiniz, özünüz isə qadını məhz elə qələmə verirsiniz.”

Əvvəlcə bir məsələni dəqiqləşdirmək istəyirəm: qadını cinsi obyekt kimi qələmə vermək, obyektin alıcı-seçici qarşısına çıxarılıb satılması deməkdir. Yəni obyekt özü ikinci dərəcəli olur, üstünlük alıcıya verilir. Məsələn, alıcı seqmentini yalnız qadınlar təşkil etmədiyi halda, ümumi gəliş-gedişi olan yerlərdə və ya kişi məclislərinin üstünlük təşkil etdiyi məkanlarda qadın bədəni üzərindən reklamlar; yaş həddi qoyularaq ofisant qızların, qadın işçilərin axtarılması və s. kimi hallar məhz qadını cinsi obyekt kimi təqdim etməkdir, çünki burada qadın ovlama planının tərkib hissəsinə çevirilir.

Ələkbərzadənin plakatında isə qadın vasitə, seçilən yox, seçən tərəfdir. O, kimlə cinsi əlaqəyə girəcəyini özü seçdiyini, seçmə hüququnun olduğunu bəyan edir. Buradakı qıcıqlanmanın səbəbi isə birdir: “Sənə kim icazə verir ki, seçirsən? Sən seçə bilməzsən.”

İndi dəyər, adət dedikləri şeylərdən birinə – bakirəliyə nəzər salaq. İndiyə qədər cəmiyyətimizdə qız evinin oğlanın bakirliyini sorğulamasına şahid olmamışam. İnanmıram ki, bundan sonra da olam. Çünki cəmiyyətimizdə kişilərin belə hesabat verməsinə ehtiyac yoxdur, onlar seçicidirlər, özlərinin təmizliyini isbatlamaq, qarşı tərəfə satmaq üçün bəkarətə ehtiyacları yoxdur. Lakin qadınlarımızın var. Onları kiminsə “alması” üçün bakirəlik ciddi kriteriyadır. Yəni bu şəkildə qadınlar satışa çıxarılır. Malın keyfiyyətini ölçmək üçün də yengə təyin olunur. Malın “defekti” olduqda, ya el-aləmin gözü qarşısında mal sahibləri biabır edilərək mal geri qaytarılır, ya da ömür boyu o mala “deffekt”li olduğu xatırladılır.

Ayselin plakatında isə qadının mal olmadığı, sahibinin olmadığı vurğulandığı üçün səs-küy yarandı. Köhnə kəndə təzə adəti gətirənləri linçlədilər.

Tənqidlərdən biri də belədir: “Onsuz da hər kəs öz həyatını yaşayır, bunu göstərməyə nə ehtiyac var?” Ağlıma bu cavab gəlir ki, əgər hər kəs öz həyatını yaşayırsa, o plakat niyə bu qədər qıcığa səbəb olsun? Plakatı bir nəfər qaldırıbsa, nədir bu kütləvi qəzəb? Səbəbi aydındır: “Ya mənim evimdəki də seçilən yox, seçənə çevrilsə, onda necə olacaq?” narahatlığı. Ya da indiyə qədər seçən yox seçilən olmağın gətirdiyi həzmsizlik: “Mən verə bilmirəmsə, sən də vermə”.

Çünki, şərti olaraq, kateqorik surətdə “vermək” istəməyən, “vagina mənimdir, istədiyimə verərəm” şüarından qəzəblənməz, qıcıqlanmaz, gülüb-keçər, uzaqbaşı “kül başına qız, kaş ki, biləydin istədiyinə verməmək necə böyük səadətdir və sən bu səadətdən məhrumsan, çünki istədiyinə verirsən, amma mən xoşbəxtəm çünki istəmədiyimə verirəm”. Təxminən belə. Axı, haqlı olan, doğru olanın əsas, bir nömrəli göstəricisi – sakit olmasıdır, qəzəbsiz olmasıdır. Gözlərin hədəqəsindən çıxır, ağzın köpüklənirsə – sən necə haqlı ola bilərsən? Axı açıq-aşkar görünən odur ki, sən hiddətlənmiş bir mənəviyyat keşikçisi deyilsən, sən tamam başqa motivlərlə, başqa səbəblərlə, elin sözü olmasın – yanırsan. Özü də çox pis yanırsan. Boş ver bu mənəvi dəyərlər ayaqlarını, sakit ol canım.

Bəli, plakata verilən reaksiya güclü şillədən sonra, bir şillə daha yeyənin bozarması idi. Hiss olunur ki, şillə çox ağır olub. Ona görə də bəziləri deyir ki, “şillə vurmayın, əzizləyə-əzizləyə, bişirə-bişirə öz yanınıza çəkin.” Nəzərə alın ki, sizin şəxsi həyatınıza müdaxilə edən hər kəsə əzizləyə-əzizləyə cavab verə bilməzsiniz. Verirsinizsə, nə gözəl, lakin hər kəsi sizin kimi olmağa məcbur edə bilməzsiniz. Hər kəsin özünü ifadəsi fərqlidir, əgər sizin hüquqlarınızı pozmursa, sadəcə o şillədən dərs çıxarmaq lazımdır, çünki siz o şilləni hiss edirsinizsə, deməli, fərqində olaraq və ya olmadan siz kiminsə hüquqlarını pozmusunuz və o şilləni üstünüzə götürmüsünüz.

Bir də, son olaraq mənə maraqlı gəlir, “duduşunu göstər” zarafatları edib oğlan uşaqlarını şokolad kimi açıb ortaya qoyanda, sünnət toylarında qol-budaq olub “kişidir bu, kişidir bu” mahnısına oynayanda kişilərin cinsi obyekt kimi göstərildiyi heçmi ağlınıza gəlmir?!

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör