Azlogos
  • Kimlər var
  • Bizi tanı

Homoseksuallıq və homofobiya. Made in Europa İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir? Bakirə intiharlar Xocalı qətliamı haqqında hər şey Qaralar üçün İsrail Rəqəmsal konslager
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Günəşi düzgün oxumaq

Elnur Astanbəyli Elnur Astanbəyli
., Mövqe
16 Sentyabr 2019

Azlogos-da bundan öncə “Rədd olsun papaq!” başlıqlı yazım yayımlanmışdı.

Yazı Azərbaycanda Sovetləşmədən sonra çadra və papağa qarşı elan edilən, “geyim reformu” adlandıra biləcəyimiz mübarizədən və onun doğurduğu sonuclardan gedirdi.

Anlatmağa çalışdığımız sadə idi: əgər siz xalqla aranızda keçilməz sədd hörər, fundamental azadlıqları boğarsınızsa heç bir reform (hər nə qədər xoşniyyətli olursa olsun!) heç vaxt uğurlu sonluğa çata bilməz.

Lakin “Rədd olsun papaq!”la bağlı sosial şəbəkələrdəki şərhlərin bir bölümünü oxuduqda dəhşətə gəldim; xeyli adam guya mənim yazıda “çadra təəssübkeşi” kimi çıxış etdiyimi söyləyir, yumşaq formada məndən bunu gözləmədiklərini deyir, bəziləri bir az da dərinə gedib təhqirəcən varırlar.

Halbuki mənim o yazıda anlatmaq istədiklərimlə bu bəylərin və xanımların anladıqları arasında yerlə göy qədər fərq var!

Könül istərdi ki, bu yerdə “anlatmağa çalışmışam, amma görünür, anlada bilməmişəm” yazım, ancaq inciməyin, yaza bilməyəcəm. Çünki həmin məqalədə ən azı bu cümlələr keçir: “…çadra sadəcə bir baş örtüyü deyildi.

O, həm də “beyin örtüyü” idi: qadını kölə kimi, qul kimi görən, onu ictimai həyatdan məhrum və dörd divar arasına məhkum edən dünyagörüşünün simvolu idi“.

Hətta bu cümlələrdən belə çadraya münasibətdə müəllifin konkret mövqeyi anlaşılmayıbsa, deməli, məsələ heç də anlada bilməməkdə deyil, ya birilərinin səmimi şəkildə anlamamasında, ya da nəyə görəsə, inadla anlamaq istəməməsindədir.

Qardaşlar, bacılar! Xanımlar, bəylər! Cənablar, cənabələr!

İcazənizlə sözügedən yazıda nə demək istədiyimi bir az da açıqlayım: Azərbaycanda Sovet hakimiyyəti bəlkə doğrudan da, səmimi-qəlbdən “cəmiyyəti sağlamlaşdırmaq”, onu dinin, mentalitetin, xürafatın buxovlarından azad etmək istəyə bilərdi, lakin totalitar təfəkkürlü idarəçiliyi ilə buna heç vaxt nail ola bilməzdi! Çünki qoyulan diaqnoz doğru olsa da, aparılan müalicə yanlış idi. Lap bu gün Azərbaycan həkimlərinin düzgün müayinə edib axırda da xəstənin çürümüş ayağını qoyub sağlam ayağını kəsdiyi kimi!

İnsanların baş örtüklərini çıxarırsınız, ancaq onun içindəki beyin olduğu kimi qalırsa, uzaqbaşı qorxu və itaət obyektini dəyişirsinizsə, “geyim reformu” nəyə yarayır? Hər iki halda insanlar müstəqil düşünməkdən məhrumdursa, ağlından və ürəyindən keçənləri dilinə gətirməkdən çəkinirsə, papağı şapka ilə əvəzləmək, doğrudanmı, cəmiyyəti sağlamlaşdıra bilərdi?

Adamları cəhənnəm atəşi ilə qorxudub itaətə məcbur etməklə Sibir soyuğu ilə qorxudub itaətə məcbur etməyin arasında, həqiqətənmi, sizin üçün böyük bir fərq var?

Doğrudanmı, sizin üçün tərs, müxalif bir fikir söylədiyinizdə, yazdığınızda hansı ilə cəzalandırıldığınız çox önəmlidir: fətva ilə, yoxsa “troyka” qərarları ilə?

Elə buna görə də “Rədd olsun papaq!”da izah etməyə çalışmışdıq ki, reforma insanların beynindən başlamaq lazım idi: onlara yazıb-oxumağı öyrətməklə kifayətlənmək olmazdı, nəyi yazıb-oxuyacaqlarına da özlərinin qərar verməsi üçün imkanlar yaratmaq lazım idi. Məktəbi, universiteti “şəxsiyyətə pərəstiş” yuvasına çevirmək lazım deyildi, onu fərqli düşüncələrin üzünə açmaq, mübahisə, müzakirə, polemika meydanına çevirmək lazım idi. Tənqidçi, sorğulayıcı fərdlər yetişdirməklə məşğul olmaq lazım idi.

Hamını bir partiyaya doldurmaq, hamını bir adamın beyni ilə düşünüb, bir adamın ağzı ilə danışmağa məcbur etmək lazım deyildi.Çoxsəslikdən, çoxrənglilikdən qorxmaq lazım deyildi.

“Kafir” damğasını aradan qaldırıb bu dəfə də onun yerinə “xalq düşməni” damğasını qoymaq lazım deyildi.

İnsanlara yazıb-oxumağı öyrədib ancaq ondan yalnız “Pravda”nı, “İzvestiya”nı oxuyub sadəcə Birinci katiblərə mədhiyyə yazmağı tələb etmək olmazdı.

Bax yalnız bu halda hər hansı inzibati-administrativ müdaxilə olmadan cəmiyyətdə həqiqi, əsl sağlamlaşma prosesi başlayacaqdı.

Çadra başdan elə özücə, həm də bir daha geri qayıtmamaq şərtilə sürüşüb düşəcəkdi…

Bəzən deyirlər ki, “Sovet dağılan kimi köhnə ayıblarımız yenə üzə çıxdı”.

Hətta bu da təsdiqləyir ki, Sovet hakimiyyəti cəmiyyətin problemlərini həll etmirdi, onları vur-tut palaz altına süpürürdü. Palaz qalxdı və köhnə üfunət yenidən aləmi bürüdü!

“Rədd olsun çadra”, “rədd olsun papaq” kimi şüarçılıqla bir yerə varılmayacağı aydın göründü.

Bax elə bu səbəbdən mən məlum yazıya “Geyimimiz dəyişir, başımızın örtüyü, ayağımızın corabı, əynimizin köynəyi dəyişir, aqibətimizsə eynidir: Qaranlıq! Havasızlıq! Bataqlıq!” sözləri ilə nöqtə qoymuşdum. Cəmiyyəti insanların başındakı çadranı, ayağındakı çarığı çıxarmaqla irəli aparmağın mümkünsüzlüyünə işarə vurmuşdum, öncə adamların beynindən və ürəyindən qorxunu, xofu, qeyd-şərtsiz itaəti çıxarmağın gərəkdiyini söyləmək istəmişdim.

Qorxu və xof içində yaşayan bir toplumun, senzura (fərqi yoxdur: rəsmi, yoxsa özünü senzura!) altında əzilən bir cəmiyyətin öz vücudundakı xəstəliklərdən, ağrılardan, yaralardan sağala biləcəyinə inamsızlığımı ifadə etməyə çalışmışdım.

Lakin bütün bunları bir kənara qoyub “Rədd olsun papaq!” yazısından “çadra təəssübkeşliyi”, “çarıq sevgisi” kimi nəticələr çıxarmaq, kimsə qüsura baxmasın, Günəşi başqa cür oxumağın parlaq örnəyindən başqa bir şey deyil.

Yəni, həqiqətən cəmi beş hərfdən ibarət bu sözü düzgün oxumaq belə çətindir?

Təhsil sistemimiz Sovetinkindən məzmun baxımından fərqlənmir, elə yaşadığımız ölkənin siyasi-ictimai, mənəvi atmosferi, havası da tamamən o illəri xatırladırsa, deməli, kimsəni qınamaq lazım deyil: “Günəş”i düz oxumaq çətindir, özü də çox çətindir!

P.S. Həmin yazıdakı “təhsilli kölələr” ifadəsinə xüsusilə darılan, qəzəblənən adamlar var.

30 ildir həyatın bütün sahələrində Sovet idaretmə sisteminin yetişdirdiyi insanlarla qarşı-qarşıyayıq. Oxuyub-yazma bilirlər, ancaq hüquq həzm etmək istəmirlər, özgürlükləri həzm etmək istəmirlər; karuselsiz, saxtalaşdırma olmadan seçki keçirmək ağıllarına batmır; tənqidi fikirə heç bir dözümləri yoxdur, təsəvvürlərinə də gətirmirlər ki, məhkəmələrin müstəqilliyi deyilən bir şey var, toplaşmaq azadlığı deyilən bir şey var, şəxsi həyatın toxunulmazlığı deyilən bir şey var; üstəlik, yeni və fərqli olan hər şeyə nifrət edirlər, kin qusurlar.

Elə isə “təhsilli kölələr” ifadəsinə darılmaq, qəzəblənmək nə üçündür?!

 

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

NSAC_gay_men
.

Homoseksuallıq və homofobiya. Made in Europa

01 Mart 2021
Kak-vse-1-1024x717
.

İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir?

28 Fevral 2021
_117157217_sevilatakiiyeva
.

Bakirə intiharlar

27 Fevral 2021
1308428334_993221_41
.

Xocalı qətliamı haqqında hər şey

26 Fevral 2021
Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021

Redaktorun seçimi

Andrey Tarkovskinin “Donmuş zaman” məqaləsindən parçalar

Homoseksuallığın ekran dili

Mühacirlərin missiyası

Repçi və Bandotdel

Həqiqəti görmək niyə çətindir?

Vaxt və pul – ikisi eyni anda bitməməlidir

Millət və bəşəriyyət

Sülh necə olacaq?

Bakı – Qafqazın ilk qadın üsyanının şəhəri

Böyük depressiya

Neft, futbol, nida

«Bismillah»-dan 85 il sonra yaranan sual: ateizm cinayətdirmi?

Tələbələrin tələbi

Qaldığımız evlər

Tofiqus Yaqubus. Post-modern karnaval

Əkrəm Əylislinin “Daş yuxular”ının yozumu

Müharibə və qadın bədəni

Yemişsatan arvadın əhvalatı

Qoçu Əsgərlərin başı buynuz-bayraqlı müəllimə-generalları

Alkoqolik sənətkarlar haqqında

Müsəlmanlar nədə səhvə yol verdilər?

Azərbaycan Demokratik Respublikası – 100

Azərbaycanda qadın olmaq

1875-ci ilin yayı

Fuko: Məhbəsin yaranışı mövzusunda analiz

Gizli nişan mərasimi

Ətağa Sertifikat

Yazıçı-feminen, passivləşmiş oxucu-maskulinə qarşı

Müasir meymunlar da təkamül edir – Bir qrup meymun Daş dövrünə keçib (Video)

İctimai sektor barədə

Günəşi düzgün oxumaq

Elnur Astanbəyli Elnur Astanbəyli
., Mövqe
16 Sentyabr 2019

Azlogos-da bundan öncə “Rədd olsun papaq!” başlıqlı yazım yayımlanmışdı.

Yazı Azərbaycanda Sovetləşmədən sonra çadra və papağa qarşı elan edilən, “geyim reformu” adlandıra biləcəyimiz mübarizədən və onun doğurduğu sonuclardan gedirdi.

Anlatmağa çalışdığımız sadə idi: əgər siz xalqla aranızda keçilməz sədd hörər, fundamental azadlıqları boğarsınızsa heç bir reform (hər nə qədər xoşniyyətli olursa olsun!) heç vaxt uğurlu sonluğa çata bilməz.

Lakin “Rədd olsun papaq!”la bağlı sosial şəbəkələrdəki şərhlərin bir bölümünü oxuduqda dəhşətə gəldim; xeyli adam guya mənim yazıda “çadra təəssübkeşi” kimi çıxış etdiyimi söyləyir, yumşaq formada məndən bunu gözləmədiklərini deyir, bəziləri bir az da dərinə gedib təhqirəcən varırlar.

Halbuki mənim o yazıda anlatmaq istədiklərimlə bu bəylərin və xanımların anladıqları arasında yerlə göy qədər fərq var!

Könül istərdi ki, bu yerdə “anlatmağa çalışmışam, amma görünür, anlada bilməmişəm” yazım, ancaq inciməyin, yaza bilməyəcəm. Çünki həmin məqalədə ən azı bu cümlələr keçir: “…çadra sadəcə bir baş örtüyü deyildi.

O, həm də “beyin örtüyü” idi: qadını kölə kimi, qul kimi görən, onu ictimai həyatdan məhrum və dörd divar arasına məhkum edən dünyagörüşünün simvolu idi“.

Hətta bu cümlələrdən belə çadraya münasibətdə müəllifin konkret mövqeyi anlaşılmayıbsa, deməli, məsələ heç də anlada bilməməkdə deyil, ya birilərinin səmimi şəkildə anlamamasında, ya da nəyə görəsə, inadla anlamaq istəməməsindədir.

Qardaşlar, bacılar! Xanımlar, bəylər! Cənablar, cənabələr!

İcazənizlə sözügedən yazıda nə demək istədiyimi bir az da açıqlayım: Azərbaycanda Sovet hakimiyyəti bəlkə doğrudan da, səmimi-qəlbdən “cəmiyyəti sağlamlaşdırmaq”, onu dinin, mentalitetin, xürafatın buxovlarından azad etmək istəyə bilərdi, lakin totalitar təfəkkürlü idarəçiliyi ilə buna heç vaxt nail ola bilməzdi! Çünki qoyulan diaqnoz doğru olsa da, aparılan müalicə yanlış idi. Lap bu gün Azərbaycan həkimlərinin düzgün müayinə edib axırda da xəstənin çürümüş ayağını qoyub sağlam ayağını kəsdiyi kimi!

İnsanların baş örtüklərini çıxarırsınız, ancaq onun içindəki beyin olduğu kimi qalırsa, uzaqbaşı qorxu və itaət obyektini dəyişirsinizsə, “geyim reformu” nəyə yarayır? Hər iki halda insanlar müstəqil düşünməkdən məhrumdursa, ağlından və ürəyindən keçənləri dilinə gətirməkdən çəkinirsə, papağı şapka ilə əvəzləmək, doğrudanmı, cəmiyyəti sağlamlaşdıra bilərdi?

Adamları cəhənnəm atəşi ilə qorxudub itaətə məcbur etməklə Sibir soyuğu ilə qorxudub itaətə məcbur etməyin arasında, həqiqətənmi, sizin üçün böyük bir fərq var?

Doğrudanmı, sizin üçün tərs, müxalif bir fikir söylədiyinizdə, yazdığınızda hansı ilə cəzalandırıldığınız çox önəmlidir: fətva ilə, yoxsa “troyka” qərarları ilə?

Elə buna görə də “Rədd olsun papaq!”da izah etməyə çalışmışdıq ki, reforma insanların beynindən başlamaq lazım idi: onlara yazıb-oxumağı öyrətməklə kifayətlənmək olmazdı, nəyi yazıb-oxuyacaqlarına da özlərinin qərar verməsi üçün imkanlar yaratmaq lazım idi. Məktəbi, universiteti “şəxsiyyətə pərəstiş” yuvasına çevirmək lazım deyildi, onu fərqli düşüncələrin üzünə açmaq, mübahisə, müzakirə, polemika meydanına çevirmək lazım idi. Tənqidçi, sorğulayıcı fərdlər yetişdirməklə məşğul olmaq lazım idi.

Hamını bir partiyaya doldurmaq, hamını bir adamın beyni ilə düşünüb, bir adamın ağzı ilə danışmağa məcbur etmək lazım deyildi.Çoxsəslikdən, çoxrənglilikdən qorxmaq lazım deyildi.

“Kafir” damğasını aradan qaldırıb bu dəfə də onun yerinə “xalq düşməni” damğasını qoymaq lazım deyildi.

İnsanlara yazıb-oxumağı öyrədib ancaq ondan yalnız “Pravda”nı, “İzvestiya”nı oxuyub sadəcə Birinci katiblərə mədhiyyə yazmağı tələb etmək olmazdı.

Bax yalnız bu halda hər hansı inzibati-administrativ müdaxilə olmadan cəmiyyətdə həqiqi, əsl sağlamlaşma prosesi başlayacaqdı.

Çadra başdan elə özücə, həm də bir daha geri qayıtmamaq şərtilə sürüşüb düşəcəkdi…

Bəzən deyirlər ki, “Sovet dağılan kimi köhnə ayıblarımız yenə üzə çıxdı”.

Hətta bu da təsdiqləyir ki, Sovet hakimiyyəti cəmiyyətin problemlərini həll etmirdi, onları vur-tut palaz altına süpürürdü. Palaz qalxdı və köhnə üfunət yenidən aləmi bürüdü!

“Rədd olsun çadra”, “rədd olsun papaq” kimi şüarçılıqla bir yerə varılmayacağı aydın göründü.

Bax elə bu səbəbdən mən məlum yazıya “Geyimimiz dəyişir, başımızın örtüyü, ayağımızın corabı, əynimizin köynəyi dəyişir, aqibətimizsə eynidir: Qaranlıq! Havasızlıq! Bataqlıq!” sözləri ilə nöqtə qoymuşdum. Cəmiyyəti insanların başındakı çadranı, ayağındakı çarığı çıxarmaqla irəli aparmağın mümkünsüzlüyünə işarə vurmuşdum, öncə adamların beynindən və ürəyindən qorxunu, xofu, qeyd-şərtsiz itaəti çıxarmağın gərəkdiyini söyləmək istəmişdim.

Qorxu və xof içində yaşayan bir toplumun, senzura (fərqi yoxdur: rəsmi, yoxsa özünü senzura!) altında əzilən bir cəmiyyətin öz vücudundakı xəstəliklərdən, ağrılardan, yaralardan sağala biləcəyinə inamsızlığımı ifadə etməyə çalışmışdım.

Lakin bütün bunları bir kənara qoyub “Rədd olsun papaq!” yazısından “çadra təəssübkeşliyi”, “çarıq sevgisi” kimi nəticələr çıxarmaq, kimsə qüsura baxmasın, Günəşi başqa cür oxumağın parlaq örnəyindən başqa bir şey deyil.

Yəni, həqiqətən cəmi beş hərfdən ibarət bu sözü düzgün oxumaq belə çətindir?

Təhsil sistemimiz Sovetinkindən məzmun baxımından fərqlənmir, elə yaşadığımız ölkənin siyasi-ictimai, mənəvi atmosferi, havası da tamamən o illəri xatırladırsa, deməli, kimsəni qınamaq lazım deyil: “Günəş”i düz oxumaq çətindir, özü də çox çətindir!

P.S. Həmin yazıdakı “təhsilli kölələr” ifadəsinə xüsusilə darılan, qəzəblənən adamlar var.

30 ildir həyatın bütün sahələrində Sovet idaretmə sisteminin yetişdirdiyi insanlarla qarşı-qarşıyayıq. Oxuyub-yazma bilirlər, ancaq hüquq həzm etmək istəmirlər, özgürlükləri həzm etmək istəmirlər; karuselsiz, saxtalaşdırma olmadan seçki keçirmək ağıllarına batmır; tənqidi fikirə heç bir dözümləri yoxdur, təsəvvürlərinə də gətirmirlər ki, məhkəmələrin müstəqilliyi deyilən bir şey var, toplaşmaq azadlığı deyilən bir şey var, şəxsi həyatın toxunulmazlığı deyilən bir şey var; üstəlik, yeni və fərqli olan hər şeyə nifrət edirlər, kin qusurlar.

Elə isə “təhsilli kölələr” ifadəsinə darılmaq, qəzəblənmək nə üçündür?!

 

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

NSAC_gay_men
.

Homoseksuallıq və homofobiya. Made in Europa

01 Mart 2021
Kak-vse-1-1024x717
.

İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir?

28 Fevral 2021
_117157217_sevilatakiiyeva
.

Bakirə intiharlar

27 Fevral 2021
1308428334_993221_41
.

Xocalı qətliamı haqqında hər şey

26 Fevral 2021
Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel