“İlahi düzən” (“Die göttliche Ordnung”) 2017-ci ildə istehsal olunmuş isveçrə komediya-dram filmidir və həmin ildə Tribeka Film Festivalında ən yaxşı bədii film kimi Tamaşaçı Mükafatını qazanmışdır.
Filmin nümayişi bazar günü, 12 may 2019-cu il, saat 18.30-da, Cinema Plusda (28 Mall/Zal 1) keçiriləcək. Filmin orijinal dili İsveçrə almancası azərbaycan və ingilis alt yazıları ilə müşayiət olunacaq.
Ola bilsin ki, bir əsrlik birbaşa demokratiya irsinə rəğmən İsveçrənin qadınlara səsvermə hüququ verən dünyada sonuncu ölkələrdən olduğunu heç də hər kəs bilmir. Yalnız 1971-ci ildə İsveçrəli kişilər qadınlara ümumxalq seçkilərində iştirak etmək – səs vermək və federal səviyyədə parlamentə seçilmək hüququ əldə etməyə “icazə” vermişdir.
Filmin rejissoru Petra Volpe İsveçrə demokratiyasının uzun zamandan bəri saxlanılan bu “sirri”ni özünəməxsus yumor və əyləncə ilə böyük ekrana daşıyıb. Film 1970-ci ildə İsveçədə cərəyan edir və evdar qadın olan Noranın yaşadığı kiçik İsveçrə qəsəbəsində dəyişikliklər edən xanıma çevrilməsindən söhbət açır. Maneələrə baxmayaraq Nora status-kvonu o dövrün köhnəlmiş baxışları ilə birlikdə aradan qaldıraraq qəhrəmana çevrilir.
Müvəqqəti İşlər Vəkili Simone Hayberli filmin nümayişindən öncə açılış nitqi söyləyəcək.
Giriş pulsuzdur.







