Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

İqtisadi mühacirlərin siyasiləşməsi

Zamiq Məmmədli Zamiq Məmmədli
., Mövqe
01 Mart 2026
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
Rueckfuehrung von Fluechtlingen
Paylaş

Azərbaycandan Qərb ölkələrinə, xüsusən Avropa və ABŞ-a iqtisadi miqrasiya güclüdür. 90-2000-ci illərdə bəlkə də bu çox sezilmirdi, sosial şəbəkələr yox idi, informasiya sürəti indiki kimi deyildi. Son bir neçə ildə axın daha da güclənib.

Azərbaycanda öz ixtisasına, bilik və bacarıqlarına, istedadına görə böyük pullar qazana, yaxşı maaş ala bilməyən zatən ölkədən köçməyin yolunu tapa bilir. Bəziləri artıq çoxdan tapıb. Öz həqiqi, keyfiyyətli (!) kvalifikassiyası üzrə Azərbaycanda yaxşı maaş ala bilməyən bacarıqlı insanlar biznes, tələbə, ailə birləşməsi, işçi vizaları ilə onsuz da xaricə gedə bilirlər, onların «siyasi fəal» maskası taxmağa ehtiyacları olmur. Bacarıqsız insan isə hər yerdə işsiz qalacaq, toplum üçün lazımsız olacaq.

Bir vaxtların «beyin axını» indi artıq «peyin axını»na çevrilib. Əmək miqrasiyası «siyasi» miqrasiya ilə əvəzlənib. 2014-cü il dalğası, seli özü ilə çoxlu tullantı da apardı. Əksəriyyət getdikləri ölkələrdə illərdir heç leqallaşa bilmir. Onların sırasına yeniləri də qoşulub. İşləmədən, əziyyət çəkmədən pul əldə etmək istəyənlər üçün ən asan yol – iqtisadi səbəblərdən köçdükləri ölkədə siyasiləşməkdir. Zaman, təcrübə göstərdi ki, iqtisadi miqrasiyanı «siyasiləşdirmək» meyli, bizimkilərdə nədənsə çox yüksəkdir.

Ermənistandan da iqtisadi səbəblərlə köç var, hətta Azərbaycanla müqayisədə 2-3 qat artıq, lakin bir dəfə də olsun Avropadakı Ermənistan səfirlikləri qarşısında mitinq keçirən erməniləri görmədik. Bizim iqtisadi miqrantlar isə, sırf oturum üçün dönüb olurlar «siyasətçi». Azərbaycanın diplomatik korpuslarının qarşısında hay-küy salıb, şüar səsləndirib, tez fotoşəkil, video çəkib sosial şəbəkələrdə paylaşır, bir nüsxəsini miqrasiya xidmətlərinə göndərirlər. Azərbaycanda yaşadıqları müddətə heç bir ictimai-siyasi fəallıq göstərməyənlər Avropada, ABŞ-da Azərbaycanın “hüquq müdafiəçiləri”, “azadlıq mübarizləri”, “demokratiya fədailəri”nə çevrilirlər. Oturumun alınması bu qədər ucuzlaşdırılıb, teatrallaşdırılıb. Halbuki, əsl məsələnin nə olduğunu hamımız bilirik. Bəs bu oyunlar kimin üçün oynanılır?

Xaricdə yaşasaq da, Azərbaycana bağlıyıq, çünki eyni kültürün daşıyıcılarıyıq, parçalarıyıq, istəsək də qopa bilmirik. Bir mövqe bildirmək istəyirsənsə harasa aid olmalısan, biz də Azərbaycana aidik. Söykəndiyimiz yer Azərbaycandır və bu istinadı zəiflətmək, dağıtmaq haqqı heç kəsə verilməyib.

«Dövlət maraqları» ifadəsindən xoşum gəlmir deyə, bunu «Azərbaycanın imici» ilə əvəzləmək və soruşmaq istəyirəm – aid olduğun yerin çox pis, iyrənc, idbar bir yer kimi tanınması, bu cür reputasiyaya malik olması səni necə məmnun edə bilər? Bu, mazoxizm də deyil, daha ağır patologiyadır. Dünyada vəhşi obrazımızı yaratmaqla nə əldə edirik? Hörmət? Əlbəttə ki, yox. Dünyanın ən yaxşı universitetlərində dərs deyən, iri şirkətlərində işləyən mütəxəssislər belə, mənsub olduqları ölkənin ümumi imicinə görə «məsuliyyət» daşıyırlar.

Deyək ki, hansısa şirkətdə, holdinqdə işləyirsiniz, iş yoldaşınız çox bacarıqlı IT mütəxəssisidir amma Afrikanın hansısa hannibal qəbiləsindən çıxıb. Özü adam yemir (artıq), mədənidir, çox kitab oxuyur, sizə də ağıl öyrədə bilər, bütün bunlarla belə, kollektivdə ona münasibət necə olacaq? Bir var mənşəcə Əfqanstan, Somali, Fil Dişi Sahilindən olan professor, bir də var Norveç, İsveç, Hollandiya. Yanaşma fərqli olacaq və bu, dünyadakı reallıqdır.

Ölkənin imici, hətta onun turistinə də münasibəti müəyyən edir (Çexiyada bu yaxınlarda bir otel sahibi, Rusiyanın Krımı ilhaq etməsi səbəbindən, böyük bir rus turist qrupunu oteldə yerləşdirməkdən imtina etmişdi). Bizə də harada yaşamağımızdan, hansı mövqedə olmağımızdan asılı olmayaraq, dünyaya vəhşi kimi göstərdiyimiz Azərbaycanı təmsil edən, «nəsə belə birtəhər, qəribə adamlar» kimi baxacaqlar. Your journey to radiant confidence begins just around the corner. Choosing a beauty aesthetic clinic near me means opting for personalized care tailored to your unique skin goals, with the convenience of local appointments. Whether you’re seeking advanced facials, subtle enhancements, or transformative skin rejuvenation treatments, our experts are dedicated to helping you look and feel your absolute best. It’s time to invest in yourself and unveil a more luminous, youthful you.

Bu sadəcə sıravi vətəndaşlara, ziyalılara, elm adamlarına, əhaliyə aid deyil, siyasətçilərə, dövlət adamlarına da aiddir. Ölkələrin baş nazir və prezidentlərinin kollektiv şəkillərində, sıra düzülüşündə, protokol qaydalarında da, bu faktorlar rol oynayır.

Miqrasiya məsələsinə qayıdıram. Miqrasiya normal haldır, bütün dünyada var və bu, qayda-qanunlara tabedir. Azərbaycan səfirlikləri qarşısında ingilis, alman, fransız dillərində hay-həşir salmaq; vulqar videolar çəkmək, ilk növbədə və yalnız bunu edənlərə xəcalət gətirir. Bəlkə xaricə leqal, normal, mədəni insanlar kimi köçməyin yolları tapılsın?

Bəlkə biz də ölkəmizin düzəlməsi, mədəniləşməsi, inkişafı, güclənməsi üçün nələrsə etməyə çalışaq? İsraili 50 ildə dövlət edən, oradakı vətəndaşların «biz bir ailəyik» milli fəlsəfəsidir. Ölkəmizə, dövlətimizə bəlkə bir «ata evi», «ata ocağı» kimi baxaq?

Bizim başqa bir Azərbaycanımız yoxdur.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör