Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Fuad İbrahimov Kremerata Baltica Festivalında

AzLogos AzLogos
., Kültür
04 Sentyabr 2019
Oxuma vaxtı:2 dəqiqəyə oxunur
1920px Fuadibrahimov
Paylaş

Dirijor Fuad İbrahimov 6-7 sentyabrda Latviyanın Jūrmala şəhərində dünyaca nüfuzlu Kremerata Baltica Festivalı çərçivəsində iki konsertin idarəsi ilə çıxış edəcək. I.S.Bach, M. Weinberg və s. kimi klassiklərin əsərləri daxil edilmiş proqramlarda solist qismində dünyaca məşhur violin ifaçısı, Kremerata Baltica kollektivinin və festivalının yaradıcısı Gidon Kremer və başqaları çıxış edəcək. 

Əsasən Baltikyanı ölkələrin (Latviya, Litva və Estoniya) gənc musiqiçilərindən ibarət kamera orkestri olan Kremerata Baltica kollektivi Gidon Kremer tərəfindən 1997-ci ildə yaradılmışdır. Mövcud olduğu illər ərzində kollektiv yüzlərlə konsertlər vermiş, on beş CD yazdırmışdır. Onlardan biri olan “After Mozart” diski 2002-ci ildə klassik Musiqi nominasiyasında Grammy mükafatına layiq görülmüşdür.

Fuad İbrahimov 1982-ci ildə Azərbaycanın Şuşa şəhərində anadan olub. Öncə Bakı Musiqi Akademiyasını viola ixtisası üzrə, sonra isə Köln Ali Musiqi Məktəbini dirijor ixtisası ilə bitirmiş, 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaranan “Yeni Filarmoniya” gənclər simfonik orkestrinə dirijor təyin olunmuş və bu orkestrlə Berlində “Young.Euro.Classic” musiqi festivalında (2008/10), İtaliyanın Toskana şəhərində MPF musiqi festivalında (2010) iştirak etmişdir. Həmin il Köln Ali Musiqi Məktəbinin “Simfonietta” tələbə simfonik orkestrinə dirijor təyin olunmuşdur. Gənc dirijor kimi müsabiqə yolu ilə Berliner Philharmoniker, Gewandhaus Leipzig, Dresdner Staatskapelle, Konzerthaus Berlin Orchester ilə çalışmaq hüququ qazanmışdır.

Gənc dirijor müxtəlif illərdə Cənubi Vestfalia Filarmonik Orkestri, Critical Orchestra Berlin, Leipzig və Nürnberq Simfonik Orkestrləri ilə birgə dünyanın müxtəlif konsert salonlarında tamaşaçılar qarşısına çıxış etmişdır. 2014-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının aparıcı kollektivi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orketrində dirijor vəzifəsində çalışır və Neue Philharmonie München orkestrinin baş dirijoru vəzifəsinə təyin edilmişdir. Bundan əlavə Fuad İbrahimov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri “Baku Chamber Orchestra” kollektivlərinin baş dirijorudur. Bu ilin yayında gənc dirijor Salzburger Festspiele kimi nüfuzlu bir festivalın iştirakçısı olmuşdur.

 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör