Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Həyat Keyfiyyəti

Rafiq Hunaltay Rafiq Hunaltay
., Sərbəst
16 Dekabr 2022
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
Importancia del descanso EZnews
Paylaş

Son zamanlar müşahidələrim belə deməyə əsas verir ki, karyerasının bəlli bir səviyyəsinə gəlib çatmış bir çox top menecerlər ümumən həyat keyfiyyətlərindən razı deyil.

Gəlin görək hələ ilk olaraq həyat keyfiyyəti nədir?

  • Biz gördüyümüz işi sevir, sevdiyimiz işi görürüksə, həyatımız daha keyfiyyətli olur.
  • Sağlam dost çevrəmiz varsa, ailəmizdə hər şey qaydasındadırsa, həyat daha keyfiyyətli olur.
  • İşimiz və karyeramızla bağlı netvörkümüzdən qarşılıqlı olaraq fayda ala və fayda verə biliriksə, həyat daha keyfiyyətli olur. Davamlı şəkildə öz üzərimizdə işləyir
  • Öz üzərimizdə davamlı çalışırıqsa, oxuyuruqsa, hər gün özümüzə bir az da olsa, nələrsə əlavə dəyər qata biliriksə, həyat daha keyfiyyətli olur.

Gəlin indi isə baxaq görək bəs nə olanda həyat keyfiyyətli olmur?!

  • Davamlı şəkildə stresli iş mühitindəsizsə, olmur.
  • Hər şey var, amma nəsə çatmır, amma nə? – sualını verirsizsə, olmur.
  • Yatanda göz yumulur, amma beyin yatmırsa, olmur.
  • Zamanın sürətlə getdiyini, gün sonunda bir çox şeyi çatdırmadığınızı hiss etmənin verdiyi ağırlıq varsa, olmur.
  • Getdikcə proseslərə neqativ baxışın artdığını, özünüzü hər şeydə qurban obrazında görməyə başladınızsa, olmur.
  • Davamlı keçmişə ilişib qalırsızsa, çox fikirləşib, amma kiçik belə olsa, addımlar atmırsızsa, olmur.
  • Oxumağı, özünüzə zaman ayırmağı, mütaliəni, dostlarla ünsiyyəti azaltmısınızsa, getdikcə tükəndiyinizi hiss edirsizsə, olmur.
  • Sizi siz edən ətrafınıza yetərincə dəyər verməyib, statusunuza görə sizə yaxınlaşan adamların əhatəsində bir də ayılıb özünüzü tək-tənha hiss edirsizsə, olmur.
  • Dərdinizi danışa biləcək, hər şeyinizi bölüşə biləcəyiniz heç olmasa, 2-3 dostunuz yoxdursa, olmur.
  • Davamlı hər şeyi müqayisə edir, sahib olduğunuz və olmadıqlarınız arasında var-gəl edir, “əşyaları sevib insanları istifadə edirsizsə”, olmur.

İndi bir az izah edək. Sevmədiyi işi görmək açıq havada həbsdə olmaq kimi bir şeydir. Bir halda ki, səhər işə sevinərək, həvəslə getmirsiz, hələ üstəlik də zamanınızın çoxunu sevmədiyiniz işdə keçirirsizsə, həyat necə keyfiyyətli ola bilər. Əvvəlki yazılarda da qeyd etmişdim, həyatı keyfiyyətli edən sütunlar var. O sütunlardan biri zəifdirsə, ona düşən yük digər sütunlarla avtomatik olaraq paylanır. İşində xoşbəxt olmayan adam o natamamlığı digər faktorlara yükləyib onlara daha çox yüklənir desək yanılmarıq. Hər insanın qaldıracağı normal yük olduğu kimi hər “sütun” da bəlli bir həddən o tərəfə faydalı ola bilməz. O səbəbdən əskik qaldığınız yanların əvəzini tapmağa çalışmaqdansa, başqa yeni həyəcanlar, hobbilər yaratmaq daha faydalıdır. Olduğunuz yerdə çevrənin mərkəzi deyilsizsə, çevrəni zorlamaqda özünüzü də yoracaqsız, ətrafdakıları da. Şairin dediyi kimi “haqlısınızsa, susa da bilərsiz”. Və belə hallarda sakitcə getmək ən rahatıdır.

Araşdırmalar göstərir ki, insan ən sonuncu həddə qədər səmimi ola biləcəyi dostlara sahibdirsə, bütün həyati prosesləri daha az zərərlə ötürə bilər. Vay o gündən ki, sahib olduğunuz belə dostları yarı yolda qoydunuz, o zaman həyatınızın sonrakı dönəmlərində bumeranqa hazır olun. Yaşatdığı hər şeyi yaşamadan ölmür insan. Ailə ən vacib faktordur. Valideynləriniz, övladınız, həyat yoldaşınız, yaxın qohumlarınız işin və karyeranın ən pik həddində belə son prioritetlər sırasına keçirilə bilməz. Belə olduğu halda gec ya da tez psixoloji vəziyyətinizə mənfi təsir edəcək.

Ümumiyyətlə, ətrafda ancaq “alməmməd”lər olduğu müddətcə, faydalı netvörkinq qurmaq mümkün deyil. İnsanın alan əli olduğu kimi, verən əli də olmalıdır. Fayda əldə etmək istəyiriksə, fayda verməyi də bacarmalıyıq. Araşdırmalara görə stresli situsasiyalarda ən yaxşı antidepressant rolunu kiçik yaxşılıqlar oynayır. Səbəbsiz yerə ətrafınızdan birinə yaxşılıq edin. Bu qarşı tərəfdən daha çox Sizə özünüzü daha yaxşı hiss etmənizə kömək edəcəkdir. Məsələn, HBR araşdırmasına görə bəzi top menecerlər var ki, asudə vaxtlarında könüllü olaraq heyvan saxlama mərkəzlərində işləyir və beləcə özlərini cəmiyyətə daha faydalı hiss etdikləri üçün xoşbəxt olurlar. Həyatın hər sahəsində bir adama istəmədiyi yaxşılığı davamlı etmək də çox vaxt israfa gedir. Bu halda ən yaxşı çıxış yolu gözləntini azaltmaqdır. Çünki insana onun istəmədiyi yaxşılığın olması, onu edənə hörmətdən daha çox qarşı tərəfin öhdəliyi kimi görünər. Bir dəfə sınaqdan çıxmayan situasiyanı bağışlaya bilərsiniz, amma onun təkrarlanmayacağına əsla söz verə bilməzsiniz.

Bir də gün ərzində kiçik bir məqalə belə olsa, oxumayan adam getdikcə şair demiş özünü özündən oğurlayır. Getdikcə özgüvəni azalır, sözünün kəsəri və gələcəyə baxışlarında fərq yaranır. Düzdür, yeniliklər də yıxıcı olur, amma heç olmasa, xəbərdar olmaq bizi vəziyyətdən çıxara bilər. Həm də unutmayın ki, oxumaq özü ən gözəl antidepressantdır. Siz öz dünyanızdan alıb başqa bir aləmə aparır.

Davamlı dönüb-dönüb eyni yerdə dayanan çarxın içində o tərəf-bu tərəfə var-gəl edən gözəl insan, həyatı keyfiyyətli yaşamaq özünlə tək qalanda özünə hesabatlı olmaqdır, rahat yatmaqdır, vicdanının rahat olmasıdır. Nəticə heç vaxt tərəzi ola bilməz, tərəzi prosesdir və onun keyfiyyətidir. Proses adamları yekunda prosesi keyifyyətli etdiyi üçün nəticə əldə edir. Nəticə adamları isə prosesdən xoşlanmadıqları üçün uzun bir zamanı prosesin verdiyi sarsıntı ilə keçirib həyatlarını cəhənnəmə döndərir. İş prosesinin özündən zövq almağı bacarmaq elə bu günü yaşamaqdır həm də. Bir də keyfiyyətli həyat problemsiz həyat demək deyil, bahalı həyat demək deyil. Keyfiyyətli həyat həyata daha fərqli baxış bucağıdır. O baxış bucağında maddi olan şeylər öndə gəlmir, vasitə olur.

Daha keyfiyyətli iş və şəxsi həyat diləyilə.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör