bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Akıllı telefon kullanıcıları Bettilt ile daha hızlı işlem yapabiliyor.

Casino tutkunları için özel oyun odaları sunan Bahsegel eğlenceyi garanti ediyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Eros və Tanatos

Tamerlan ŞvartsMan Tamerlan ŞvartsMan
., Kültür
15 İyul 2022
Oxuma vaxtı:9 dəqiqəyə oxunur
IMG 20220522 WA0005
Paylaş

Bütün həyatın hədəfi ölümdür.

Froyd, 1920

 

Eros və Tanatosa  birinci olaraq, əlbəttə ki, mitolojik eynəklə baxacağıq, çünki mitolojik fiqurlardır. İkinci olaraq isə Froydçu psixoanalizlə anlamağa çalışacağıq. Obrazlı desək, məhəbbət və ölümü yaxından tanımaq özümüzü yaxından tanımaqdır.

Əvvəlcə Eros və Tanatosun valideynləri ilə tanış olaq. Erosun anası gözəllik ilahəsi Afrodita və atası müharibə allahı Aresdir. Müharibə insanın instinktidir, bədəndir. Gözəllik və şəhvət də bədənə aiddir, qurşaqdan aşağı olanın Afroditdə personalaşmasıdır. Erosun ana və atası qəti olaraq ağılı, apollonist olanı təmsil  e  t  m  i  r l  ə r. Eros bədən və hisslərin daşıyıcılarının övladı olduğundan erotikdir. Onun varlığı erogenlikdir, həzz almaqdır. Tanatosun isə anası gecənin ilahəsi Niks, atası isə qaranlığın allahı Erebosdur. Qədim Yunanıstanda ölümün bədənləşmiş halını təcəssüm edir. Mitologiyada Tanatos (Ölüm) və Hipnoz (Yuxu) əkiz qardaşdırlar. Mitologiya altşüurun üstşüura çıxması olduğundan mesajı birbaşa yox, dolayı yolla, yəni simvolik olaraq çatdırır. Tanatos və Hipnozun əkiz olması ona dəlalət edir ki, yuxu qısa ölümdür, ölüm isə uzun yuxu. Con Vilyam Voterhausun (J. W. Waterhause) 1874-cü ildəki tablosuna baxsanız, orada Yuxu və Ölümün yanaşa uzandıqlarını görərsiniz.

İnsandakı bütün yaradıcılığı və sevgini təmsil edən Eros (yun.Ἔρως) dağıdıcı və öldürücü instinklərin təmsilçisi Tanatosun (yun.Θάνατος) tam ziddidir. Mitoloji baxımdan ikisi də cins olaraq kişi olsa da , Eros dişiliyi, Tanatos isə kişiliyi bildirir. Qadın həyata bağlı varlıqdır, kişi isə ölümə. Qadın bu dünyaya bağlıdır, kişi o biri dünyaya. Qadın (Eros) maddədir (mutter = mater> materiya), kişi (Tanatos) isə spiritual (ruh).

Eros nədir? Eros erotik sevgidir, seksdir, bədəndir. Erosun agape (ilahi sevgi) ilə heç bir əlaqəsi yoxdur. Eros ailə, dost, ilahi sevgi deyil. O, mənəviyyatla əlaqəli deyil, onun sevgisi seksualdır, bədənlə birbaşa təmasdır işi. Eros – nədən həzz alırıqsa, odur. Eros bizim həyat enerjimizdir. Seks, yemək yemək, nəsil artırmaq, idman etmək -hər şey EROSDUR. Eros bizim var olma səbəbimizin mitolojik ifadə formasıdır. Eros heç vaxt böyüməyən uşaqdır. Bütün balaca uşaqlar dinamik, şıltaq, yerində durmayan Erosdur. Cinsi yetişkənlikdən sonra isə Erotikaya çevrilirlər. Beləliklə, sən erotik olursansa, cəmiyyətin düşməni olursan. Çünki həyata sevgini mənbəyi Eros qayda-qanun, əxlaq, ailə, namus-qeyrət tanımır. Erosun bir məqsədi var: bədənimiz vasitəsilə istədiyini həyata keçirmək. Belə desək, sivilizasiyanın olduğu yerdə Erosa yer yoxdur. Fikirləşin: bir qız erotik (Erosçu) ola bilər, amma o, bunu gizlətməli, evlənməli və yalnız evləndiyi şəxsə göstərməlidir. Artıq təbiətdən mədəniyyətə keçiddə Eros rahat şəkildə göstəriləcək, yaşanacaq bir şeydən, gizlədiləcək, utanılacaq və varlığı haqqında susulacaq bir instinktə çevrildi.F. Niçe boş yerə demirdi, das Christentum gab dem Eros Gift zu trinken – er starb zwar nicht daran, aber entartete, zum Laster. Yəni, xristianlıq Erosa içməsi üçün zəhər verdi -o, bununla ölmədi, amma rüsvayçılığa çevrildi. Niçe burada demək istəyir ki, kristianlıq həyatı zəhərləyib öldürmək istədi, Eros ölmədi, amma adı əxlaqsızlıq oldu. Atalar deyir ki, adın çıxınca canın çıxsa yaxşıdır, lakin burada əksinə oldu: canı çıxmadı, adı çıxdı. Politikada da bu belədir: birini öldürə, yaxud ona qalib gələ bilmirsənsə, adını rüsvay edirsən, nüfuzdan salmağa çalışırsan. Xristianlığın (və ümumi olaraq, dinlərin) həyata qarşı cinayəti Erosu öldürməyə cəhd etməsi idi, bacarmadılar, çünki canlıların yaradılışında olan bir şeyi məhv edə bilməzsən, amma pis baxa, əxlaqsız adlandıra bilərsən. Bu gün konservativ cəmiyyətlərdə Erosçu, erotik olmağın təhlükəli sayılmağının kökü, həmin cəmiyyətlərin İsaçı, Musaçı, Məhəmmədçi olmağıdır.

Froyda keçməmişdən əvvəl bunu da qeyd edək ki, Erosun Psixe (Psyche) adlı sevgilisi də olub. Düzdür, çox çətinliklərdən sonra hekayənin axırında bədən və ruh bir olub bütövləşirlər; Afrodit isə oğlu Eros və kralın gözəl qızı Psixenin bir-birlərini sevmələrini və birlikdə olmaqlarını istəməyib. Çünki Psixe “ruh” deməkdir. Eros isə anasının paredrosu (köməkçisi) olduğundan ruhu yox, bədəni sevə bilər. Psixologiya da elə “ruh elmi” deməkdir. Dini təlimlərdə bilindiyi kimi ruhun ilahi varlıqla, yaxud mənəviyyatla yox, gerçəkdə psixika ilə əlaqəsi var.

Froydun terminologiyası ilə danışaq: Eros libidodur, Tanatos isə destrudo. Libido bizim seksual enerjimizdir, eyni zamanda bu enerji bizim həyat enerjimizdir. Tükənəndir və Lebenstriebdir (Həyat instinkti). Destrudo isə bizim dağıdıcı, öldürücü, başqalarına, yaxud özümüzə zərər verən enerjidir və Todestriebdir (Ölüm instinkti). Froyda görə, həyat bu iki enerji arasında mübarizədir. Məsələn, biz xəstələnəndə dərman qəbul edirik, sağalmağa və ölməməyə çalışırıq. Burada Eros aktivləşir. Erosun məqsədi sənin yaşamağındır. İçimizdəki Eros bizim ölməməyimiz üçün əlindən gələni edir. Amma Froyd 1920-ci ildə yazdığı “Həzz prinsipi” (Jenseits des Lustprinzips) yazısında “bütün həyatın hədəfi ölümdür” deyir. Üzvi / orqanik maddədən qeyri-üzvi / inorqanik maddəyə çevrilmək bizim bioloji tariximizdir. Əslində insan təkcə yaşamaq istəmir, həm də ölərək minerallara parçalanmaq, bu həyat uğrunda mübarizəni dayandırmaq istəyir. Eros daim mübarizədirsə, Tanatos – əbədi sükutdur.

Froydda Eros və Tanatos dualizmi normalda tarazlıq vəziyyətində birlikdə varlığını davam etdirir. Ancaq sadizm və mazoxizm, yaxud melanxolik özünü cəzalandırma kimi istisnalı hərəkətlərdə birlik pozulur. Ziqmund Froyd “Həzz prinsipi”ndə yazır: “ Orqanizm təkcə öz qaydasıyla ölmək istəyir. Həyatın keşikçiləri əslində ölümün mühafizəçiləridirlər”. Deməli, həyatı qoruyanlar əslində ölümün varlığını mühafizə edirlər. Cansızlar(qeyri-üzvi maddələr) canlılardan (üzvi maddələr) əvvəl var imiş. Bizim varlığımızın mahiyyəti yaşamaq deyil, ölməkdir. Erosun Tanatosa qarşı mübarizəsində qalib daim ölüm olacaq. Nəticə? Erostik olmayan Tanatostik ola bilməz. Həyatdan qorxan ölümdən də qorxar. Seks yoxdursa, ölüm də yoxdur.

Oşo deyirdi ki, insanlıq tarixində iki tabu olub: seks və ölüm. Oşoya görə, seks ölümə yaxın təcrübə olduğundan -orqazm, yəni həzzdən nəfəsin dayanması- onu da tabulaşdırdılar. Hindli mistik ölümə diqqət çəkir: yaslara baxın, orada heç kim ölüm haqqında danışmaz, ölən haqqında danışarlar. Müqayisə etsək, ölüm seksdən daha qorxuludur, amma insanlar yolda iki nəfərin ölümündən daha çox, yolda iki nəfərin sekslə məşğul olmağından qorxarlar. Bilirsiniz, polis elə bir qanun keşikçisidir ki, öləndə də gəlir, sevişəndə də.

Elə bu an İmam Əlinin kəlämı ağlıma gəldi. Təxminən belədir: “Ağılın ardınca gedən mələklərdən də yüksəyə qalxır, şəhvətin ardınca gedən heyvandan da aşağı səviyyə enir”. Görürsünüz, bu kəlämda ağılı (Logos) yüksəltmək, bədəni (Eros) aşağılamaq var. Sanki insan yalnız ağıldan ibarətdir, bədəndən ibarət deyil. İmam Əli bilmir ki, insanı yaşadan bədəndir, ağıl yox. Əlində qılınc tutan bir din adamından bundan yaxşısını gözləmək olmazdı. Heç olmasa, ona bir hərf öyrədənin qulu olmaq əvəzinə özü-özünün ağası olardı.

Yox, əsəbləşmirəm. Mövzumuz Erosdursa, özümdən, logosdan və Erosun iztirabından danışmamaq olmaz.

Çoxları məni qadından, məhəbbətdən yazan kimi tanıyır, ancaq əslində mən Erosdan yazmışam. Səhv anlaşılmaq inanmıram mənim taleyim olsun, çünki bizim ölkədə mənim kimi yazıçı ilə qarşılaşmayıblar. Mən yalnız rüsvayçı, gizlədilmiş Erosun, yəni erotizmin ədəbi formada gün işığına çıxmasıyam. Yavaş-yavaş, gözə girmədən, reklamsız üzə çıxıram ki, mədəniyyətin göz bəbəkləri siyasət, fəlsəfə, din məni təhlükəli hesab edənə kimi iş-işdən keçmiş olsun. Buna görə Kəramətin (Böyükçöl) üzdə, siyasi elitanın və xalqın gözünün onda olması mənə sərf edir ki, gözəgörünmədən maneəsiz altdan-altdan işləyə bilim.

İndi məndən – Erosdan Logosa keçək. Eros həmçinin loqosantrik sistemə də antaqonistdir. Logos nədir? Allahın dünyanı yaradarkən dediyi ilk sözü “OL”dur. Logos nədir? Kantın və Hegelin məntiqidir (logika). Logos -dünya azərbaycanlılarının intellektual platformasıdır. Baxın, logos daim ağılla, başla əlaqəlidir. Buna tərs düşən isə Erosdur. Çünki Eros Logos kimi ağılı, məntiqi, sözü yox, məhz bədəni, instinkti, duyğuları var edəndir. Mitologiyada tanrılar ən çox kimin yanında idi? Ağıllı olanın. Erotik, bədən düşkünü olanları “iqnor”layırdılar, amma inkar etmirdilər. Amma sonralar xristianlıq Afroditə “fahişə”, oğlu Erosa isə “fahişə uşağı” deyərək inkar etməyə, öldürməyə çalışacaqdılar. Halbuki Eros dünya yarananda bizi yaşadan enerjidir. Bütün dinlərin və cəmiyyətlərin məqsədi insanın seksuallığını tənzimlə üzərində qurulub. Yalnız o idarəolunmazı idarə etməyi bacarsan, yer üzündə qayda-qanun, nizam-intizam olar. Niyə qızları tez evləndirməyə, yaxud cinsi tələbatlarını yalnız qanuni şəkildə nikahla ödəyə biləcəkləri əxlaq kodeksi yaradıblar?Cəmiyyət bilir ki, Erosun qollarını zəncirləməsən təhlükəli oxlara məruz qalacaq. Qız yüz kişi ilə yatmaq istəyir, cəmiyyət məcbur edir ki, o yalnız bir kişi ilə yatsın. Bunda məqsəd insanın içindəki erotizmi cəmiyyətin işləmə mexanizminə adaptasiya edərək onu təklükəsiz bir çarxa çevirməkdir. Həqiqət isə budur ki, döyüşçü Ares ( qan) ilə gözəl Afroditin (bədən) bu balaca (!), sarışın, yaraşıqlı oğlunun əlindəki ox Fortunanın fırlanan çarxıdır.

Və…

Tanınmış Cənubi Koreya əsilli alman filosofu Byunq Çul Hanın (Byung-Chul Han) “Erosun iztirabı” kitabı var. Burada o, Erosun erotikliyini itirməyindən, pornoqrafikləşməyindən danışır. Hana görə, pornoqrafiya məhəbbəti, erotizmi və arzunu cəmiyyətin gözünün önündən qaldırır. Əslində pornoqrafiya bir növ “hər şey göstərmək” olduğu üçün heç bir şey gizli qalmaz; halbuki erotik olan həmişə gizli, sirli bir mahiyyətə sahibdir. Erosu pornoya çevirmək onun müqəddəsliyini pozur. Eros əzab çəkir. Artıq heç nəyə erotik, yəni canlı maraq qalmır. Ətrafımızdakı insanlar bir-birilərinə bənzəməyə başlayırlar, yeni və maraqlı heç nə yoxdur. Həyat marağını itirir və bu da Erosun əzab çəkməsinə, yəqin gələn əsrdə ölümünə gətirib çıxaracaq. Eros yoxdursa, danışdığın bir lətifə də gülməli olmur. Fikir verin, insanları güldürə bilən, pozitiv enerji verən, yaxud kiminsə yanında özünü rahat, yaxşı hiss edirsənsə, o adam Erotikdir. Erosun ölümü isə həyatın ölümü deməkdir. Artıq insan canlı varlıq olmayacaq, robot olacaq, zombi olacaq. Bəlkə də bu artıq baş verib.

12.06.2022

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör