bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

İslam – bir lağlağı kimi

Ələkbər Əliyev Ələkbər Əliyev
Mövqe
08 Mart 2020
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
Daa
Paylaş

Başlığın provokasiyası uzun sürməsin deyə, bu «lağlağı»-ya aydınlıq gətirim. Bizim sekulyarlar, hətta «radikal islam» təhlükəsini ciddiyə alanları belə, «azərbaycanlılar içən camaatdır» deyib, gecələr arxayın yatırlar. Bu folklorun davamı isə belədir: «Azərbaycanlılar dinlə məzələnən adamlardır, qeyri-səmimi müsəlmanlardır; nə şiə kimi şiədir, nə sünni kimi sünnidir; azərbaycanlının dini-imanı puldur, şöhrətdir, təkəbbürdür. Bu hedonistlərdən nə müsəlman?.. Bizim şeyximiz dünyanın ən yaxşı şeyxidir, onun kimisi bir daha gəlməz, gərək onu qoruyaq…».

Bunların hamısı, özündə həqiqət payı ehtiva etsələr də, işin lağlağısıdır. Gerçək vəziyyət isə, biz düşündüyümüzdən də ağırdır.

Azərbaycan dini radikallığa qarşı necə qorunur, mövcud iqtidar təhlükənin fərqindədirmi və təhlükənin faciəvi miqyas almaması üçün hansı tədbirləri görür? 

Gəlin üzdə olana baxaq – DTX vaxtaşırı əməliyyatlar keçirərək, radikal cərəyanların mənsublarını öldürür, yaxalayır və dövlət, işini bununla da tamamlanmış hesab edir. Şair demişkən, «Əzəldən belədir dünyanın işi, dövlətin zorakılıq monopoliyası var». Üstəlik sənə silahlı müqavimət də göstərirlərsə, və ya göstəriləcəyi ehtimal olunursa, zorakılığa əl atmaqdan başqa yolun qalmır. Bu, aydındır. Ertəsi gün isə, xəbər saytlarını belə bir başlıq bəzəyir: «DTX radikal qruplaşma üzvlərini məhv etdi».

Deməli, radikallıqla mübarizənin Azərbaycanda bircə üsulu var – güllələmək.

Prezidentin Azərbaycanı

Gəlin bir anlığa, İlham Əliyevin kabinetinə daxil olaq. Dünyadakı bütün prezidentlərin kabinetlərində olduğu kimi, burada da İlham Əliyevin qabağına qovluq qoyulur. Biz bilmirik, qovluğu masaya qoyanlar orda nə yazıblar, hansı mətləblərdən danışıblar, nələri qabardıb, nələrin üstündən sükutla keçiblər. Olur belə şeylər, bu da normaldır.

Bu qovluqda, prezident üçün yazılmış Azərbaycan var – oxuyacaq və bugünkü Azərbaycan haqqında təsəvvürü yaranacaq. Onsuz da, istəsə belə bütün xırdalıqlara nüfuz edə bilməz, etməli də deyil. Bir azdan Merkel gəlir, qanqaraldıcı söhbətlər olacaq. Lukaşenko zəng edib pul istəyəcək, ya da deyəcək traktorumu alın. Putin mesaj yazacaq ki, «traktoru alma, məndə daha ucuzu var». Sonra «Formula 1» haqqında hesabata qulaq asacaq, bir-iki naziri çağırıb danlayacaq, park ya da yol açmağa yollanacaq, protokol xidmətinin çərənləməsinə dözəcək…

Bütün bunlar Bakıda, İlham Əliyevin kabinetində yaşanarkən, gəlin biz, rayonlardan birinə yollanaq, görək burda nə baş verir.

Rayonun qəsəbəsində, bir küçə təsəvvür edin, küçədə sağlı-sollu kənd evləri düzülüb, sakinlərin yarısı birbirilə qohum-əqrəbadır. Siz bu kəndə çox yox, beş il əvvəl gəlsəydiniz, burada yeyib-içən, deyib-gülən insanlarla rastlaşacaqdınız. Görəcəkdiniz ki, hökumətdən ənənəvi narazılıq edirlər, icra başçısını söyürlər, amma həm də yeyib-içirlər, birtəhər dolanırlar. Daha yaxşısına layiq olduqlarına inansalar da, əllərində olanla kifayətlənirlər.

Bu gün isə, o evlərin hamısında «zühur» və «inqilab» intizarı var. Diqqət edin, burada söhbət, dindar vətəndaşların rutin ibadətindən getmir. Bu evlərdə yaşayanlar, İmam Mehdini gözləyir, Hüseynin şəhadətindən ilham alır, vəlayəti-fəqihdən girib, islam dövlətindən, şəriət quruluşundan çıxırlar. Onlar qəzəblidirlər, intiqam gününün intizarındadırlar. Özlərinə lider saydıqları, ya da azından simpatiya bəslədikləri adam(lar) türmədədir. İnqilabın intizarı, onların yeganə təsəlli mənbəyidir. Yer üzü ilə işlərini bitiriblər, asimanda hərlənirlər.

Bu, sıradan dindarlıq deyil, içində axirət sevdası olan fanatizmdir. Öz köklü, qədim əhvalatları olan məktəbdir. Şəhadət şərbəti üçün susamışların, dözülməz səbatıdır. Onların dilində həsrət, eşq, şəhadət kimi məsum və ülvi sözlər, əslində qan-qan deyən çağırışlardır.

Mən isə deyirəm ki, radikal dindarların öldürülməsi, tutulması bunlara yaşıl işıq yandırmaqdır, əhvalatlarının cücərməsi üçün, münbit şərait yaratmaqdır. YAP hökuməti fanatiklər üçün torpaq belləyir, toxumu əkir və hələ bir sulayır.

Unutmayın, İranda hər 10 nəfərdən biri şahın xəfiyyəsi idi. Axırı nə oldu, hamımıza məlumdur. Hakimiyyət zirvəsindən bunları görmək çətindirsə, biz burdan deyirik, eşidin. Müşahidə, tarix göstərir ki, dəvəquşu pozası heç vaxt problemlərə çarə olmayıb. Hakimiyyətin içində məsələnin nə yerdə olduğunu bilən, anlayan adamlar da az deyil. Amma onlar da danışmağa ehtiyatlanırlar, çünki qorxurlar.

***

Vaxt var idi, bu ölkədə siyasi partiyaların qərargahları, məktəb funksiyası yerinə yetirirdilər. Daha ziyadə Müsavat Partiyasının qərargahını nəzərdə tuturam. Qərargaha əyalətlərdən gənclər gəlirdilər, burada müraciət qaydalarını öyrənir, «xanım», «bəy» kimi sözlərlə tanış olurdular. Adamlar bir-birlərinə kitab, film tövsiyə edirdilər. O cümlədən dindarlar – oruc tutan, namaz qılan gənclər də, dinlə dövlət işlərinin bir-birindən ayrılmasının vacibliyini dərk edirdilər. Heç kim islam dövləti qurmaq haqda düşünmür və danışmırdı. Adama gülərdilər.

Bunu ona görə yazdım ki, hamımızın çevrəsində islam dininə görə yaşayan və ya yaşamağa çalışan adamlar var. Onlar bizim qohumlarımız, dostlarımız, qonşularımızdır. Onlar üçün dinlə dövlət işlərinin ayrı olması, müzakirə belə olunmur. Biz, ilk növbədə onların, bu cür dindarların köməyinə ehtiyac duyuruq. Fanatizm qələbə çalsa, bir ucu onlara da toxunacaq.

Biz, fanatizmdən danışanda təklənmək, marginal qrup kimi görünmək, hədəfə gəlmək istəmirik. Bizimlə eyni fikirləri bölüşən yüksək vəzifəli məmurları, deputatları, hakimiyyətdə sözü keçən adamları, həmçinin müxalifləri tək-tək tanıyırıq, amma onlar heç vaxt özlərini yandırmazlar, gözləyərlər biz yazaq, biz danışaq, bunlar da oxuyub «kayf tutsunlar». «Kayfı» sizə halal edirik, amma oyun oynamaq vaxtı deyil, təhlükə qapıdadır.

Pessimistlərə görə, Azərbaycan üçün artıq çox gecdir, bu məmləkətdən əlimizi üzək gərək.

Biz isə deyirik ki, çarə hələ tükənməyib, çarənin adı təhsil, təhsil, bir daha təhsildir. Kitabın, sənətin, elmin təbliğidir. Sosial xidmətlərin göstərilməsi, gənclərin məşğulluğunun artırılmasıdır. Zərərli cərəyanlara meyllər, 99% hallarda, avaralıqdan irəli gəlir. 

Tarixdə qalmağın, xalqın minnətdarlığını qazanmağın yolu da budur.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
MyCollages (1)
Mövqe

Ölüvay gənclik haqqında

Seymur Baycan
13 Avqust 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör