Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Ermənistan adlı qlobus

AzLogos AzLogos
., Mövqe
08 Dekabr 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Maxresdefault
Paylaş

Ermənistanın qədim tarixi dolaşıq və naməlumdur: yunanca “Ἀρμενία” adlandırılan bir ərazi olub, orda müxtəlif insanlar yaşayıblar. Onların indiki ermənilərlə heç bir əlaqəsi olmayıb. Əgər bir əlaqə varsa da, bu həddindən artıq dolayı – hürritlərin, urartuluların, luvilərin və son iki-üç min ildə Kiçik Asiya çöllərində yaşamış bir çox digər xalqların assimilyasiyası ilə yaranan bir əlaqədir.

Erməni tarixi o qədər qarışıqdır ki, X əsrin dərinliklərinə – ən qədim əlyazmanın, yəni erməni dilində ilk tarixi sənədin aid olduğu dövrə (981-ci il) enmək imkansızdır. Bütün digər sənədlərə olan istinadlar isə dolayı və uydurma xarakter daşıyır.

Ancaq əsas məsələ bu deyil – keçmişi dumanlı olan bir çox xalqlar uydurma tarixdən əziyyət çəkirlər. Bir halda ki, belə fürsət yaranıb, son 200 il ərzində o qədər şey yazıblar ki, gələcək tarixçilər bu “avqi axurları”nda hələ uzun müddət eşələnməli olacaqlar.

Burada əsas məsələ odur ki, indi özlərini erməni adlandıran insanların son əsrlərdə yaşadıqları Asiya məkanı bir neçə ölkəyə – Türkiyəyə, İrana, Suriyaya, bir az Livana və Gürcüstana, həmçinin müxtəlif dövrlərdə, ən çox da son yüz ildə bir vaxtlar oranın parçası olmuş digər qitələrdəki ölkələrə yayılır.

“Erməni problemi”nin qloballığı görüntüdür, əslində ermənilər sayları 9-10 milyonu keçməyən kifayət qədər kiçik xalqdır. Üstəlik mənşə baxımından qərb və şərq hissələrinə bölünür. Ki, şərq hissəsi də qərb hissəsi hesabına formalaşdırılıb.

Kiminsə “soyqırım” adı verdiyi 1915-ci il hadisələri rəqəmlərdən tutmuş mötivlərə qədər müxtəlif şərtlərə görə əksər ölkələr tərəfindən “soyqırım” kimi qəbul olunmur. Türkiyə necə ildir ki, müstəqil beynəlxalq komissiya yaratmağı və hər şeyi aydınlaşdırmağı təklif edir, amma Ermənistan nədənsə buna razı deyil.

Bax, elə bu “nədənsə” – ən anlaşılmaz məqamdır. Biz balaca bir planetdə yaşayırıq. Onsuz da burada bir yığın problem, həllolunmamış münaqişələr var, daha bir problemi dondurmaq nəyə lazımdır? Niyə son nöqtə qoyulmasın? Ondan sonra da peyğəmbərlərin – həm xristian, həm müsəlman, həm də yəhudi – vəsiyyət etdikləri kimi sülh və qarşılıqlı hörmət şəraitində yaşayaq.

Niyə 1827-ci ildən – “Rusiya Ermənistanı” ərazisinin yarandığı, keçmiş İrəvan xanlığı İrandan və Türkiyədən gələn etnik ermənilərlə doldurulmağa başlandığı andan 1991-ci ilə qədər gələcək Ermənistan SSR artıq monoetnik ölkəyə çevrilmişdi? Bu etnik baxımdan steril cəmiyyətdə yaşamaq arzusu hardan yaranıb?

İşğal altında saxladığı Qarabağı itirəndən və “Böyük Ermənistan” mifi dağılandan sonra müasir Ermənistanı nə gözlədiyi barədə fikirləşəndə yuxarıda sadalananlarla yanaşı bir çox başqa suallar da meydana çıxır. Müasir “erməniliyin” (Paşinyanın sevimli termini) ideoloqlarının şüarlarını nəzərə alsaq, o “Böyük Ermənistan” yalnız bir xalqın məskunlaşması üçün nəzərdə tutulmuş qlobusa çevrilməliydi.

İstənilən gələcək üçün zəmin – ideyaların həyata keçəcəyinə xidmət edən zəmanətlər olmalıdır. Əgər Ermənistan yenə öz anklavına qapanıb qalarsa, öz enerji ehtiyatları və öz kommunikasiyaları olmayan bir ərazini necə bir gələcək gözləyə bilər? Yalnız yenə yavaş-yavaş mənasızlaşmaq və olan-qalan əhalinin tonusunu qorumaq üçün növbəti “böyük”, “məğlubedilməz” və s. şüarları dozu.

Özünütəcrid heç vaxt heç kimə xeyir verməyib. 44 günlük müharibədə darmadağın olmuş və faiz nisbətilə böyük insan itkiləri vermiş ölkənin heç bir gələcəyi yoxdur. Vəziyyət o qədər ağırdır ki, artıq dərmanlardan yox, defibrillyatordan danışmaq lazım gəlir.

Qlobus yaranmadı, əvəzində hava doldurulmuş şar alındı. Ölkənin də, sözügedən vəziyyətin də əsas yaradıcı – Rusiyadır. Ki, o özü də bir neçə əsr boyunca öz qlobusunu köpürdürdü, amma onun qlobusu da partladı. Artıq Ermənistan öz incikliklərini, o cümlədən uydurma incikliklərini də unudub, qonşularla sağlam düşüncəyə uyğun yaşamalıdır.

Nə Türkiyə, nə də Azərbaycan heç yerə yox çıxmayacaq – onlar daha zəngin və daha güclüdür. Rusiyanın Cənubi Qafqazdakı bu kiçik, nə strateji, nə iqtisadi, nə də kommunikasiya baxımından maraqlı olmayan anklavının taleyi Qərbdə heç kimi ciddi şəkildə narahat etməyəcək.

Və yekun olaraq… Son günlərdə müxtəlif erməni siyasətçilərinin fikirlərində sağlam düşüncə əlamətləri axtarıram, amma iqtisadiyyat və inkişaf perspektivləri haqqında bir kəlmə də eşitmirəm. Deyəsən, “erməniliyin” mahiyyəti elə budur – dövlət qurmağı bacarmır və belə ənənəsi qətiyyən yoxdur.

Oleq Panfilov

maxresdefault

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör