Azlogos
  • Kimlər var
  • Bizi tanı

Covid-19 və konspirasiya nəzəriyyələri. Fake-news ehtiyacımız Biz sivilizasiyaya tüpürmüşük S. Baycan: "Azərbaycanlıların dərdi toydur". Ə. Novruzov: "Allah yarasa yeyənlərin bəlasını versin" Homoseksuallıq və homofobiya. Made in Europa İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir? Bakirə intiharlar
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

«İt ürəyi» – uğursuz təcrübənin tarixi

AzLogos AzLogos
Kültür
12 Fevral 2019

Yazılışı və nəşri

Mixail Bulqakovun “İt ürəyi” povesti öz dövrü ilə yanaşı, bütün zamanların kəskin satirik fantastikasının nəfis nümunələrindən biridir. Bulqakov bu əsərində insanın təkamül qanunlarına müdaxilə edib-etməməsi və bunun nə ilə nəticələnəcəyi ilə bağlı ideya və düşüncələrini əks etdirib.

Bu əsər haqda, AzLogos-dakı başqa publikasiyada da bəhs edilib. Təbii ki, bir zamanlar sovet cəmiyyətinin üzvi bir hissəsi kimi bu povestin bizim cəmiyyət, ictimai proseslərin anlamı üçün müstəsna vacib əhəmiyyəti var, bu səbəbdən əsərin yaranma tarixini diqqətlə nəzərdən kiçirməyimiz gərəkdir.

Sözügedən povest, Mixail Bulqakovun 20-ci illərdə yazdığı və “Məşum yumurtalar”, “Dyavoliada” kimi satirik povestlər silsiləsinin axırıncı hissəsidir. Bulqakov “İt ürəyi” povestini 1925-ci ilin yanvarında yazmağa başlayıb və elə həmin ilin martında bitirib. Povest ilkin olaraq “Yeraltı” («Недра») jurnalında dərc olunmaq üçün nəzərdə tutulsa da, senzuradan keçməyib. Lakin Moskva ədəbiyyatsevərlərinin əsərin məzmunundan xəbərləri vardı, çünki Bulqakov 1925-ci ilin martında onu “Nikitinski şənbələri” («Никитинские субботники») ədəbi dərnəyində oxumuşdu. Bir qədər sonra isə povesti əllə köçürərək (məhşur “Samizdat”) yaymışdılar.

Həmçinin “İt ürəyi”, Moskva Akademik Bədaye Teatrında səhnələşdirilməli idi. 1926-ci il martın 2-də Bulqakov teatrla müqavilə bağlamışdı, lakin əsərə senzura tərəfindən qadağa qoyulduğuna görə, müqavilə 19 aprel 1927-ci ildə ləğv edildi. Üstəlik, Partiya Mərkəzi Komitəsinin göstərişi ilə 1926-cı il mayın 7-də yazıçının evində axtarış aparıldı və təkcə «İt ürəyi»nin makinada yığılmış iki nüsxəsi yox, Bulqakovun şəxsi gündəlikləri də müsadirə edildi. Povest SSRİ-dəki oxucularına yalnız 1987-ci ildə çata bildi.

«Məşum yumurtalar»da olduğu kimi, «İt ürəyi»nin də fabulası dahi ingilis fantast yazıçısı Herbert Uellsin (1866-1946) «Doktor Moronun adası» romanından doğulub. Bu roman, manyak bir professorun, naməlum adada yerləşən laboratoriyasında cərrahi yolla insanları heyvanlara çevirməsindən və beləcə qeyri-adi «hibridlər» yaratmasından bəhs edir.

Povest, nəşr olunandan sonra çoxlu yozumlara və fərqli fikirlərə səbəb olub, çünki o, əsas personajların parlaq və yaddaqalan xarakterləri, qeyri-adi süjeti ilə fərqlənirdi. Onun süjetində fantastika ilə gerçəklik, eyni zamanda sovet hökumətinin və ideologiyasının açıq, kəskin tənqidi sıx şəkildə biri-birinə uzlaşdırılmışdı. Bu əsər 60-cı illərdə dissidentlər arasında çox məşhur idi, 90-cı illərdə təkrar nəşr olunandan sonra isə, ümumiyyətlə, kəhanət statusu qazanmışdı.

Fabulası

“İt ürəyi” povestində iki düşmən düşərgəyə (ağlar və qırmızılar) bölünmüş rus xalqının faciəsi aydın  nəzərə çarpır, çünki bu qarşıdurmada tərəflərdən yalnız biri qalib gəlməlidi.

Bulqakov öz povestində yeni qaliblərin – inqilabçı proletarların mahiyyətini açır və göstərir ki, onlar yaxşı və layiqli heç nə yarada bilməzlər.

Povestdə süjetin inkişaf xətti professor Preobrajenskinin uğursuz bir təcrübəsi üzərində qurulub: o, küçə iti Şariki insana çevirmək qərarına gəlir. Buna görə də, köpəyə əyyaş, tüfeyli və davakar Klim Çuqunkinin hipofizini köçürür. Əməliyyat uğurlu keçir və tamamilə “yeni insan” dünyaya gəlir – müəllifin qələmində Poliqraf Poliqrafoviç Şarikov yeni sovet proletariatının ümumiləşdirilmiş obrazıdır.

“Yeni insan” – qaba, həyasız, riyakar xarakteri, ədəbsiz davranış tərzi, son dərəcə xoşagəlməz, eybəcər görkəmi ilə fərqlənir və intellegent, ziyalı professorla onun arasında tez-tez münaqişələr baş verir. Şarikov professorun mənzilinə qeydiyyata düşməkdən ötrü (ki, buna tam haqqı olduğunu hesab eləyir) həmfikiri və ideoloji müəllimi, evlər komitəsinin sədri Şvonderdən dəstək alır, hətta özünə iş də tapır: küçə pişiklərini tutmaqla məşğul olur – bu da gələcəkdə baş verəcək faciələrin bir növ alleqoriyası idi.

Təzə meydana çıxmış Poliqraf Şarikovun hoqqaları ucbatından ağlını itirmək dərəcəsinə çatmış professor (son damla Preobrajenskidən yazılan donos olur) hər şeyi əvvəlki halına qaytarmaq, Şarikovu təkrar köpəyə çevirmək qərarına gəlir. Faktini özünün yaratdığı canlını öldürür.

“İt ürəyi” povestinin əsas qəhrəmanları XX əsrin otuzuncu illərindəki Moskva cəmiyyətinin tipik nümayəndələridir. Əhvalatın mərkəzində olan əsas personajlardan biri – professor Preobrajenski demokratik baxışları dəstəkləyən dünya şöhrətli alim, cəmiyyətdə hörmətlə qarşılanan insandır. O, heyvan orqanlarının köçürülməsi üsulu ilə insan orqanizminin gəncləşdirilməsi məsələsini araşdırır və insanlara heç bir zərər yetirmədən onlara kömək etməyə can atır. Professor mötəbər, özünəarxayın, cəmiyyətdə müəyyən bir nüfuzu olan və rifah içində yaşamağa alışmış insan kimi təsvir olunub (onun böyük evi, xidmətçisi, pasientləri arasında keçmiş zadəganlar və yüksək rütbəli inqilab rəhbərləri var).

Müstəqil və tənqidi düşüncəyə malik, mədəni insan olan Preobrajenski Sovet hökuməti əleyhinə açıq çıxışlar edir, hakimiyyətə gəlmiş bolşevikləri “avaralar”, “başıxarablar” adlandırır. O, qəti şəkildə əmindir ki, qarışıqlıqla, özbaşınalıqla, terror vasitəsiylə yox, mədəniyyətin köməyi ilə mübarizə aparmaq lazımdır. Professor hesab eləyir ki, canlı məxluqlarla ünsiyyətin yeganə yolu nəvazişdir.

Küçə iti Şarikin üzərində təcrübə apararaq onu insana çevirən, hətta ona ən sadə mədəni və əxlaqi vərdişləri aşılamağa çalışan professor Preobrajenski böyük müvəffəqiyyətsizliyə uğrayır. O, etiraf edir ki, onun “yeni insanı” heç bir işə yaramır, islaholunmazdır və yalnız pis şeylər öyrənir (Sovet təbliğat ədəbiyyatı ilə tanış olandan sonra Şarikovun ordan çıxardığı əsas nəticə: hər şeyi bölüşdürmək lazımdı, özü də bu, qarət və zorakılıq metodu ilə edilməlidir).

Alim başa düşür ki, təbiətin qanunlarına müdaxilə eləmək olmaz, çünki belə təcrübələr qətiyyən yaxşı nəticə vermir.

Onun tam əksi olan Şvonder isə yeni cəmiyyətin üzvlərinin kiçik və tipik obrazıdır, sovet hökumətini bütün varlığı ilə dəstəkləyir. Professora inqilabın sinfi düşməni kimi baxan və nifrət edən, onun mənzilinin bir hissəsini əlindən almağa çalışan Şvonder, bundan ötrü Şarikovdan istifadə eləyir, ona mənzil üzərində hüquqları olduğunu deyir, sənədlər hazırlayır və onu Preobrajenskidən donos yazmağa vadar eləyir. Özü cahil və savadsız adam olan Şvonder professorla söhbətlərində karıxıb özünü itirir, buna görə də ondan daha çox zəhləsi gedir və professora mümkün qədər çox ziyan vurmaqdan ötrü əlindən gələni eləyir.

Oxucu, ötən əsrin 20-ci illərində meydana çıxan və inqilabdan sonrakı dövrün sosial təzahürü olan “şarikovçuluğun” necə təhlükəli və qorxulu olduğunu anlasın deyə, Şarikovun, tədricən, artan aqressiyası, sırtıqlıq və cəzasızlığı müəllif tərəfindən xüsusi vurğulanır. Sovet cəmiyyətində hər addımda rast gəlinən, xüsusilə də hakimiyyətdə olan Şarikovkimilər, cəmiyyət, özəlliklə də ziyalı, ağıllı və mədəni insanlar üçün əsl təhlükədirlər, onlara ürəkdən nifrət edir və hər fürsətdə məhv eləməyə çalışırlar. Ki, sonrakı illərdə, məhz, Bulqakovun yazdıqları baş verdi, Stalin repressiyaları zamanı Rusiya hərbi elitası və intellegensiyasının qaymaqları məhv edildi.

Povestdə təsvir olunan hadisələrin fantastik, ağlasığmaz olmasına, müəllifin qrotesk və alleqoriyanın müxtəlif fəndlərindən istifadə eləməsinə baxmayaraq, sözügedən əsər, həmin dövrə xas konkret əlamətlərin təsviri sayəsində (şəhər mənzərələri, hadisələrin cərəyan elədiyi müxtəlif məkanlar, məişət və personajların zahiri görkəmi) unikal həqiqətəuyğunluğu ilə fərqlənir.

Dünyanın dəyişdirilməsi ideyası köhnə və nəcib bir ideyadır, tarixdə ən yaxşı zəka sahibləri onu dəstəkləyib, inkişaf etdiriblər, lakin bu, müsbət dəyişiklik, islahat ideyasıdır, məhvetmə, dağıdıcılıq yox. Povestin elə ilk səhifələrindən oxucu xarabalıq, boşluq atmosferinə, hər şeyin “Dünən heçnə  olanlar, sabah hər şey olacaqlar” qanununa tabe olduğu dünyaya düşür. O “heçkimlər”, Kalabuxovskidəki evdə yaşayırlar və məhvolma məhz onların ucbatından başlayır. Onlar işlə məşğul olmurlar, onlar – mahnılar və marşlar oxuyurlar. Bu dünyada ümumbəşəri normalar və davranış qaydaları kəsərdən düşür.

Preobrajenski soyadı da təsadüfi seçilməyib. Filipp Filippoviç adi həkim deyil, o, «kahindi», «sehrbazdı», «ovsunçudu», o, «insan növünü təkmilləşdirməyin» yollarını tapmağa çalışan islahatçıdır. Lakin onun apardığı təcrübə gözlənilməz nəticələr verir. Zavallı köpək Şarik vətəndaş Şarikova çevrilir.

Şarikovun, professorun mənzilində peyda olması ilə qarışıqlıq başlayır və faciəvi miqyas alır, Preobrajenski işiylə məşğul olmaq, əməliyyat etmək əvəzinə Şvonderlə görüşməyə, hədə-qorxu eşitməyə, özünü müdafiə eləməyə, Poliqraf Poliqrafoviçin mövcudluğunu qanuniləşdirmək üçün saysız-hesabsız kağızlar yazmağa məcbur qalır.

«Povestdən güclü film»in çəkilişləri

“İt ürəyi” povesti SSRİ-də ilk dəfə 1987-ci ildə “Bayraq” («Знамя») jurnalının 6-cı nömrəsində nəşr olunan gün, sovetlərin mədəniyyət-incəsənət ictimaiyyətində sözün əsl mənasında furor yaşandı və həmin gün, filmin çəkilməsinə qərar verildi. Hörmətli oxucu, ən az bir dəfə də olsa «İt ürəyi» filminin povestin özündən yaxşı olması fikrini eşitmişdir. Bu, sanki hər kəsin ortaq qənaətidir.

Filmin rejissoru Vladimir Bortko danışırdı ki, povesti oxuyan andan Bulqakovun bu əsərini ekranlaşdırmaq fikrini ona, o vaxtlar “Lenfilm”in televiziya şöbəsinə rəhbərlik eləyən rejissor Sergey Mikayelyan verib: “Bir dəfə məni studiyanın dəhlizində qarşılayan Mikayelyan mənə bir jurnal uzatdı. Evə gəldim, oxumağa başladım, professorun monoloquna çatdım və anladım ki, bunu çəkəcəm, hətta necə çəkəcəyimi də artıq bilirdim. Bu, hökmən ağ-qara film olmalıydı…”

Professor Preobrajenskini oynamaq haqqı uğrunda Leonid Bronevoy, Mixail Ulyanov, Yuri Yakovlev, Vladislav Strjelçik kimi sanballı aktyorlar mübarizə aparırlar, ancaq bu mübarizədə qalib gələn Yevgeni Yevstiqneyev olur.

Baxmayaraq ki, Yevgeni Aleksandroviç film üzərində işləməyə başlayana qədər “İt ürəyi” povestini oxumamışdı, ancaq Filipp Filippoviç rolunda o qədər orqanik idi ki, bu onun kinokaryerasında ən yaxşı rollardan biri olur. Aktyorun oğlu, tanınmış operator, rejissor və prodüser Denis Yevstiqneyev belə xatırlayırdı: “Bu film atamın həyatına lap vaxtında gəlmişdi və sözün əsl mənasında, onu xilas elədi. Moskva Bədaye Teatrı onu təqaüdə göndərəndən sonra atam ağır bir mərhələ keçirdi. “İt ürəyi” filmində işləməyə çətinliklə razılıq versə də, sonradan onunla yaşamağa başladı. Meydançada nələr olduğunu bilmirəm, amma atam daima rolu haqqında danışır, hansısa səhnələr göstərir, nəyisə məşq eləyirdi… Həmin vaxt film onun dayağına çevrildi”.

Vladimir Bortko, Şarikov roluna səkkiz namizədin arasından – onlardan biri də məşhur Nikolay Karaçentsov idi – Alma-Ata Rus Dram Teatrının aktyoru Vladimir Tolokonnikovu seçir.

Sınaq çəkilişlərində Tolokonnikov Şarikovun, sonralar aforizmə çevrilən məşhur “Arzu eləyirəm ki, hamı!” cümləsini dediyi şam səhnəsini oynamışdı. Aktyor elə inandırıcı şəkildə sağlıq deyib içir ki, rejissorun, Poliqraf Poliqrafoviç roluna namizədlə bağlı heç bir şübhəsi qalmır: “Volodya araqdan bir qurtum içdiyi anda məni inandırdı. O, elə inandırıcı fınxırdı, hülqumu elə acgözülklə tərpəndi ki, mən düşünmədən onu təsdiqlədim.”

Şübhəsiz ki, filmin uğurunda Vladimir Bortkonun rejissor istedadı da, operator Yuri Şayqardanovun yüksək peşəkarlığı da, filmdə işləyən rəssam-dekoratorların, kostümerlərin və qrimçilərin ustalığı da, bəstəkar Vladimir Daşkeviçlə şair Yuli Kim tərəfindən yaradılmış musiqi nömrələrinin də böyük rolu olmuşdu.

Filmin ən böyük uğurlarından biri də – Roman Kartsevin ifasında Şvonder obrazıdı. Filmdə Boris Plotnikov, Nina Ruslanova və digər aktyorların da rolunu qeyd etmək gərəkdir.

Filmə gələn rəylər isə bir-birinə daban-dabana ziddi idi: kəskin tənqiddən, xoşagəlməz sözlərdən tutmuş böyük heyranlığa qədər…

“İt ürəyi” filmi haqqında maraqlı faktlar

“İt ürəyi” filmi 1989-cu ildə Beynəlxalq Varşava Kinofestivalında (Polşa) “Qızıl ekran” mükafatına,  Düşənbədə (SSRİ) və Perudcedə (İtaliya) beynəlxalq televiziya filmləri festivallarında Qran-priyə layiq görülüb. 1990-cı ildə filmin rejissoru Vladimir Bortko və Preobrajenski rolunun ifaçısı Yevgeni  Yevstiqneyev RSFSR-in Vasilyev qardaşları adına dövlət mükafatı laureatı olublar. Filmin çəkilişləri Leninqradda aparılıb və hadisələrin baş verdiyi Moskva “küçələri” rolunu şimal paytaxtının küçələri çox uğurla “oynayıb”. Sinematoqraf səhnələri “Znamya” kinoteatrında çəkilib, üstəlik, aktyor-tamaşaçılar kadrda gülsünlər deyə ekranda Yuri Maminin “Neptun bayramı” komediyası nümayiş olunub.

Əslində, “İt ürəyi” povesti ilk dəfə italiyan və alman kinematoqrafçıları tərəfindən 1976-cı ildə ekranlaşdırılıb.

Filmin italyan dilində adı «Cuore di cane» (“İt ürəyi”), alman  dilində isə «Warum bellt Herr Bobikow?» (“Cənab Bobikov niyə hürür?”) adlanır. (Almanlar “Şarikov” soyadını “Bobikov”la əvəz eləmişdilər).

“Filmlə bağlı ilk resenziyalar həddindən artıq sərt idi. “İt ürəyi” filmi televiziyada göstərildiyi günün ertəsi mərkəz qəzetlərini açdım. Demokratik hakimiyyətdən fərqli olaraq, sovet hökuməti premyeraya çox tez reaksiya vermişdi. Deməli, qəzetdə bunları oxudum: biz hər cür zir-zibil görmüşdük, amma beləsini hələ görməmişdik, belə şeyi çəkənin qollarını kəsmək lazımdı. Hələ necə dəhşətli məktublar alırdım! Ancaq zaman keçdi və ona dövlət mükafatı, bir yığın başqa mükafatlar verdilər. Yəqin, anlamaq üçün vaxt lazımdır.”

Şariki oynayan köpəyi Leninqraddakı  Xidməti İtlərin Yetişdirilməsi Klubu vasitəsilə tapmışdılar. İyirmi namizəd arasında onu – Karayı xalis küçə iti kimi göründüyünə görə seçmişdilər. Karayı film üçün qrimləmək lazım gəlmişdi, çünki onun tükləri hamar idi, Bulqakov isə Şarikin pırtlaşıq tüklü olduğunu yazmışdı.

İnsana çevrilmiş Şariki oynayan Vladimir Tolokonnikovun köpəklə birgə səhnələri yox idi. Ancaq bir dəfə aktyor, öz sözləriylə desək, “sələfi” ilə tanış olmaq üçün məxsusi olaraq çəkiliş meydançasına gəlmişdi.

Bu əsər bəşər tarixində insan üzərində aparılmış ən böyük eksperimentin müstəsna bir allegoriyasıdır.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

172660_1fxvzwseap
Kültür

Sarabskinin döyülməklikləri

27 Fevral 2021
MyCollages (2)
Kültür

“Kitabi-Dədə Qorqud”un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər?

25 Fevral 2021
Bildschirmfoto 2021-02-24 um 19.39.55
Kültür

Peçat sözdən sonra qışqıranlar

24 Fevral 2021
MyCollages (2)
.

Sağır nun – fağır nun

23 Fevral 2021
serdcza_18-640x784-2-e1613900227992
.

Daş deyil, ürəkdir bu

21 Fevral 2021
seymur-baycan-1
.

“Quqark”ı necə yazmağım haqqında

21 Fevral 2021

Redaktorun seçimi

Seksuallıq nədir və necə dəyişir?

Pandemiya və minimalizm

Azərbaycanlıları dəyişdirmək mümkündürmü?

Azərbaycanlı oxucunun şüur defisiti

Zati-aliləri populizm!

Ağdərə döyüşləri

Hitlerdən Cobsa – Xarizma və onun elmi əsasları

Post-müharibə dövrünün kinematoqrafı

“Kurtlar Vadisi” modern mifə necə çevrildi?

İnsan təkamülünü “çürüdən” 12 mif

Milçəklərin tanrısı

Atəşkəs vaxtının düşüncələri

Ətağa Sertifikat

Da Vinçi – dövrünün blogeri kimi

Kimdir Kim Ki-duk?

Şərin banallığı

İşlətdiyimiz sözlərin anlamı

Biomimetika – təbiətdən ilham almaq

Milli riyakarlığımız və Kleopatra

DTX-nın “Mədəniyyət” əməliyyatı

Yazıçılar Birliyində region davaları

Ucalsız keçən 15 il…

“Rəqs edən şeytanlar”

Seçki marketinqi və PR

Bertran Rassel – “Asudə vaxtın mədhi”

Hadisə və hekayə qıtlığı

Allaha inanmayan, «Allahın yaponları»

Şirkət və agentlik münasibətləri bu gün

SSRİ-ni “öldürən”, ABŞ-ı yaşadan səbəb

Milli maraqlar və Realpolitik

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel