Azlogos
  • Kimlər var
  • Bizi tanı

Bu şəhərdə yaşayan Ata "Metsamor"u bağlamaq vaxtıdır Klara Setkin nə istəyirdi, ya da 8 marta istehza Hünərli Qadınlar Müvəqqəti Azərbaycan Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Hökumətin trolları və primitiv media siyasətinə dair

Sevda Sultanova Sevda Sultanova
., Mövqe
17 Yanvar 2021

Azərbaycan teleməkanında müxtəlif mövzularda əks fikirlərin toqquşduğu, tərəflər arasında pis-yaxşı ünsiyyətin baş tutduğu polemik proqramlar təxminən 2000-ci illərin ortalarında və hətta ondan öncəki illərdə qalıb…

Uzun müddət telekanalları kurasiya edən Əli Həsənovun vəzifədən getməsi də televiziya siyasətini, konsepsiyasını hələ ki nəzərəçarpacaq dərəcədə dəyişə bilmir. Müəyyən cəhdlər sezilsə də, ümumilikdə dəyişikliklər ləng templə gedir və əsasən kosmetik səliqə-sahmandan ibarətdir. Hətta bügünlərdə KİVDF-in Ə.Həsənovdan qalma keçmiş icraçı direktoru Vüqar Səfərlinin maliyyə yeyintisinə görə həbsi bütünlükdə medianın yaxın zamanda dəyişəcəyi düşüncəsini yaratmır.

Televiziyanın (yazımda xüsusi olaraq, TV-ni qabartmağın əsas səbəbi bu KİV vasitəsinin daha geniş auditoriyaya nüfuz edə bilməsidir) inkişafının formulası sadədir. Onu total nəzarətdən, iqtisadi asılılıqdan azad etmək, özünü müstəqil yaşatması üçün sağlam iqtisadi rəqabətə dayanan reklam bazarını formalaşdırmaq. Madam ki, indiki siyasi reallıqda bunlar mümkün görünmür, heç olmasa, mümkün görünəni gerçəkləşdirmək, misal üçün, telekanalların vəziyyətini ən azı 1990-cı illər və 2000-ci ilərin birinci yarısındakı duruma qaytarmaq olar. Bu həmin dövr idi ki, Space-də, ANS-də siyasi verilişlər canlı gedirdi və hazırda kanallar arasında ən urvatsızı olan Lider belə fəaliyyətinin ilk dövründə keyfiyyətli xəbərlər, reportajlar yayımlayırdı. Yəni seyrçi televiziyada tam olmasa da, qismən fərqli baxışların dialoqunu görürdü.

Bu gün köhnə-kürüş siyasi ritorikanın proqressiv siyasi nitq mədəniyyətini üstələməsi – həm də televiziyadan tədricən siyasi-sosial tok şouların, ciddi verilişlərin sıxışdırılması bahasına başa gəldi. Əslində isə siyasi diskussiya mədənyyətindəki kitç intonasiya, tənqidi və alternativ düşüncəyə dözümsüzlük, bugünün yaxud dünənin problemi deyil. 1980-ci illlərin sonu Sovetlər İttifaqının laxlaması ərəfəsində Az.TV-də “Dalğa”, “Çay dəstgahı”, birbaşa yayımlanan “Çərşənbə axşamı” kimi demokratik düşüncəyə söykənən proqramlar yarandı. Efirə canlı bağlanan Milli Məclisin iclaslarındakı siyasi diskussiyalar isə (hətta onlar bəzən dava-dalaş səviyyəsində baş tutsa da) gələcək peşəkar siyasi nitq və polemika mədəniyyətinin təməl rolunu oynaya bilərdi.

1608927561_1590148760_aztv-scaled

Daha sonra fərqli xəbər formatı, reportajlar təklif edən “215 KL”, ANS studiyaları yarandı. Bununla yanaşı Az.TV-də, Ayaz Mütəllibovun dövründə aparıcı Vüsal Əfəndiyevin müxalifəti nifrət, həqarət nitqi ilə aşağılaması xətti də yürüdülürdü. Sonralar məlum tendensiya Lider-in “Kuklalar” siyasi satirik layihəsində, Etibar Hüseynovun və başqalarının nifrət nitqi ilə davam elədi və bu xətt qalib gəldi. Acınacaqlısı odur ki, müstəqil mətbuat tariximizin ilk nüfuzlu qəzetlərindən biri “Azadlıq” da sonrakı fəaliyyətində V.Əfəndiyev, E. Hüseynov plankasına istinad elədi. Ümumi vəziyyət ona gətirib çıxardı ki, baş verənləri obyektiv sorğulayan müstəqil medianın yerində iki qütbləşmiş media qaldı. Yaranmış durum isə hər şeydən öncə iqtidarın yeritdiyi uğursuz media siyasətinin nətciəsiydi…

Yaxınlarda bir əhvalat eşitdim. Telekanallardan birinin rəhbəri (etik səbəblərdən adını çəkmirəm) bir balaca proqressiv efir, proqram siyasəti yürüdən kimi Ə. Həsənov ona “ümumi xəttdən” kənara çıxması barədə xəbərdarlıq edərək psixoloji təzyiqdə saxlayırmış. “Ümumi xətt” telekonsepti əsasən iki dominant trendin üzərində qrurulurdu: müəyyən sosial mövzuları, ailə dramlarını şoulaşdıraraq tamaşaçının duyğularını zorlamaq və toyxana estetikasındakı əyləncəli proqramlarla şüurları manipulyasiya etmək. Təklif olunan konsept sayəsində ilk növbədə televiziya sosial institut funksiyasını itirdi. Efir azərbaycan dilində səlis danışa bilməyən, dilimizin zənginliklərinə bələd olmayan, bilik bazası zəif olan aparıcılarla dolduruldu, xəbər proqramları əsasən əhəmiyyətisiz informasiyalara yer ayırdı. İş o yerə çatdı ki, ciddi xəbər kanalı statusu qazanmağa iddialı ANS də tədricən şoulaşamağa başladı…

Adətən telekanallar şouya geniş yer verilməsini reytinqin ayağına yazır, buna “tamaşaçı tələbatının diktəsi” arqumentiylə bəraət verməyə çalışırlar. Azərbaycan tamaşaçısı hər nə qədər toy, yas mərasimərinə meylli olsa da, trendləri əksər hallarda istehsalçı yaradır. “Gözəllik haqda mif” əsərində müasir dünyada norma sayılan gözəllik anlayışını araşdıran amerikalı yazıçı Naomi Vulfa görə müasir moda, estetik-plastik əməliyyat sənayesi qadını məqsədli şəkildə gözəlliyin əsiri edir. Yəni yeni moda trendlərinin, estetik əməliyyatların təbliği ilə qadınlarda buna istək və tələbat yaradılır.

Hələ bir neçə il əvvəl telereytinq mövzusunda apardığım araşdırmaya əsasən deyə bilərəm ki, proqramların reytinqinin müəyyənləşməsində qaranlıq amillər onun obyektivliyini şübhə altna qoyur və bəzi suallar indiyədək açıqdır: Reytinq ölçən cihaz harada qoyulur, verilişlər barədə rəy verən respodentlərin kimliyi, sosial tərkibi, statusu, yaşı niyə bəlli deyil? Yaxud, reytinq ölçən cihazlar regionlar üzrə qurulur, yoxsa yalnız Bakını əhatə edir? Reytinq ölçərkən hansı metodlardan istifadə olunur? Niyə bununla bağlı şəffaflıq yoxdur?

…Telepeşəkarlığın yoxluğundan bütün hallarda ən çox ziyan görən yəqin ki, iqtidardır. 44 günlük müharibə dövründə müəyyən qüsurları nəzərə almasaq, uğurlu informasiya siyasəti quruldu. Və bu siyasət eyni keyfiyyətlə sosial media üzərindən həyata keçirildi. Bu dövrdə xalqla hakimiyyətin ünsiyyətində anlayış, səmimilik, interaktivlik vardı. Belə bir ünsiyyət modelinə zərər vermədən onun həm ənənəvi, həm sosial mediada davamı gətirilməlidir.

Yəni siyasi də olmasa, ən azı ciddi sosial problemlərin açıq müzakirəsindən çəkinilməməlidir. Misal üçün, yanvarın ilk günlərində ölkədə Tarif Şurasının qərarına əsasən benzinin və dizelin yanacağının qiymətinin bahalaşmayla bağlı bəzi iqtisadçıların sosial mediada tənqidi fikirləri səsləndi. Telekanallarda isə əsasən bahalaşmaya haqq qazandıran ekspertlərin fikirlərinə yer ayrıldı. Daha məntiqli isə o idi ki, fərqli qütbdə dayanan mütəxəssislərin tv-də polemikalarını, açıq müzakirəsini əks etdirən canlı tok şoular keçiriləydi. Belə addımların intensivliyi, problemlərə publik formada tədricən açılışmaq hakimiyyətin imicinin xeyrinə işləyərdi.

_46823.width-1024

Başqa problem odur ki, media vasitəsilə hakimiyyət özü də hansısa uğurlu layihələrinin yetərincə təbliğatını apara, obrazını, görüntüsünü yarada bilmir. Başqa cür desək, əldə olan media imkanlarından effektli yararlanmır. Təkcə onu deyim ki, bu illər ərzində telekanallarda ictimaiyyətin güvənə biləcəyi parlaq, savadlı, maraqlı, peşəkar iqtidaryönümlü bir teleşəxsiyyət yetişmədi.

Yuxarda dediyim kimi müəyyən kövrək düzəlişlər, redaktələr problemi kökündən həll etmir. Dəyişikliyin ümumi cizgiləri nədən ibarətdir? Az.TV-in xəbər proqramının formatı dəyişilib, xəbər aparıcısı isə sadəcə bir statist deyil, o, seyrçi ilə ünsiyyətə can atır, ona yaxın olmağa çalışır. Az.TV-nin yeni layihələri isə formaca yeni, məzmunca köhnədir. İTV digər telekanallardan fərqli olaraq, sosial problemlərin müzakirəsində nisbətən cəsarətlidir, siyasi məslələlərdə polemikalara az da olsa yer verilir. Xəzər TV-dən müəyyən şou proqramları yığışdırlıb.

Demək olar ki, bütün kanallara bəzi müstəqli mövqeli şəxslər, müxalifət partiyalarından isə yalnız ReAL üzvləri dəvət olunur. Daxili siyasi məsələlər barədə canlı müzakirələr olmasa belə bu faktın özü nəsə deməkdir. Yeri gəlmişkən, müxalifət partiyaları arasından niyə məhz ReAL-ın dəvət olunması “satılmaq”, hakimiyyətlə anlaşmaya getmək kimi düşük, bəsit fikirlərlə bağlı deyil. Xeyli əvvəl Erkin Qədirlinin statuslarından birində məsələyə gətirdiyi aydınlıq daha arqumentli səslənir: “ReAL açıq oynayır, kimsəyə ziyan vurmur, kimsəni söymür, atmır, satmır. ReAL yanıla bilər, amma satıla bilməz. Hökumət də məhz buna görə bizimlə danışır”.

Sosial mediaya gəlincə, hakimiyyət uzun illərdir, ritorikası dəyişməyən, ayrı-ayrı siyasətçilərin statuslarına eyni məzmunlu bayağı şərhlər yazan trollar ordusundan yaxasını nəhayət ki, qurtarmalıdır. Siyasi diskursda sosial medianın əhəmiyyəti danılmazdır. Odur ki, hakimiyyətin effektli təbliğat yollarından biri onun çoxtərəfli funksiyasından praktik istifadəsi, vətəndaşla ünsiyyətidir. Və məsələnin bu tərəfi unudulmamalıdır ki, realda vətəndaşa etinasız yanaşılırsa, onsuz da sosial media hesabına o, virtualda siyasi-icitmai həyatda iştiraklılığını təmin eləyir və onun müxtəlif kontentlər vasitəsilə özünün alternativ mediasını yaratmaq imkanı var.

…Hələ 1898-ci ildə Qustav Lebon deyirdi: “Həmişə eyni qəzetdə – A. Yaramaz, B. isə vicdanlı adamdır xəbərini oxuyanda, nəhayətdə buna inanırıq. Əlbəttə ki, tamamilə əks fikri söyləyən başqa qəzeti oxumuruqsa”.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

sev-2
.

Bu şəhərdə yaşayan Ata

08 Mart 2021
fs
.

“Metsamor”u bağlamaq vaxtıdır

08 Mart 2021
A5333AC7-3E9D-4257-AC6E-6DF5C5FC4667
.

Klara Setkin nə istəyirdi, ya da 8 marta istehza

08 Mart 2021
Bildschirmfoto 2021-03-07 um 21.49.17
.

Hünərli Qadınlar

08 Mart 2021
IMG_6444 2
.

Müvəqqəti Azərbaycan

07 Mart 2021
Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri

06 Mart 2021

Redaktorun seçimi

Selektiv müdafiə

Homolar niyə danışmağa başladılar?

Kayfda olan adamın fikirləri

Gizli nişan mərasimi

Üzeyir bəyin qapatdığı “xalqın ikinci gözü”

Yeni həyat

Gecənin sonuna səyahət

Müqəddəs Luis gəmisi xilas etmədi

Yuxulu kalaçililər

Dofamin – hedonizmin təminatçısı

Şimali Koreyanın rasional xarici siyasəti

Yazıçı-feminen, passivləşmiş oxucu-maskulinə qarşı

Yumor ictimai problem kimi

“Korreksiya sinfi” filmi barədə

Mehdi Hüseynin ölümü – 3

Qəhvə və parkinqi nə birləşdirir?

Armine Adibekyan: «Azərbaycanda baş verənləri zərrəbinlə izləyirik»

Seçki marketinqi və PR

Seymurun iyrəndiyi qan

65 yaşdan yuxarı olanların aqibəti

Monarxiyalı gələcək, özü gəlməyəcək

Narsistin viruslu bağı

Nədən qorxur və niyə stoaçılar kimi yaşamaq istəyirik?

Azərbaycanlı musiqişünas, Azərbaycan akademik musiqisində alman irsinin təsirini araşdırır

Cahangir Süleymanov: “İndi uşaqlar sovet cizgi filmlərinə baxmırlar, çünki onların rəngləri sönükdür”

Feodal pərakəndəlikdən mütləqiyyətə

Siyasi mədəniyyətin məziyyətləri

Sülh – hər iki hökumətin ona nə qədər ciddi yanaşmasından asılıdır

Rüstəm İbrahimbəyov – Uğurlu məğlubiyyət (Birinci hissə)

Facebook düşüncələri

Hökumətin trolları və primitiv media siyasətinə dair

Sevda Sultanova Sevda Sultanova
., Mövqe
17 Yanvar 2021

Azərbaycan teleməkanında müxtəlif mövzularda əks fikirlərin toqquşduğu, tərəflər arasında pis-yaxşı ünsiyyətin baş tutduğu polemik proqramlar təxminən 2000-ci illərin ortalarında və hətta ondan öncəki illərdə qalıb…

Uzun müddət telekanalları kurasiya edən Əli Həsənovun vəzifədən getməsi də televiziya siyasətini, konsepsiyasını hələ ki nəzərəçarpacaq dərəcədə dəyişə bilmir. Müəyyən cəhdlər sezilsə də, ümumilikdə dəyişikliklər ləng templə gedir və əsasən kosmetik səliqə-sahmandan ibarətdir. Hətta bügünlərdə KİVDF-in Ə.Həsənovdan qalma keçmiş icraçı direktoru Vüqar Səfərlinin maliyyə yeyintisinə görə həbsi bütünlükdə medianın yaxın zamanda dəyişəcəyi düşüncəsini yaratmır.

Televiziyanın (yazımda xüsusi olaraq, TV-ni qabartmağın əsas səbəbi bu KİV vasitəsinin daha geniş auditoriyaya nüfuz edə bilməsidir) inkişafının formulası sadədir. Onu total nəzarətdən, iqtisadi asılılıqdan azad etmək, özünü müstəqil yaşatması üçün sağlam iqtisadi rəqabətə dayanan reklam bazarını formalaşdırmaq. Madam ki, indiki siyasi reallıqda bunlar mümkün görünmür, heç olmasa, mümkün görünəni gerçəkləşdirmək, misal üçün, telekanalların vəziyyətini ən azı 1990-cı illər və 2000-ci ilərin birinci yarısındakı duruma qaytarmaq olar. Bu həmin dövr idi ki, Space-də, ANS-də siyasi verilişlər canlı gedirdi və hazırda kanallar arasında ən urvatsızı olan Lider belə fəaliyyətinin ilk dövründə keyfiyyətli xəbərlər, reportajlar yayımlayırdı. Yəni seyrçi televiziyada tam olmasa da, qismən fərqli baxışların dialoqunu görürdü.

Bu gün köhnə-kürüş siyasi ritorikanın proqressiv siyasi nitq mədəniyyətini üstələməsi – həm də televiziyadan tədricən siyasi-sosial tok şouların, ciddi verilişlərin sıxışdırılması bahasına başa gəldi. Əslində isə siyasi diskussiya mədənyyətindəki kitç intonasiya, tənqidi və alternativ düşüncəyə dözümsüzlük, bugünün yaxud dünənin problemi deyil. 1980-ci illlərin sonu Sovetlər İttifaqının laxlaması ərəfəsində Az.TV-də “Dalğa”, “Çay dəstgahı”, birbaşa yayımlanan “Çərşənbə axşamı” kimi demokratik düşüncəyə söykənən proqramlar yarandı. Efirə canlı bağlanan Milli Məclisin iclaslarındakı siyasi diskussiyalar isə (hətta onlar bəzən dava-dalaş səviyyəsində baş tutsa da) gələcək peşəkar siyasi nitq və polemika mədəniyyətinin təməl rolunu oynaya bilərdi.

1608927561_1590148760_aztv-scaled

Daha sonra fərqli xəbər formatı, reportajlar təklif edən “215 KL”, ANS studiyaları yarandı. Bununla yanaşı Az.TV-də, Ayaz Mütəllibovun dövründə aparıcı Vüsal Əfəndiyevin müxalifəti nifrət, həqarət nitqi ilə aşağılaması xətti də yürüdülürdü. Sonralar məlum tendensiya Lider-in “Kuklalar” siyasi satirik layihəsində, Etibar Hüseynovun və başqalarının nifrət nitqi ilə davam elədi və bu xətt qalib gəldi. Acınacaqlısı odur ki, müstəqil mətbuat tariximizin ilk nüfuzlu qəzetlərindən biri “Azadlıq” da sonrakı fəaliyyətində V.Əfəndiyev, E. Hüseynov plankasına istinad elədi. Ümumi vəziyyət ona gətirib çıxardı ki, baş verənləri obyektiv sorğulayan müstəqil medianın yerində iki qütbləşmiş media qaldı. Yaranmış durum isə hər şeydən öncə iqtidarın yeritdiyi uğursuz media siyasətinin nətciəsiydi…

Yaxınlarda bir əhvalat eşitdim. Telekanallardan birinin rəhbəri (etik səbəblərdən adını çəkmirəm) bir balaca proqressiv efir, proqram siyasəti yürüdən kimi Ə. Həsənov ona “ümumi xəttdən” kənara çıxması barədə xəbərdarlıq edərək psixoloji təzyiqdə saxlayırmış. “Ümumi xətt” telekonsepti əsasən iki dominant trendin üzərində qrurulurdu: müəyyən sosial mövzuları, ailə dramlarını şoulaşdıraraq tamaşaçının duyğularını zorlamaq və toyxana estetikasındakı əyləncəli proqramlarla şüurları manipulyasiya etmək. Təklif olunan konsept sayəsində ilk növbədə televiziya sosial institut funksiyasını itirdi. Efir azərbaycan dilində səlis danışa bilməyən, dilimizin zənginliklərinə bələd olmayan, bilik bazası zəif olan aparıcılarla dolduruldu, xəbər proqramları əsasən əhəmiyyətisiz informasiyalara yer ayırdı. İş o yerə çatdı ki, ciddi xəbər kanalı statusu qazanmağa iddialı ANS də tədricən şoulaşamağa başladı…

Adətən telekanallar şouya geniş yer verilməsini reytinqin ayağına yazır, buna “tamaşaçı tələbatının diktəsi” arqumentiylə bəraət verməyə çalışırlar. Azərbaycan tamaşaçısı hər nə qədər toy, yas mərasimərinə meylli olsa da, trendləri əksər hallarda istehsalçı yaradır. “Gözəllik haqda mif” əsərində müasir dünyada norma sayılan gözəllik anlayışını araşdıran amerikalı yazıçı Naomi Vulfa görə müasir moda, estetik-plastik əməliyyat sənayesi qadını məqsədli şəkildə gözəlliyin əsiri edir. Yəni yeni moda trendlərinin, estetik əməliyyatların təbliği ilə qadınlarda buna istək və tələbat yaradılır.

Hələ bir neçə il əvvəl telereytinq mövzusunda apardığım araşdırmaya əsasən deyə bilərəm ki, proqramların reytinqinin müəyyənləşməsində qaranlıq amillər onun obyektivliyini şübhə altna qoyur və bəzi suallar indiyədək açıqdır: Reytinq ölçən cihaz harada qoyulur, verilişlər barədə rəy verən respodentlərin kimliyi, sosial tərkibi, statusu, yaşı niyə bəlli deyil? Yaxud, reytinq ölçən cihazlar regionlar üzrə qurulur, yoxsa yalnız Bakını əhatə edir? Reytinq ölçərkən hansı metodlardan istifadə olunur? Niyə bununla bağlı şəffaflıq yoxdur?

…Telepeşəkarlığın yoxluğundan bütün hallarda ən çox ziyan görən yəqin ki, iqtidardır. 44 günlük müharibə dövründə müəyyən qüsurları nəzərə almasaq, uğurlu informasiya siyasəti quruldu. Və bu siyasət eyni keyfiyyətlə sosial media üzərindən həyata keçirildi. Bu dövrdə xalqla hakimiyyətin ünsiyyətində anlayış, səmimilik, interaktivlik vardı. Belə bir ünsiyyət modelinə zərər vermədən onun həm ənənəvi, həm sosial mediada davamı gətirilməlidir.

Yəni siyasi də olmasa, ən azı ciddi sosial problemlərin açıq müzakirəsindən çəkinilməməlidir. Misal üçün, yanvarın ilk günlərində ölkədə Tarif Şurasının qərarına əsasən benzinin və dizelin yanacağının qiymətinin bahalaşmayla bağlı bəzi iqtisadçıların sosial mediada tənqidi fikirləri səsləndi. Telekanallarda isə əsasən bahalaşmaya haqq qazandıran ekspertlərin fikirlərinə yer ayrıldı. Daha məntiqli isə o idi ki, fərqli qütbdə dayanan mütəxəssislərin tv-də polemikalarını, açıq müzakirəsini əks etdirən canlı tok şoular keçiriləydi. Belə addımların intensivliyi, problemlərə publik formada tədricən açılışmaq hakimiyyətin imicinin xeyrinə işləyərdi.

_46823.width-1024

Başqa problem odur ki, media vasitəsilə hakimiyyət özü də hansısa uğurlu layihələrinin yetərincə təbliğatını apara, obrazını, görüntüsünü yarada bilmir. Başqa cür desək, əldə olan media imkanlarından effektli yararlanmır. Təkcə onu deyim ki, bu illər ərzində telekanallarda ictimaiyyətin güvənə biləcəyi parlaq, savadlı, maraqlı, peşəkar iqtidaryönümlü bir teleşəxsiyyət yetişmədi.

Yuxarda dediyim kimi müəyyən kövrək düzəlişlər, redaktələr problemi kökündən həll etmir. Dəyişikliyin ümumi cizgiləri nədən ibarətdir? Az.TV-in xəbər proqramının formatı dəyişilib, xəbər aparıcısı isə sadəcə bir statist deyil, o, seyrçi ilə ünsiyyətə can atır, ona yaxın olmağa çalışır. Az.TV-nin yeni layihələri isə formaca yeni, məzmunca köhnədir. İTV digər telekanallardan fərqli olaraq, sosial problemlərin müzakirəsində nisbətən cəsarətlidir, siyasi məslələlərdə polemikalara az da olsa yer verilir. Xəzər TV-dən müəyyən şou proqramları yığışdırlıb.

Demək olar ki, bütün kanallara bəzi müstəqli mövqeli şəxslər, müxalifət partiyalarından isə yalnız ReAL üzvləri dəvət olunur. Daxili siyasi məsələlər barədə canlı müzakirələr olmasa belə bu faktın özü nəsə deməkdir. Yeri gəlmişkən, müxalifət partiyaları arasından niyə məhz ReAL-ın dəvət olunması “satılmaq”, hakimiyyətlə anlaşmaya getmək kimi düşük, bəsit fikirlərlə bağlı deyil. Xeyli əvvəl Erkin Qədirlinin statuslarından birində məsələyə gətirdiyi aydınlıq daha arqumentli səslənir: “ReAL açıq oynayır, kimsəyə ziyan vurmur, kimsəni söymür, atmır, satmır. ReAL yanıla bilər, amma satıla bilməz. Hökumət də məhz buna görə bizimlə danışır”.

Sosial mediaya gəlincə, hakimiyyət uzun illərdir, ritorikası dəyişməyən, ayrı-ayrı siyasətçilərin statuslarına eyni məzmunlu bayağı şərhlər yazan trollar ordusundan yaxasını nəhayət ki, qurtarmalıdır. Siyasi diskursda sosial medianın əhəmiyyəti danılmazdır. Odur ki, hakimiyyətin effektli təbliğat yollarından biri onun çoxtərəfli funksiyasından praktik istifadəsi, vətəndaşla ünsiyyətidir. Və məsələnin bu tərəfi unudulmamalıdır ki, realda vətəndaşa etinasız yanaşılırsa, onsuz da sosial media hesabına o, virtualda siyasi-icitmai həyatda iştiraklılığını təmin eləyir və onun müxtəlif kontentlər vasitəsilə özünün alternativ mediasını yaratmaq imkanı var.

…Hələ 1898-ci ildə Qustav Lebon deyirdi: “Həmişə eyni qəzetdə – A. Yaramaz, B. isə vicdanlı adamdır xəbərini oxuyanda, nəhayətdə buna inanırıq. Əlbəttə ki, tamamilə əks fikri söyləyən başqa qəzeti oxumuruqsa”.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

sev-2
.

Bu şəhərdə yaşayan Ata

08 Mart 2021
fs
.

“Metsamor”u bağlamaq vaxtıdır

08 Mart 2021
A5333AC7-3E9D-4257-AC6E-6DF5C5FC4667
.

Klara Setkin nə istəyirdi, ya da 8 marta istehza

08 Mart 2021
Bildschirmfoto 2021-03-07 um 21.49.17
.

Hünərli Qadınlar

08 Mart 2021
IMG_6444 2
.

Müvəqqəti Azərbaycan

07 Mart 2021
Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri
.

Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri

06 Mart 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel