Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Feminizm milli-mentalitetə qarşı

Cavid Ramazanov Cavid Ramazanov
., Gender
12 Mart 2020
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
Hhh
Paylaş

Qadın-kişi münasibətləri barədə indiyəcən çəkilmiş ən gözəl filmlərdən biri olan “Gün doğmazdan əvvəl”dəki (Before Sunrise) səhnələrdən birində, filmin ssenarisinin yazılmasında da iştirak edən aktrisa Julie Delpy tərəf müqabilinə belə deyir: “Feminizmi əsasən kişilər icad edib, çünki lap çox gəzib-tozmaq istəyiblər: “Qadınlar, azad düşünün, azad bədənə sahib olun, sizinlə nə qədər çox sevişə biliriksə, siz də o qədər çox azad və xoşbəxtsiniz…”

Feminist hay-küyün desibelinin qulaq pərdəsi deşdiyi bir dövrdə belə qıcıq fikir səsləndirmək ürək tələb edir, amma razılaşın ki, ən azından maraqlı paradoksdur, üstəlik bunu deyən ağıllı, müstəqil və füsunkar bir qadındırsa, təsiri birə beş artır.

Ümumiyyətlə, başımı gilyotinə qoymalı olsam belə deməliyəm ki, indiyədək yaradıcılığına heyran olduğum hansısa bir qadının “feminist davası” apardığını görməmişəm, bütün kütləvi ideologiyalar kimi feminizmdən də qeyri-individuallıq, qeyri-yaradıcılıq və bəlağətli şüarçılıq qoxusu gəlir.

Bu mənada 8 Martda Bakının mərkəzində keçirilən feminist marşı da feminizmşivənlikdən xali deyildi. Mübahisə doğuran və yerli sakinləri bərk qəzəbləndirən məqam aksiyada qaldırılan “Vagina mənimdir, kimə istəsəm verərəm” və “Məmələrə azadlıq, Seçkilərə ədalət” kimi şüarlar olsa da, bunlar da yenilik deyildi təbii ki: türk feminist marşlarındakı şüarlardan çırpışdırılma, qeyri-yaradıcı və dadsızca imitasiya edilən ifadələriydi. Bunlardan başqa, digər şüarlar da ənənəvi “azadlıq” tələblərindən ibarət idi, xülaseyi-kəlam: bozbaş bişirmək istəmirik, işləmək, təhsil almaq, bərabər olmaq istəyirik, azad olmaq istəyirik və s.

Amma bununla belə, deməliyəm ki, bir çoxları kimi mən də Azərbaycanda feminist aksiyaların çoxalmasının və feminist ritorikasının güclənməsinin tərəfdarıyam. Bunu ən azından onun bir mühüm cəhətinə görə istəyir və dəstəkləyirəm: milli-mentalitetə vurduğu zərbəyə görə. Milli-mentalitetin basılması və boğulması əsasən feminizm hərəkatının genişlənməsindən keçir.

Feminist marşına hüquq-mühafizə orqanlarının sərt müdaxiləsi və hökumət mediasının aqressiyası da bu mənada təsadüf sayılmamalıdır, çünki bilirlər ki, feminizm mövcud siyasi rejimin üzərində bərqərar olduğu sistemə – milli-mentalitetə qarşı ən böyük təhdidlərdən biridir, milli-mentalitet şübhə altına düşsə, özləri də şübhə altına düşəcəklər.

Sistem = Milli mentalitet

Azərbaycanda milli-mentalitet deyilən şey əslində, zorakı Sovet müdaxiləsi nəticəsində Stalinizmlə reaksiyaya girərək mutasiyaya uğramış, amma gizlində öz əsl mahiyyətini qorumuş orta əsr dini dünyagörüşündən savayı bir şey deyil. Stalinizmlə mutasiyaya girdikdən sonra, o, “işkola” getməyə, Firəngistanda gavur elmini öyrənməyə, gavur əlbisəsi geyinməyə, hətta gavur sənətiylə məşğul olmağa göz yumur, amma bunların sadəcə səthi və nəzarət olunan səviyyədə olmasını tələb edir: romanmı yazırsan, kinomu çəkirsən, xaricdə təhsilmi alırsan, elmi tədqiqatmı aparırsan, siyasətləmi məşğul olursan, çox əla, çox pakizə, amma milli-mentalitetə uyğun olsun. Yəni gərək yad, şübhə doğuracaq, plüralizmə, individualizmə və dəyişikliyə gətirib çıxaracaq heç nə eləməyəsən. Beləcə, mutasiyaya uğrayaraq, milli-mentalitet cildinə girmiş orta əsr təfəkkürü elə əvvəlki şeyləri – biət və itaət etməyi tələb edir, mahiyyət etibarilə dəyişən bir şey yoxdur, o, yenə də həqiqi sənətə, həqiqi elmə, həqiqi özünüifadə azadlığına, xüsusilə də qadın azadlığına qarşı kəskin mövqedə dayanıb.

Gəlin yada salaq, milli mentalitet mövcud siyasi rejimə necə xidmət göstərir: mentalitet polisdir, dubinkadır, həbsxanadır, AzTv-dir, dövlətçilikdir, Mirşahin Ağayevdir, Qənirə Paşayevadır, deputatlardır, mollalardır, seçki saxtalaşdıran müəllimlər, həkimlərdir, ələbaxan xalq yazıçıları, xalq şairləridir, icra başçıları, hakimlər, prokurorlardır, rüşvətdir, monopoliyadır, yerlibazlıqdır, qadın bəkarətidir, qırmızı lentdir, xonçadır, aftafadır, qonaqpərvərlikdir, hər cür əclaflığı etmək, amma “hamımız azərbaycanlıyıq” deyib keçməkdir, sifətə qonan və daim vəzifəcə böyüyə yönələn gülümsəmədir, şirinlik etməkdir, qımışmaq, əzilib-büzülmək, özünü üzdə dinc və xoşrəftar göstərmək, saman altdan isə su yeritməkdir, dövlətlə dövlətçilik etməməkdir və sairdir, ən nəhayət isə sistemin özüdür.

Qadın rəqs edərsə

Azərbaycanda yanlış olan ənənəvi bir düşüncə var ki, qadın təhsil alarsa və işləyərsə, azad olacaq. Feministlərin də çox zaman təmtəraqlı şüarlarla vurğulamalarına baxmayaraq, əslində, görünən budur ki, qadın təkcə təhsil almaq və işləməklə azad olmur artıq. Mutasiyaya uğramış milli-mentalitet virusu təhsil alan və işləyən qadını zərərsizləşdirib daha, çox vaxt o, hətta təhsili və işləməyi təşviq etməkdən belə çəkinmir. Faktiki olaraq, məktəblərdə, universitetlərdə qızlar oğlanlarla başabaş təhsil alırlar, təhsil müəssisələrindəki işçilərin də böyük qismini qadınlar təşkil edir, amma bu, milli-mentalitetin müəllimələri qabağına qataraq, quzu-quzu pambıq tarlalarında işləməyə, seçki saxtakarlığında iştirak etməyə aparmasına mane olmur.

Qadının ən əsas problemi iş, təhsil və zorakılıqla (zorakılıq da təkcə Azərbaycana məxsus deyil, universal problemdir) bağlı deyil. Əsas problem əylənmək azadlığının olmamasındadır. Azərbaycanda qadınların əylənməsi qeyri-rəsmi şəkildə məhdudlaşdırılıb və aktiv şəkildə təşviq edilir.

Bakının mərkəzindəki tək-tük məkanlar istisna olmaqla, Bakı ətrafında, ölkənin digər böyük şəhərlərində, rayonlarında, kəndlərində qadınların əylənmək ehtimalı 99% nəzərə alınmayıb. Restoranlar, kafelər, barlar, çayxanalar, qəlyanxanalar, gecə klubları, əyləncə məkanları, “Play-Station” salonlar, oyun zalları kişilərlə dolub-daşır, hara getsən, hara baxsan, ancaq kişi görürsən. Bir insan kimi yalnız kişinin əylənmək hüququ nəzərə alınıb, qadınının əylənməsinə isə milli-mentalitet yaxşı baxmır. Qadınların kişisiz çölə çıxması və əylənməsi ilk baxışda təhlükəsiz kimi görünsə də, hiyləgər bir ifadə ilə – “Ailəvi istirahət” adı ilə məhdudlaşdırılıb. (Milli-mentalitetin daha bir sifəti – Ailəvi istirahət məkanı!)

Əylənən qadın deyəndə, mentalitetpərəstlərin ağlına nə gəlir, təsəvvür etmək çətin deyil: bir dəstə kişinin ortasında abırsızca yarıçılpaq rəqs edən qadın. Təbii, istəyənə bu da haqdır, hər kəsin bədəni öz şəxsi mülkiyyətidir, necə istəyər, elə də istifadə edər, amma əylənən qadın təsəvvür etməli olanda, ağla ancaq belə şeylərin gəlməsi də düşüncə korluğunun əlaməti sayılmalıdır. Əslində yaxşı əylənə bilən qadın elə çox vaxt həqiqi təhsili, işi və azadlığı olan qadın olur.

Dərindən baxsaq, ölkəmizdə qadının əylənməsi fikrinə niyə düşməncə yanaşıldığını, imtiyazlı təbəqənin təmsilçiləri istisna olmaqla, qadınların əylənməsinə niyə maneələr törədildiyini, bunun niyə təşviq edildiyini başa düşmək çətin olmamalıdır. Əylənmək azadlıqdır, ona görə

Qadın ürəyi istədiyi kimi, maneələrsiz, qadağalarsız, stereotiplərsiz, damğalarsız əylənə biləndə, buxovlardan qurtulacaq və azad olacaq. Qadın həqiqətən azad olanda isə, kişi də azad olacaq. Beləcə, hamı azad olacaq. Mutasiyaya uğramış orta əsr təfəkküründən ibarət milli-mentalitet üzərində qurulan, onun əxlaq kodekslərindən ibarət “milli-mənəvi dəyərlər”dən bərk-bərk yapışan hakim quruluşa da sərf etməyən budur.

Çünki yaxşı bilir ki, qadınlar rəqs etməyə başlayanda, sistem çökəcək.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör